Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə47/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   43   44   45   46   47   48   49   50   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
185 
müşayiətçisi,  yol  yoldaşıdır.  Muğam,  mahnı  və  rənglər,  səs  və 
ahənglər sözdən daha  ilkindir,  bu səs  və ahəng  insanın uşaqlıq 
çağından  həyatının  axırınadək  onunladır,  onun  özü,  varlığı 
deməkdir.  «Yox,  nəğmələr  yaranmazdı,  qəlbimizdən  keçənləri 
tamam deyə bilsəydi söz».  
Nasirlərimizin həyatında müasir həyat aparıcı mövzu olsa 
da,  bu  illərdə  tarixi  mövzulara  aid  də  roman  və  povestlər 
yazılırdı.  S.  Rəhimov  «Şamo»  romanı  üzərində  işləyərək  onu 
təkmilləşdirmiş,  M.  Cəlal  «Yolumuz  hayanadır»  romanında 
M.Ə.  Sabirin  bədii  surətini  yaratmış,  XX  əsrin  əvvəlində  baş 
verən  ictimai-siyasi-mədəni  hadisələr də öz əksini tapır.  Tarixi 
mövzuda  yazılmış  M.  Hüseynin  «Səhər»  romanı,  Sabit 
Rəhmanın «Nina» povesti 1901-1904 -cü il inqilabi hadisələrini 
əhatə edir. 
75  illik  Azərbaycan  ədəbi  prosesini  izləyərkən  Azərbay-
canda  yaranan  tarixi  romanların  böyük  bir  hissəsinin  görkəmli 
sənətkarların  həyatından,  taleyindən  bəhs  etdiyinin  şahidi 
oluruq.    Ədəbiyyatımızın  tarixində,  xalqımızın  zəngin  bədii 
təfəkkürə malik parlaq simaları olub. Onların yaradıcılığı, ədəbi 
mövqeyi haqqında elmi-tədqiqat əsərləri yazılıb. Yaranan bədii 
əsərlər  elmi-tədqiqat  əsərlərindən  fərqlidir.  Bədii  əsərlərdə 
həyatı  qələmə  alınan  sənətkarın  tarixi  obrazı  yaradılır, 
həyatında ən mühüm məqamlər təsvir və təqdim edilir. Yaranan 
bədii  əsərdə  həmin  şəxsiyyət  haqqında  daha  geniş  təsəvvürə 
malik  oluruq.  Tarixi  romanların  estetik-tərbiyəvi  əhəmiyyəti 
böyükdür.    Tarixi  roman    bədii  biblioqrafiya  deyil,  burada 
həyatı  qələmə  alınan,  obrazı  yaradılan  sənətkarın  yaşadığı 
zaman,  dövr,  onun  mühiti,  yaşadığı  dövrün  sosial-siyasi 
mənzərəsi,  onun daxili  aləmi,  mənəvi dünyası  ilə  bağlı şəkildə 
öz əksini tapır. Zəngin dolğun tarixi romanlar var və bunlardan 
İsa  Hüseynovun  «Məhşər»  romanını  xüsusi  ilə  qeyd  etmək 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
186 
lazımdır. Bu romanı yazarkən yazıçı «tarixi həqiqəti gözləmək, 
zamanın koloritini canlandırmaq üçün ciddi axtarışlar aparmış, 
müxtəlif  mənbələrdə  verilən  məlumatları  nəzərdən  keçirmiş, 
hürufiliyin  ideya-nəzəri  və  bədii əsaslarını,  xüsusilə Nəsiminin 
zəngin  yaradıcılığını  öyrənmişdir,  lakin  o,  əldə  etdiyi  tarixi 
faktlar  əsasında  dövrün  mahiyyətini  açmağa,  mənalandırmağa 
nail olmuşdur». Əsərdə sücet xətində mühüm yer tutan Nəsimi 
və  onun  mürşidi  Nəimi  obrazlarının  zəngin  daxili  aləmi 
inandırıcı,  təbii  boyalarla  ifadə  olunmuş,  bir  amala,  ideyaya 
xidmət  edən,  əqidəcə  də  bir-birini  tamamlayan  bu  tarixi 
şəxsiyyətlərin fəlsəfi görüşləri, həyata münasibəti, öz əqidəsinə 
inamı  ətraflı  şəkildə  səciyyələndirilmişdir.  Nəimi    öz 
amallarının  davamçısı  kimi  Nəsimini  görür,  Nəsimi  də  onun 
yolgöstərəni,  mənəvi atası kimi Nəimini bilir. İki böyük ustad-
şagird-müəllim  bağlılığı  hürufiliyin  «vəhdət»  ideyasının  rəmzi 
kimi qəbul edilir.  Nəimi  sağ  ikən öz ruhunu  şagirdinə köçmüş 
sanır, bütün ümidlərini ona bağlayır: «... Cavidan öldü, həqiqət 
Babək  Xürrəmidə  zühur  etdi.  Babək  öldü,  həqiqət  Hüseyn 
Həllacda zühur etdi. Fərrux öldü, həqiqət Şeyx Nizamidə zühur 
etdi, Nizami öldü,  həqiqət Şeyx Mahmudda zühur etdi. Silsilə-
miz  mənimlə  başlanmayıb,  mənimlə  də  qurtarmır.  Mən 
təsbehin  bir  danəsiyəm.  Ali  ruh  bu  gün  məndədir,  sabah 
digərində  zühur  etməlidir»  (İsa  Hüseynov.  Məhşər.  Bakı. 
Gənclik.  1978.).  Bir-birindən  zəngin,  bitkin  obrazlar,  ayrı-ayrı 
görkəmli simalarla yanaşı tarixin əsl  yaradıcısı olan geniş xalq 
kütlələrinin rolunun da romanın  sücetində  mühüm  yer tutması, 
müxtəlif  taleli  insanların  həyatının  hərtərəfli  təsviri,  kütləvi 
səhnələr əsərin bədii sənətkarlıq baxımından da müvəffəqiyyəti 
kimi dəyərləndirilir. «Romanda dil  və  bədii təsvir vasitələri də 
tarixin  dolğun  təcəssümünə  xidmət  edir.  Müəllifin  əsər  boyu 
Nəsiminin  şeirlərindən  istifadə  etməsi  sücet  xəttinin  inkişafına 


 
Sənət, sənətkar və zaman
 
 
 
187 
kömək  etdiyi  kimi,  böyük  şairin  bədii  obrazının  hərtərəfli 
canlandırılmasına  da  imkan  yaradır.  Bütün  bunlar  tarixi 
gerçəkliyi,  həyat    həqiqətlərini  bədii  həqiqət  səviyyəsinə 
qaldırmaq məqsədi daşıyır». 
 Sənətkar  və  zaman  bədii-fəlsəfi  fikir  tarixində  Çingiz 
Hüseynovun  «Fətəli  fəthi»  romanı  da  əhəmiyyətli  sayılır.  Bu 
əsərdə Mirzə Fətəli Axundovun həyatı və yaşadığı mühit, dövr 
öz əksini tapmışdır.  Azərbaycan ədəbiyyatına yeni ruh gətirən, 
Azərbaycan  realist  dramaturgiyasının,  realist  nəsrinin  banisi 
sayılan,  sənətin  ictimai  mənasını  yüksək  dəyərləndirən,  xalq 
həyatı ilə bağlılığına yüksək qiymət verən, maaarifçi şəxsiyyət, 
materialist  filosof,  əlifba  islahatçısı,  «ziddiyyətli  ömür  yolu 
keçmiş,  yüksək  rütbələrədək  ucalmış»,  «sinəsi    nişanlı,  çiyni 
paqonlu,  libası  altında  həmişə  xalqın  dərdinə  qalan,  yanar 
alovlu»  döyünən  ürək  sahibi  M.F.Axundovdan  bəhs  edən  bu 
roman  fəlsəfi-psixoloci  məzmunu  ilə  seçilir.  Əsər  bir  çox 
tənqidçilərin,  alimlərin  diqqətini  cəlb  etmiş,  yazıçı  fantaziyası, 
detalların  yerli-yerində  təsviri,  müasirliyə  xidmət  edən  tarixin 
«qabarıqlaşdırılması»,  dünənimizlə  bu  günümüz  arasında 
mənəvi  varisliyin  «bədii  sənət  dili  ilə  təcəssüm»ü  və  bu  cür 
«müasirlik  ruhu»  diqqətdən  qaçmır,  alman  filosofu  və  ədəbiy-
yatşünası  Heyns  Plaviusun  yazır:  «Məni  bir  oxucu  kimi 
Hüseynovun  maraqlı  romanı    hər  şeydən  çox  onda  heyrətlən-
dirir  ki,  müəllif  canlandırdığı  zamanın  çərçivəsindən  kənara 
çıxmadan  o  dövrün  hadisələrini  təsvir  etməyə  və  kəskin 
müasirliyə  necə  nail  olmuşdur»  («Literaturnaya  qazeta».  23 
yanvar 
1985). 
Roman 
bəzi 
iradlarıyla 
belə 
yüksək 
dəyərləndirilir:  «Mirzə  Fətəli  Axundov  əsər  boyu  mü-
hafizəkarlıq,  köhnəlik  və  fanatizmə  qarşı  mübarizədə  qüdrətli 
yazıçı,  inqilabçı,  fədakar  vətəndaş  kimi  oxucunun  gözü 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
188 
qarşısında  ucalır  və  onları  da  yüksək  mənəvi-estetik  ideallar 
naminə mübarizəyə ruhlandırır». 
XX  əsrin  80-90-cı    illərin  tarixi  nəsrində  Mahmud  İsma-
yılovun  «Xaqani»  və  Hüseyn  İbrahimovun  memar  Əcəmi 
Əbubəkr  oğlu  Naxçıvaniyə  həsr  olunan  «Əsrin  onda  biri» 
romanları da dəyərli romanlardır.  
«Xaqani»  romanının  ilk  səhifələrində  Şərq  ölkələrinin 
tarixində  mühüm  rol  oynamış  qüdrətli  Atabəylər  dövlətinin 
meydana  gəlməsindən  söhbət  açılır.  Romanda  Atabəylər 
dövlətinin  əsasını  qoyan  Eldəgiz  tarixdə  oduğu  kimi  mətin 
iradəsi,  ağlı,  biliyi,  eləcə  də  cəsarəti  və  igidliyi  ilə  tanınmış, 
hərbi məharəti, qabiliyyəti ilə seçilən dövlət xadimi kimi təsvir 
olunmuşdur. 
Şəmsəddin 
Eldəgizlə 
bağlı 
əhvalatlar, 
Şirvanşahlar  və  Atabəylər  dövlətinin  daxili  və  xarici  siyasəti, 
iqtisadi və mədəni sahədəki nailiyyətlər, sənətkarlıq və ticarətin 
inkişafı, təsvir olunan epizodlar «X11 əsr Azərbaycanın ictimai 
mənzərəsini  canlandırmağa  yönəldilmişdir».  Xaqani  belə  bir 
dövrdə  doğulmuş,  böyümüş  və  zaman  onu  qüdrətli  şair  kimi 
yetişdirmişdir.  «Müəllif  əsər  boyu  öz  qəhrəmanının  həyat 
yolunu zamanın mürəkkəb, təlatümlü, keşməkeşli hadisələri ilə 
bağlı  şəkildə  təsvir  etməyə  çalışmışdır.  Xaqaninin  anası 
Rəbiyənin  rumlu  xaçpərəst  nəsturi  olması,  sonralar  qul  kimi 
satılması» kimi tarixi faktlar əsərdə öz əksini tapır. 
 Romanda  Xaqaninin  babası  onu  Şirvan  bazarında  satın 
alır,  tərbiyəsi,  evdarlığı  ilə  atası  Nəccarın  diqqətini  cəlb  edir, 
onlar evlənir və 1126-cı ildə Xaqani-ailənin ilk övladı dünyaya 
gəlir.  Əsərdə  faktik  məlumatların  «çoxluğu»ndan    bunları 
müəllifin  vahid  sücet  xəttində  birləşdirə  bilməməsi,  müxtəlif 
məclislərin,  səhnələrin  həddən  artıq  yer  tutması,  romanın 
«bədiilik 
qanunlarının 
incəliklərinə 
riayət 
etməməsi»,  
Xaqaninin  dövründəki  «hakim  siniflərlə  xalq  kütlələri 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə