Sənət, sənətkar və zaman
93
yuxusu» (1929), «Mənim şeirlərim», «Köhnə adamlar» və s.
kitablarında felyetonları və şeirləri toplanmışdır. Bu əsərlərdə
daxili və xarici düşmənlərin ifşası, yeni həyat quruculuğu
sahəsində əldə edilən qələbələrin tərənnümü, mühüm
beynəlxalq məsələlər və s. əsas yer tutur. Onun «Oktyabr
inqilabı», «Azərbaycanda inqilab». «İşsizlər», «Cəmiyyəti-
əqvam» və s. dramlarında köhnə həyatla yeni həyat arasındakı
ziddiyyətləri, cəmiyyətdə iflasa uğramış, öz nüfuzunu itirmiş
varlı təbəqənin yeni cəmiyyətə qarşı düşmən mövqe tutmaları,
onların işinə mane olmaq, xeyir verməkdənsə onları ziyana
salmaq cəhdləri təsvir edilirdi.
Onun qələmə aldığı «Dumanlı Təbriz» əsəri ilk tarixi
romandır. Dörd kitabdan ibarət romanın əsas mövzusu 1906-
1911-ci illər İran inqilabı, Səttərxan hərəkatıdır. Bununla belə,
ədib həmin dövr hadisələri ilə kifayətlənmir, 1917-ci il inqilabı
ilə fikri tamamlamağa çalışır. Burada yazıçının əsas məqsədi
«1905-ci
il
rus
inqilabı
öz
ölkəsinin
daxilində
məhdudlaşmayaraq dünya xalqlarının, o cümlədən Asiya
xalqlarının azadlıq duyğularının coşmasına, qəflətdə olan
xalqların ayılmasına qüvvətli təkan verdiyini göstərmək idi».
«Dumanlı Təbriz» əsərindən sonra «Gizli Bakı», «Qılınc
və qələm», «Döyüşən şəhər» romanlarını yazır. «Gizli Bakı»
trilogiyası ədəbiyyatımızda yeni, oricinal bir əsər olmaqla
bütün sovet dövrü ədəbiyyatın tarixi-inqilabi mövzudakı
nailiyyətlərindən bəhrələnmiş yazıçının böyük müvəffəqiyyəti»
kimi tənqidçilər tərəfindən dəyərləndirilir.
«Qılınc və qələm» romanı Nizaminin həyatını, yaşadığı
dövrü, ölkənin xarici əlaqələrini, əsrin ədəbiyyat və incəsə-
nətini, sənətkarlarını, dövlət xadimlərini, xalqın azadlıq mü-
barizələrini özündə əks etdirən bir romandır. Ordubadi əvvəlki
romanlarından fərqli olaraq daha uzaq keçmişdən bəhs
Gülxani Pənah, Salatın Əhmədli
94
etdiyindən burada daha ətraflı tədqiqat işi aparmışdır. Əsər
külli miqdarda tarixi, elmi, ədəbi məxəzə istinadən yazılmışdır.
Nizami haqqında, xüsusilə onun həyatı barədə məlumatın azlığı
müəllifi bir çox halda öz yazıçı təxəyyülünə qanad verməyə
vadar etmişdir. Tarixi sənədlə bədii təxəyyül romanda ustalıqla
əlaqələndirilmişdir. Buna görə də deyə bilərik ki, digər tarixi
romanlarına nisbətən «Qılınc və qələm»də yazıçı surətlərin
təsvirində daha sərbəst hərəkət etmişdir».
Onun şeirləri, hekayələri, felyetonları, məqalələri, lib-
rettoları, romanları mövzu aktuallığı, bədii ideya zənginliyi ilə
diqqəti cəlb edir. «Sercant İvanov adına körpələr evi», «Dil-
ruba» hekayələri, «Gənc çekistlər», «Kiçik şəhər» romanları
vətən müharibəsi mövzusunda yazılmış ilk roman kimi də
dəyərləndirilir. «Maral», «Qara Məlik», «Camal» «Səttarxan»,
«Tarix və qələbə» və s. kimi oçerk portretlərdə vətənpərvər el
qəhrəmanlarından söz açır. Zəngin ədəbi irsi ilə yanaşı ədibin
Puşkinin «Baxçasaray fantanı», «Boris Qodunov», D. Bedninin
«Baş küçə», «Zeynəbin andı», Bomarşenin «Sevilya bərbəri»
və s. rus və dünya ədəbiyyatından tərcümələridir.
Döyüş ruhlu poeziyamızın gözəl nümunələrini yaratmış,
«xalqlar dostluğu, humanizm ideallarının alovlu tərənnümçüsü»
Süleyman Rüstəmin ilk şeirlər toplusu «Ələmdən nəşəyə»
adlanır. İlk şeirləri «Qızıl gənc qələmlər» (1926), «Oktyabr
alovları» (1927), «Ədəbi parçalar» (1927) almanaxlarında dərc
edilib. İnqilab mövzusunun «bədii şəkildə canlandırılmasının»
ən gözəl nümunələrini yaradan Süleyman Rüstəm «Adamlar»
(1930), «Səs» (1932), «Şairin səsi» (1934), «Ulduzlar» (1934),
«Çapayev» (1936), «Gecənin romantikası» (1938) kitablarını
nəşr etdirir.
Böyük Vətən müharibəsi illərində «And», «Ana və poç-
talyon», «Qəhrəmanın vəsiyyəti», «Ana ürəyi», «Qocanın
Sənət, sənətkar və zaman
95
dedikləri», «Gün o gün olsun ki», «Yağılara vermə aman»,
«Qəhrəmanımsan», «Məktublar» silsilə şeirlərində və s.
əsərlərində döyüş, qələbə ruhu duyulur.
S. Rüstəm yaradıcılığında Cənubi Azərbaycan, ikiyə
bölünmüş Azərbaycanın taleyi, Təbriz həsrəti, göynərtisi ya-
şayır. «Bəli, Cənubluyam». «Yenə Araz qırağında». «Uzun
yol», «Könlümə Təbriz düşdü», «Ana dilimə dəymə»,
«Ürəyimi verərəm», «Araz gözlü». «Səbəb nədir» şeirində
«silsiləvi bədii suallar vasitəsilə yeri, göyü, asimanı sorğuya
tutaraq söyləyir ki, nəyə görə o sahildən bu sahilə, bu sahildən
o sahilə bulud, durna, yaşılbaş sona, odlu nəğmə, külək, xəyal,
arzu, dilək icazəsiz keçir, amma şair bu yollardan keçə bilmir?
Savalanın şəffaf sularından öz təşnəliyini söndürmək üçün bir
doyunca içə bilmir? O göstərir ki, küləyin əsməsində bəzən
Arazın şikayətini eşidir. Dağlar, daşlar da dilə gəlir, hay-haray
çəkir, belə anlarda şairin göz yaşları sözünə baxmır, səddini
uçurmuş çaylar kimi çağlayır...» Cənubi Azərbaycanda yaşayan
Azərbaycan poeziyasının nümayəndəsi Şəhriyara həsr olunmuş
şeirləri, «Cənub şeirlərinin poetik zirvəsi kimi şah-şahrah
beytlərlə dolu» şeir kimi yüksək qiymətləndirilir.
Gəl söyləyim ürəyimin sözünü,
Bir kərə də görməmişəm üzünü,
Nigaranam yetir mənə özünü,
Məhəbbətin bağrımdadır, Şəhriyar,
Mənim ürək ağrımdadır, Şəhriyar!
Kim deyir ki, lisanımız ayrıdır?
Nə adımız, nə sanımız ayrıdır.
Nə canımız, nə qanımız ayrıdır,
Ürək birdir, bədən birdir, Şəhriyar,
Vətən birdir, vətən birdir, Şəhriyar!
Gülxani Pənah, Salatın Əhmədli
96
Rəngarəng yaradıcılığa malik Süleyman Rüstəmin satirik-
yumoristik şeirləri («Yad adam», «İki yolçu», «Qəribə aşiq»,
«Artıq gec deyilmi?», «Necə deyərlər», «Tənqidçi dostuma
açıq məktub», «Qəribə tanışlıq», «Xəstəlik», «Qəribə məclis»,
«Üçüncü sağlıq», «Rəhbərzadə», «Əhsən belə dostlara» və s)
ilə yanaşı poemaları da mühüm yer tutur. «Yaxşı yoldaş»,
«İldırım», «Gülbahar», «12-ci tüfəng», «Qafurun ürəyi»,
«Nakam məhəbbət», «Şairin ölümü», «Yeni kəndin işıqları»,
«Səbuhini düşünərkən» və s. poemaları müasir mövzuda
yazılmış əmək prosesində dəyişən, tərbiyələnən insanın yeni
həyat uğrunda mübarizəsi məsələsindən bəhs edir, müharibədə
böyük qəhrəmanlıqlar göstərən, Sovet İttifaqı Qəhrəmanı adına
layiq görülən Qafurun döyüş yolundan, şair, dramaturq, filosof
Axundovun fəaliyyətindən və s. bəhs edir.
Süleyman Rüstəmin yaradıcılığında dramaturgiyası
(«Çimnaz xanım yuxudadır», «Yanğın», «Qaçaq Nəbi», «Gəl-
di-gedər», «Durna» libretto mətni və s.) mühüm yer tutur.. Şair,
dramaturq, ictimai xadim S. Rüstəm xalqına, vətəninə bağlı
olan, onun müvəffəqiyyətindən, qazandığı uğurlardan vəcdə
gələn, əmək qəhrəmanlarının əldə etdiyi nailiyyəti dastanlara
çevirən, şeirləri, qəzəlləri dillər əzbəri olan nəğməkar şairdir.
«Seçilmiş əsərləri» 4 cilddə (1969-1972), «Xəzərin şəhəri»
(1976), «Seçilmiş əsərləri», 2 cilddə (1976), «Mənim
Günəşim» (1986), «Əsərləri» 6 cilddə nəşr olunub.
Xidmətlərinə görə üç Lenin ordeni, Sovet Sülhü Müdafiə
komitəsinin fəxri fərmanına, yüksək adlara layiq görülmüş,
xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, alovlu mübariz,
nəğməkar şair kimi bu gün də sevilir. Qəzəlləri xanəndələrin
dillər əzbəridir, sözlərinə yazılmış mahnılar bəstəkarlara da
şöhrət gətirən əsərlərdir.
Dostları ilə paylaş: |