Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə25/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   21   22   23   24   25   26   27   28   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
97 
 
 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
98 
SÖZ MÜHARİBƏ MEYDANINDA  
QÜDRƏTLİ SİLAHDIR 
(1941-1945) 
 
Azərbaycan  şair  və  yazıçıları  İkinci  Dünya  müharibəsi 
illərində  vətən,  torpaq,  xalq  naminə  böyük  fədakarlıqlar  gös-
tərdilər.  Onlar  bütün  qüvvə  və  imkanlarını    «hər  şey  cəbhə 
üçün,  hər  şey  qələbə  naminə»  sərf  etdilər.  1941-1945-  ci  illər 
Böyük Vətən müharibəsinə qədər  ədəbiyyatımız, incəsənətimiz 
dinc  quruculuq  şəraitində  inkişaf  edirdi.    Onlar  xalqımızın 
nailiyyətlərini  qələmə  alır,  xalqı  vətənpərvərlik  ruhunda 
tərbiyələndirmək    sahəsində  öz  nəcib  fəaliyyətlərini  davam 
etdirirdilər.  Müharibə  illərində    xalqın  faşizmə  qarşı 
müharibədə  göstərdikləri  qəhrəmanlığı,  igidliyi,  arxa  cəbhədə 
sadə  xalqın  fədakar  əməyini,    hər  iki  cəbhədə  xalq,  vətən, 
torpaq  naminə  misilsiz  rəşadət,  mərdlik  nümayiş  etdirən  sovet 
xalqlarının,  o  cümlədən  o  xalqı  təmsil  edənlərdən  azər-
baycanlıların  nələrə  qadir  olduğunu  vəsf  edirdilər.  «Ədəbiyyat 
və  incəsənət  işçiləri  şeir,  hekayə,  musiqi,  təsviri  sənət  əsərləri 
kimi  böyük  ideya  silahı    ilə  sovet  adamlarında  Vətənə  dərin 
məhəbbət,  düşmənə  qarşı  sönməz  nifrət,  kin  hissləri  tərbiyə 
edir, faşist işğalçıları  üzərində qələbə çalacağımıza böyük inam 
yaradırdılar» 
Müharibənin  ilk  illərindən  həm  ədəbiyyat,  həm  də 
incəsənət xadimləri   öz vəzifə  borclarını  başa düşür,   düşmənə 
qarşı  mübarizə  aparmağı  gənc  nəslə    öyrətməyi  qarşılarına 
məqsəd  qoyurlar.  Üzeyir  Hacıbəyov  yazırdı:  «Bədii  xalq 
məsəlində deyilir ki,  toplar dinəndə  musiqi  susmalıdır...  Bizim 
musiqimiz  bizim  zəhmli  toplarımızla  birlikdə  var  qüvvəsi  ilə 
səslənəcək,  onun  mərmiləri  faşist  canilərini  yer  üzündən 
siləcəkdir. 


 
Sənət, sənətkar və zaman
 
 
 
99 
Bizim    artistlərimiz  düşmənə  öldürücü  zərbə  vurmaq, 
döyüşçülərimizi  qələbə  marşı  və  qələbə  mahnısı  ilə  döyüşə 
ruhlandırmaq 
üçün 
hər 
cür 
şəraitdə-arxada, 
cəbhədə, 
səngərlərdə çıxış edəcəklər.  Biz təkcə  incəsənət silahı  ilə çıxış 
etməyəcəyik. Biz xalq könüllüləri sıralarına gedəcək, düşmənlə 
hər cür silahla vuruşacaq və onu məhv edəcəyik». 
Alman faşistləri bütün Avropanı, eləcə də Sovet İttifaqını 
məğlub  etmək,  bütün  dünyada  ağalıq  etmək  üçün  başladıqları  
ədalətsiz,  işğalçı  müharibədə  udmaq,  qələbə  əldə  etmək  üçün 
yüksək  səviyyədə  hərbi  texnika,  sursatla,    silahlanmışdılar.  
Onların 
dəhşətli 
sarsıdıcı 
silah-sursatına 
qarşı 
dünya 
xalqlarının-işğal etdikləri Avropa və Sovetlər Birliyi xalqlarının 
torpaq,  vətən  sevgisi  və  ədalətli  mübarizə  hissi  dururdu.  Bu 
vətənpərvərlik  hisslərinə  faşistlər  misilsiz  qəddarlıq,  vəhşiliklə 
cavab verirdilər.  Onlar 1933-cü  il 27  fevralda az  bir  müddətdə 
yüz minə yaxın tərəqqipərvər, sülhsevər, elm, sənət adamlarını 
siyasi  məhbus  kimi,  həbsxanalara  saldılar.  15  gün  müddətində 
inkişaf  etmiş  Avropa  dövlətlərindən  Polşanı  bütövlükdə  işğal 
edib,  digər  ölkələri  Danimarka,  Norveç,  Belçika,  Hollandiya, 
Fransa,  Yunanıstan,  Yuqoslaviyanı  zəbt  etdilər.  Öz  faşist, 
işğalçı  bayraqları  başları  üzərində  dalğalanan  Avropa  xalqları 
gizli  partizan  dəstələri  yaradır,  faşist  Almaniyasının  məhvi 
naminə  ölüm-dirim  mübarizəsinə  girdilər.  Belə  bir  zamanda 
faşist Almaniyası Sovet İttifaqına, bu tərkibdə yaşayan xalqlara 
qarşı  elə  bir  mübarizə  planı  hazırlamışdı  ki,  sorğusuz,  sualsız, 
qeydsiz-şərtsiz  məğlubiyyətə  diz  çökməli  idilər.  Belə  bir 
zamanda  sovet  xalqında  düşmənə  nifrət,  mübarizə  ruhu 
artırılmalı,  onların  mənəvi  birliyi  təmin  edilməli,  daha  da 
möhkəmlənməli idi. Müharibənin ilk günlərindən ağır sınaqlara 
məruz  qalsa  da,  Avropanın  iqtisadi,    hərbi  potensialını  ələ 
keçirən faşist Almaniyası ilə təkbətək döyüşə girməyə məhkum 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
100 
edilsə də,  düşmən  xalqların  humanist duyğuları önündə elə  ilk 
günlərdən  mənəvi  boşluğunu    duydu.  1941-42-  ci  illər 
dövründə  aparılan  hərbi  əməliyyatlardan  birində-Moskva 
yaxınlığındakı döyüşlərdə böyük hərbi məğlubiyyətə uğradıldı. 
Hitler  Almaniyasının  «məğlubedilməz»  olduğu  puça  çıxdı.  
Milli  tərkibcə  çoxluq  təşkil  edən  Sovet  İttifaqında  xalqlar 
arasında  düşəcək  milli  ixtilaflarda  ordunu  zəiflədib,  istəyinə 
nail  olacağını  düşünən  faşist  Almaniyasının  böyük  səhvə  yol 
verdiyi  göz  qabağında  idi.  Alman  siyasətçisi  Görinqin  Hitler 
Almaniyasının yüksək vəzifəli zabitlərinə göndərdiyi məktubda 
deyilir:  «Baltik  sahili  ölkələrində  ...  orada  yaşayan  almanlara 
arxalanmaq,  litvalılar,  latışlar  və  estonlarla  ruslar  arasındakı 
ziddiyyətlərdən  Almaniyanın  mənafeyi  üçün  istifadə  etmək 
lazımdır.  ...Cənubda  ukraynalılar  və  velikoruslar  arasında  baş 
verə  biləcək  ziddiyyətlərdən  faydalanmalıyıq.  Qafqazda  isə 
yerli 
gürcü, 
erməni 
və 
tatarlarla 
ruslar 
arasındakı 
ziddiyyətlərdən bizim xeyrimizə istifadə olunmalıdır». 
 Belə bir dövrdə xalqlar rəşadət nümayiş etdirdi.  Ölkənin 
bütün  ziyalıları  bir  araya  toplaşdı.    Xalqın  faşizmə  qarşı 
mübarizədə  bütün  qüvvə  və  bacarıqlarının  birləşdirilməsi 
yolunda  sovet  şairlərinin,  yazıçılarının,  curnalistlərinin  rolu 
misilsiz  oldu.  Qələbə  naminə  göstərilən  fədakarlıqlarda 
Azərbaycan  şairləri,  yazıçıları  böyük  rol  oynadı.  Onlar 
sülhsevər  xalqının,  millətinin  iradəsini  ifadə  etdilər.  Onların 
arzusu,  amalı  faşizmə  qarşı  mübarizədə  öz  vəzifəsini  başa 
düşüb xalqı müharibəyə, işğalçılara qarşı nifrət ruhunda tərbiyə 
etmək  idi.  Bir  əsgər  kimi  döyüş  meydanlarında  bir  əlində 
qələm,   bir əlində  süngü olan  Azərbaycan  şair  və  yazıçıları  bu 
şanlı 
qələbənin 
əldə 
edilməsi 
yolunda 
göstərdikləri 
fədakarlıqlara  görə  adlarını  tarixin  şanlı  səhifələrinə  yazdılar. 
Zaqafqaziya  xalqlarının  milli  bərabərlik,  birlik,  qardaşlıq 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə