Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə40/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   36   37   38   39   40   41   42   43   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
157 
keçən,  ora-bura  baş  vuran,  halal  əməkdən,  zəhmətdən  qaçan, 
arvadın  hesabına  «kişi»  olanları  tənqid  hədəfi  götürdüyü 
«Kişilər»  komediyasını,  M.F.Axundovun  «Aldanmış  kəvakib» 
povestinin  motivləri  əsasında  «Ulduzlar  görüşəndə»  pyesini  
yazır. 
 Bu  illərin  dramaturgiyasında  Anar,  B.  Vahabzadə,  R.İb-
rahimbəyov, M. İbrahimbəyov, N.Xəzri, Ə.Əylisli, İ.Əfəndiyev 
və  Elçinin  yaradıcılığı  daha  çox  diqqəti  cəlb  edir.  R. 
İbrahimbəyovun  «Öz  yolu  ilə»,  M.İbrahimbəyovun  «Mezozoy 
əhvalatı»,  N.Xəzrinin  «Əks-səda»,  Ə.Əyrislinin  «Vəzifə» kimi 
dram  əsərlərində  bu  günün,  elmi-texniki  tərəqqi  dövrünün 
problemi və qayğıları ilə, onun zəngin, dolğun xarakterə malik 
insanları ilə qarşılaşırıq. 
Müharibədən  sonrakı  illərdə  ədəbiyyatşünaslığın  inkişa-
fında  tənqidçilər,  alimlərlə  yanaşı  S.Vurğun,  M.İbrahimov 
M.Hüseyn  kimi  yazıçı  və  şairlər  də  fəallıq  göstərirdilər. 
S.Vurğun  yazdığı  məqalələrdə  ideyalılığı,  müasirliyi,  xəlqiliyi 
təbliğ  edir,  formalizmə,  nihilizmə,  naturalizmə  qarşı  barışmaz 
mövqe tutur. Müasir həyatda nöqsanları tənqid etməklə yanaşı, 
müsbət  keyfiyyətləri  daha  çox  qələmə  almağın  tərəfdarı  idi. 
Bədii əsərlərdə romantikanı müdafiə edirdi. «Uşaqlarımız üçün 
gözəl  əsərlər  yaradaq»,  «Sənətdə  formalizm  və  naturalizm 
əleyhinə»  və  s.  məqalələrində  romantikanı  müdafiə  etməkdə 
məqsədi vardı; bəzilərinin ədəbiyyatı romantikadan ayırıb «onu 
məişətçiliyə  endirmək»  istəklərini  tənqid  edirdi.  S.Vurğunu 
düşündürən  məsələlərdən  biri  də  müsbət  qəhrəman,  müsbət 
ideal, klassik irsə münasibət məsələləri idi.  
Klassik  və  müasir  sənətkarlar  haqqında,  Azərbaycan 
ədəbiyyatının  inkişafı,  ayrı-ayrı  ədəbi  şəxsiyyətlər  haqqında 
düzgün  elmi-nəzəri  mülahizələr  irəli  sürən  yazıçılardan  M. 
İbrahimov    Füzuli,  C.Məmmədquluzadə,  Sabir  və  başqa  klas-
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
158 
siklərin  bədii  yaradıcılığından,  dünyagörüşlərindən  danışarkən 
tarixilik prinsipinə ciddi riayət edir. 
«Dramaturgiyanın  bəzi  sənətkarlıq  məsələləri»  məqalə-
sində  «Konfliktsizlik  nəzəriyyəsinin»  əsassızlığını  açır,  bunun 
ədəbiyyata  vurduğu  zərərləri  nümunələrlə  açıb  göstərir. 
Tənqidçilər «bu bədnam nəzəriyyənin» uzun müddət insanların 
fikirlərində «dolaşıqlıq və çaşqınlıq» yaratdığını bildirirlər. 
Bu  dövrdə  ədəbi-tənqidi  fəaliyyəti  ilə  seçilən,  dəyərli 
ədəbi-tənqidi  fikirləri  ilə  tanınan  M.  Hüseyinin  1945-1953-cü 
illər arasında yazdığı məqalələrdə ədəbiyyatşünaslıqla bağlı çox 
mühüm  nəzəri  məsələlər  irəli  sürdüyü,  ədəbiyyatmızın  «ideya 
saflığı,  yüksək  sənətkarlığı  uğrunda  mübarizə  apardığı  öz 
mülahizələrini  də  bu  istiqamətdə  inkişaf  etdirdiyi  tənqidçilər, 
ədəbiyyatşünaslar  tərəfindən  xüsusilə  qeyd  edilir.  Nəzəri 
cəhətdən 
yüksək 
səviyyəli  əsərləri  olan 
«Azərbaycan 
ədəbiyyatının  yaradıcılıq  problemləri»  (silsilə  məqalələr), 
«Böyük sənət uğrunda», «Qılınc və qələm» haqqında qeydlər», 
«Ədəbi  tənqidimizin  nəzəri  saflığı  uğrunda»  və  s.  əsərlərdə 
həm  bədii  yaradıcılığın,  həm  də  ədəbiyyatşünaslığın  ümdə 
məsələlərinə  dair  dərin  elmi-nəzəri  ümumiləşdirmələr  olduğu 
söylənir.    
Ədəbiyyatşünaslığımızın  ən  böyük  nailiyyətlərindən  biri 
də  filosof  Heydər  Hüseynovun  «XIX  əsr  Azərbaycan  ictimai 
fikir tarixindən» əsəridir. Bu əsərdə alim «bütöv bir əsr ərzində 
Azərbaycanda  yaranan  fəlsəfi,  ictimai-bədii  fikrin»  bütün 
problemlərinə toxunur. 
Azərbaycan    ədəbiyyatşünaslığının,  eləcə  də  ədəbiyyatı-
mızın inkişafında böyük xidmətləri olan şəxsiyyətlər içərisində 
Məmməd  Arifin    öz  dəsti-xətti  var.  Müasir  Azərbaycan 
tənqidinin  formalaşması  və  inkişafında  misilsiz  xidmətlər 
göstərib,  elmi–bədii  yaradıcılığa  XX  əsrin  20-ci  illərindən 


 
Sənət, sənətkar və zaman
 
 
 
159 
başlayan  Məmməd  Arif  kiçik  şeirlər,  hekayələr,  felyetonlarla 
yaradıcılığa  başlayıb.  İlk  əsərlərini  «Molla  Nəsrəddin»,  «Qızıl 
gənc  qələmlər»,  «Şərq  qadını»,  «Maarif  və  mədəniyyət» 
curnallarında,  «Kommunist»  qəzetində  çap  etdirib.  Müasir 
ədəbi  proseslə,  mədəniyyətlə,  eləcə  də  bədii  yaradıcılıq 
məsələləri  ilə  dərindən  bağlı  olan  Məmməd  Arif  20-30-cu 
illərdə  dövrü  mətbuatda  şeir  və  hekayələri,  felyetonları  ilə 
vaxtaşırı  çıxış  etsə  də,  bu  dövrdən  başlayaraq  Sovet 
ədəbiyyatşünaslığının,  ədəbi  tənqidin  yaranmasına,  inkişafına 
həsr  etmiş,  bütün  qüvvəsini,  fəaliyyətini  «insan  və  zaman», 
«sənətkar  və  vətəndaşlıq  borcu»  məsələlərinin  düzgün–müasir 
həllinə yönəltmişdir».  
Akademik Məmməd Arif Azərbaycan ədəbiyyatı tarixinin 
yaradıcılarından  biri  olub,  ikicildlik  «Müxtəsər  Azərbaycan 
ədəbiyyatı  tarixi»  (1943-1944),  üç  cildlik  «Azərbaycan 
ədəbiyyatı  tarixi»  (1967),  «Azərbaycan  sovet  ədəbiyyatı  tarixi 
oçerki»  kitablarını  ərsəyə  gətirib.  «C.Cabbarlının  yaradıcılıq 
yolu»  mövzusunda doktorluq dissertasiyası  müdafiə etmiş, 20-
30-cu 
illərdən 
başlayaraq 
ədəbiyyatşünaslıq 
(sovet 
ədəbiyyatşünaslığı)  ədəbi  tənqid  sahəsində  dəyərli  əsərləri 
yazmış, «bədii sənətkarlıq», bədii dil, xəlqilik, bədii tərcümə və 
s.  məsələlər,  Azərbaycan,  rus  və  dünya  xalqları  klassik 
ədəbiyyatı,  ədəbiyyat  nəzəriyyəsi,  müasir  ədəbi  proses,  ədəbi-
tənqidi  əlaqələr  əsas  tədqiqat  obyekti  olmuşdur.  «Mehman» 
povesti  və  müsbət  qəhrəman  məsələsi»,  «Bədii  dil  və  üslub», 
«Azərbaycan  sovet  şeirində  lirika»,  «Azərbaycan  sovet 
dramaturgiyasında  sənətkarlıq  məsələləri»  və  s.  məqalələri 
tənqid  və  ədəbiyyatşünaslıq  elminə  xidmət  edir.  H.Araslı,  F. 
Qasımzadə,  Əli  Sultanlı,  M.  Rəfili,  S.Xəndan  ilə  birlikdə 
Məmməd  Arif  də  orta  məktəb  və  ali  məktəb  tələbələri  üçün 
dərsliklərin  yaradılmasında  böyük  rol  oynamışdır.  Tənqidçi, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
160 
ədəbiyyatşünaş, tərcüməçi, nasir, pedaqoq, 1936-cı ildən AYB-
nin  üzvü,  Azərbaycan  EA-nın  həqiqi  üzvü,  Azərbaycan  dövlət 
mükafatı  laureatı  M.  Arif  rus  klassik  ədəbiyyatına  dair  də 
maraqlı  elmi-nəzəri  mülahizələr  irəli  sürmüşdü.  N.Qoqol, 
L.Tolstoy,  A.Çexov,  M.Qorki,  Servantes,  İ.Bexer,  M.  E.  Rem-
arkdan bədii tərcümələr etməklə yanaşı, «Qədim rus ədəbiyyatı 
(XI-XVII  əsrlər),  «Rus  ədəbiyyatı»  (XVIII  əsr)  kimi  ali 
məktəblər  üçün  dərsliklərin  redaktoru  və  müəlliflərindən  biri 
olmuşdur. 
Bu  dövrün  ədəbiyyatşünaslıq  elmindən  danışarkən  artıq 
100  illik  yubileyi  dövlət  səviyyəsində  qeyd  olunan  Məmməd 
Cəfərin  rolu  unudulmazdır.  «Azərbaycan  şeirində  novatorluq 
və  ənənə»,  «Tipiklik  haqqında»,  «Şairin  düşüncələri»,  «Mirzə 
Ələkbər  Sabir»,  «Cəlil  Məmmədquluzadə»,  «Klassiklərimiz 
haqqında»  (1948),  «Mirzə  Fətəli  Axundovun  ədəbi-tənqidi 
görüşləri» (1950), «Sidqi Ruhulla» (1949), «Ədəbi düşüncələr» 
(1958), 
«Füzuli 
düşünür» 
(1959), 
«Hüseyn 
Cavid», 
«Azərbaycan  ədəbiyyatında  romantizm»,  «Səməd  Vurğun» 
(1906),  «Nizaminin  fikir  dünyası»  (1982),»  «XIX  əsr  rus 
ədəbiyyatı»  I  (1970),  II  (1974),  III  (1974)  cildlər  və  s. 
kitablarında  ədəbi-tənqidi-publisistik  məqalələri  toplanmışdır. 
Adları  çəkilən  Azərbaycan  ədəbiyyatının  korifeylərinin 
yaradıcılığı haqqında tənqidçi, ədəbiyyatşünas alim elmi-nəzəri 
fikirlərini irəli sürür. 
Müharibədən  sonrakı  dövrdə  klassik  şeirimizi  dərindən 
tədqiq etmək, böyük sənətkarlarımız Nizami, Füzuli, Nəsimi və 
digərlərinin    yaradıcılıq  dövrünü  əhatəli,  geniş  şəkildə 
araşdırmaq,  öyrənmək  sahəsində  ədəbiyyatşünas  alimlər  xeyli 
iş  görür.  Nizamişünaslardan  M.Əlizadə,  M.Rəfili,  Ə.  Ağayev, 
Bertels,  Krımski,  H.Araslı  rus  yazıçılarından  Nikolay  Tixonov 
və  b.  dəyərli  əsərlər,  məqalələr  yazdılar.  Nizami  yaradıcılığı 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə