Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə45/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   41   42   43   44   45   46   47   48   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
177 
hekayələrində  olduğu  kimi  hamısında  güclü  «müasirlik 
duyğusu»,  yaşadığı  dövrün  ictimai  həyatını,  qarşıya  çıxan 
çətinlikləri görmək   və onları  bədii cəhətdən dərk edib qələmə 
almaq»    bacarığı  var.  Onun  əsərlərinin  dilinin  «canlı,  oynaq, 
şirin təbii»liyi, «ahəngdar, aydın və səlis boyaları»n yaradıcılı-
ğına  böyük  təsiri  var,  tənqidçilərin  fikrincə,  «bu  cəhət  İ.Əfən-
diyevin  əsərlərindəki  incə  psixoloci  vəziyyətlər  və  müasirlik 
duyğusu ilə birləşdikdə, onun qələmi daha əlvan bədii lövhələr 
yaradır,  bədii  dilində  parlaqlıq,  cazibədarlıq  artır,  bu  isə,  öz 
növbəsində, 
bədii 
əsərlərin 
ümumi 
bədii 
təsirini, 
emosionallığını gücləndirir». 
İlyas  Əfəndiyev  yaradıcılığında  dram  əsərləri  də  mühüm 
yer  tutur.  Uzun  müddət  Azərbaycan    səhnəsini  boş  qalmağa 
qoymayan  İlyas  Əfəndiyev  dramaturgiyası  olmuşdur.  Ona 
böyük  məhəbbət  qazandıran  dram  əsərləri  səhnələrimizin 
bəzəyidir. 
«Unuda  bilmirəm»  (1968),  «Məhv  olmuş  gündəliklər»  , 
«Qəribə  oğlan»,  «Bağlardan  gələn  səs»,  «Xurşudbanu 
Natəvan», «Büllur sarayda», «Qəribə oğlan», «Şeyx Xiyabani», 
«Bizim  qəribə  taleyimiz»,  «Tənha  iydə  ağacı»,  «Hökmdar  və 
qızı» və s.pyeslərində insanı yaşamağa, yaratmağa, ömrünü mə-
nalı keçirməyə, xalqa, millətə yaramağa çağırır, özünü düşünən, 
sabahına güvənməyən laqeyd insanlar tənqid edilir: «insanlarda 
saf  mənəviyyat  uğrunda  mübarizə  hissi  tərbiyə  edir,  tarixi 
dramlarında  da  tarixi  hadisələr  deyil,  zamanın  ruhuna  uyğun 
olaraq  insan,  onun  mənəvi  dünyası  ön  planda  verilir.  Həyatda 
baş  verən  nöqsanları  tənqid  etməkdən  çəkinməyən  yazıçı 
şöhrətpərəstliyi,  xalq  mənafeyinə  xor  baxanları,  məhdud 
hisslərlə yaşayanları tənqid edir.  
İlyas  Əfəndiyev  bədii  əsərləri  ilə  yanaşı,  bir  çox  pub-
lisistik  məqalələrin  müəllifidir,  dövrünün  yazıçıları  ilə  yanaşı 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
178 
klassiklərimiz  haqqında  ədəbi-tənqidi  məqalələr  yazmış,  yeni 
kitablar,  kino–incəsənətlə  bağlı  fikirlərini  ifadə  edən  dəyərli 
yazılarla 
dövrü 
mətbuatda 
müntəzəm 
çıxış 
etmişdir. 
Ə.Əfəndiyev  yazır:  «Ümumiyyətlə,  uzun  yaradıcılıq  yolu 
keçmiş, ədəbiyyat, teatr, kino, rəssamlıq, dil, təlim–tərbiyə və s. 
məsələlərə  dair  dörd  yüzdən  çox  elmi–nəzəri  və  publisistik 
məqalə  yazmış  İlyas  Əfəndiyevin  ədəbi  estetik  görüşlərini 
təxminən aşağıdakı kimi qruplaşdırmaq olar: a) Bədii ədəbiyyat 
haqqında  düşüncələr,  bədii  teatr  və  səhnə  sənəti.  b)  Elm, 
mədəniyyət və incəsənətə dair fikirlər. 
Yazıçıların  müraciət  etdiyi  mövzular  müxtəlif  idi. 
Yazıçıların öz sevdiyi, dərindən bələd olduğu mövzular, sahələr 
vardır.  İmran  Qasımov,  Yusif  Əzimzadə,  Hüseyn  Abbaszadə, 
Qılman  İlkin,  Salam  Qədirzadə,  C.Məmmədov,  Seyfəddin 
Dağlı,  M.Süleymanov,  Həsən  Seyidbəyli,  Süleyman  Vəliyev, 
Vidadi  Babanlı,  Anar,  Elçin,  C.Hüseynov,  G.Hüseynoğlu, 
Yusif Səmədoğlu belə nasirlərdəndir. 
Azərbaycan    Sovet  ədəbiyyatının  başlıca  mövzularından 
olan  müasir  kəndə  yazıçı  və  şairlər  məhəbbətlə,  rəğbətlə 
yanaşardılar, kəndlərdə gedən quruculuq işlərini dərindən bilən, 
kənd  həyatına  yaxından  bələd  olan  Mehdi  Hüseyn,  Mirzə 
İbrahimov,  Sabit  Rəhman,  Mir  Cəlal,  Əli  Vəliyev,  İlyas 
Əfəndiyev  kimi  sənətkarlar  30–cu  illərdən  sonra  «Saçlı», 
«Tərlan,  «Qəhrəman»,  «Söyüdlü  arx»,  «Ayrılan  yollar», 
«Yarpaqlar»,  «Ayrılıq»,  «Yanar  ürək»  kimi  onlarla  povest  və 
romanlar  yazdılar.    Kənd  həyatı  ilə  bağlı  bu  əsərlərdə  mühüm 
məsələlər,  kəndin  vacib  həyati  problemləri  epik  vüsətlə  əks 
etdirilirdi. 
Akif  Hüseynov  yazır:  «Yanar  ürək»,  «Böyük  dayaq», 
«Qara  daşlar»  tipli  romanlarla  nəsrimiz  mürəkkəb,  ziddiyyətli 
və  qüvvətli  xarakterlər  canlandırma  sahəsində  də  mühüm 


 
Sənət, sənətkar və zaman
 
 
 
179 
qələbələr  çalmışlar.  Bu  qələbələrin  ədəbi  fikrin  sonrakı 
inkişafında  əhəmiyyətini  –  müharibədən  sonrakı  nəsrdə  insan 
xarakterinin  tez-tez  birrəngli  boyaların  qatı  fonunda  təsvir 
edilməsi  ilə  müqayisədə  xəyala  gətirmək  olar»  (Akif 
Hüseynov). 
İlyas    Əfəndiyev  kənd  mövzusunun  nəsrimizdə  ifadəsini 
yeni  ideya,  estetik  keyfiyyətlərlə  zənginləşdirən  yazıçıdır.  Bu 
illərin  problemlərini,  mənzərəsini  canlandıran  əsərlərdə,  kənd 
təsərrüfatında  ictimai  münasibətlər,  köhnəliklə  yeniliyin 
mübarizəsi,  elmi  nailiyyətlərdən  kənd  təsərrüfatı  məhsul-
darlığını  artırmaq  üçün  istifadə  olunması,  xalqlar  dostluğu 
məsələləri («Dağlar arxasında üç dost») də təsvir edilir. 
Əli Vəliyev, Ə.Ələkbərzadə Azərbaycan  kəndinin inkişaf 
yolunu,  hər  mərhələdə,  hər  dövrdə  təsvir  edən  yazıçılar  idi. 
Əbülhəsənin  «Yoxuşlar»  romanı  Azərbaycanın  kəndinə  həsr 
olunmuş  klassik  əsərlərdəndir.  Əli  Vəliyevin  quruculuq 
işlərində  fəal  zəhmətkeşlərin  əməyini,  onların  ailə  münasibət-
lərini  əks  etdirən  «Ürək  dostları»,  «Gülşən»,  «Çiçəkli», 
«Narahat adam»  əsərləri kəndi,  orada gedən quruculuq  işlərini 
dərindən,  müntəzəm  müşahidə  edib  təsvir  edilən  romanlar, 
povestlər kimi dəyərlidir.  
Kənd həyatından bəhs edən əsərlər müəllifi İsa Hüseyno-
vun  yaradıcılığı  da  müasir  nasirliyin  bir  sıra  ideya–estetik 
keyfiyyətləri  haqqında  fikir  söyləmək  üçün  zəngin  material 
verir.  İlk  dövrlərdə  yazdığı  hekayələri  tənqidçilər  «nəsrimizin 
yeni  gözəl  nümunələrindən»  sayırlar:  Bu  əsərlərdə  «sənətə  aid 
keyfiyyətlər  çoxdur:  insan  mənəviyyatına,  daxili  aləminə 
nüfuz; surəti real danışdırmaq; təbii mükalimə, yığcamlıq, kiçik 
bir  detal  ilə  geniş  bir  aləm  yaratmaq  istedadı,  tipikləşdirmə, 
ümumiləşdirmə  qüvvəsi;  həyatı  kənar  müşahidəçi,  seyrçi  kimi 
deyil,  məhz  vətəndaş  yazıçı  kimi  dərk  edə  bilmək,  onun 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
180 
dərinliklərinə  cuma  bilmək  bacarığı,  nəhayət,  konkret  həyat 
probleminin həllini vermək məharəti». 
 İsa 
Hüseynovun 
əsərlərində, 
Bayram 
Bayramov 
«Açılmamış  kitab»,  Ə.Yusifoğlu  «Düşmənimin  düşməni», 
S.Əhmədov  «Dünyanın  arşını»,  «Dan  qaranlığı»,  Əfqan 
Əsgərov «Gülyanaq», Fərman Kərimzadə «Qarlı aşırım», Sabir 
Azəri «Yol üstündə toy» kimi nəsr əsərlərində sağlam ruhlu əsl 
vətəndaş,  namuslu,  əməksevər,  çətinlikdən  qorxmayan, 
mənəviyyatı  saf  «canlı  surətlər»  yaradır  və  ədəbiyyata  yenicə 
gəldikləri  zamanlarda  bu  yazılarda  «hadisə,  əhvalat  ardınca 
getmək  əvəzinə,  hadisələrin  daxili  mənasını  kəşf  etmək,  insan 
münasibətlərini araşdırmaq, müəyyən həyat problemini işıqlan-
dırmaq və yığcamlıq səciyyəvidir». (Kamal Talıbzadə). 
Kənd  mövzusuna həsr olunmuş Gəray Fəzlinin  «İldırımlı 
dağlar»  romanında  yurdumuzun  gözəlliyi,  füsunkarlığı,  bu 
yerlərdə  yaşayan  kənd  adamları  onların  apardıqları  yeni  həyat 
uğrunda  mübarizə  «realist  planda,  təbii  münasibətlərdə» 
canlandırıldığı, 
müəllifin 
burada 
«mənəvi 
təmizliklə 
pozğunluğun,  düzgünlüklə  əyriliyin  mübarizəsini»  əsas 
götürdüyü,  «bəzi  sevgi  xətlərinin  qeyri-təbiiliyinə,  sücet 
tamlığına  və  dinamikasına  xələl  gətirən  artıq  səhnələrin 
olmasına  baxmayaraq»  yazıçının  öz  qarşısına  «kənd  əmək-
çilərinin  arzu  və  əməllərini,  öz  gündəlik  həyatlarında  rast 
gəldikləri  çətinlikləri  göstərmək  kimi  mühüm  bir  məqsəd» 
qoyduğu tənqidçilərin təhlilində öz inikasını tapmışdır.  
Ədəbiyyata  «Ölkə»,  «Mənim  səsim»,  «Təzə  ünvan» 
şeirlər  kitabı  ilə  gələn  Gəray  Fəzli  «İldırımlı  dağlar»,  «Yeddi 
ulduzlu səma», «Gecə günəşi», «Bir qəlbin asimanı», «Xatirəli 
dünyam» kimi roman  və şeirlər kitablarının  müəllifidir.  Dövrü 
mətbuatda  şeirləri,  hekayə  və  romanları  ilə  yanaşı  yaşadığı 
dövrün,  həyatın  aktual  problemlərini  özündə  əks  etdirən 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə