Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə42/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   38   39   40   41   42   43   44   45   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
165 
Onun  «Usta Pirinin ulduzları» (1970), «İşıqlı» (1975) po-
vestləri,  qiymətli  bədii  oçerkləri  müasir  həyatdan  bəhs  edən 
əsərlər  kimi  dəyərləndirilir.  Yaradıcılığının  mühüm  hissəsi 
«istehsalat  mövzusuna,  fəhlə  sinfinin  həyatının  təsvirinə»  həsr 
olunduğu,  bu  əsərlərdə  onların  əmək  rəşadətləri  verildiyi, 
müharibədən  əvvəlki  dövrdə  fəhlə  sinfinin  həyatından,  işindən 
bəhs  edən  «Bığlı  ağa»  povestində  yeni  həyat  uğrunda  gedən 
mübarizə,  «Şeir  cüllütü»  povestində  isə  zəhmətkeşlərin  ağır 
həyatı  təsvir  edildiyi  də  tənqidçilərin  təhlil  və  tənqidində  öz 
əksini tapmışdır. 
50-ci  illərin  əvvəllərində  ədəbi  nəsrə  gələn  istedadlı  ya-
zıçılardan  biri  də  Salam  Qədirzadədir.  «Oqtay»  adlı  ilk  heka-
yəsini  «Pioner»  curnalında  çap  etdirmişdi.    «İlk  hekayələr», 
«Gənclik»,  «Sarmaşıqlı  aynabənd»,  «Qış  gecəsi»,  «Yarpaqlar 
pıçıldaşır», «Şərəfnisə qışqırır». «Başabəla Paşabala», «Burada 
insan  yaşamışdır»,  «46  bənövşə»,  «Sevdasız  aylar»,  «Sən 
olmasaydın», 
«Bir  qız 
bir  oğlanındır», 
«Təbəssümün 
mükafatımdır»  və  s.  kitablardakı  nəsr  əsərlərində  müasir 
gənclərin surətini yaradan S. Qədirzadə öz xatirələrində yazırdı 
ki, «ömrümün ən yaxşı, ən kövrək xatirələri gəncliklə bağlıdır. 
Onlardan  yazanda  mənə  elə  gəlir  ki,  yaş  fərqimiz  azalır,  bir 
sırada 
dayanır. 
Təsvir 
etdiyim 
hadisələrin 
bilavasitə 
iştirakçısına çevrilirəm». 
Böyük Vətən Müharibəsi cəhbələrində iştirak etmiş yazıçı 
«Burada  insan  yaşamışdır»  (1963)  povestini  müharibə 
mövzusuna  həsr  etmişdir.  «Kəndimizdə  bir  gözəl  var»,  «46 
bənövşə»,  «Ülkər»,  «Aytəkin»  roman  və  povestlərində  yazıçı 
gəncliyi  əsas  götürür,  ailə–məişət  məsələlərini,  ülvi  məhəbbəti  
ön  planda  verir.  Müstəqil  həyata  yenicə  qədəm  qoyan  gənc 
nəslin nümayəndələrini üzləşdikləri çətinlikləri, onların həyatda 
qazandıqları uğurları,  məişət təmizliklərini,  həyatda amallarını, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
166 
bu yolda əzmlə apardıqları mübarizəni şirin bir dillə təsvir edir. 
Yazdığı  yumoristik,  satirik  hekayə,  novella  və  komediya 
canrlarındakı  əsərlərində  cəmiyyətin  inkişafına  pis  təsir 
göstərən,  yeniliklərə  mane  olan  mənfi  əməlləri,  nöqsan  və 
qüsurları  tənqid  edir.  Komediya  canrında  yazdığı  «Şirin  bala 
bal  yığır»,  «Hardasan,  ay  subaylıq»,  «Həmişəxanım», 
«Gurultulu  məhəbbət» komediyalarında  yazıçı  nəsr əsərlərində 
qaldırmış  olduğu  problemləri  bir  qədər  başqa  aspektdə,  sənət 
əsərlərinin  tələbləri    səviyyəsində  «həll  etməyə»  çalışdığını 
tənqidçilər söyləyirlər.  
Mehdi  Hüseyn  qüvvətli  nasir,  dramaturq,  prinsipial 
tənqidçidir. Milli ədəbiyyatımızın inkişafı yolunda həyatını sərf 
edən  M.  Hüseyn  Azərbaycan  ədəbiyyatının  inkişafı  üçün  çox 
işlər  görmüş  sənətkarlar  sırasındadır.  İlk  hekayəsi  «Xavər»dir. 
«Bahar  suları»  kitabı  ilə  «Xavər»  kitabı  1930-cu  ildə  çapdan 
çıxmışdır.  Bu  hekayələrin  bir  qismində  Azərbaycan  kəndinin 
ağır vəziyyəti, cəmiyyətdə hökm sürən ədalətsizlik, özbaşınalıq 
(«Könül  dəftəri»,  «Qan  içində»,  «Tunel»)  öz  əksini  tapır  və 
keçmiş həyatımızdan bəhs edirsə, bir qismi də inqilabdan sonra 
ölkədə  gedən  dəyişikliklər,  köhnəliklə  yenilik  arasında 
mübarizə,  müasir  quruculuq  işləri,  yeni  ailə  münasibətləri 
(«Xavər»,  «Bahar  suları»,  «Sevgidən  sonra»,  «Qayıtmalı», 
«Əlli iki» və s.) təsvir olunurdu. 
İrihəcmli  romanı  vətəndaş  müharibəsi  nəticəsində 
Azərbaycan-Gürcüstan  sərhəddində  baş  verən  qanlı  faciələrə 
aid  «Daşqın»  romanıdır.  Ölkədə  baş  verən  inqilabi  hadisələrin 
ucqar  kəndlərə  də  təsiri,  Azərbaycan  kəndlərində  xalqın  öz 
azadlığı  uğrunda  mübarizəsi,  yerli  bəylərə,  xanlara,  qüvvəcən 
qoluzorlulara  qarşı  kəndlilərin  silahlı  dəstələr  təşkil  edib 
mübarizəyə 
qalxması, 
geniş 
xalq 
kütlələrinin 
ümumi 


 
Sənət, sənətkar və zaman
 
 
 
167 
mübarizədə  birləşməsi,  baş  verən  hadisələrin  dövrün  tarixi 
hadisələri ilə bağlılığı bu romanda əsas götürülür. 
 Mehdi  Hüseyn  Avropa,  rus,  milli  ədəbiyyatımızın 
sənətkarlıq  xüsusiyyətini  öyrənən,  özünəməxsus  üslubu,  tərzi, 
müəyyən  yaradıcılıq  yolu  olan  mükəmməl  ədəbi  təcrübəyə 
malik  sənətkar  kimi    Azərbaycan  ədəbiyyatı  tarixində  iz 
qoymuşdur.  Çoxcəhətli  yaradıcılığa  malik,  qüdrətli  sənətkar, 
həm  nəsr,  həm  dramaturgiya,  həm  də  ədəbi  tənqid  sahəsində 
çalışan  M.Hüseyn  «Daşqın»,  «Tərlan»,  «Komissar»,  «Kin», 
«Səhər»,  «Qara  daşlar»,  «Yeraltı  çaylar  dənizə  axır», 
«Abşeron»  və  s.  romanlarla  yanaşı,  «Şöhrət»,  «Şamil», 
«Nizami», 
«Cavanşir» 
tarixi 
dramlarının 
müəllifidir. 
Əsərlərində qoyduğu problemlər (xalq və qəhrəmanlıq, xalq və 
saray,  xalq  və  hökmdar)  tənqidçi  alimlər  tərəfindən  yüksək 
qiymətləndirilmişdir:  «M.  Hüseyn  tarix  və  yazıçı,  tarix  və 
sənət,  tarix  və  xalq,  tarix  və  qəhrəman  problemlərini  yaxşı 
bilən,  bütünlükdə  sənətkar  və  tarix  anlayışına  çox  ciddi 
yanaşan,  sağlam  məfkurəli,  nəzəri  cəhətdən  hazırlıqlı 
yazıçılarımızdan  biri»  kimi  yüksək  dəyərləndirilir.  Onun  bu 
problemlər  haqqında  «maraqlı,  oricinal  mühakimələri,  aydın, 
prinsipial konsepsiya»sı var, «yazıçının ən birinci obyekti insan 
və onun həyatıdır, ən birinci qəhrəmanı isə xalq və onun müba-
rizəsidir»  dediyini  bildirən  ədəbiyyatşünaslar  bu  fikirdədirlər 
ki,  yazıçı  xalqın  mənəviyyatını,  mübarizəsini  düzgün  dərk 
etmək üçün onun keçmişinə,  həm də  bütün  məqamlarda tarixə 
obyektiv  yanaşmalı,  onun  mütərəqqi  məzmununa,  fəlsəfi 
mahiyyətinə  sadiq qalmalıdır.  «Yazıçının tarixə  münasibətində 
başlıca  prinsip  tarixi  həqiqətin  mahiyyətini  tam  mənası  ilə 
mühafizə edib göstərməkdən ibarətdir» (M.Hüseyn). M.Hüseyn 
həm ümumi yaradıcılığında,  həm də dram əsərlərində məhz bu 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
168 
prinsipləri  rəhbər  tutmuş,  dövrünün  tanınmış,  mötəbər 
sənətkarlarından biri səviyyəsinə yüksəlmişdir». 
M.Hüseyni  sənətkar,  onun  xalq  üçün  dəyəri,  xalqın 
həyatında  onların  yaratdıqları  əsərlərin  rolu  düşündürmüş,  hər 
dövrdə xalq üçün yaşayan,  yaradan qüdrətli qələm sahiblərinin 
məqsədi,  amalı  ona  doğma  olduğundan  yaratdığı  «Nizami» 
tarixi  dramında  Nizaminin  mükəmməl  obrazını  yaratmışdır. 
«Nizami»  tarixi  dramında  yazıçının  poetik  axtarışları,  yaradıcı 
təxəyyülü  daha  üstündür.  Nizaminin  «mənəvi  dünyası,  ictimai 
fəaliyyətini  və  fərdi  həyatını  daha  çox  üç  problem  ətrafında 
ümumiləşdirməyə»  meyli  tənqidçilərin  təhlilində  öz  yerini 
tutur:  «Mehdi  Hüseynin  yaratdığı  Nizami  dərin,  fəlsəfi,  poetik 
dühası ilə  dövrünün bütün sənətkarlarından yüksəkdə dayanan 
böyük  şair,  həmişə  doğma  yurdunun  və  xalqının  taleyini 
düşünən,  onun  hüquq  və  şərəfini  ləyaqətlə  müdafiə  edən 
mütəfəkkir  bir şəxsiyyət,  həm də  bütün  varlığı  ilə sevən  və  bu 
məhəbbəti  öz  həyatının  məzmunu,  ilhamının  tükənməz 
mənbəyi hesab edən bir aşiqdir». 
 Dramaturqun  «Şamil»,  «Cavanşir»  dram  əsərləri  də 
«ədəbiyyatımızın  tarixində  xüsusi  yeri  olan  və  bu  gün  də  öz 
bədii təsir gücünü, tərbiyəvi əhəmiyyətini itirməmiş gözəl sənət 
nümunələri» kimi dəyərlidir. Müharibənin odlu – alovlu illərini 
özündə əks etdirən hekayə və povest, oçerklərində də faşizmin 
cinayətkar, qaniçən, qəddar simasının ifşası, xalqımızın faşizmə 
qarşı  mərdliklə  mübarizəsi  vətənpərvərliyi,  düşmənə  bəslənən 
nifrət,  arxa  cəhbə  ilə  ön  cəhbənin  vahid  bir  amal  uğrunda 
birləşib  alman  faşizmini  məhv  edib,  tarixi  qələbəmizi  əldə 
etmək  kimi  böyük  tarixi,  təxirəsalınmaz  vəzifələri    əsas 
götürülürdü. Onun «Nişan üzüyü», «Çiçəklər», «Dost», «Cəbhə 
xatirələri»  başlığı  altında  çap  etdirdiyi  «Möcüzə»,  «Qanlı 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə