Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə43/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   39   40   41   42   43   44   45   46   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
169 
sular»,  «Satqın»  hekayələri,  «Fəryad»  povesti  bu  mövzuda 
dəyərli əsərlərdir.  
Kənd  həyatına  dair  yüksək  bədii  keyfiyyətlərə  malik 
əsərlərlə  yanaşı,  M.  Hüseynin  Neft  sənayesi  işçilərinin  həyatı, 
mübarizənin  müxtəlif  pillələrinə  mənsub  insanların  humanist 
duyğularla  bir  məqsəd  ətrafında  birləşib  xoşbəxt,  firavan 
gələcəyini  təmin  etmək  üçün  xalq  təsərrüfatının  inkişaf 
etdirilməsi  yolunda  mübarizəsi  bu  əsərlərdə  ön  plana  çəkilir, 
«Abşeron»,  «Neft  daşları»nda  kəndlərdən  şəhərə  gəlmiş 
gənclərin  geniş  quruculuq  işlərində  fəal  iştirak  etdiklərini, 
qazanılan  uğurlarda  onların  da  şəxsi  əməyinin  böyük  rol 
oynadığını,  «belə  gənclərin  düşdükləri  yeni  şəraitdə  necə 
dəyişdiklərini,  bütün  nöqsan  və  tərəddüdlərinə  baxmayaraq 
tədricən öz sənətlərini ürəkdən sevən yüksək ixtisaslı kadr kimi 
yetişdiklərini bu obrazların simasında göstərdiyini görürük.  
Yaradıcılığında  xalqın  inqilabi  tarixindən  bəhs  edən 
«Səhər»  romanı,  «zəngin  tarixi  materialların  öyrənilməsi  və 
uzun  həyati  müşahidələrin  nəticəsi kimi» qiymətləndirilir.  Bir-
birinin  əksi  olan,  bir-birinə  zidd  qüvvələr  arasında  gedən 
mübarizə  üzərində  qurulan  bədii  konflikt,  əsərdə  yüksək 
sənətkarlıqla    qorunub  saxlanan  tarixi  gerçəklik,  Bayram, 
Əzizbəyov, Səlminaz, Xanlar, Aslan, İsgəndər, Səlim müəllim, 
Pəri  nənə  kimi  surətlərin  simasında  ümumiləşdirilən  inqilabi 
hərəkatın  səciyyəvi  cəhətləri,  istismarçı  qüvvələrə  qarşı 
namuslu,  mərd adamların həyat və mübarizəsini romanda daha 
qabarıq  geniş  planda  təsviri,  əsərdəki  xalqlar  dostluğu 
ideyasının da əsas olması,  müxtəlif xalqları istismarçılara qarşı 
bir  cəhbədə  birləşdirən  «qüvvə»  sadə  xalq  nümunələrini  öz 
müqəddarlarını 
özləri 
həkk 
etmək 
arzusu, 
istismarçı 
boyunduruğundan  qurtarmaq  ehtirası  bu  romanın  bədii 
məziyyətləri  kimi  qiymətləndirilir.  Klassik  və  müasir 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
170 
ədəbiyyatın mühüm problemlərinə dair yazdığı qiymətli ədəbi-
tənqidi məqalələri, müasiri olan yazıçıların yaradıcılığına, eləcə 
də, ümumilikdə ədəbiyyatımızın inkişafı üçün əhəmiyyətli olan 
məqalələrində 
klassik 
irsə, 
şifahi 
xalq 
ədəbiyyatına, 
dramaturgiyaya  münasibəti,  povest,  roman,  şeir,  poeziya 
haqqında  mülahizələri  yazıçı  M.  Hüseynin  dövrünün  əsl 
sənətkarı olduğuna sübutdur. 
Ədəbiyyatımızın,  mədəniyyətimizin  inkişafında  böyük 
xidmətləri  olan  sənətkarlardan  biri  də  Mirzə  İbrahimovdur.  O 
həm  xalqımızın  milli  şüurunun  inkişafında,  xalq  maarifinin 
çiçəklənməsində, 
inkişafında
həm 
də 
ədəbiyyatımızın 
inkişafında müstəsna xidmətlərə malik Azərbaycanın  görkəmli 
şəxsiyyətləri  sırasındadır.  Böyük  ictimai  xadim,  yazıçı, 
ədəbiyyatşünas  alim  Mirzə  İbrahimov  «Böyük  demokrat» 
(1939),  «Həyat  və  ədəbiyyat»  (1947),  «Azərbaycan    dili» 
(1957),  «Sarı  sim»  (1958),  «Xəlqilik  və  realizm  cəbhəsindən» 
(1961),  «Gözəlliyin  qanunu  ilə»  (1964),  «Aşıq  poeziyasında 
realizm»  (1966),  «Ədəbi  qeydlər»  (1970),  «Tufanlara  kömək 
edən qələm» və b. elmi–nəzəri əsərlərin müəllifidir. 
Azərbaycan    ədəbiyyatının  inkişafında  böyük  rolu  olan 
Mirzə İbrahimov yaradıcılığının ilk illərində xırda şeirlər yazsa 
da, nəsrə-roman, povest, hekayə, dramaturgiyaya, eləcə də elmi 
sahəyə  daha  çox  həvəs  göstərmişdir.  İlk  hekayələri  «Zəhra», 
«Mələk»  onun  bu  sahədə  istedadını  üzə  çıxarır.  «Cənub 
hekayələri»ndə  dərin  həyati  müşahidələri  «sənətkar  ilhamı  və 
müasir yazıçı tendensiyası» tənqidçilərin diqqətindən yayınmır. 
«Cənub  hekayələri»ndə  toplanmış  əsərlərində  «ümumxalq 
hərəkatının  tarixi  kökləri,  sevincli  və  kədərli  anları,  onun  təsir 
gücü  xüsusi  ilhamla»  verildiyi,  Azadın  («Azad»  hekayəsi) 
simasında  «əldə  etdiyi  nailiyyətləri  qorumaq,  müdafiə  etmək 
uğrunda  mübarizə  aparan  və  bu  yolda  on  minlərlə  Təbriz  və 


 
Sənət, sənətkar və zaman
 
 
 
171 
zənci  fədailərinin»  obrazının  ümumiləşdirildiyi,  azadlıq 
hərəkatının  xalq  üçün  müqəddəsliyi  əsasdır.  M.İbrahimovun 
«Cənub  hekayələri»nin  başlıca  məziyyətlərindən  biri  xalqın 
vahid  məqsəd  uğrunda  birgə  fəaliyyətini,  xalqlar  dostluğunu 
konkret  faktlarla  tərənnüm  etməsidir.  Bu  cəhət  bütün 
hekayələrin əsas  məziyyətidir.  Hekayə qəhrəmanlarından   olan 
inqilabçı 
müəllim 
Azər 
komissara 
Hitler 
faşizminin 
dəhşətlərindən,  Cənubi  Azərbaycan  xalqının  azadlıq  uğrunda 
apardığı mübarizənin əbədiliyindən danışır». 
Cənub  mövzusunda  yazdığı  ən  irihəcmli  «Gələcək  gün» 
romanı  «son  dərəcə  tipik  real  və  canlı  materiallarına,  xəlqi 
dilinə, güclü ideya istiqamətinə, kamil və zəngin surətlər aləmi 
və  inqilabi  pafosuna  görə»  digər  cənub  mövzusunda  yazılmış 
əsərlərdən  fərqli  olduğu  bildirilir:  «Romanda  40-cı  illərdə  Rza 
şah Pəhləvinin daxili  və  xarici siyasət aləmindəki  mühafizəkar 
mövqeyi,  yürütdüyü  ikiüzlü  siyasət,  fars  olmayan  millətlərə 
tutduğu dəhşətli divanlar, xüsusilə də yerli feodalların satqınlığı 
üzündən İranın İngiltərə, Amerika, Almaniya kimi iri kapitalist 
dövlətlərin əlində oyuncağa  və kəşfiyyat  mərkəzinə çevrilməsi 
inandırıcı  faktlarla»  təsvir  olunduğu,  «qırğınlar,  sürgün,  dar 
ağacı  və  həbsxanalar  yuvası İran  ağır,  ziddiyyətli və  böhranlı» 
yaşadığı  günlərin  təsviri,  müəllifin  dərin  ümumiləşdirmələr 
yolu  ilə  gedərək  «Rza  şah  üsul-idarəsinin  dəhşətlərinə  boyun 
əymək  istəməyən  İran  zəhmətkeşlərinin  azadlıq  hərəkatını 
zəngin  tarixi  faktlar  və  real  səhnələrlə»  verdiyi  dəyərləndirilir 
və  «romanın  ideya-mövzusu  ilə  bağlı  olan,  son  dərəcə  tipik, 
müxtəlif və maraqlı hadisə, əhvalat və vəziyyətlərin» əsər boyu 
iki  əsas  xətt  üzrə  «işgəncələr  yuvası  İranın  və  onun  zəhmət 
adamlarının  ağır  həyatının  təsviri  və  inqilabi  mübarizəsinin-
xalq  hərəkatının  tərənnümü»  üzrə  davam  və  inkişaf  etdirildiyi 
bildirilir.  İranda  xalqın  çar  üsul-idarəsinə  Amerika-ingilis 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
172 
imperializminə  qarşı  mübarizəsini  geniş  planda  təsviri  verilən 
M.İbrahimovun  «Gələcək  gün»  romanı  ədəbi  tənqidin 
diqqətində  idi.  «Gələcək  gün»  romanında  mübarizənin  bir 
qütbündə  «zəhmətkeş  xalqın  nümayəndəsi-Firidun,  Rza 
Qəhrəmani,  Kürd  Əhməd,  Kərimxan  Azadi  durduğu,  «digər 
qütbündə  şah  üsul-idarəsinin  nümayəndələri-Hikmət  İsfahani, 
Sərhəng, 
Səfayi, 
amerikan-ingilis 
imperializminin 
nümayəndələri  -Mister  Tomas,  Mister  Harold  və  alman 
faşizmini  təmsil  edən  Fon  Valter»in  dayandığı,  yazıçının 
«inqilabi  mübarizənin  getdikcə  xalq  kütlələrinin  geniş 
təbəqələrini  daha  çox  əhatə  etdiyini  qüdrətli  nümayiş» 
etdirdiyini  qeyd  edirlər  və  «bu  səhnə  zəhmətkeş  xalqın  ayağa 
qalxdığını, İranda yeni bir qüvvənin-fəhlə sinfinin əsas mübariz 
qüvvəyə  çevrildiyini  göstərir. 
«Gələcək  gün»  romanı 
Azərbaycan nəsrinin yeni müvəffəqiyyəti idi». 
Belə  bir  möhtəşəm  tarixi  əsərdən  sonra  Mirzə 
İbrahimovun  müasir  mövzuda  yazılmış  «Böyük  dayaq» 
əsərində  kənddə  gedən  quruculuq  işləri,  təsərrüfatları  idarə 
edən rəhbərliyin fəaliyyəti, kənd təsərrüfatının inkişafı dövrün-
də  «dövrlərin  xarakterinə  uyğun  inkişaf  yolları  və  üsullarının 
ildən–ilə təkmilləşmə prosesi keçməsi və bu qanunauyğunluğun 
dərk olunmasının idarəetmə işində əhəmiyyəti, əxlaq və tərbiyə 
məsələlərində  əmələ  gələn  yenilik  və  ona  köhnə  təsəvvürlərlə 
yanaşmağın zərərli nəticələri» romanın sücet xəttinə daxil olan 
məsələlərdir.  Mirzə  İbrahimovun  yaratdığı  Rüstəm  kişi  surəti 
ilə  Böyük  Vətən  müharibəsi  illərində  qanlı  döyüşlərdə 
mərdliklə  vuruşan,  bu  döyüşlərdən  üzüağ  çıxan,  gözəl  ailə 
başçısı,  gözəl  təsərrüfat  rəhbəri,  sadə,  prinsipial,  xalq  malına 
sədaqətli,  xalqının  malını  göz  bəbəyi  kimi  qoruyan,  əyri 
əməllərdən  uzaq,  məğrur,  öz  gücünə,  qüvvəsinə,  özünə 
arxalanan,  bütün  ziddiyyətləri  ilə  verilən  mükəmməl  obraz 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə