Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə49/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   45   46   47   48   49   50   51   52   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
193 
«Son  illərin  tarixi  romanları  içərisində  canrın  ənənəvi 
qayğılarına,  üsul,  manera  və  normalarına  sığmayan  yeni 
nümunələr  də  vardır.  Hər  şeydən  əvvəl  tarixə  müasir  baxışla 
səciyələnən real faktlara, mənbə və mərkəzlərdəki məlumatlara 
çox  da  aludə  olmayan,  lakin  dövrü,  mühiti  məhz  tarixi 
mənbələrdə  və  kitablarda  göstərildiyi  şəkildə  canlandıran 
müəlliflər bu əsərlərdə psixologizmə daha çox diqqət yetirirlər. 
Bu  cəhətdən  xalq  yazıçısı  Mövlud  Süleymanlının  «Köç» 
əsəri  yeni  tipli  əsər  kimi  meydana  çıxdı.  Ədəbi  yaradıcılığa 
«Əllərim»  adlı  ilk  şeiri  ilə  gələn  M.Süleymanlının  poetik 
əsərləri,  şeirlərdən  ibarət  ilk  kitabı  («Bir  ünvan»)  nəşr  olunur. 
Sonralar  çap  olunan  «Ayın  aydınlığında»,  «Köç»,  «Şəhər 
toylarının səsi», «Səs» və s. kitabları oxucu kütləsinin marağına 
səbəb  olur.  «Dəyirman»  pyesi  Sumqayıt  Dram  Teatrında 
tamaşaya qoyulmuşdur. «Köç» əsəri (1984)  Azərbaycan  tarixi 
nəsrinin  nümunəsidir.  Tənqidçilərin  diqqətini  cəlb  edən  bu 
əsərdə «bir qəbilənin keçdiyi yol fonunda xalqın ictimai–siyasi 
inkişafı, 
mədəni–etnoqrafik 
siması» 
ümumiləşdirildiyi, 
«dünənimizlə bugünümüz arasında mənəvi varislik problemi öz 
dolğun  ifadəsini»  tapdığı  söylənir.  Bəxtiyar  Vahabzadə  bu 
romanı «dədə-babalarımızın işıqlı ruhuna nur çiləyən» gözəl bir 
əsər 
adlandırırdı. 
«Köç»də 
xalq 
ruhu, 
M.Süleymanlı 
yaradıcılığı  üçün  səciyyəvi  sayılan  faktlar,  poetika  ənənələrinə 
bağlılıq 
da 
tənqidçilərin 
diqqətindədir. 
Şifahi 
xalq 
ədəbiyyatından  yaradıcılıqla  yararlanan  nasirin  «Köç»  əsəri 
haqqında  K.Vəliyev  yazır:  «Köç»  romanı  folklor  sistemi  üzrə 
yazılıb,  əsatiri  görüşləri,  nağıl  və  dastanları  sənətkarlığa 
birləşdirən  müxtəlif  yarıreal,  yarımifik  bir  dünya  təsvir  etmiş, 
insanın  insanlaşması  yolunu,  qədim  oğuzların  təbiətə  qarışmış 
həyatını  yarpaq-yarpaq  çevirərək  bəşəri  hissləri,  duyğuları 
dilləndirməyə çalışmışdır». 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
194 
Əsərdəki  geniş  ümumiləşdirmələri  ilə  xalqın  keçmişinin 
təsviri,  tarixi  dövrdə  yaşamış  insanların  xarakterinin  bədii 
şəkildə təqdimi, əsərin oxucuda yaratdığı hiss, təəssürat, xalqın, 
yurdumuzun  keçmişi  haqqında  dolğun  təsəvvür,  oturaq  həyata 
keçən,  şəxsi  rəqabət  hisslərinin  acı  nəticələri,  nəsillər  arasında 
gərginliklər  yaradan  ziddiyyətlər  sənətkarlıqla  təsvir  olunur. 
Qasım Qasımzadə bu əsəri «milli mənşədə gedən haçalanma… 
əleyhinə  çağırış  harayı  ilə  yazılmış  bir  əsər»  kimi 
qiymətləndirir.  Əsərin  əsas  sücet  xəttində  Qarakəllə  və  Qanıq 
ev  kökünün  tarixi,  iki  qəbilə  arasında  əsrlər  boyu  davam  edən 
qan  davası  əsasdır.  Poemada  təsvir  edilən  adətlər,  bu  adətlərin 
pozulmasının  «bağışlanmaz  təhqir»  kimi  qəbul  edilməsi 
oxucuların,  yazıçıların  diqqətindədir.  Yazıçı,  kinossenarist 
Anar yazır: «Mövludun yazılarında məni ən çox cəlb edən onun 
bu  həyat tərzini  yaxşı  bilməsi,  duyması  və  ifadə  etməsidir.  Bu 
üslubun,  bu  ruhun,  bu  dilin  köklərini  uzaq  dağ  kəndində  daha 
aydın duydum.  Elə  «Köç» də dili,  ruhu etibarilə  Dədə Qorqud 
dünyasının bir daşı, bir bulağı, bir kötücəsi deyilmi?» 
Əsər  yarandığı  dövrdə  tənqidçilərin  mübahisəli  mülahi-
zələrinə  də  yol  açmışdır.  Bu  mübahisə  doğuran  köçəriliklə 
bağlı məsələ haqqında M.İsmayılov yazır: «Əvvələn, onu qeyd 
edək ki, bizim xalqımız heç vaxt köçəri olmamışdır. Arxeoloci 
qazıntı materiallarından məlumdur ki, hələ eramızdan əvvəl VI 
minillikdə  bu  torpağın  sakinləri  oturaq  həyat  keçirmiş,  yüksək 
mədəniyyət  yaratmışlar.  Bizim  yurdumuza  tarix  boyu  köçəri 
qəbilələr gəlmiş, yerli camaatla qaynayıb –qarışmış, onun etnik 
tərkibinin  bir  hissəsinə  çevrilmişdir.  Mal-qaranı  qışlaqda, 
yaylaqda  saxlamaq  isə  köçərilik  deyil,  köçmə  təsərrüfatıdır. 
Azərbaycanın iqlim şəraiti keçmişdə də, elə indi də bunu tələb 
etmiş və etməkdədir». 


 
Sənət, sənətkar və zaman
 
 
 
195 
Romanın  bədii  strukturu,  poetikası,  sücet-kompozisiyası, 
dil-üslub  xüsusiyyətləri  «nəsrimizdə  yaranan  yeni  keyfiyyətlər 
kimi»  təqdir  edilir,  «müasir  dünya  ədəbiyyatında  mühüm  yer 
tutan  folklor poetikası, nağıl-dastan deyim tərzi, şərti-simvolik 
üslub  kimi  əlamətlər»in  də  romanda  qabarıq  nəzərə  çarpdığı 
bildirilir. 
Elçinin  «Mahmud  və  Məryəm»  romanı  iki  dini  ayrı, 
ürəkləri  bir  gəncin  məhəbbət  macərası  ilə  bağlı  olan  folklor, 
dastan  motivlərindən  yararlanmış,  Azərbaycan  tarixi  nəsrinin 
yeni  meyil  və  çalarlarını  üzə  çıxaran  roman  kimi  dəyərlidir. 
Yazıçının  real  tarixi  hadisələrlə  «əfsanəvi-mifik  motivləri»n 
xarakterik  cizgiləri  ilə  zəngin  xalq  həyatını,  insan  və  zaman 
problemini özündə əks etdirən romanı  konkret tarixi dəqiqliklə 
(«1514-cü  il  iyun  ayının  28-i  idi»)  başlayır.  Lakin  hadisələr 
XVI  əsrin  əvvəlləri  Səfəvilər  dövlətinin  Çaldıran  döyüşləri 
zamanını əks etdirməsi şərti xarakter daşıyır, yazıçının məqsədi 
«psixoloci  roman  yaratmaq»dır  (V.Quliyev),  «müəllifin  əsas 
məqsədi qəhrəmanlarının həyat yolunu, duyğu və düşüncələrini 
zamanın  ictimai təzadları  ilə qarşılaşdırmaq,  ayrı-ayrı  fərdlərin 
deyil,  ümumiyyətlə  bəşəriyyətin  taleyi  ilə  bağlı  məsələlərə 
diqqəti  cəlb  etməkdir.  Romanın  mərkəzində  insan  və  zaman 
kimi qlobal bir problem qoyulmuşdur». 
Cənubi  Azərbaycanda  gedən  milli–azadlıq  hərəkatını, 
xalqın  apardığı  mübarizələri  özündə  yaşadan  Söhrab  Tahir, 
Balaş  Azəroğlu,  Əli  Tudə  və  başqa  sənətkarların  əsərləri 
Azərbaycan  ədəbiyyatına xidmət edir. 
Xalq  şairi  Balaş  Azəroğlunun  yaradıcılığı  bu  cəhətdən 
diqqətəlayiqdir.  İlk  şeiri  «Dnepr  sahillərində»dir  (1937). 
1938-ci  ildə  ailəsi  ilə  birlikdə  Cənubi  Azərbaycanın  Ərdəbil 
şəhərinə  köçən  şair  burada  şahlıq    üsul-idarəsinin  yarıtmaz-
lığının,  zəhmətkeş  sadə  xalqın  çar  zülmünün  altında  əzilmə-
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
196 
sinin,  ölkədə  baş  verən  ədalətsizliklərin,  özbaşınalıqların  baş 
alıb  getdiyinin,  zülm  və  istismara  məruz  qalan  cənubi 
azərbaycanlıların  həm  şah  üsul  idarəsinin,  həm  də  İranda 
hökmranlıq  edən  Qərbi  Avropa  kapitalist  dövlətlərinin  çirkin 
siyasətlərinin  şahidi  olmuş,  qəzəb  hissi  ilə  qarşılamış,  gənc 
yaşlarından  ölkədə  fəaliyyət  göstərən  milli–azadlıq  hərəkatına 
qoşulmuşdur.  «O,  ilk  gündən  İranın  demokratik  qüvvələri 
arasında  olmuş,  azadlıq  ideyalarının  çoxalması  və  yayılması 
işində  güclü  vətəndaşlıq  xidmətləri  göstərmişdir,  milli 
istiqlaliyyət, azadlıq və səadət tələbi ilə yaşayan güclü inqilabçı 
şair kimi yetişmişdir. «Dnepr sahillərində» adlı ilk şeirini 1937-
ci  ildə Bakıda  çap etdirən  Balaş  Azəroğlu, 1941-ci  ildə İranda 
«İnqilab  şairiyəm»  adlı  kəskin  ruhlu  əsər  yazaraq  Cənubi 
Azərbaycan ədəbiyyatında heca vəznli yeni inqilabi poeziyanın 
əsasını qoyur». 
1942-ci  ildə  İran  Xalq  Partiyasına  daxil  olan  azadlıq 
mübarizi bədii yaradıcılığını da davam etdirir, «Doktor Ərani», 
«Şeyx  Sədi  məqbərəsi»,  «Nigar  karvanı»,  «Arzu»,  «Gün 
millətimdədir», «Acı xatirələr», «Səttarxan», «Tehran» inqilabi 
ruhlu  əsərlərini    yazır.  Təbrizdə  nəşr  olunan  «Vətən  yolunda» 
(redaktoru  Mirzə  İbrahimov  idi)  qəzetində  fəal  çalışır.  İlk 
şeirlər  kitabı  İranda  (1943-cü  ildə)    «Ziddi  –faşist»  cəmiyyəti 
tərəfindən buraxılır. Yazıçıların cəmiyyətinin Ərdəbil şöbəsinin 
sədri  seçilən  Balaş  Azəroğlu  1945-ci  ildə  Azərbaycan  
Demokratik Firqəsinə daxil olur və bu zaman o, artıq tanınmış 
istedadlı  sənətkarlardan  biri  idi.  Təbrizdə  milli  hökumət 
tərəfindən  Azərbaycan    Dövlət  Radio  Verilişləri  Komitəsinin 
sədr  müavini,  «Yazıçılar  və  şairlər»  cəmiyyətinin  idarə 
heyətinin  üzvü  (1946)  Balaş  Azəroğlu  Şimali  Azərbaycana 
gəlib  1947-ci  ildə  Azərbaycan    Dövlət  Universitetində  təhsil 
almış, 
eyni 
zamanda 
Cənubi 
Azərbaycan 
Yazıçılar 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə