Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə36/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   32   33   34   35   36   37   38   39   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
141 
«Mingəçevir»,  Novruz  Gəncəli  «Göndərilməmiş  məktub», 
«İnsan,  od,  su»,  «Şəhla»,  «Odlu  ürəklər»,  «Şairin  arzusu» 
poemalarını  yaratdı.  Ədəbiyyata  yeni  gələn  nəslin  nümayən-
dələri  də  maraqlı  mövzuda  poemalar  yazır:  «Bəxtiyar 
Vahabzadənin  «Sadə  adamlar»,  «Etiraf»,  «Şəbi-hicran», 
«Yollar,  oğullar»,  «Muğam»,  «Atılmışlar»,  Nəbi  Xəzrinin 
«Sumqayıt  səhifələri»,  «Günəşin  bacısı»,  «İki  Xəzər»,  «Ana», 
«İnam»,  Hüseyn  Arifin  «Məhəbbət»,  «İbrahim  körpüsü», 
«Yolda»,  «Dilqəm»,  «Sonaxanım»,  «Üçlər»,  Qabilin  «Meh-
parə»,  «Tramvay  parka  gedir»,  «Nəsimi»,  İ.  Kəbirlinin 
«Səhralar  çiçəklənir»,  «İlk  məhəbbət»,  Əli  Kərimin  «İki 
simfoniyası»,  «Üçüncü  atlı»,  İslam  Səfərlinin  «Aşıq  Ələsgər», 
Adil  Babayevin  «Tikanlı  məftillər  arxasında»,  Əlağa  Kür-
çaylının  «Durnalar  cənuba  uçur»,  «Sınaq»,  «Təbəssüm», 
«Qəzəb»,  Xəlil Rzanın  «Kommunizm qəhrəmanları»,  Nəriman 
Həsənzadənin «Nəriman», «Zümrüd quşu», «Kimin sualı var», 
Məmməd  Arazın  «Əsgər  qəbri»,  «Qayalara  yazılan  səs», 
«Atamın kitabı», «Üç oğul anası», «Araz axır», «Mən də insan 
oldum»,  «Paslı  qılınc»,  «Ömür  təzələnir»,  «Ömür  keçir,  gün 
keçir»,  Fikrət  Qocanın  «Salam,  Vyetnam»,  «Xose  Risal», 
Fikrət  Sadığın  «Ömrün  bir  günü»,  «Sevgi  yağışı»,  Cabir 
Novruzun  «Kəndimizin  antik  heykəli»,  «Zaman»,  «Cəfərlə 
görüş»,  «İnsan  məhəbbəti»,  «Qərbi  Berlin»,  «İnsan  himnləri», 
Tofiq Bayramın  «Səhər  yelləri»,  «Təbrik çiçəkləri»,  «Səbuhi», 
«Yaralı  nəğmə»,  Famil  Mehdinin  «Xatının  dastanı»,  «İllər  və 
talelər»,  «İnsan  unudulmur»,  «Səni  gözləyirəm»,  Ayaz 
Vəfalının  «Dörd  yaşımda  fikir  çəkdim»,  «Sağ  gözüm  sənə 
qurban»,  «Daşkəsən  dəftəri»  və  s.  kimi  müxtəlif  formalı, 
rəngarəng məzmunlu əsərləri çap olunmuşdur. 
   Bu  əsərlərdə  Azərbaycan  xalqının  dövlət  xadimlərinin, 
maarifçi  şəxsiyyətlərinin,  ziyalılarının  obrazları  yaradılırdı. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
142 
Nəriman  Həsənzadənin  «Nəriman»  poemasının    Nəriman 
Nərimanovun  yaşadığı  «mənalı  ömrün  bəzi  əlamətdar 
cəhətlərini,  xalqımızın  tarixində  müəyyən  mərhələ  təşkil  edən 
hadisələri»  əks  etdirdiyi,  «məzmunca  dolğun,  ictimai-siyasi 
pafosla  aşılanmış,  şeiriyyətcə  gözəl,  poetik  lövhələrlə  zəngin 
bir poema» olduğu bildirilir. 
Müharibədən  sonrakı  illərdə  Azərbaycan  nəsri  də  öz 
zəngin  mövzuları  ilə  oxucu  kütləsinin  rəğbətini  qazanmışdı. 
Bir-birindən  maraqlı,  dəyərli əsərlər  yazan nasirlərimizdən biri 
də Süleyman Rəhimov idi. 
S. Rəhimov Azərbaycan  Sovet ədəbiyyatının  inkişafında 
mühüm 
xidmətləri 
olan 
sənətkarlardandır. 
Azərbaycan  
ədəbiyyatını canlı, oricinal surətlərlə zənginləşdirən, 40 cilddən 
çox  zəngin  ədəbi  irsi  olan,  yaradıcılığında  milli  dəyərlər, 
xəlqilik,  torpağa,  xalqa  bağlılıq  əsas  olan  Süleyman  Rəhimov 
Beş  cildlik  «Şamo»  epopeyasını,  üç  cildlik  «Qafqaz  qartalı», 
«Qüdrətov», «Medalyon», «Aynalı» , «Torpağın səsi», «Saçlı» 
üç  hissəli,  «Ata  və  oğul»,  «Mehman»,  «Ağbulaq  dağlarında» 
(I-II  kitab),  «Pəri  çınqılı»,  «Ana  abidəsi»,  «Mahtaban», 
«Qafqaz qartalı» kimi qiymətli kitabların,  maraqlı hekayələrin, 
«Yazıçı  və  həyat»  adlı  ədəbi–tənqidi  və  publisistik  məqalələr 
məcmuəsinin  müəllifidir.  Azərbaycanda  gedən  ictimai,  siyasi, 
mədəni 
hadisələrin 
kənd 
həyatına 
təsiri, 
Azərbaycan  
kəndlisinin oyanaraq yeni həyat uğrunda mübarizəyə qalxması, 
xalq  həyatı,  məişəti,  adət-ənənələri,  onların  xüsusiyyətləri, 
müxtəlif təbiətli insanların psixologiyası, xalq həyatı, inqilab və 
xalq  hərəkatı  onun  ilk  bədii  əsəri  olan  «Şamo»  epopeyasında 
bütün genişliyi ilə təsvir edilir. Görkəmli yazıçı,  ictimai xadim 
N.Nərimanovun  bu  əsərdə  bitkin  obrazı,  onun  xalq,  millət 
naminə  apardığı  mübarizələr,  dağlara,  daşlara,  kahalara, 
qayalara  sığınıb  xalqın  səadəti  uğrunda  mübarizə  aparan, 


 
Sənət, sənətkar və zaman
 
 
 
143 
partizan  ömrü  yaşayan  insanların  realist-romantik  bir  səpkidə 
təsviri,  bu  insanların  fədakarlığı,  qəhrəmanlığı romantik-realist 
bir  dillə  təsvir  edilir:  «Sərt  şaxtalı  havalar,  aclıq,  susuzluq, 
əziyyət  və  işgəncə  onları  böyük  amaldan  çəkindirə  bilmir, 
yazıçının  romantika  ilə  əlvanlaşmış  realist  qələmi  onların 
həqiqi  işini  ucaldır,  əbədiləşdirir  və  gözlərimiz  önündə  artıq 
ayılmış,  hüququnu  dərk  etmiş,  xalq  ləyaqətini  başa  düşmüş 
müsəlləh bir dəstə canlandırır». 
Otuzuncu  illərdən  başlayaraq,  müharibə  illəri  də  daxil 
olmaqla  böyük  bir  dövrü  əhatə  edən  «Saçlı»da  bu  illərin 
ictimai–siyasi  mənzərəsi  canlandırılır.  Məğlub  olan  sinfin 
məhkum  qüvvələrinin  amansızlığı,  yırtıcılığı,  onların  hiyləgər-
liyi,  riyakar  əməlləri  təsvir  edilir.  Tənqidçilər  Süleyman  Rə-
himovun  nə  dil,  üslub,  nə  həyatı  əks  etdirmək,  nə  də  canlı 
yaddaqalan  xarakterlər  yaratmaq  baxımından  heç  kimə 
bənzəmədiyini  bildirirlər:  «O,  görkəmli  nasir  kimi  ayrı-ayrı 
nəzəriyyəçilərin müddəalarını deyil, həyatın dialektik məntiqini 
əsas  götürür.  Buna  görə  də  onun  bütün  əsərlərinin  əsasında 
böyük  qayəli  məqsədlər  və  bu  məqsəd  ətrafında  qruplaşan 
adamlar dayanırlar».  
Onun romanları üçün səciyyəvi olan, çoxplanlılıq, zəngin 
və  rəngarəng  yaddaqalan  xarakterlər,  ciddi  ictimai–siyasi 
konfliklərdir. 
Müharibə  illərində  yazdığı  əsərlərində  xalqlar  dostluğu, 
xalqların,  müxtəlif millətlərin öz vətənləri uğrunda fədakarlığı, 
vətənə  olan  məhəbbət  əsasdır.  Təmiz,  sinfi  düşmənlərdən 
qorxmayan,  prinsipial,  millət,  vətən,  xalq  yolunda  canından 
keçən  oğullarla  yanaşı,  boşboğaz,  dil  pəhləvanlarının  da 
surətlərini  yaratmışdır.  Onun  «Kəpəz»,  «Kəsilməyən kişnərti», 
«Güzgü  göl  əfsanəsi»  povestlərinin  üslubu  keyfiyyətləri, 
maraqlı  olması,  rəngarəngliyi  tənqidçi  alimlərin  dəyər  verdiyi 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
144 
məsələlərdir:  «Süleyman  Rəhimov  əgər  «Öz  minnətinə»  
povestində  heç  kimə  əyilməyən  məğrur  təbiətli  bir  insanın 
obrazını 
yaradırsa, 
«Mahtaban»da 
dərin 
ictimai-siyasi 
problemlərə  toxunur.  Yoxsul,  lakin  azadlıq  ideyaları  ilə 
çırpınan  Mahtabanın  mənəvi  gözəlliyini,  onun  hər  cür  saray 
çəkişmələrindən  yüksəkdə  dayanan  və  azadlıq  arzuları  ilə 
döyünən qəlbini, fikir və hisslərini ustalıqla qələmə almışdır». 
Onun  povestləri  ilə  yanaşı  «Pəri  çınqılı»,  «Gülən  balıq», 
«Gülsabah»  kimi  kitablarında  toplanan  hekayələri  xalq 
ədəbiyyatı  motivləri  əsasında  yazılıb.  Bunlar  yazıçının  xalq 
yaradıcılığına  dərindən  bələd  olduğunu,  canlı,  real  həyatı 
səhnələr  yaratmaq  qabiliyyətini,  istedadını  nümayiş  etdirir. 
«Yazıçı  və  həyat»  kitabında,  məqalələrində  yazıçını  xalq 
yaradıcılığı,  müsbət  qəhrəman,  ədəbi  tənqid,  xalqlar  dostluğu, 
xəlqilik  və  s.  məsələlər  barədə  dəyərli  mülahizələri 
toplanmışdır:  «S.  Rəhimov  xalq  dilinə,  Azərbaycan  dilinin 
bədii  ifadə  imkanlarına  dərindən  bələd  olan    yazıçıdır.  Onun 
üslubunda  klassik  və  müasir  ədəbi-bədii  dilimizin  ən  yaxşı 
ənənələri  birləşmişdir.  S.  Rəhimovun  dil  və  üslub  cəhətdən 
Azərbaycan  nəsrinin  klassiki  C.Məmmədquluzadəyə  yaxın 
olduğunu  deyənlər  haqlıdırlar.  Xalq  danışıq  dilinin  və  onun 
zəngin  ifadə  xüsusiyyətlərinin  incəliklərindən  məharətlə 
istifadə  hər  iki  sənətkarı  dil  və  üslub  cəhətdən  bir-birinə 
yaxınlaşdırır.  Dahi  ədibin  duzlu  yumoristik  və  kəskin  satirik 
üslubunu  S.Rəhimov  böyük  ustalıqla  mənimsəmiş  və  onun  ən 
yaxşı davam və inkişaf etdiricilərindən biri kimi tanınmışdır». 
Mir  Cəlal  Azərbaycan    nəsrinin  inkişafında  böyük  rol 
oynamış sənətkarlarımızdan biridir. «Sağlam yollarda» oçerklər 
kitabı  1932-ci  ildə  işıq  üzü  görüb.  Sonralar  «Boy»  kitabında 
novellaları  və  oçerkləri  toplanıb.  1935-ci  ildə  nəşr  olunub. 
Sonrakı  illərdə  «Dirilən  adam»,  «Bostan  oğrusu»,  «Axundun 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə