Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə39/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   35   36   37   38   39   40   41   42   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
153 
təhkiyəsində «həm də surətlərin söhbət və monoloqlarında fəal, 
çevik,  publisistik  ifadə  tərzindən»  məharətlə  yararlandığı  da 
diqqətdən yayınmır.  
Uzun  müddət  səhnədən  düşməmiş  «Şərqin  səhəri»  pyesi 
də  Ənvər  Məmmədxanlınındır.  Bu  pyesdən  sonra  Ənvər 
Məmmədxanlı  «Od  içində»  (1950)  pyesini  yazır  ki,  burada  
1945-46-cı  illərdə  Cənubi  Azərbaycanda  milli-azadlıq  hərəkatı 
məğlubiyyətə  uğrayandan  sonra  baş  verən  hadisələr  təsvir 
olunur:  «şahpərəst,  ölkəni  ingilislərə,  amerikalılara  satmaq 
istəyənlər  mübariz  bir  xalqın  əzmini  qırmaq  üçün  hər  cür 
alçaqlıqdan  istifadə  edirlər.  Şahın  xəfiyyələri  gecə-gündüz 
yatmır. Təbriz gizli təşkilatının qüvvələrini hər yerdə axtarırlar. 
Onlar necə olursa-olsun bu təşkilatı dağıtmaq,  onun  Azər kimi 
başçılarını məhv etmək istəyirlər». 
Dramaturq  «Şirvan  gözəli»  komediyasını  da  yazmışdır. 
Ənvər  Məmmədxanlının  ssenarisi  əsasında  «Bəxtiyar»,  «Mə-
həbbət  dastanı»,  «Babək»,  Mehdi  Hüseynlə  birlikdə  yazdığı 
«Fətəli  xan»  bədii  filmləri  çəkilmişdir.  Qorkinin  «Özgə 
qapılarında»,  «Uşaqlıq»  əsərlərini  dilimizə  tərcümə  etmişdir. 
Özünəməxsus  bədii  sənətkarlıq  xüsusiyyətləri,  oricinal  üslubu 
olan  Ənvər  Məmmədxanlının  həmişə  bədii  formaya  xüsusi 
diqqət  yetirdiyi,  əsərlərinin  çoxunda  «möhkəm  fabula,  bitkin 
sücet xətti, maraqlı kompozisiya» olduğu, təsvir etdiyi hadisəyə 
mümkün qədər fəal müdaxilə etdiyi, «öz münasibətini ustalıqla 
ortaya  çıxartdığı»  onun  sənətkarlıq  keyfiyyətləri  kimi 
ədəbiyyatşünasların tədqiqatında mühüm yer tutur. 
Ömrünün son  illərində qələmə aldığı  «Babək» romanı  və 
«Xürrəmilərin  ağ  şahini»  dram  əsərləri  də  oricinallığı  ilə 
tədqiqatçıların  diqqətini  cəlb  etmiş,  oxucuların  ən  çox  sevdiyi 
əsərlərə  çevrilmişdir.  Onun  dilindən  danışarkən  publisist 
təhkiyə  üsulunda  şirin,  axıcı,  şairanəlik  əsas  olduğu,  poeziya 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
154 
təsiri  bağışladığı  xüsusilə  qeyd  edilir.  Ənvər  Məmmədxanlı 
Azərbaycan   xalq dilini,  onun şifahi sənət  incilərini gözəl  bilir 
və  bunlardan  yerli-yerində  yaradıcı  şəkildə  istifadə  edir.  Onu 
oxucuya sevdirən cəhətlərdən biri də budur. 
Müharibədən  sonrakı  ilk  onilliklərdə    nəsr,  poeziya  sa-
həsində olduğu kimi dramaturgiya  sahəsində də dəyərli əsərlər 
yaranmışdır. Dram əsərlərində əməkçi insanlar, zəhmətkeşlərin 
obrazları  yaranırdı.  İlyas  Əfəndiyev  «İşıqlı  yollar»  pyesində 
Bakı  neftçilərinin,  rayondan  şəhərə  gəlib  neft  mədənlərində 
işləməyə  başlayan  gənclərimizin  əmək  naliyyətlərini  səhnədə 
canlandırır.  Mirzə  İbrahimov  «Kəndçi  qızı»,  Sabit  Rəhman 
«Əliqulu  evlənir»,  «Yalan»,  İlyas  Əfəndiyev  «Atayevlər 
ailəsi»,  «Sən  həmişə  mənimləsən»,  İmran  Qasımovla  Həsən 
Seyidbəyli  «Sən  nə  üçün  yaşayırsan»,  İslam  Səfərli  «Ana 
ürəyi»,  Bəxtiyar  Vahabzadə  «Vicdan»,  Şıxəli  Qurbanov 
«Sənsiz»,  M.  Şamxalov  «Qaynana»  kimi  dram  əsərlərini 
yazırlar.  Bu  pyeslərdə  ölkədə  iqtisadiyyat,  mədəniyyət 
sahəsində  əmək  adamlarının  böyük  əməyi  ilə  yanaşı  ailə, 
tərbiyə  məsələsi,  ailə-məişət  məsələləri,  meşşan  xarakterli, 
cəmiyyətin  yarıtmaz  qüvvələri,  insanların  ictimai  fəaliyyəti  ilə 
şəxsi  mənafeyi arasındakı  münasibət,  dostluq,  məhəbbət,  eləcə 
də, nifrət duyğuları öz əksini tapır.  
Uşaqların  və  gənclərin  tərbiyəsinə  müsbət  təsir  göstərən 
bir  sıra  dəyərli  dram  əsərləri  də  müharibədən  sonrakı  dövrdə 
səhnələrimizin  yaraşığı  idi.  A.Şaiq  «Bir  saat  xəlifəlik»,  Ə. 
Abbasov  «Aqil  və  Sərvinaz»,  Z.  Xəlil  «Gənc  ustalar», 
C.Məcnunbəyov  «Ayrılan  yollar»,  H.Seyidbəyli  «İmtahan» 
N.Gəncəli  «Şəlalə»,  Y.Əzimzadə  «Anacan»,  «Aprel  səhəri», 
«Nəsrəddin», 
«Qonşular» 
pyeslərində 
dolğun 
müəllim, 
valideynlər,  gənclər  döyüşçü  surətləri  yaratmışlar.  Gülbahar 


 
Sənət, sənətkar və zaman
 
 
 
155 
(«Anacan»),  Gövhər  («Qonşular»),  Cövdət  («İmtahan»)  kimi 
yeni nəslin müsbət qəhrəmanlarının obrazları yaradılır.  
Yaxın keçmişimiz, Cənubi Azərbaycanda baş verən milli-
azadlıq  hərəkatından  bəhs  edən  Ənvər  Məmmədxanlının 
«Şərqin  səhəri»,  «Od  içində»  kimi  əsərlərində  Cənubi  Azər-
baycanın  milli-azadlıq  uğrunda  çarpışan,  ölkədə  irticanın 
yüksək həddə çatdığı bir zamanda güclənən azadlıq hərəkatı, bu 
hərəkatda fədakarlıq göstərən, mərdliklə döyüşən Ədalət, Zeyni 
baba, Əli Boyaqçı kimi mükəmməl surətlər var. «Bu pyeslərdə 
yerli  irtica  qüvvələri  ilə  birlikdə,  xarici  müdaxiləçilərin  milli-
azadlıq  hərəkatına  qarşı  apardıqları  mübarizə  də  ifşa  edilir. 
Azərbaycanı,  Bakı  neftini  ələ  keçirmək  məqsədilə  Bakıya 
gəlmiş  ingilis  imperializmi  nümayəndəsi  General  Tomson 
(«Şərqin səhəri») Cənubi Azərbaycanda milli-azadlıq hərəkatını 
yatırmaqda  iran-şah  hökumətinə  yardım  göstərən  və  bunun 
müqabilində ölkənin zəngin yataqlarına sahib olmaq məqsədini 
güdən  amerikan  hərbi  müşaviri  general  Xart,  Təbrizdəki 
Amerika  xəstəxanasının  müdiri  Parşan,  ingilis  konsulu  mister 
Gipson («Od içində») mənfi surətlərdir». 
Bu  dövrdə  yaranan  dram  əsərlərində  mükəmməl  inqilabi 
obrazlar yaradılır. Mirzə İbrahimovun «Közərən ocaqlar», İlyas 
Əfəndiyevin  «Mahnı  dağlarda  qaldı»,  Sabit  Rəhmanın 
«Küləklər»,  Yusif  Əzimzadənin  «Silahdaş»  pyesi    yaxın 
inqilabi keçmişimizi özündə əks etdirən əsərlərdir. 
Lirik  psixoloci  xüsusiyyətləri  özündə  əks  etdirən  İlyas 
Əfəndiyevin  «Qəribə  oğlan»  «Bağlardan  gələn  səs»,  tarixi 
mövzuda  yazdığı  «Xurşidbanu  Natəvan»  pyesləri,  B.Vahab-
zadənin  «İkinci  səs»,  «Yağışdan  sonra»,  «Yollara  iz  düşür», 
N.Xəzrinin  «Əks-səda»,  müasir  Azərbaycan  komediyasının 
əsasını  qoymuş  Sabit  Rəhmanın  yaradıcılıq  ənənələrini  davam 
etdirən qələm sahiblərindən Ş.Qurbanovun «Əcəb işə düşdük», 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
156 
«Özümüz  bilərik»,  «Milyonçunun  dilənçi  oğlu».  Anarın 
«Adamın  adamı»,  «Şəhərin  yay  günləri»    S.  Dağlının 
«Mənziliniz  mübarək»,  «Adı  sənin,  dadı  mənim»,  «Təzə 
gəlin», S.Qədirzadənin «Şirin bala bal yığır», A.Məmmədovun 
«Kişilər»,  S.Axundovun  «Şirin  layla»,  «Qaragilə»,  «Əməllər 
yaşayır»  əsərlərində  tiplər,  kütbeyin,  saxtakar,  əliəyri-
cəmiyyətin tör-töküntüləri gülüş hədəfinə çevrilir. 
   Müharibədən  sonra  da  uzun  illər,  bu  gün  də  unudul-
mayan  dəhşətli  illər,  faşistlərin  törətdikləri  qanlı  faciələr, 
Böyük  Vətən  müharibəsində  mərdliklə  vuruşan  qəhrəmanlar, 
onların  parlaq  obrazları  yaradılırdı.  S.Axundovun  «Anaların 
səsi» Y.Əzimzadənin gənc qvardiyaçılar arasında faşizmə qarşı 
mərdliklə  vuruşan  Əli  Dadaşovun  xatirəsinə  həsr  etdiyi 
«Unutmayın»  dramı,  İ.Coşqunun  «Ana  laylası»,  N.Gəncəlinin 
«Yanmış  planetin  sərvətləri»  fantastik  pyesi  böyük  tərbiyəvi 
əhəmiyyətə  malik,  gənclərdə  milli  vətənpərvərlik,  onlarda 
vətənə,  torpağa  məhəbbət  hissi  tərbiyə  edən  əsərlər  kimi 
dəyərlidir. 
 Müasir  həyat  hadisələrindən  götürülmüş,  komediya 
materialı  ola  biləcək  cəhətləri    seçib  ümumiləşdirməyə  səy 
göstərən  Seyfəddin  Dağlının  «Mənziliniz  mübarək»,  Anarın 
«Qaravəlli», «Adamın adamı», Salam Qədirzadənin «Gurultulu 
məhəbbət», C. Məmmədovun «Qaçırılmış qız» kimi əsərlərində 
«komizm  replikalarda,  atmacalarda  yox,  vəziyyətin  özündə, 
situasiyalarda, personacların hərəkət və davranışlarında təzahür 
edir.  Dramaturqlar  mövzunu  doğru  seçir  və  elə  məsələləri 
qələmə  alırlar  ki,  keçici,  ötəri,  yaxud  epizodik  səciyyə 
daşımasın,  hamının  görə  bildiyi  ümumi  bəlaya  çevrilmək 
qorxusu olan köklü, əsaslı məsələlər olsun». 
Altay  Məmmədov  «Həmyerlilər»  komediyasında  yerli-
çiliyi ifşa edir. İşdən yayınıb günü çayxanalarda, pivəxanalarda 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə