Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə37/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   33   34   35   36   37   38   39   40   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
145 
iştahası»,  «Gözün  aydın»,  «Bir  gəncin  manifesti»,  «Vətən», 
«İlyas»,  «İsrafil»,  «Şərbət»,  «Vətən  yaraları»,  «Həyat 
hekayələri»,  «Yeni  kəndin  adamları»,  «Təzə  şəhər»,  «Sadə 
hekayələr»,  «Fitnə»,  «Yaşıdlarım»,  «Seçilmiş  əsərləri  2 
cilddə», 
«Yolumuz 
hayanadır», 
«İnsanlıq 
fəlsəfəsi», 
«Gülbəsləyən  qız»,  «Seçilmiş  əsərləri  4  cilddə,  «Şəfəqdən 
qalxanlar», «Silah qardaşları», «Dağlar dilə gəldi», «Yaşıdlar», 
«Ləyaqət» (hekayələr və povestlər  və s. kitabların müəllifidir. 
 Mir  Cəlal  ədəbiyyatşünaslıq,  ədəbi  tənqid  sahəsində 
elmi–nəzəri  əsərlərin  də  müəllifidir.  XX  əsr  Azərbaycan  
ədəbiyyatının  ziddiyyətli  və  mürəkkəb  bir  dövrünü  faktlarla 
təhlil  etmiş,  realizm,  romantizm,  naturalizm  və s.  haqda ədəbi, 
elmi-nəzəri  mülahizələrini  söyləmiş,  bu  cərəyanlara  xüsusi 
fəsillər  ayırmış,  dövrün  ən  kiçik  ədəbi  hadisələrini, 
şəxsiyyətlərini  öyrənməyə,  tədqiq  etməyə  çalışmış,  təkcə  XX 
əsr  Azərbaycan    ədəbiyyatı  deyil,  həm  də  klassik  ədəbiyyatı-
mızı tədqiq etmiş, Nizamidən başlayaraq ədəbiyyat tariximizdə 
mühüm  yer  tutan  sənətkarların  böyük  bir  qismi  haqqında 
tədqiqat  işləri  yazmış,  bunların  hamısı  haqqında  sözünü  deyə 
bilmiş, Füzuli irsini dərindən təhlil etmiş, onun sənətə baxışını, 
əsərlərinin  dil–üslub  xüsusiyyətlərini,  xalq  danışıq  dilindən 
qaynaqlanması,  əsərlərindəki  təsvir  və  ifadə  vasitələri  Füzuli 
şeirinin poetikasını təhlil və tədqiq etmişdir. 
 «Füzulinin  poetik  xüsusiyyətləri»  (1940),  «Cəlil  Məm-
mədquluzadənin  realizmi  haqqında»  1966),  «Gülüş  bədii  silah 
kimi»  (1968),  «XIX  əsr  Azərbaycan  ədəbiyyatı»  (dərslik) 
(1969),  «Ədəbiyyatşünaslığın  əsasları»  (1972),  «Klassiklər  və 
müasirlərimiz»  (1973),  «XX  əsr  Azərbaycan  ədəbiyyatı» 
(şərikli)  (1982)  «Füzuli  sənətkarlığı»,  «Azərbaycanda  ədəbi 
məktəblər» 
(2005) 
elmi 
kitabların, 
monoqrafiyaların 
müəllifidir.  «Füzulinin  poetikası»  mövzusunda  namizədlik, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
146 
«Azərbaycanda  ədəbi  məktəblər»  mövzusunda  doktorluq 
dissertasiyası  müdafiə  edən  Mir  Cəlalın  ədəbiyyat  tarixinin 
yazılmasındakı  fəaliyyətini  xüsusilə  göstərməliyik.  O  həm  iki 
cildlik,  həm  də  üç  cildlik  Azərbaycan    ədəbiyyat  tarixlərinin 
əsas  müəlliflərindən  olmuşdur.  Bu  da  göstərir  ki,  o  həm 
nasirdir,  həm  də  ciddi  elmi  əsərlərin  müəllifidir.  Bütün  ömrü 
boyu  elmi,  ədəbi-bədii  yaradıcılıqla  məşğul  olmuş,  ədəbi 
tənqidimiz  üçün  çox  iş  görmüş,  elmi  yaradıcılığı  ilə  bədii 
yaradıcılığı  «yanaşı,  qoşa  irəliləmiş,  bir–birinə  kömək  etmiş, 
bir–birini tamamlamışdır». (Kamal Talıbzadə) 
Onun  «Bir  gəncin  manifesti»  əsərində  nəsrimizin 
ənənələrinin ustalıqla davam etdirildiyini görürük.  
Mir  Cəlal  ədəbiyyatımızda  satirik-yumoristik  əsərlər 
müəllifi,  istedadlı  bədii gülüş ustası kimi də tanınır.  Mir Cəlal 
əlliyə  yaxın  bədii,  elmi  və  publisistik  kitabın,  beş  yüzdən  çox 
məqalə,  resenziyanın,  elmi-nəzəri  əsərlərin,  dərsliklərin 
müəllifidir. 
 Mir  Cəlal  ilk  öncə  hekayə  ustasıdır.  Hekayə  canrının 
inkişafında  onun  xidmətləri  böyükdür.  Yazıçının  «Bostan 
oğrusu»,  «Həkim  Cinayətov»,  «Anket,  Anketov»,  «Özündən 
naxoş», «İclas qurusu», «Mirzə Şəfi», «Möhlətovun tərcümeyi-
halı»,  «Elçilər  qayıtdı»  və  s.  əsərləri  yumoristik  satirik  üslubu 
ilə  seçilir.  Hekayələrin  hər  birində  irihəcmli  bir  nəsr  əsərinin 
materialı olsa da  yazıçı onu  bir  hekayə çərçivəsində  yerləşdirə 
bilir, tənqid hədəfini daha «sərrast» nişan almaqla istəyinə nail 
olur. 
Onun  hekayələrində  qələmə  aldığı  həyat  hadisələri 
hərtərəfli  öz  ifadəsini  tapır:  «Bu  hekayələrdə  köhnəliklə 
yeniliyin mübarizəsi, inkişafımıza mane olanların tənqidi, təmiz 
insani  hisslər-vətənpərvərlik,  övlad  məhəbbəti,  ata-analıq 
mehri-ülfəti kimi motivlərin təsviri ön plana çəkilir. Ədibin elə 


 
Sənət, sənətkar və zaman
 
 
 
147 
hekayələri də vardır ki, burada satirik, yaxud yumoristik gülüş, 
şən  qəhqəhə  yandırıcı  göz  yaşı  ilə,  komik,  məzəli  vəziyyət  və 
səciyyələr  faciəvi  əhvalat  və  obrazlarla  tez-tez  əvəz  olunur. 
«Badam ağacları», «Subaylıq fəlsəfəsi», «Vətən yaraları», «İki 
ananın  bir  oğlu»,  «Muştuluq»,  «Göylər  adamı»,  «Ailə», 
«Ayaz», «İnsanlıq fəlsəfəsi» və s. hekayələri belə ciddi səpkidə 
yazılmış əsərlərdəndir». 
Mir  Cəlalın  «Dirilən  adam»,  «Bir  gəncin  manifesti», 
«Açıq  kitab»,  «Yaşıdlar»,  «Təzə  şəhər»,  «Yolumuz  haya-
nadır?»  romanlarını  oxuculara  sevdirən  mətləbin  «konkret, 
yığcam  bədii  formada,  dinamik  sücet  daxilində  ifadə  edə 
bilmək»  məharətində  görülür.  Onun  hekayələrində  lakonizm 
əsas  keyfiyyətdir.  Lüzumsuz  təsvirlərdən  yan  qaçan  ədib 
hadisənin məğzini, özəyini təşkil edən, mətləb və məzmunu ön 
plana çəkir, fikrini, ideyasını müxtəsər, yığcam fabula əsasında 
şirin,  axıcı,  bəzən ciddi,  bəzən  isə  yumoristik tərzdə oxuculara 
çatdırır». 
Tənqidçilərin  onun  yaradıcılığında  diqqəti  cəlb  edən 
məsələlərdən biri də budur ki, iri həcmli əsərlərində surətlər az 
olur,  onların  hər  birinin  mənəvi  aləmini,  xarakterlərini  dolğun 
verməklə  yaddaşlarda  qalmasına  nail  olur:  «Mir  Cəlal  kənd 
həyatını,  kəndli  psixologiyasını  yaxşı  bilən,  dərin  müşahidə 
qabiliyyətinə  malik  və  bunları  bədii  şəkildə  əks  etdirməyi 
bacaran sənətkardır. Yazıçı adətən özünə doğma və yaxın olan 
bir  sahədən  mövzu  seçir,  uzun  müddət  dərindən  müşahidə 
etdiyi, 
təsirləndiyi 
hadisələri 
qələmə 
alaraq 
bədii 
ümumiləşdirmələr  yolu  ilə  sənət  dilinə  çevirir.  Bu  əsərləri 
oxuyanda  adama  elə  gəlir  ki,  sən  də  həmin  hadisələrin 
bilavasitə  iştirakçısı  olmusan.  Beləliklə,  həyatı  dərindən 
bilmək,  qüvvətli  müşahidə qabiliyyəti,  başlıca  və  aparıcı amil-
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
148 
ləri  seçib  fərqləndirmək  Mir  Cəlal  realizmini  şərtləndirən 
cəhətlərdəndir». 
Mir  Cəlalın  alim,  tənqidçi,  ədəbiyyatşünas  kimi  Azər-
baycan    ədəbiyyatşünaslığına,  eləcə  də  dünya  ədəbiyyatına 
verdiyi dəyərli elmi-tədqiqat əsərləri var. Adı ədəbiyyatşünaslıq 
və  ədəbi  tənqidimizin  inkişafında  da  birinci  çəkilir.  Onun  öz 
tənqid-təhlil  üsulu,  metodu  var.  «Demək  olar  ki,  onun  adı  ilə 
bizim ədəbiyyatşünaslığımızda və ədəbi tənqidimizdə müəyyən 
tədqiq-təhlil  üsulu,  metodu mövcud olmuşdur.  O, ədəbi tənqid 
və ədəbiyyatşünaslıq sahəsinə gəldiyi zamandan  bəri,  hamıdan 
fərqli olaraq, sənət və ədəbiyyatın ən çox nəzəri problemləri ilə 
məşğul olmuş,  adi  məqalə  və resenziyalarında  belə konseptual 
problemlər qaldıraraq onu elmi ümumiləşdirmələr əsasında həll 
etməyə  səy  göstərmişdir.  Cəsarətlə  demək  lazımdır  ki,  Mir 
Cəlal 30-cu illərdən  başlamış müharibədən sonrakı dövrə qədər 
bizim bədii ədəbiyyatımızda özünə çox dərin kök salan ritorika-
dan,  ədəbi-bədii  tənqid  və  ümumən  ədəbiyyatşünaslıqda  geniş 
yayılmış  quru,  cansız,  sosioloci  təhlildən  həmişə  uzaqda 
durmuş,  sənətin  spesifikliyini  heç  zaman  unutmamış  və  bu 
sahədə  uğurla  qələm  işlətmişdir.  O,  elmi-nəzəri  əsərlərini  elə 
mühüm  şəxsiyyət  və  problemlərə  həsr  edir  ki,  onlar  lokal 
səciyyə  daşımasın,  əksinə  monoqrafik  xarakter  kəsb  etmiş 
olsun.  Mir  Cəlal  bədii  ədəbiyyatın,  bədii  yaradıcılığın  nəzəri, 
aktual problemləri, sənətkarlıq məsələləri, gülüş ustalığı, metod 
və üslub məsələsi, forma axtarışları kimi məsələləri tədqiq edir 
və bütün hallarda da öz istədiyinə nail olur». 
Mir  Cəlal  Azərbaycan    ədəbiyyatının  inkişafına  ədəbiy-
yatşünaslıqla bağlı əsərlərində də misilsiz xidmət göstərmişdir. 
Onun  yazıçı  və  şairlər  haqqında  dediyi  sözlər  olduğu  kimi 
yadda qala bilir, oxucu hafizəsinə hopur: «Mir Cəlal bəzən adi, 
kiçik,  replika  və  yazılarında,  tutarlı  bir  müqayisəsində,  obrazlı 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə