Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə28/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   24   25   26   27   28   29   30   31   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
109 
Körpə gördüm dodağından  damla-damla qan sızır; 
Süngüsünə keçirmişdi onu faşist qansızı. 
Qoca gördüm-əyilmişdi sinəsinə ağ başı, 
Bacı gördüm- basdırılmış yerə diri qardaşı. 
Ana gördüm-gənc yaşında gur saçları ağarmış, 
Göyə sordum-yay günündə buluddan qar yağarmış? 
Göylər dedi: bu qar deyil, cinayətin barıdır. 
Zənn etmə ki, o gördüyün ömrü keçmiş qarıdır. 
İyirmi altı bahar görmüş həyatında bu qadın, 
Saçlarını ağartmışdır qanlı əli cəlladın. 
   
(Rəsul Rzanın («İntiqam» şeirindən) 
Ukrayna  torpaqlarının    faşist  işğalçılarından  azad  ol-
masında iştirak edən rota komandiri şair Böyükağa Qasımzadə 
qələm dostlarına yazırdı: 
«Mən  indi  rota  komandiri  vəzifəsində  çalışıram.  Nifrətə 
layiq  olan  quldurlarla  vuruşmalarda,  günahsız  körpələrin,  dar 
ağaclarından  asdırılan  Vətən  qızlarının  və  ağsaçlı  anaların, 
nəhayət,  böyük  Şevçenko  yurdunun,  Şevçenko  poeziyasının 
azadlığı  uğrunda  vuruşmalarda  ölməkdən  şərəfli  şey  yoxdur. 
Mən  gecə-gündüz  bu  əqidə  ilə  yaşayır,  öz  döyüşçülərimi  bu 
ruhda  silahlandırır  və  hərəkət  edirəm»  («Ədəbiyyat  qəzeti»  31 
yanvar 1944-cü il). 
Böyükağa  Qasımzadə  İkinci  Dünya  müharibəsinin  ilk 
günlərindən  səfərbərliyə  alınmış,  hərbi  məktəbdə  kursant, 
1941-ci  ilin  dekabrında  Cənub  cəbhəsində  atıcı  rotasının  ko-
mandiri,  siyasi  şöbənin  təlimatçısı,  Zaqafqaziya  cəbhəsində 
«Döyüşçü» qəzeti redaksiyasında məsul katib (1941-1945) işlə-
mişdir.  1948-ci  ilə  kimi  orduda  çalışan  şair  sonra  «Ədəbiyyat 
qəzeti»ndə incəsənət şöbəsinin müdiri (1948-1950), daha sonra 
«Azərbaycan»  curnalında  poeziya  şöbəsinin  müdiri  (1953-
1957) işləmişdir. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
110 
Ədəbi  yaradıcılığa  30-cu  illərdə  başlayan,  ilk  şeirlərini 
məktəblilərə  həsr  edən  B.  Qasımzadənin  «Murad»  (1937), 
«Şirin  sözlər»  (1939),  «Anarsan  məni»  (1945),  «Bahar  şəfəq-
ləri»  (1949),  vəfatından  sonra  isə  «Əsərləri»  (1961),  «Şirin 
sözlər» (1961), «Seçilmiş əsərləri» (1976)  çap olunmuşdur. 41 
yaşında dünyasını dəyişən şairin yaradıcılığında tərcümələri də 
mühüm  yer    tutur.  A.S.Puşkin,  N.Nekrasov,  N.V.  Qoqol, 
T.Şevçenko,  İ.Franko,  M.Bacan,  P.  Tıçina  və  bir  sıra  xarici 
ölkə yazıçılarının əsərlərini ana dilimizə çevirmişdir. Füzulinin 
«Yeddi  cam»,  M.F.  Axundovun  «Puşkinin  ölümünə  Şərq 
poeması»nı  farscadan, «Sasunlu Davud» eposunu ermənicədən 
tərcümə etmişdir. 
Böyükağa  Qasımzadə  ilə  birlikdə  Zeynal  Cabbarzadə, 
İslam Səfərli bir əli qələmli, bir əli süngülü Azərbaycan şairləri 
idi.  S.Vurğun,  R.Rza,  O.  Sarıvəlli,  M.  Rahim,  S.Rüstəm  və  s. 
döyüşçülərə ünvanlanan  şeirlərində onlarda doğma torpaqlarını 
sevmək üçün yazına, yayına  vurğunluq, vətənə dərin məhəbbət 
hissini artırırdılar. 
75  illik  fəaliyyəti  dövründə  Azərbaycan  Yazıçılar  Bir-
liyinin üzvləri olan və üzvü olmayan neçə-neçə qələm sahibləri 
müharibənin  dəhşətlərini  yaşadılar,  yaşadıqları  dünyanın 
dəhşətini,  faciəsini  ibrət  dərsi  olsun  deyə  gələcək  nəsillərə 
çatdırmaq  üçün  kitablara  köçürdülər.  Cild-cild  kitablarda 
sülhsevər,  humanist  Azərbaycan  xalqının  fikir  və  ideyalarını, 
arzu  və  istəklərini  ifadə  etdilər.  Sovetlər  Birliyinin  bir  parçası 
olan  Azərbaycanın  düşmən  əlinə  keçməməsi  üçün  millətinə, 
xalqına döyüşlərdə dəstək oldular.  Qanlı  müharibədə   milyona 
yaxın  qurban  verən  xalqımızın  mərdlik,  qəhrəmanlıq  dolu 
ömrünü,  onların  cəsur,  mərd,  mübariz  bir  xalqın  övladları 
olduğunu  sübut  edən  qəhrəmanlığını,  döyüş  şücaətini  vəsf 
etdilər.  Koroğlu,  Nəbi  cəsurluğu  ilə  seçilən,  sevilən,  Qazan, 


 
Sənət, sənətkar və zaman
 
 
 
111 
Beyrək  qeyrəti  ilə  fəxr  edən  Azərbaycanımızın  şəninə 
dastanlar, epopeyalar yaratdılar. Müharibənin ən dəhşətli döyüş 
səhnələrini  öz  gözləri  ilə  görüb,  qələmə  alan  şairlərimiz, 
yazıçılarımız oldu ki,  həyatını  bu  yolda qurban  verdilər.  Rəsul 
Rza,  Ə.Cəmil,  M.  Rahim,  S.  Vurğun,  S.  Rüstəm,  Zeynal 
Cabbarzadə, 
Ənvər 
Əlibəyli, 
Böyükağa 
Qasımzadə… 
müharibənin  odu-alovu  içində  bərkidilər.  Neçə-neçə  cəsur 
keyfiyyəti  ilə  seçilən  oğullarımız  öz  istedadı,  qabiliyyəti  ilə 
müharibənin  içində  yetişdilər.  AYB-nə  üzv  seçildilər.  Zeynal 
Cabbarzadə  döyüşlərdə  ağır  yaralanıb,  gözlərini  itirəndə  onun 
yazdığı  şeirlərin  vurğunu  olan  S.Vurğun  şairə  baş  çəkir,  onu 
Azərbaycan Yazıçılar İttifaqının üzvlüyünə qəbul edir. 
33-37-ci  illərin  dəhşətli  repressiyalarını  yaşamış  Azər-
baycan  yazıçısı  müharibənin  dəhşətləri  içində  milli  azadlıq, 
bütövlük,  bütöv  Azərbaycan  naminə  Ordu  sıralarında  Cənubi 
Azərbaycanlılarla  bir  oldular,  şah  reciminə  qarşı  vuruşan, 
mübarizə  aparan  Söhrab  Tahirlərin,  Balaş  Azəroğulların,  Əli 
Tutədələrin,  Mədinə  Gülgünlərin...  mənəvi  arxası,  dəstəyi 
oldular,  «Təbrizim,  təbrizim»-deyib  keçmişiylə  fəxr  edən,  bu 
gününə  dözməyən,  şah  recimindən  qurtulması  üçün  hər  bir 
fədakarlığa  hazır  olduğunu  çəkinmədən  birbaşa  mətbuatda 
bəyan  edən,  cəbhədə  döyüşçü,  ideologiyada  döyüşçü  S. 
Vurğun, R. Rza, S. Rüstəm, Ə. Vahid, M. Rahim, O. Sarıvəlli, 
Ə.Cəmil...  daima  Azərbaycan-Vahid  Azərbaycan  istəyindən  əl 
çəkmədiklərini  bildirdilər,  bu  hisslə  yaşayan  oğullarımız  kimi 
fəaliyyət göstərdilər. 
Böyük  Vətən  müharibəsi  illərində  qələmlə  yanaşı  silahla 
da düşmənə qarşı döyüşlərdə qəhrəmanlıqla vuruşan, şəhid olan 
şairlərimiz  Abdulla  Faruk,  Məhərrəm  Əlizadə,  Hüseyn  Natiq 
kimi tarixə düşmüş, qısa ömür ərzində söz sənəti cəbhəsində də 
öz izlərini qoymuşlar.  Bunlardan  biri  istedadlı  nasir Məhərrəm 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
112 
Əlizadədir.  1934-cü  ildən  bədii  yaradıcılığa  başlayan  mənalı, 
sadə  və  aydın  bir  dilə  malik  hekayələr  müəllifi  kimi  tanınan 
yazıçının  yaradıcılığı  ədəbi  tənqidçilərin  diqqətini  cəlb  etdi,  o 
zamankı «bədii nəsrimizə, son dərəcə parlaq istedada malik bir 
nasir»  gəldiyini  gördülər.  Yazıçının  1936-cı  ildə  çapdan  çıxan 
«Dostlar»  adlı  hekayələr  kitabında  «Yadındamı?»,  «Dostlar», 
«Qız  Musa»,  «Südabənin  son  məktubu»  və  s.  hekayələrinin 
«oricinal  və  dolğun  məzmunu»,  müasir  ideya,  cazibədar  bədii 
forması  ədəbi  ictimaiyyətin    marağına  səbəb  oldu.  M. 
Əlizadənin  əsərlərində  ailə–məişət,  təlim–tərbiyə,  xalqlar 
dostluğu,  yeni  həyat uğrunda  mübarizə kimi aktual problemlər 
dövrün  bədii–estetik  fikri  səviyyəsindən  həll  olunurdu: 
«Qonaq» adlı ikinci hekayələr kitabı çapdan çıxdığı zamanlarda 
yazıçı 
odlu-alovlu, 
qanlı-qadalı 
döyüş 
meydanlarında 
vuruşurdu. «Əsir», «Kədər və sevinc», «Mərəkə», «Bacıqızının 
konspektləri», «Qonaq», «Kömək», «Ata və oğul», «Rəna» adlı 
hekayələr toplusunun nəşrini görmək yazıçıya nəsib olmur. 
Bu  hekayələrdə  təhsil,  tərbiyə,  seçdiyi  ixtisasa  ciddi 
yanaşma  («Bacıqızının  konspektləri»),  ali  təhsilə  qeyri-ciddi 
münasibət,  zəhmətdən  qaçmaq,  mədəni,  mənəvi  gerilik  tənqid 
olunur,  xalqın  inqilabi  dirçəlişinə  («Ata  və  oğul»),  geriliyə 
səbəb olan problemlər qoyulur.  
Məhərrəm  Fərəc  oğlu  Əlizadə  İkinci  Dünya  müharibəsi 
başlanandan  könüllü  əsgər  getmiş,  topçu  alayında  vuruşmuş, 
1942–ci  il  noyabrın  17–də  Krasnodar  vilayətinin  Tuapse 
rayonu  İndyuk  kəndində  gedən  vuruşmalarda  həlak  olmuşdur. 
İstedadlı  yazıçının seçilmiş hekayələri 1962-ci ildə («Kədər və 
sevinc») toplanıb nəşr olunmuşdur. 
M.  Əlizadə  taleyini  yaşayan,  şeirlərindəki  «tribunluğu, 
romantik  coşqunluğu,  qüdrətli  publisistik  üslubu  ilə  tanınmış» 
Abdulla  Faruk az ömrüylə  xalq arasında,  geniş oxucu kütlələri 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə