Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə26/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   22   23   24   25   26   27   28   29   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
101 
duyğuları ilə «silahlanması» yolunda apardığımız məqsədyönlü 
işdə  xalqımız  öz  müdrikliyini  göstərdi.  Bütün  müharibə  boyu 
Yazıçılar  İttifaqına  sədrlik  etmiş  Səməd  Vurğun  Tbilisidə 
mitinqdə  çıxış  edərkən  qədim  dostluq  ənənələrinə  söykənərək 
deyirdi:  «Zaqafqaziyanın  qardaş  xalqları  olan  gürcülər... 
azərbaycanlılar öz tariximizdə dəfələrlə ümumi düşmənlərimizə 
qarşı,  yəni  yadelli  işğalçılara  qarşı  əlbir  mübarizədə 
birləşmişik.  Biz  dəfələrlə  düşmən  qoşunlarını  qırıb  dağıtmış, 
onları Kürün və Arazın coşğun sularında qərq etmişik.... Biz bu 
gün  ümumi  düşmənimiz  olan  nemes  faşizmi  ilə  üz-üzə 
durmuşuq.  Böyük  babalarımız  olan    Tariyel,  Sasunlu  David, 
Babək  və  Koroğlunun  ölməz  simaları  fikrimizdə  yenidən 
canlansın.  Qoy  keçilməz  Qafqaz  dağlarının  dibi  görünməyən 
dərələri nemes işğalçıları üçün məzarıstan olsun...». 
S.  Vurğun  müharibənin  ilk  günündə  yazdığı  «Vətənin 
keşiyində»  şeirində  bütün  qələm  dostlarını,  xalqını,  millətini 
döyüşə  çağırır,  faşizm  üzərində  qələbəyə  səsləyirdi.  Əli  silah 
tutan  xalqının  vətənpərvər  oğullarını  düşmənə  qarşı  nifrət 
ruhunda  tərbiyələnməsini  istəməklə  yanaşı,  bütün  qələm 
dostlarını  cəbhəyə,  döyüşə,  silaha  sarılmağa,  ən  böyük  silah 
olan  qələmiylə,  sözüylə  qələbənin  qazanılmasına  yardımçı 
olmağa səsləyirdi. Müharibənin ilk günündən 
Bilsin ana torpaq, eşitsin Vətən, 
Müsəlləh əsgərəm mən də bu gündən! 
Bu gün bir süngüdür əlimdə qələm. 
-deyən  şair  yüzlərlə  Azərbaycan  şairinin,  sənətkarının  istək  və 
arzularını ifadə etmiş oldu. Könüllü olaraq 40 mindən çox ərizə 
ilə  müraciət  edib  döyüşə  gedən,  150-mindən    artıq  ordu 
sıralarına  daxil  olan  Azərbaycan  oğlu  və  qızları  arasında  bu 
xalqın  düşünən  beyinləri,  şairi,  alimi,  curnalisti,  yazıçısı  da 
vardı.  Xalqın  qəhrəman  oğulları  «əfsanəvi  Brest  qalasının 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
102 
müdafiəsində  qəhrəmanlıqla    həlak  olmuş  hərbi  həkim 
M.Qədirovun,  məharətlə  hazırladığı  partlayışlarla  Prut  çayı 
sahilində  düşməni  ağır  fəlakətə  uğratmış  siyasi  işçi  Kamal 
Qasımovun, ilk döyüşdə on bir faşisti məhv etmiş snayper İlyas 
İsmayılovun,  Leninqrad  göylərindəki  vuruşmalarda  yeddi 
düşmən  təyyarəsini  vurub  salan,  on  yeddi  yara  aldığına 
baxmayaraq,  qırıcısını  öz  təyyarə  meydanımıza  endirən 
Hüseynbala  Əliyevin,  qeyri-bərabər  döyüşdə  on  nəfərlik 
düşmən  dəstəsini  məhv  edib  həlak  olan  Bəxtiyar  Kərimovun, 
Stalinqrad  müdafiəçisi  Baloğlan  Abbasovun  adlarını»  məhz 
şairlərimiz,  yazıçılarımız tarixə həkk etdilər. O zamanlar Sovet 
İttifaqı  Marşalı  F.  İ.  Tolbuxin  yazırdı:  «...  azərbaycanlı 
döyüşçülər  hücum  zamanı  yüksək  vətənpərvərlik,  dönməzlik, 
mərdlik,  alman  faşist  quldurlarına  qarşı  kin  və  nifrət  kimi  öz 
xalqlarının ən gözəl keyfiyyətlərini nümayiş etdirirlər». 
Bu  böyük  qələbələrin  əldə  edilməsində  Azərbaycan 
ədəbiyyatı əsl silah oldu.  Ədiblərimiz Əbülhəsən  Ələkbərzadə, 
Böyükağa Qasımzadə, Ənvər Əlibəyli, Əyyub Abbasov, Zeynal 
Cabbarzadə,  İslam  Səfərli,  Əbil  Yusifov,  Oruc  Qoşqarlı, 
Hüseyn  Abbaszadə,  Fərrux Həsənli...  müharibənin dəhşətlərini 
öz gözləri  ilə görmüş,  ağır döyüşlərin  şahidi olmuşlar.  Hüseyn 
Natiq,  Ənvər  Qazıyev  kimi  qələm  sahibləri  bu  döyüşlərdə 
qəhrəmancasına  həlak  olmuşlar.  Torpağın  azadlığı  uğrunda 
döyüşlərdə  iştirak  edən  bu  insanlar  ölüm-dirim  mübarizəsində 
döyüşçüləri    mübarizəyə  ruhlandıran  şeirlər  yazır,  onların 
qəhrəmanlıq  dolu  döyüşlərini  qələmə  alır,  şeirlərində, 
məqalələrində 
hekayələrində 
onları 
tərənnüm 
edirdilər. 
Döyüşçülərimizin  qüdrətini,  onlarda  Vətənə  olan  sonsuz 
məhəbbəti,  çiyin-çiyinə  döyüşən  dilləri,  dinləri  müxtəlif  
xalqların  humanist  ideyalarını,  sülhsevərliyini,  faşizmə, 
vəhşiliyə  nifrətini  bu  əsərlərdə  əks  etdirirdilər.  Bu  döyüşlərdə 


 
Sənət, sənətkar və zaman
 
 
 
103 
bütün  xalqların  şair  və  yazıçıları  bir  əqidə,  məslək  uğrunda 
vuruşur,  qələmiylə  xalqa,  sülhə  xidmət edirdi.  Bu  yolda qazax 
şairi Abdulla Cuma Qalib həlak olub. Şair Ənvər Əlibəyli 416-
cı  Taqanroq  diviziyasının  igid  zabitlərindən  biri  kimi  cəbhəyə 
getdiyi gündən ön cəbhədə vuruşmuş, düşmənin canlı qüvvə və 
texnikasını  məhv  etmiş,  bir  zabit  kimi  qızğın  döyüşlərdə  öz 
topları  ilə  döyüşçü  dostlarının  irəliləməsinə  kömək  etmiş, 
döyüşlər  səngiyəndə,  dinclik  tapanda  hamı  yatıb  dincələndə 
qələminə 
sarılmış, 
yazıb-yaratmışdır. 
Əliylə 
qazdığı 
səngərlərdə  vahid  Vətən  bildiyi  Ukrayna  torpağına  olan 
sevgisini də ifadə edirdi: 
Bu gün səngər qazdığım bu yerdə 
Sarı sünbül əkilərdi əzəllər. 
İşləyərdi, oxuyardı, gülərdi, 
Bu yerlərdə xoş baxışlı gözəllər. 
Yazdığı şeirlər qəzet və curnallarda çap edilirdi. 1944- 
cü  il  31  yanvar  «Ədəbiyyat  qəzeti»nin  səhifələrində  onun 
haqqında Yazıçılar İttifaqına ünvanlanmış belə bir məktub dərc 
edilmişdı:  «Böyük  Vətən  Müharibəsi  cəbhələrində  böyük 
rəşadət  və  fədakarlıq  göstərən  həqiqi  Azərbaycan  balası,  sizin  
yetişdirməniz  gənc  cəbhəçi  şair  Ənvər  Əlibəyli  haqqında  sizə 
yazmağı və belə bir vətənpərvər şair tərbiyə etdiyinizə görə sizə 
təşəkkür etməyi borc bilirik. 
Baş leytenant Ənvər Əlibəyli bizim hissənin ən qabaqcıl, 
bacarıqlı,  mübariz  kommunist  zabitlərindən  biridir...  Əlibəyli 
yoldaş  azğın  alman  işğalçılarına  qarşı  döyüşlərdə  igidlik  və 
rəşadət    göstərdiyinə  görə  dövlət  tərəfindən  «Qırmızı  ulduz», 
«İkinci  dərəcəli  Vətən  müharibəsi»  ordenləri  ilə  təltif 
edilmişdir.  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
104 
Komandanlıq  ...  şair  Ənvər  Əlibəylinin  simasında,  özü-
nün   ən  bacarıqlı  və döyüşkən zabitini tanıyır.  Sizin qəhrəman 
şairinizlə fəxr etməyə haqqınız vardır». 
Ənvər  Əlibəyli  kimi  müharibənin  ilk  günlərindən 
«Ədəbiyyatımızın  «çevik  və  kütləvi»  növü  olan  şeir,  oçerk, 
publisistik məqalələri ilə döyüşə başlayan S.Vurğun, M.Rahim, 
S.Rüstəm,  Əliağa  Vahid,  Ə.Cəmil,  R.  Rza,  Zeynal  Xəlil,  O. 
Sarıvəlli öz əsərlərində  xalqını ağır döyüşlərdə mətin və iradəli 
olmağa    səsləyir,  qələbəyə  onlarda  dərin  inam  hissi  oyadır, 
möhkəmləndirirdi.  S.  Vurğun  «Ananın  öyüdü»  şeirində  övlad, 
vətən,  torpaq  sevgisiylə  oğul-qız  tərbiyə  edən  analarımızın-
övladlarını qəhrəmanlığa,  döyüşə  səsləyən,  mərdliklə düşmənə 
qarşı vuruşmağa çağıran, nəcib analarımızın ifadəçisi kimi çıxış 
edir: 
Dedi: oğul, göz bəbəyim! Sən ey ömür çiçəyim. 
Tarixlərin şahididir mənim bu ağ birçəyim... 
Biz sənsiz də dolanarıq, uğur olsun yoluna, 
Qılıncını çalan zaman qüvvə gəlsin qoluna! 
İgid balam! Hərçəndi ki, öz ananam mən sənin, 
Çörəyilə böyümüsən bizim ana Vətənin! 
Rəssam  Kazımzadə  bu şeirdən  ilhama gəlib oğluna öyüd 
verən  ananı  təsvir  etmiş  və  ondan  təşviqat  işlərində  uğurla 
yararlanmışdır.  Bu  şeir  bütün  anaların  qəlbinə  yol  tapan,  öz 
oğullarını  döyüşə  yollayan  analar  üçün  bir  örnək  olan  şeir  idi. 
Sovet  İttifaqı  Qəhrəmanı  İsrafil  Məmmədovun  anası  Gülsüm 
Məmmədova  S.Vurğunla  görüşəndə  demişdir:  «Sənin  şeirini 
mənə  oxudular.  Lap  bizim  arzumuzu  yazmısan.  Mən  İsrafili 
yola  salıb  xeyir-dua  verəndə  o,  mənə  demişdi  ki,  ana, 
düşmənləri  qıracağam,  orden  almamış  qayıtmayacağam.  Mən 
isə  onu  yola  salan  zaman  dedim  ki,  Oğul!  Düşmənə  heç  vaxt 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə