Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə48/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   44   45   46   47   48   49   50   51   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
189 
arasındakı  barışmaz ziddiyyətlərə toxunulmaması»  və  s.  əsərin 
qüsurları  kimi  götürülsə  də,  qüdrətli  şair  Xaqanin  həyatından 
bəhs edən ilk irihəcmli epik əsər kimi dəyərlidir. 
Hüseyn  İbrahimovun  «Əsrin  onda  biri»  romanında  X11 
əsrin  ilk  onilliyində  Atabəy  Məhəmməd  Cahan  Pəhləvanın 
hakimiyyəti  dövründəki  mühüm  ictimai  hadisələr  və  bu 
hadisələr  «fonunda»  Azərbaycanın  dahi  memarı  Əcəminin 
«sənət dünyası», zülm və haqsızlığa qarşı etiraz,  xalq gücünün 
əzəməti, el-oba ruhunun yenilməzliyi verilmişdir.  
A.Zöhrabbəyovun 
«Odlu 
diyar», 
M.S.Ordubadinin 
«Qılınc  və  Qələm»  romanları,    Mehdi  Hüseynin  «Nizami», 
İ.Əfəndiyevin  «Xurşudbanu  Natəvan»,  N.Həsənzadənin  «Ata-
bəylər»  dramları  və  başqa  bəzi  nümunələr  tarixi  əsərlər  kimi 
dəyərlidir. 
Mirzə Şəfi Vazehin həyatından bəhs edən əsərlər yaranır. 
Belə  ki,  Nəbi  Xəzri  «Heykəlsiz  abidə»  mənsur  poema  və 
«Mirzə Şəfi» dramını,  F.Mustafayev «Mən işığa gedirəm» (rus 
dilində) povestini yazmışdır. Əlisa Nicatın «Mirzə Şəfi» romanı 
şairin dövrünü və həyatını daha dolğun əks etdirir. Yazıçının bu 
roman  üzərində  iyirmi  ilə  yaxın  işlədiyi,  onun  obrazını 
yaratmaq  üçün  şeirləri  ilə  bərabər  haqqında  olan  elmi,  tarixi 
məxəzlərdən,  «vərəqləri  solmuş  əlyazmalarından  da»  istifadə 
etdiyi bildirilir. 
M.P.Vaqifin  həyatından  bəhs  edən,  onun  yaşadığı  əsrin 
ictimai-siyasi 
hadisələrini 
parlaq 
şəkildə 
əks 
etdirən 
Y.V.Çəmənzəminlinin  «Qan  içində»,  S.Vurğunun  «Vaqif» 
əsərləri  tarixi  şəxsiyyətlərin  həyatından,  dövründən  bəhs  edən, 
qüdrətli sənətkarlıq nümunəsi olan əsərlərdir. 
Bayram  Bayramovun  yazdığı  «Karvan  yolu»  tarixi  ro-
manı  Cəlil  Məmədquluzadənin  və  onun  ömür-gün  yoldaşı, 
ziyalı  Azərbaycan  qadını  Həmidə  xanımın  həyatı  haqqındadır. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
190 
Və  burada  müəllif təsvir olunan dövrün ədəbi-ictimai  mühitini 
canlandırmağı,  bu  ziddiyyətli  aləm  haqqında  dolğun,  düzgün 
təsəvvür yaratmağı qarşısına məqsəd qoymuşdur.  
Şah  İsmayıl  Xətayinin  500  illiyi  münasibətilə  Əzizə 
Cəfərzadə  «Bakı-1501»,  Ə.  Nicat  «Qızılbaşlar»,  F.  Kərimzadə 
«Xudafərin  körpüsü»  dilogiyasını  yazmışdır.    Tənqidçilər  bu 
əsərləri  dəyərləndirmiş  «Tariximizin  mürəkkəb  dövrünü  əks 
etdirən  bu  əsərlərdə  xalq  həyatına    da  müraciət  olunması, 
zamanın  ictimai-siyasi  təzadlarının  təsviri,  zəngin  insan 
xarakterlərinin  yaradılması»nı    təqdirəlayiq  bilir  və  «Dövrün 
mühüm  hadisələri,  zamanın  inkişaf  dinamikası  bu  romanların 
sücetini  də  müəyyənləşdirmiş»  olduğunu,  «həmin  əsərlərdə 
«dramatik 
məqamlar»ın 
«ictimai  kolliziyalar»  üzərində 
qurulduğunu  bildirir.  Azərbaycan  xalqının    qəhrəmanlıq 
tarixinin  parlaq  səhifələrini  yaradan  sənətkarlarımız  var.  C. 
Cabbarlı  «Od  gəlini»  əsərini  yazdı.  Bu  ənənəni  davam  etdirən 
şairlər    O.Sarıvəlli  «Babək»,  B.  Vahabzadə  «Dar  ağacı» 
dramalarını, Ə.Məmmədxanlı «Babək» romanı, Cəlal Bərgüşad 
«Sıyrılmış  qılınc»  romanını  yazdı.  Xalq  heç  zaman  ictimai-
siyasi  müharibələrdə  yadellilərə,  qəsbkarlara  qarşı  mübarizə 
aparan  qəhrəmanlarını  unutmur.  Bu  həm  şifahi,  həm  də  yazılı 
ədəbiyyatda yaşayır. «1X əsrdə ərəb istilasına qarşı Azərbaycan 
xalqının  qəzəbi  Cavidan,  Babək  hərəkatında  özünün  parlaq 
ifadəsini»  tapıb,  «xalq  və  onun  içindən  çıxan  qüdrətli 
sərkərdələr, qəhrəmanlar azadlıq və istiqlaliyyət uğrunda gedən 
ölüm-dirim  mübarizəsində  mərdliklə  mübarizə aparmış,  tarixin 
şanlı səhifələrinə adlarını həkk etmişlər.  
Mahmud  İsmayılovun  «Ağ  yapıncı»  romanı  xalq  hərə-
katının  bədii  ifadəsidir.  Əsas  mövzusu  XVIII  əsrin  30-40-cı 
illərində    Şəki  əyalətində  İran  hakim  dairələrinə  qarşı  xalq 
azadlıq  hərəkatından  götürülmüşdür.  İran  şahının  Azər-


 
Sənət, sənətkar və zaman
 
 
 
191 
baycanda  öz  nüfuzunu  artırmaq  üçün  vergiləri  artırması  xalqı 
qəzəbləndirir, üsyan qaldırır. Genişlənən hərəkatı boğmaq üçün 
Nadir  şah  1735-ci  ildə  Şəkiyə  cəza  dəstələri  göndərir. 
Üsyançılara  amansız  divan  tutulsa  da,  onların  əzmini  qıra 
bilmirlər.  Nadir  şahın  qardaşı  İbrahim  xanın  başçılığı  ilə 
göndərdiyi  32  min  nəfərlik  İran  qoşunu  mühasirəyə  alınır, 
İbrahim xan öldürülür, qoşun məhv edilir. Əsərdə təsvir edilən 
əsas  hadisələr  bunlardır.  Əsərdə  dövrün  acınacaqlı  vəziyyəti, 
geniş  xalq  kütlələrinin  dözülməz  həyat  şəraiti  canlı,  təsirli 
səhnələrlə əks olunduğu,  müəllifin əsərin «sücetinin mərkəzinə 
xalqın  taleyi  ilə  bağlı  hadisələri»  çəkdiyi,  dövrün  real 
mənzərəsini  canlandırması  və  s.  tənqidçilər  tərəfindən 
dəyərləndirilir.  
Sovet  dövrü  xalqımızın  yaşadığı  bir  dövrdür.  Hər  bir 
ictimai  formasiyanın  öz  qanunları  var.  Ədəbiyyatımız  heç  bir 
zaman  tarixi  poblemlərə  biganə  qalmayıb.  Qələmə  aldığı 
mövzularda  xalqın  yaşadığı  ictimai-siyasi  şərait  öz  əksini 
tapmışdır. XX əsrin ilk onillikləri ölkədə inqilabi mübarizələrin 
kəskinləşdiyi  illərdir.  Bu  illərdə  xalqımız  Xalq  Cümhuriyyəti 
yaratdı.  Az  keçmədi  bu  hakimiyyət  süquta  uğradı.  Və  inqilabi 
mübarizələrin  kəskinləşdiyi  bir  dövrdə  ölkədə  oktyabr  inqilabı 
qələbə  çaldı.  Fəhlə-kəndli  hakimiyyətinin  qurulmasında  
inqilabçı  şəxsiyyətlər  yetişdi.  Ölkədə  Sovet  hakimiyyətinin 
qurulması,  həyatda  baş  verən  dəyişikliklər,  mədəniyyətdə, 
həyatda baş verən inqilabi dəyişikliklər bədii əsərlərin mövzusu 
oldu. Bu hakimiyyətin qurulmasında qoxmaz bolşevik obrazları 
yarandı. İnqilabi-azadlıq hərəkatının bədii inikasında məhz belə 
inqilabçı,  qorxmaz  qəhrəmanların  silsilə  obrazları  yaradıldı. 
Firudin 
Ağayev 
Azərbaycanda 
sovet 
hakimiyyətinin 
qurulmasında müstəsna xidmətləri olan, inqilabın ilk aylarından 
mübarizə  meydanında  olan  Çingiz  İldırımın  həyatının  ən 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
192 
mühüm  anlarını  qələmə  alır.  «İldırım  dənizdə  çaxır»,  «İldırım 
ömrü» romanları bu cəhətdən maraqlı əsər kimi dəyərləndirilir. 
İnqilabi  hərəkat  tariximizə  həsr  olunan  romanlar  içəri-
sində  cənubi  azərbaycanlıların  azadlıq  mübarizəsindən  bəhs 
edən  romanlar  da  var.  M.S.Ordubadinin  «Dumanlı  Təbriz» 
romanında Səttar xan hərəkatı, «Döyüşən şəhər», «Gizli Bakı» 
romanlarında  təxminən  eyni  dövrdə  Bakı  proletariatının 
mübarizəsi təsvir ounurdu. İdeya -məzmunu, bədii kamilliyi ilə 
seçilən Mirzə İbrahimovun  «Gələcək gün»  romanında Cənubi 
Azərbaycan  xalqının  müəyyən  ictimai  tarixi  dövrünün  ictimai, 
mənəvi həyatı hərtərəfli, dolğun şəkildə təsvir edilir.  
Mirzə  İbrahimovun  «Pərvanə»  romanı  nəsrimizdə  monu-
mental  tarixi  roman  istiqamətində  birinci  təşəbbüsdür.  Burada 
nəinki geniş miqyaslı, kəskin dramatizmlə şərtlənən konfliktlər, 
həm  də  son  dərəcə  qüvvətli,  dolğun  xarakterlər  nəzərə  çarpır. 
Əsərdə  həmçinin  əsrin,  zamanın  aparıcı  tendensiyalarını  ifadə 
edən  problemlər  də  əks  olunmuşdur.  Romanın  publisistik 
ahəngi də həmin problemlərin vacibliyini şərtləndirir». 
Tarixi  mövzuda  yazdığı  əsərləri  ilə  seçilən  Pənahi 
Makulunun  romanları  xüsusilə  dəyərləndirilir.  «Səttarxan», 
«Gizli  zindan»,  «Xiyabani»,  «Heydər  Əmoğlu»  romanlarında 
Oktyabr  inqilabının  Şərq  xalqlarının  azadlıq  və  istiqlaliyyət 
uğrunda 
mübarizəsində  oynadığı  rol 
faktlarla  qələmə 
alınmışdır.  Səttarxanla  başlanan  inqilabın  ikinci  dalğası 
Ş.M.Xiyabaninin adı ilə bağlıdır. «Xiyabani» romanında yazıçı 
bu  hərəkatı,  «dövrün  və  məkanın  özünəməxsus  ruhunu, 
koloritinin  inandırıcı  boyalarla»  verir.  Hər  iki  romanda 
(«Xiyabani»,  «Heydər  Əmoğlu»)  Cənubi  Azərbaycandakı 
milli-azadlıq  hərəkatının  iki  görkəmli  xadiminin  obrazları 
canlandırılmışdır. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə