Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə44/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   40   41   42   43   44   45   46   47   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
173 
yaratmışdır.  Əsərdə qoyulan problemlər,  müasir  həyatımızdakı 
ziddiyyətli  məqamlar,  zamanın  tələblərinə  uyğun  gəlməyən 
köhnə təsəvvürlərin işimizə vurduğu ziyanların təsviri, tipik və 
yaddaqalan  surətlər  «Böyük  dayaq»  romanının  üzərində 
yazıçının məsuliyyətlə işlədiyini göstərir. 
Onun  ən  mükəmməl  romanlarından  biri  olan  «Pərvanə» 
də rus–bolşevik qoşunların Azərbaycana gəlməsinə  qədər olan 
dövrdə  baş  verən  hadisələrdən  bəhs  edir.  Azərbaycanın  İran, 
Türkiyə,  Rusiya,  Qərbi  Avropa  ölkələri  arasında  «körpü 
olması»,  «iri  dövlətlərin  kəşfiyyat,  diplomatik  danışıqlar  və 
hərbi  toqquşmalar  mərkəzinə  çevrilməsi»  məsələləri  əsərdə 
müəllif tərəfindən qoyulur. Bu əsər «xalq tarixinin ən böyük və 
mürəkkəb bir mərhələsini əks etdirmiş olur».  
Mirzə İbrahimovun «Kəndçi qızı» (1962), «Yaxşı Adam» 
(1965), «Közərən ağaclar»(1967), «Don Cuan və yaxud bəşərin 
komediyası» (1978) kimi dram əsərləri onun zəngin dramaturci 
qabiliyyətindən xəbər verir. 
Elmi-nəzəri,  publisistik  fəaliyyəti  yaradıcılığının  bir 
hissəsidir.  Üzeyir  Hacıbəyovun  həyat  və  fəaliyyətindən  bəhs 
edən  «Tufanlara  kömək  edən  bir  qələm»  və  digər  («Yol  üs-
tündə  düşüncələr»,  «Mənim  respublikam»,  «Günəş  yurdu», 
«Sülh-bərabərlik,  birlik»,  «Həyat  dəyişir,  insan  dəyişir», 
«Kəndin qabaqcıl adamları») oçerkləri bu gün də yüksək bədii 
və idraki əhəmiyyətini saxlayır. 
Azərbaycan    ədəbiyyatı  tarixinin  yaradılmasında  böyük 
xidmətləri  olan  Mirzə  İbrahimov  üçcildlik  «Azərbaycan  
ədəbiyyatı tarixinin» (1957), İkicildlik «Azərbaycan  ədəbiyyatı 
tarixi»nin (1967), «Azərbaycan  klassik ədəbiyyatı kitabxanası» 
20  cilddə  seriyasının  redaktoru  olub,  dünya  xalqlarının 
əsərlərindən 
tərcümələri 
onun 
fəaliyyətinin 
əsas 
istiqamətlərindən biridir. A.H.Çexovun «Üç bacı», V.Şekispirin 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
174 
«Kral  Lir»,  «On  ikinci  gecə»,  Molyerin  «Don  Cuan»,  Şərəf 
Rəşidovun  «Güclü  dalğa»,  A.H.Ostrovskinin  «Quduz  pullar» 
əsərlərini Azərbaycan  dilinə tərcümə etmişdir. 
«Xəlqilik  və  realizm  cəbhəsindən»  məqalələr  toplusunda 
müasir ədəbiyyat,  klassik ədəbiyyat və  incəsənətlə bağlı  Mirzə 
İbrahimovun  elmi–nəzəri  müşahidələri  verilir.  «Ədəbiyyat  və 
incəsənətdə satira», «Mübariz ədəbi tənqid uğrunda», «Sənətdə 
həyatilik  və  xəlqilik»,  «İki  dünya,  iki  ədəbiyyat»,  «Komediya, 
həyat  və  əxlaq»,  «Səməd  Vurğunun  həyat  və  yaradıcılığı», 
«Sabir»,  «Çernışevski»,  «Lev  Tolstoyun  realizmi  haqqında», 
«Məhəmməd  Füzuli»,  «Tükənməz  xəzinə»,  «Azərbaycan  
bülbülü»,  «Xalq  sənətkarı»  və  s.  məqalələri  onun  güclü 
ədəbiyyatşünas alim kimi də ədəbiyyatımız tarixində şərəfli yer 
tutduğunu göstərir. 
Mirzə  İbrahimovun  tədqiq,  təhlil  etdiyi  məsələlər,  prob-
lemlər  geniş  və  rəngarəngdir.  O,  bədii  yaradıcılığın  əsas 
məsələlərindən  bəhs  etmişdir.  Kamal  Talıbzadə  yazır:  «Mirzə 
İbrahimov  məslək,  məqsəd  adamıdır.  Buna  görə  də  hər  hansı 
sənət  əsərinin  ideya  istiqaməti  onun  üçün  birinci  dərəcəli 
şərtdir. Əgər bədii əsərin qayəsi, ideyası onu tutursa, o, bu əsər 
haqqında  yüksək  sözlər  deməkdən  çəkinmir,  ona  görə  ki,  o 
fikirlər elə indi xalqa çatdırılmalıdır, ona deyilməlidir. Buradan 
da Mirzə İbrahimovun tənqidi  məqalələri siyasi,  publisistik  bir 
əhəmiyyət kəsb edir».  
Azərbaycan    nəsrinə,  dramaturgiyasına  zəngin  sənət 
əsərləri  bəxş  edən  «rəngarəng  üslublar,  forma  və  məzmun 
yenilikləri gətirən», «özünəməxsus fərdi yaradıcılıq yolu, cığırı 
olan  sənətkarımız  İlyas  Əfəndiyev  «realist  və  romantik 
yaradıcılıq  qovşağından»  yaranmış  sənətkardır:  «Realist  və 
romantik 
yaradıcılıq 
ənənələri 
qovşağından 
yaranan 
İ.Əfəndiyev  sənətinin  sirri,  həm  də  onun  sinkretizmində, 


 
Sənət, sənətkar və zaman
 
 
 
175 
insana,  həyata,  təbiətə  doğma-ideal  münasibətində  dərin, 
əlçatmaz  qatlarda  gizlənən  mənəvi-əxlaqi,  ruhi-psixoloci 
hissləri,  idrakı  və  düşüncə  məqamlarını  tapıb  üzə  çıxarmaq, 
onları  müasirlərinin  həyatı,  mənəviyyatı  ilə  əlaqələndirmək, 
bağlamaq  bacarığında  idi.  Ona  görədir  ki,  İ.Əfəndiyevin 
obrazları  özlərinin  qəribəlikləri,  həyata  fərdi  baxışları, 
bənzərsiz  xarakterləri,  hissi,  idrakı  və  psixoloci  tutumları  ilə 
cəmiyyətdə  yeni tərzdə görünən,  ciddi təsir gücünə  malik olan 
insanlar təsiri bağışlayırlar». 
Bütün  yaradıcılığı  xalq  ədəbiyyatı  ilə  bağlı  olub,  onun 
zəngin  xəzinəsindən,  xalq ədəbiyyatı  motivlərindən  yararlanıb, 
yazdığı  əfsanəvi,  tarixi  əsərlərdə  də  «müasir»  olub,  ilk 
əsərlərində «şairanə bir dilə,  lirik-romantik yazı tərzinə, poetik 
üsluba»  malik  olub,  daha  çox  «müasir,  mənəvi,  psixoloci 
mövzulara» maraq göstərib, ədəbiyyata «mürəkkəb, ziddiyyətli, 
maraqlı»  «insanlar»  gətirib,  yaradıcılığı  «sənətkar  və  zaman», 
«yazıçı  və  müasirlik»  baxımından  «ədəbiyyatımızda xüsusi  bir 
mərhələ»  təşkil  edən  İlyas  Əfəndiyevi  böyük  sənətkar  kimi 
əbədiləşdirən  onun  istedadı,  qabiliyyəti  idi.  Ədəbiyyatşünaslar 
fikirlərində  haqlıdırlar  ki,  «Əllinci  illərin  sonlarından 
başlayaraq  İ.Əfəndiyevin  yaradıcılığında  şairanə  nəsrçilik, 
şairanə dramçılıq, şairanə dil,  şəffaf,  həzin, son dərəcə lirik bir 
üslub  özünün  yüksək  məqamına  yetişir.  Real  həyatın  lirik-
romantik  tərənnümü,  ümumhəyat  materialının  obrazlığının 
bütün imkanlarının tələb və prinsipləri ilə əhatə olunması İlyas 
Əfəndiyevə  klassiklərə  məxsus  şöhrət  gətirir.  Üstəlik  müasir 
zaman  və  bədii  həqiqət  faktının  tipik  şəraitin  ruhuna 
uyğunluğu, 
insan 
obrazlarının 
bütövlüyü, 
cəmiyyətə, 
müasirlərinə  təsir  edə  bilmək  bacarığı,  xalq  ədəbiyyatından, 
klassik  irsdən,  təbiətdən,  bədii  təsvir  vasitələrindən  sənət  və 
sənətkarlığın  tələb  və  prinsiplərinə  uyğun  istifadə  etmək 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
176 
bacarığı 
İ.Əfəndiyevi 
əsrinin 
böyük 
sənətkarı 
kimi 
əbədiləşdirdi». 
İlk  hekayələr  kitabı  «Kənddən  məktublar»  (1939),  ilk 
hekayəsi «Berlində bir gecə»dir  (1939). İlk kitabının oxucular 
arasında  maraqla  qarşılanmasının  səbəbini  tənqidçilər  onun 
«çoxlarının  keçib  getdiyi  tanınmış  yolla  deyil,  mümkün  qədər 
yeni  və  oricinal  yolla  getməyə  göstərdiyi  meyil»də  görür  və 
bildirirlər ki, onun ilk hekayələri göstərir ki, İlyas Əfəndiyevin 
yaxşı həyat müşahidəsi, qüvvətli bədii təfəkkürü, şirin və aydın 
bədii dili var,  yeniliyi duymağa, həyatın yeni keyfiyyətini dərk 
və tərənnüm etməyə xidmət edir. 
Müharibə  illərində  və  ondan  sonrakı  illərdə  çap  olunan 
«Aydınlıq  gecələr»,  «Torpağın  sahibi»  (1952),  «Qoruqlarda», 
«Şamama»  əsərləri  onun  istedadlı  bir  qələm  sahibi  olduğunu 
göstərir. 
Müharibə,  cəbhə  həyatı  haqqında  yazdığı  əsərlərdə  cəb-
hədə  gedən  döyüşlər,  müharibə  epizodları  olmasa  da,  tən-
qidçilər  haqlı  olaraq  «bu  hekayələrdə  müharibə  və  döyüş 
qəhrəmanlığı  bir  növ  daxildən,  psixoloci–mənəvi  aləmdən 
keçir.  Bu  hekayələrdə  insanın  vətənə  olan  eşqi  və  şəxsi 
məhəbbəti birləşir. İnsanları fədakarlığa və qəhrəmanlığa təşviq 
adən  qadir  məhəbbətin  böyük  qüdrəti  tərənnüm  olunur», 
«Yarımçıq qalmış portret haqqında mahnı»-var. «Qəhrəman və 
bülbülün  nağılı»,  «Qarı  dağı»,  «Apardı  sellər  Saranı» 
hekayələri  folklordan  gələn,  yazıçının  dövrü,  zəmanəsi  ilə 
səsləşən 
vətənpərvərlik, 
humanizm, 
xalq 
mənafeyinin 
üstünlüyü kimi yaxşı xüsusiyyətlərlə zəngin hekayələrdir.  
Çoxlu  sayda  kiçik  həcmli  hekayələri  ilə  yanaşı  İlyas 
Əfəndiyevin 
«Söyüdlü 
arx», 
«Körpüsalanlar», 
«Dağlar 
arxasında üç dost», «Sarıköynəklə Valehin nağılı», «Üçatılan», 
«Geriyə  baxma,  qoca»  kimi  irihəcmli  povest  və  romanlarında, 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə