Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə41/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   37   38   39   40   41   42   43   44   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
161 
haqqında  onlarca  əsərlər,  monoqrafiyalar  yazıldı.  M.  Rəfilinin 
«Nizami  və  XII  əsr  Azərbaycan  mədəniyyəti»,  M.Cəlalın 
«Yeddi  gözəl»dəki  hekayələr  haqqında,  Əli  Sultanlının 
«İsgəndərnamə»  və  «Qərbi  Avropa  ədəbiyyatı»,  Ə.Ağayevin 
«Nizami  və  dünya  ədəbiyyatı»  silsilə  məqalələri,  H.Araslının 
Nizami  haqqında  yazdığı  məqalələr  buna  misal  ola  bilər. 
Ədəbiyyatımızın  inkişafına,  onun  möhtəşəm  bir  özül  üzərində 
qurulduğuna, 20-ci illərdən sonra da Azərbaycan ədəbiyyatının 
sürətlə,  düzgün  inkişafına-«sağlam  metodologiya  əsasında» 
düzgün  yolla  inkişafına  bir  mayak  olan  ədəbi  tənqid, 
ədəbiyyatşünaslıq  elmi  küll  halında  tədqiq  edilmişdir.  Bunlara 
M.Arifin  «Seçilmiş  əsərləri»  (üç  cilddə,  (1967-1970),  «Əsrin 
oğlu» , «Sənətkar qocalmır» (1980), M.C.Cəfərovun «Mütəfək-
kirin  şəxsiyyəti»  (1966),  «Həyatın  romantikası»  (1966), 
«Seçilmiş  əsərləri»  (İki  cilddə)  (1973-1974),  «Sənət  yolla-
rında» (1975), «Həmişə bizimlə», (1980), B.Nəbiyevin «Ədəbi 
düşüncələr»  (1971),  «Tənqid  və  ədəbi  proses»  (1976),  «Təzə 
izlər  sorağında»  (1979),  «Kamalın  təntənəsi»  (1981),  «Söz 
ürəkdən gələndə» (1984), «F.Köçərli» (1984), B.Vahabzadənin 
«Sənətkar  və  zaman»  (1976),  «Sadəlikdə  böyüklük»  (1978), 
«Vətən ocağının istisi» (1982), «Səməd Vurğun» (1984), Əkbər 
Ağayevin  «Əsrin  tərənnümü»  (1980),  S.Əsədullayevin  «Tarix, 
sənətkar,  müasirlik» (1975),  Y.Qarayevin  «Tənqid,  problemlər 
və portretlər» (1976), «Poeziya və nəsr» (1979),  «Azərbaycan 
realizminin 
mərhələləri» 
(1980), 
T.Mütəllimovun 
«Ə.Əbülhəsənin yaradıcılığı» (1969), «Sənət qayğıları» (1981), 
X.Əlimirzəyevin  «Ədəbi  qeydlər»  (1975),  «Problemlər  və 
xarakterlər  dramaturgiyası»,  (1979),  «Bədii  həqiqət  uğrunda» 
(1984),  Y.Axundovun  «Azərbaycan  sovet  tarixi  romanı» 
(1979),  Ş.Salmanovun  «Azərbaycan  sovet  şeirində  ənənə  və 
novatorluq» 
(1964), 
«Müasirlik 
mövqeyindən» 
(1982), 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
162 
K.Talıbzadənin  «Tənqidimiz  haqqında  qeydlər»    (1967), 
«Ədəbi irs və varislər» (1974), «Sənətkarın şəxsiyyəti» (1978), 
«Azərbaycan  ədəbi  tənqidinin  tarixi»  (1985),  Q.Xəlilovun 
«Azərbaycan  romanının  inkişaf  tarixindən  (1973),  «Həyat 
yaradıcılıq  çeşməsidir»  (1974),    «Həyat  və  idrak»  (1080), 
«Həyatdan  gələn  səslər»  (1984),  P.Xəlilovun  «Nəsrimizin 
üfüqləri»  (1982),  A.Hacıyevin  «Mirzə  İbrahimov»  (1982), 
A.Zeynallının  «Keçilməmiş  yollarla»  (1970),  Q.Namazovun 
«Azərbaycan  uşaq  ədəbiyyatı»  (1984),  «Azərbaycan  aşıq 
sənəti»  (1984),  Arif  Hacıyevin  «Romantizm  və  realizm» 
(1972),  «Azərbaycan  realizmi»  (1984),  A.Vəfalının  «Füzuli 
öyrədir»  (1977),  «Sənətkar  və  xalq»  (1983),  1976-cı  ildə  nəşr 
olunmağa  başlayan  «Ədəbi  proses»  topluları  Azərbaycan  şair, 
dramaturq,  yazıçılarının  yaradıcılığının  sənətkarlıq,  dövr, 
zaman,  mühit,  tarixi  proseslə  əlaqəli  şəkildə  geniş  təhlil  və 
tədqiqat mövzusu olduğunu göstərir.  
Xalq  yazıçısı  İmran  Qasımov  dramaturq,  nasir,  ssenarist 
və  publisist  kimi  ədəbiyyat  tariximizdə  yaşayır.  Kino-ssenarist 
kimi  fəaliyyətə  başlayan  İ.Qasımov  «Yeraltı  uğultu»,  «Yeni 
üfüqlər»  (1940)  kinossenarilərini  və  «Arzu»  (1938)  pyeslərini 
yazmışdır. 1942-ci ildə hərbi rəis məktəbinin dinləyicisi olmuş, 
1944-cü  ilədək  «Azərbaycanfilm»də  ssenari  şöbəsinin  rəisi 
işləmiş, 
Azərbaycan 
Nazirlər 
Sovetinin 
yanında 
Kinomatoqrafiya  nazirinin  birinci  müavini,  kollegiya  üzvü, 
«Literaturnaya  qazeta»nın  xüsusi  müxbiri  (1944-1953), 
Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə  məsləhətçi 
(1953-1954),  «Literaturnıy  Azerbaydcan»  curnalının  baş 
redaktoru  (1954-1956),  1961-ci  ildə  Azərbaycan  yazıçılarının 
qurultayında    Yazıçılar  İttifaqının  katibi  seçilmiş,  1975-ci  ilin 
yanvarından  AYİ-nın  idarə  heyətinin  birinci  katibi  kimi 
çalışmışdır. N.Seyidbəyliylə birlikdə yazdığı «Uzaq sahillərdə» 


 
Sənət, sənətkar və zaman
 
 
 
163 
romanı ondan çox dillərə tərcümə olunmuş, həm ölkə daxilində, 
həm də xarici ölkələrdə geniş yayılmışdır. «Ceyran» povestində 
müharibə zamanı döyüşlərdə qəhrəmancasına həlak olan, qərib 
ellərdə dəfn olunan azərbaycanlı qızın həyatından bəhs edilir.  
Zəngin  irsinə  pyesləri,  hekayələri,  povest  və  romanları, 
oçerkləri,  esseləri,  ssenariləri,  publisistikası  daxildir.  Əlliyə 
yaxın  qısametraclı  filmlərin  (novella,  oçerk,  dizi  film) 
ssenaristidir.  İlk  kino  əsəri  olan  «Yeni  horizant»  (1940)  filmi-
nin  ssenarisini  yazan  istedadlı  xalq  yazıçısı  «Dəniz  üzərində 
şəfəq»,  «Dairəni  genişləndirin»,  «Ömrümüz  çox  qısadır» 
pyeslərini,  «Yeni  üfüqlər»,  «Odlar  ölkəsi»,  «İradə»,  «Abşeron 
ritmləri»  və  s.  kinossenarilərin,  «Ceyran»,  «Fransız  qobeleni», 
«İtaliya  mozaikası»  əsərlərini,  «Xoşbəxt  gün»,  «Xəzərin 
şəfəqləri»,  «Xəzər  neftçiləri  haqqında  dastan»,  «Sən  nə  üçün 
yaşayırsan»,  «İnsan  məskən  salır»,  H.Seyidbəyli  ilə  birlikdə  
«Dəniz  cəsurları  sevir»,  «İllər  keçir»  və  s.  roman,  povest, 
ssenarilərin müəllifidir. 
İ.Qasımovla  birlikdə  bir  sıra  gözəl  əsərlərin  müəllifi 
Həsən  Seyidbəyli  «Bizim  Astarada»,  «Qiymətli  damcılar», 
«Kür  sahillərində»  hekayələr  kitablarının,  «Kənd  həkimi», 
«İllər keçir», «Tərsanə», «Çiçək»  və s.  roman,  povest və dram 
əsərlərinin  müəllifi  kimi  oxuculara  tanışdır.  İ.Qasımovla 
birlikdə  yazıdığı  «Uzaq  sahillərdə»  romanı  Azərbaycan  bədii 
nəsrində bir hadisəyə çevrilir, onun «Tərsanə» romanı tənqidçi 
və  alimlərin  diqqətini  çəkmişdir:  «hər  şeydən  əvvəl  özünün 
bitkin, mükəmməl süceti, maraqlı kompozisiyası, aydın ideyası, 
fərdi, ümumi cizgilərə malik xarakterləri,  sadə, axıcı,  bədii dil, 
nəhayət, əsərin bütün səhifələrinə, sətirlərinə çilənmiş müasirlik 
və  intellektual  səviyyəsi  ilə  diqqəti  cəlb  etməkdədir».  Burada 
yazıçının ədəbiyyatımızda az işlənmiş bir mövzuya toxunması, 
«istehsalat  prosesinin  təsviri  ilə  əsəri  yükləmədən,  daha  çox 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
164 
əmək  prosesində  çalışan,  yetişən,  inkişaf  edən,  kamilləşən 
adamların  iş  və  əməllərini,  duyğu  və  düşüncələrini  tamamilə 
yeni  planda,  yeni  poetik  boyalarla  bizə  çatdırmağa  müvəffəq 
olduğu» dəyərləndirilir. 
 Uşaqlar üçün «Vəfalı  it və oğru pişiyin  nağılı», «Qaraca 
toyuğun  balaları»  ilə  yanaşı  «Cəbhədən  cəbhəyə»  povestini 
yazmışdır.  Yaratdığı    əsərlərin  dinamik  sücet  xətti,  üslub, 
maraqlı kompozisiyası onun əsərlərini oxuculara sevdirib.  
   Azərbaycan  nəsrinin  inkişafında  Süleyman  Vəliyevin 
yaradıcılığı da diqqəti cəlb edir. «Əmanət kassası» «Bığlı ağa» 
(1937)  povesti,  «Şeir  cüllütü»  (1939),  «Molla  Məmiş  və 
sandıq»  (1939),  «Səadət  yollarında»  (1957),  «Mübahisəli 
şəhər» (1962), «Düyünlər» (1970), «Gül dəstəsi» (1972), «Hə-
yatın dadı» (1980), «Daşlı bulaq» (roman), «Seçilmiş əsərləri» 
2  cilddə  (1983),  «Qanadı  sınmış  quş  da  uçarmış»  (1989) 
kitablarında toplanan hekayə, povest, roman, xatirə və oçerkləri 
haqqında  sənətkarlıq  baxımından  tənqidçilər  dəyərli  fikirlərini 
söyləmişlər.  Müharibə  illərində  faşist  hərbi  düşərgələrinə 
düşmüş, zülm və işgəncələri gözləri ilə görmüş, sonralar qaçıb 
partizanlara  qoşulmuş,  İtaliya  və  Yuqoslaviya  müqavimət 
hərəkatının  fəal  iştirakçılarından  olmuş  Süleyman  Vəliyev 
yazdığı  əsərlərdə  gördüklərini  yazmışdır.  «Mübahisəli  şəhər» 
romanını  tənqidçilər  bu  cəhətdən  təhlil  edir:  «Romanın  real, 
sənədli əsası ədibin  xəyalı,  təxəyyülü  ilə  birləşərək hadisələrin 
təhkiyəsində  bir  cazibədarlıq,  şirinlik  yaradır.  Xüsusilə  əsərin 
əsas  qəhrəmanlarından  olan  Aslanla  mübahisəli  şəhər  olan 
Triqlavanın talelərindəki oxşarlıq,  hər ikisinin əsirlikdən, kölə-
likdən  xilasolma  cəhdləri  müəllif  tərəfindən  çox  inandırıcı 
verilmişdir.  Ümumiyyətlə,  romanı  oxuyarkən  italyan  həyatı, 
məişəti, təbiət mənzərələri oxucunu cəlb edir, onu düşündürür». 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə