Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə38/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   34   35   36   37   38   39   40   41   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
149 
deyilmiş bir cümləsində tədqiqat obyektinin bir cəhətini sərrast 
ifadə  edə  bilir:  filan  yazıçı  həyatdan,  filan  isə  kitabdan 
gəlmişdir; Əhməd Cəmil az yazır, saz yazır; Səməd Vurğun bir 
çoxları  kimi  yaradıcılığının  ilk  illərində  kağız  korlamamışdır; 
Ənvər  Məmmədxanlı    özünün  məharəti  ilə  bəzən  az  ağlabatan 
vaqeələrə belə oxucunu inandıra bilir və s». 
Mir  Cəlalın  ədəbi  fəaliyyətindən  danışarkən  onun  elmi, 
ədəbi–bədii əsərlərinin dilini unutmaq olmaz.  Onun əsərlərinin 
dili  canlı  xalq  dilidir,  folklor  abidələrindən,  Mirzə  Cəlil 
nəsrinin dilindən qidasını alıb. Sözə qənaət edən,  fikri yığcam, 
lakonik,  təsirli  şəkildə 
«təbii  tərzdə 
ifadə  edən»dir, 
bəzək-düzəksiz, həyat hadisələrinin sadə və səmimi bir təhkiyə 
üzərində  qurandır.  Bütün  yaradıcılığı  boyu  bir  dram  əsəri 
yazmışdır  ki,  bu  da  müharibə  illərinə  təsadüf  edir.  «Mirzə 
Xəyyam»  «şən  və  ifşaedici»  komediyadır.  Mir  Cəlalın  adı 
gözəl 
nasir, 
müəllim, 
ədəbiyyatşünas, 
tənqidçi 
kimi 
Azərbaycan  ədəbiyyatının tarixinə yazılıb. 
Müasir  Azərbaycan    nəsrinin  inkişafında  Əbülhəsən 
Ələkbərzadənin  də  rolu  böyükdür.  O,  cəmiyyətin  «ictimai  və 
siyasi  hadisələrin  qaynar  burulğanında»  yetişən,  gördüklərini 
«bədii  sənət  dilində  əbədiləşdirməyi»  bacaran  ədiblər 
sırasındadır.  Ədəbi  fəaliyyətə  «Maarif  və  mədəniyyət» 
curnalında çap olunan  «Sofi»  hekayəsi  ilə  başlayan Əbülhəsən 
yaradıcılığının  ilk  illərində  şeirlər  yazmışdır.  «Dalğalar», 
«Şahbuzdağ»,  «Bahar  yağışları»,  «Etirafdan»  və  s.  şeirlərində 
təbiət  lövhələri  öz  əksini  tapır.  Bununla  belə,  «Sofi»  hekayəsi 
ilə istedadlı, oricinal bir yazıçı kimi diqqəti cəlb edib. 
 20-ci  illər  Azərbaycan    nəsrinin  bir  növ  hekayə  dövrü 
kimi qiymətləndirilir. Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy 
Haqverdiyev, 
Süleyman 
Sani 
Axundov, 
Yusif 
Vəzir 
Çəmənzəminli,  Seyid  Hüseyn,  Abdulla  Şaiq.  Amma  müasir 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
150 
Azərbaycan    romanı  və  povesti  yox  idi.  Tənqidçilər  nasirlə-
rimizin  «uzaq  və  əzəmətli  yürüşə  hazırlaşan  ordular  kimi  öz-
lərinin  potensial  gücünü,  sənətkarlıq  qüdrətini»  yoxladıqlarını, 
roman,  povest  üçün  «ciddi  məsuliyyətli  hazırlıq»  getdiyini,  Ə. 
Ələkbərzadənin  də  bu  dövrdə  yetişdiyini  bildirirlər.  Tarixi 
mövzularda,  ictimai-siyasi  hadisələri  özündə  əks  etdirən 
«Şamo»,  «Dumanlı  Təbriz»,  «Dirilən  adam»,  «Qəhrəman» 
romanlarını 
tənqidçilər 
«uğurlu 
romanlar» 
kimi 
dəyərləndirirdilər.  Əbülhəsənin  yaradıcılığında  «Yoxuşlar» 
romanını isə müasir Azərbaycan  romanının ilk nümunəsi kimi 
qiymətləndirirlər.  Kənddə  kollektivləşmə  hərəkatına  həsr 
olunan əsərdir. 
Əbülhəsən Ələkbərzadə gördüyü,  şahid olduğu hadisələri 
əsərinin  mövzusuna  çevirirdi.  Yazıçı  Q.  Korabelnikov  yazırdı 
ki, Əbülhəsən «nədən yazmışsa,  həmişə iştirakçı və şahid kimi 
onları  öz  gözü  ilə  görmüşdür.  Sanki  taleyin  özü  ona  həyat 
təcrübəsi  bəxş  edir,  onu  əsrin  həlledici  vuruşları  gedən  döyüş, 
mübarizə meydanına gətirir».  
Əbülhəsən  Ələkbərzadənin  yaradıcılığı  üçün  əsas  səciy-
yəvi  cəhətlər  müasirlik  və  aktuallıqdır.  Onun  «Araz»,  «Dünya 
qopur»,  «Boşandı»,  «Yoxuşlar»,  «Tanışlar»,  «Atalar  və 
oğullar»,  «Müharibə»  I  kitab,  «Dostluq  qalası»,  «Dünya 
qopur»,  «Tamaşa  qarının  nəvələri»,  «Krım  hekayələri», 
«Utancaq», «Sədaqət», «Üç ildən sonra» və s. kitablarındakı bu 
müasirlikdir:  «Əsl  müasirlik  onun  qəhrəmanlarının  xarak-
terində,  amallarında,  düşüncə  və əməllərindəndir,  bədii sücetin 
və  konfliktin  səciyyəsində,  əsərin  ümumi  pafosunda  və  ideya 
məzmunundadır;  nəhayət,  onun  özünün  sənətkar  kimi 
zəmanəsinin 
sosial 
tendensiyalarını, 
ictimai 
ideallarını 
məqamında,  sərrast  duya  bilməsində,  vətəndaş  kimi  onların 


 
Sənət, sənətkar və zaman
 
 
 
151 
həyati  qələbəsi  uğrunda  mübarizənin  ön  cərgəsində  getmə-
sindədir». 
Əli  Vəliyev  Azərbaycan  nəsrinin  inkişafında  böyük  xid-
mətləri  olan  sənətkarımızdır.  «Nənəmin  cəhrəsi»,  «Sübut», 
«Sovqat»,  «Cəbhə  hekayələri»,  «Gülşən»,  «Ürək  dostları», 
«Anaqız»,  6  cildlik  «Seçilmiş  əsərləri»,  «Narahat  adam», 
«Madarın  dastanı»,  «Budağın  xatirələri»  kimi  əlliyə  yaxın 
kitabların müəllifidir. Əli Vəliyev Azərbaycan həyatını, onların 
Böyük Vətən müharibəsi illərində faşizmə qarşı həm arxa, həm 
də  ön  cəbhədə  apardığı  mübarizəni,  qazanılan  qələbələri, 
ölkədə  gedən  quruculuq  işlərini  nəsr  əsərlərində,  hekayə, 
povest  və  romanlarında  yüksək  sənətkarlıqla  təsvir  etmiş, 
Azərbaycan  nəsrinin  inkişafında  öz  dəsti-xətti  ilə  seçilmişdir. 
Əsərləri bu gün də sevilir, oxunur. 
Ənvər  Məmmədxanlı  Azərbaycan    ədəbiyyatına  oricinal 
əsərlər  bəxş  edən  gözəl  sənətkardır.  İlk  kitabı  «Burul-ğan» 
1934-cü  ildə  çapdan  çıxmışdır.  «Bakı  gecələri»,  «Ayna» 
(kinossenari),  «Qəribə  atəş»,  «Analar  və  yollar»,  «Dirilik 
çeşməsi», «And», «Hekayələr», «Balaca Nərgiz», «Hekayələr», 
«Seçilmiş  əsərləri»,  «Seçilmiş  əsərləri»  2  cilddə,  «Qızıl 
qönçələr» və s. kitabların müəllifidir.  
1936-cı ildə ədibin «Bakı gecələri» kitabı çap olunur. Bu 
kitabdakı  hekayələri,  sonralar  yazdığı  «Ananın  nəziri»,  «Kiçik 
məktub»,  «Qaralmaz  günəş»  əsərləri  Ənvər  Məmmədxanlını 
ədəbi mühitdə istedadlı qələm sahibi kimi tanıdır. İkinci Dünya 
müharibəsi dövründə «Qızıl ordu» cəbhə qəzetinin Azərbaycan  
redaksiyasının  xüsusi  müxbiri  olmuş,  Stalinqrada  göndərilmiş, 
müxtəlif  cəbhə  bölgələrində  olmuşdur.  Müharibə  illərində 
qələmə  aldığı  hekayələrində  müharibənin  dəhşətlərini  yaşayan 
insanların  həyatı  qələmə  alınır.  Onun  «Buz  heykəl»  əsəri  adi 
hekayə deyil «başdan-ayağa müharibəyə, faşizmə nifrət, anaya, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
152 
həyata  və  günəşə  dərin  məhəbbət  fəlsəfəsidir.  Müharibə  təkcə 
ananı  baladan  ayırmır,  o,  qardaşı  bacıdan,  atanı  oğuldan, 
sevgililəri    bir-birindən  didərgin  salır,  çox  arzuları  ürəklərdə, 
çox diləkləri gözlərdə qoyur... Ədib təhkiyəni elə sağlam bədii 
məntiqlə qura bilir ki, hadisəyə hökmən inanmalı olursan». 
 «O,  mahnılarda qayıtdı» hekayəsində də müharibə, onun 
ağrı  acıları  verilir.  «Qərb  cəbhəsindən  məktub»,  «Analar 
yollara  çıxdılar»,  «Yeni  ilin  hökmü»,  «Qərbə  atəş»,  «Silahlı 
dağlar»,  «Qanlı  möhür»,  «Haralısan,  əsgər  qardaş»,  «Ananın 
ölümü»,  «Ulduz»  «Vasya  Luçik»,  eləcə  də  «Buz  heykəl» 
hekayələrində 
tənqidçilər 
ədibin 
üslubunda 
təmkinli 
hekayəçiliklə,  mübariz,  döyüşkən,  odlu  publisistikanın  vəhdət 
təşkil etdiyini görürlər. 
Ənvər  Məmmədxanlının  «Boyunbağı»,  «Karvan  da-
yandı», «Baş xiyabanda», «Qızıl qönçələr» və s. əsərləri cəbhə 
mövzusunda yazılmış əsərləridir.  
Böyük  Vətən  müharibəsi  illərində  sovet  ordusu  sırala-
rında Tehrana getmiş  yazıçı orada  yaşayan qardaşlarının  həyat 
tərzinin,  ağır  güzəranının  şahidi  olmuşdur.  Təbriz  camaatının 
acınacaqlı  taleyindən  bəhs  edən  «Baş  xiyabanda»  hekayəsinin 
mövzusu  ürəkağrıdandır.  Müharibənin  dəhşətləri,  ac,  yoxsul 
insanların  fəlakəti,  ata-anasını  erkən  itirdiklərindən çöllərdə ac 
qalan,  ömrü  çöllərdə  keçən  uşaqlardan  birinin  diləndiyi  çörəyi 
itlərə payladığını təsvir edir. O itlərə ki, «o, hər gecə üşüməsin 
deyə  büzüşüb  həmin  itlərin  arasında  yatarmış».  Şəhərin  baş 
xiyabanında gördükləri,  bütövlükdə İran zülmü altında  inləyən 
məmləkətimizin 
bir 
hissəsinin 
təbrizlilərin-cənubi 
azərbaycanlıların, ağır, faciəvi həyatından bir səhnə idi.  
Tənqidçilər  romantika,  lirizm,  lakonik,  yığcam  forma, 
rəvan  poetik  dil,  incə  duyğularla  yanaşı  yazıçının  əsərlərində 
zamanın,  dövrün  xüsusi  möhürü  olduğu  fikrindədir.  Öz 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə