Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə35/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   31   32   33   34   35   36   37   38   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
137 
Böyük  Vətən  müharibəsi  mövzusu  yaradıcılığında  geniş  yer 
tutur.  «Ürəyimi  medal  kimi  qaldırıram  göylərə»,  «O  yaran  da 
sağalar»,  «Müqəddəs  kədər»,  «Tək  məzar»,  «Onu  Don 
qucaqladı» mübarizə mövzusunda yazılmış ən yaxşı əsərləridir. 
«Bu  əsərlərdə  düşmənə  bəslənən  kin,  qəzəb,  müqəddəs  hüzn, 
vətən məhəbbəti, qələbəyə inam, insana ehtiram hissi hakimdir. 
Vətən 
yolunda 
döyüşlərdə 
qəhrəmanlıqla 
vuruşan, 
Azərbaycanlı balasının məğrur surətini («Onu Don qucaqladı») 
yaradır: 
- Azərbaycan  oğluyam, 
«Əsir düşmərəm, - dedi. 
Ağrılar duya-duya 
Şığıdı tərlan suya. 
«Gözəl Don qulac-qulac 
qollarını mənə aç». 
Deyib yumdu gözünü 
Atdı çaya özünü. 
Mərdanə  ölümü  sadəcə  təsvir  etməklə  kifayətlənməyən 
şair  bu  faciəli  ölümün  yaratdığı  kədəri,  hüznü  realist  bir 
qələmlə ifadə edir.  
İran  və  Cənubi  Azərbaycan    həyatından  bəhs  edən 
«Cənub şeirlər»ində Arazın o tayından bu tayına həsrətlə baxan 
qardaş  və  bacılarımızın  həyatı  («Arazın  şikayəti»,  «Xalçaçı 
qız»,  «Mən  nə  gətirmişəm»  və  s.),  həsrəti-bu  hiss,  bu  duyğu 
əsasdır.  Onun  cənub  mövzusunda  yazdığı  əsərlərdə  İran 
Azərbaycanlılarının  bugünkü  ağır  həyatından  doğan  qüssə  ilə 
yanaşı,  ədalətin    qələbəsinə  sarsılmaz  inam  və  coşqun  bir 
nikbinlik  vardır.  Beynəlxalq  mövzularda  yazdığı  əsərlərdə 
(«Yeddi  zənci»,  «Pol  Robsana  məktub»,  «Mən  sülhə  səs 
verirəm»,  «Hindli  qardaşıma  və  s.)  dünyada  baş  verən 
hadisələr,  müstəmləkə  ölkələrdə  güclənən  milli  azadlıq 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
138 
hərəkatları,  məzlum  xalqların  ədalətli  mübarizəsi  tərənnüm 
olunur. 
 «Uzaq  ellərdə»  silsilə  şeirlərində  şairin  beynəlxalq 
mövzuda  yazdığı  əsərlərdə  əsas  motiv  və  mətləblər  dolğun 
təsəvvür  edilir.  «Livan  bağında»,  «Sanki  heç  nə  olmayıb», 
«Durnalar»,  «Fatimənin  taleyi»,  «Yeddi  zənci»,  «Hindli 
qardaşıma»,  «Nazim  Hikmət  azaddırmı?»,  «İşıq»  və  s. 
şeirlərində  daha  çox  ərəb  xalqının  həyatından  bəhs  edir. 
«Oxucu  ərəblərin  başına  gələn  fəlakətlər  haqqında  hər  şeirdə 
bir  ibrətamiz  lövhə  görür.  Ailəsini  bir  qarın  çörəklə  təmin  edə 
bilməyən,  öz  vətənində  vətənsiz  olan,  müstəmləkəçilərin  insaf 
və mürvətinə sığınan, azadlığı bir sədəqə kimi gözləyən aciz və 
məzlum,  binəsib  adamlar,  həmin  sücetin  şeirində  yaddaqalan 
tərzdə canlandırılmışdır». 
 «Hindistana  ləkəsən»  adlı  şeirində  də  müstəmləkəçilərə 
qəzəb  və  nifrət  əsasdır.  Zəngin  və  çoxcəhətli  lirikasının  əsas 
predmeti  insan  və  onun  idealları  olan  şair  müasir  həyatın 
müxtəlif sahələrinə aid mövzuları seçə bilmiş, «vətənpərvərlik, 
humanizm,  xalqlar  dostluğu,  dinc  quruculuq  işləri,  yeni 
həyatın,  mənalı  insan  əməyinin  təsviri  və  s.  mövzularda  gözəl 
lirik şeirlər yarada bilmişdir. 
Azərbaycan    şeirinin  görkəmli  nümayəndələrindən  biri 
İslam Səfərlidir. İkinci dünya müharibəsi illərində döyüşçü şair, 
«Vətən  eşqi»  qəzetində  maraqlı  oçerkləri,  odlu  şeirləri  ilə 
döyüşçülərdə döyüş ruhunu artırmışdır. «Mingəçevir nəğməsi», 
«Pıçıldaşan  ləpələr»,  «Həyatın  nəfəsi»,  «Qoşa  söyüd», 
«Qığılcım»,  «Qağayılar  yorulanda»,  «Torpağın  ətri»,  «Çiçək 
təranəsi», «Seçilmiş əsərləri», «Dan ulduzu, bir də mən»), «Ağ 
şanı,  qara  şanı»,  «Əbədi  beşik»  və  s.  çap  olunmuş  kitabların 
müəllifidir.  Yaradıcılığında  «poetik  ümumiləşdirmə  bacarığı», 
«lirik əsərlərində xəlqilik, el üslubu, oynaq və axıcı ifadə tərzi» 


 
Sənət, sənətkar və zaman
 
 
 
139 
əsasdır,  poeziyasında  Azərbaycan    şeirinin  «bütün  poetik 
şeirləri» öz əksini tapıb, dilinin axıcılığı, üslubunun sadə, əlvan 
və obrazlılığına görə «xalq şeirinə, oynaq və mənalı aşıq poezi-
yasına»  yaxındır,  onun  poeziyasına  «dərin  və  sağlam  roman-
tika»  gətirən  oricinal  bənzətmələr,  təşbehlər,  ritmik  işarələr, 
digər bədii ifadə vasitələri var, «əməyə, torpağa, vüqarlı təbiətə 
və məğrur insana qələbə və qəhrəmanlıq məsələlərinə aid şairin 
yeni  düşüncələri»,  «yeni  günlərin  yeni  adamı  olmaq  əzmi»nin 
əsərlərinin  əsas  məziyyətlərindən»  olduğu  ədəbi  tənqidçilərin 
təhlil  və  tədqiqat  obyektidir.  Eyni  zamanda  «Göz  həkimi», 
«Yadigar»,  «Ana  ürəyi»,  «Yol  ayrıcında»  pyesləri  nəğməkar 
şairin  Azərbaycan    teatr  tarixində  uzun  müddət  səhnəmizdə 
mühüm yer tutan pyesləri kimi də qiymətləndirilmişdir. 
Hüseyn Arif yaradıcılığı bu dövr ədəbiyyatımızda mühüm 
yer  tutur.  Onun  yaradıcılığında  («Əbədi  ünvan»,  «Xalqlar 
dostlaşanda»,  «Torpaq»,  «Ana  təbiət»,  «Deyirlər  qar  düşüb», 
«Gülü  qorumaq  üçün»,  «Damcılı»,  «Palıd  yanır,  tək  yanır», 
«Həmişə  gülən»,  «Bir  sözlə  getmədin…»,  «Az,  çox», 
«Qorxuram  yenidən»,  «Səninlə  sənsizdim»,  «İnana  bilmirəm» 
və  s.  kimi  yüzlərlə  əsərlərində  bu  motivlər  qələmə  alınır: 
«Azərbaycanın  qadir,  zəhmətkeş  adamlarının  şairlə  duz-çörək 
kəsən  cavan  və  qocasına  qədər,  maralların  görüş  yerləri  olan 
yamyaşıl  tarlaları,  hər  çiçəyi  bir  çeşid,  bir  rəng  çalan 
çəmənlikləri,  sirli-soraqlı  qalın  kitabları  xatırladan  qayaları, 
babalardan  yadigar qalan Cavanşir qala  istehkamları,  könülləri 
fəth  edən  Füzuli  qəzəlləri,  Vaqif  qoşmaları,  çətində 
boşalmayan, bərkdə pozulmayan qardaşlıq dünyası və nəhayət, 
günəşlə yaşıd, gündüzlə əkiz həyat simfoniyası...». 
Yazdığı  əsərlərin  mövzusunu  müşahidə  etdiyi  konkret 
həyat  hadisələrindən  götürən  Cabir  Novruz  yaradıcılığı 
oxucular  tərəfindən  sevilir.  Qələmə  aldığı  mövzuların  əsas 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
140 
«qəhrəmanı»  özüdür.  Cabir  Novruzun  «Mənim  muğamatım», 
«İnsan  məhəbbəti»,  «Həyat,  sən  nə  qəribəsən»,  «Taleyin 
töhfələri»,  «İnsan  himnləri»,  «Nə  qədər  ki,  sağam»,  «Anam 
vardı,  dünyam  vardı», «Özünü qoru xalqım»  və s.  kitablarında 
səmimi  hisslər,  duyğular  əsasdır.  Yazdığı  əsərlərin  böyük  bir 
qismində  «bilavasitə»  özü  iştirak  edir.  Bu  ondan  irəli  gəlir  ki, 
başqalarını  tərbiyə  etmək  istəyən    özü  də  tərbiyə  olunmalıdır, 
başqalarına  mənəvi  saflıqdan,  düzlükdən,  sədaqətdən  danışan 
hər  kəs  bu  sifətləri  ilk  növbədə  özündə  aşılamalı,  öz  vicdanı 
qarşısında  təmiz  və  müqəddəs  olmalıdır».  Bu  baxımdan 
«Mənim ömrüm» şeiri çox maraqlıdır. Bu şeir, bir növ şairin öz 
ömrü, qəlbi, vicdanı ilə təsirli həsbi-halı, mükaliməsidir: 
Nə qədər dünyada mən sağam, ömrüm, 
Üstündə titrəyən yarpağam, ömrüm! 
Qoymaram ruhuna bir ləkə düşsün, 
Təmiz saxlamışam səni dünyada.... 
Cabir  Novruz  İlqar  İsayevin  «Yaddaş  məhkəməsi»,  «Sa-
muel»,  Marşanın  «Yekə  cib»,  O.  Süleymenovun  «Səhraların 
nəğməsi»,  Robert  Rocdestvenskinin  «Sizin  üçün  yaşayıram» 
əsərlərini ana dilimizə tərcümə etmişdir. Onun əsərləri  keçmiş 
SSRİ  xalqlarının  dillərinə,  o  cümlədən  xarici  dillərə  tərcümə 
olunmuşdur. 
Müharibədən 
sonrakı 
illərdə 
S.Vurğun 
«Muğan», 
«Zəncinin  arzuları»,  «Leninin  kitabı»,  «Zamanın  bayraqdarı», 
«Aygün»,  Süleyman  Rüstəm  «Qafurun  ürəyi»,  «On  ikinci 
tüfəng»,  «Gülbahar»,  «Memarın  faciəsi»,  Rəsul  Rza  «Qızılgül 
olmayaydı»,  «Lenin»,  «Bir  gün  də  insan  ömrüdü»,  Osman 
Sarıvəlli  «Misirli  qardaşlar»,  Zahid  Xəlil  «Ulduzlar», 
«Tatyana», 
Məmməd 
Rahim 
«Leninqrad 
göylərində», 
«Abşeron  torpağında»,  «Xəzər  suları»,  «Sayat  Nova»,  «Sarı 
Aşıq»,  Mirvarid  Dilbazi  «Əlcəzairli  qız»,  Balaş  Azəroğlu 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə