Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə46/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   42   43   44   45   46   47   48   49   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
181 
«Torpaq  anamızdır»,  «Aşkarlıq  işığında»,  «Özgə  yolumuz 
yoxdur»,  «Tənqidin  sözü,  həqiqətin  özü»  və  s.)  publisistik 
məqalələrin də müəllifidir. 
Kənd həyatından bəhs edən ən yaxşı əsərlərimizdə həmişə 
kəndlilərlə şəhərlilər bir –birini tamamlayan ictimai qüvvələrin 
mənbəyi kimi təsvir edilmişdir. 
1920-80-ci illər arasında kəndlə şəhər arasındakı ictimai–
mədəni  əlaqələri  göstərən  Bayram  Bayramovun  «Yazılmamış 
kitab» romanı diqqəti cəlb edir. Burada inqilabın ilk günlərində 
Bakıya  gələn  kənd  ziyalılarının  Bakının  qaynar  mədəni 
həyatına  qarışıb  şəhər  ziyalılarına»  çevrilməsi  prosesini,  bu 
prosesin  mürəkkəbliyini,  ziddiyyətlərini  qələmə  aldığı,  ölkədə 
Sovet  hakimiyyəti  qurulduğu  illərdə  Azərbaycan    ziyalılarının 
«formalaşmasını»,  «bu  prosesdə  kənd  ziyalılarının  rolunu  əks 
etdirməyə çalışdığı və canlı təbii-bədii lövhələr yarada» bildiyi 
tənqidçilərin diqqətindən yayınmayıb. 
Azərbaycan  nəsrinin inkişafında Bayram Bayramovun öz 
yeri var. Ədəbiyyata «Körpü» adlı hekayəsi ilə gəlib. İlk kitabı 
«Tək  adam»  çapdan  çıxıb.  «Yarpaqlar»,  «Sənsiz»  ,  «Onun 
gözləri»,  «Xəzinə»,  «Bəlalı  sevgim»,  «Arakəsmələr»  ,  «Üç 
gün,  üç  gecə»  (1967),  Seçilmiş  əsərləri,  «Yasəmən»,  «Fəhlə 
qardaş»,  «Yazılmamış  kitab»,  «Karvan  yolu»,  «Üzlü,  astarlı 
dünyam»  roman,  xatirə,  publisistik  məqalələr  və  s.  kitabları 
oxucuların sevdiyi əsərlərdir. Böyük Vətən müharibəsi illərində 
Mozdok  uğrunda  döyüşlərdə  iştirak  etmiş,  ağır  yaralanmış, 
sağaldıqdan  sonra  yenidən  ordu  sıralarına  qayıtmış  Bayram 
Bayramovun yaradıcılığı haqqında tənqidçilər dəyərli fikirlərini 
söyləmişlər.  Azərbaycanın  xalq  yazıçısının  sağlığında  yaradı-
cılığına  qiymət  verilmiş,  «Şərəf  nişanı»  (1968),  «Xalqlar 
dostluğu» (1985), «Qırmızı əmək bayrağı» (1982) ordenləri ilə 
təltif olunmuşdur. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
182 
Nəbi  Xəzri    müasir  ədəbi  prosesin  fəal  iştirakçılarından 
biri,  lirik  şairdir.  «Çiçəklən  arzular»,  «Sülh  əsgəri»,  «Salxım 
söyüdlər»,  «Vətən  və  qürbət»,  «Kim  məni  xatırlasa»,  «Şeirlər 
və poemalar», «Sumqayıt səhifələri», «Dəniz, göy, məhəbbət», 
«İllər  və  sahillər»,  «Dərələr»,  «Seçilmiş  əsərləri»  2  cilddə, 
«Ulduz  karvanı»,  «Ümmandan  damlalar»,  «Heykəlsiz  abidə»,  
4 cildlik «Seçilmiş  əsərləri»,  «Şeir  mənim üçün  bir kainatdır», 
«Torpaq  sənə  and  içirəm»,  «Qəm  dəftəri»,  «Peyğəmbər», 
«Əsrin  qanlı  laləsi»  və  s.  kitablarının  müəllifidir.  Əsərləri 
keçmiş  SSRİ  və  xarici  ölkə  xalqlarının  dillərinə  tərcümə 
edilmişdir. Özü də V. Terma («Dost sözü»), A.Prokafyev («Sən 
çağır  məni»),  V.  Luks  («Eşq  olsun»),  Ş.Əlimcan  («Sən 
gülümsədin»),  A.Koşokov  («Qaranquş  nəğməsi»),  S.Mişel 
(«Yerdən 
doğan 
günəş»), 
V. 
Astemirov 
(«Şimşək), 
V.M.Oleynikin  («Torpaq  üstə  dayanmışam»)  əsərlərini 
Azərbaycan  dilinə tərcümə etmişdir.  
Nəbi  Xəzri  bir  şair  kimi  klassik  Azərbaycan    şeirinin 
ənənələri  qoynunda  yetişən,  həm  də  müasir  ədəbi  prosesin 
tələblərini  gözləyən  şairdir:  «Nəbi  Xəzrinin  poeziyası    özünün  
müasirliyi  və  mübarizliyi  ilə  seçilməkdədir.  Müasirlik  isə  hər 
cür bədii əsər üçün ən böyük məziyyət, ən müqəddəm keyfiyyət 
kimi  mənalandırılmalıdır.  Çünki  istər  lirik,  istərsə  də  epik 
poeziyada ilkinlik,  lirik başlanğıc və hərarət əsas və aparıcı bir 
xüsusiyyət kimi təzahür etməkdədir».  
Bəxtiyar  Vahabzadə  ədəbiyyata  «Ana  və  şəkil»  (1943) 
şeiri  ilə  gəlib.  Bədii  yaradıcılığı  ilə  elmi  fəaliyyətini  paralel 
şəkildə  davam  etdirən  sənətkar  «Səməd  Vurğunun  həyatı  və 
yaradıcılığı  yolu»  adlı  doktorluq  dis
s
ertasiyası  yazıb.  Bədii 
əsərləri  gənc  yaşlarından  müxtəlif  qəzet  və  curnallarda,  alma-
naxlarda  nəşr  olunub.  «Mənim  dostlarım»,  «Bahar»,  «Ədəbi 
heykəl»,  «Dostluq  nəğməsi»,  «Çinar»,  «Sadə  adamlar», 


 
Sənət, sənətkar və zaman
 
 
 
183 
«Ceyran»,  «Aylı  gecələr»,  «Şeirlər»,  «Etiraf»,  «Şəbi-hicran», 
«İnsan  və  zaman»,  «Açılan  səhərlərə  salam»,  «Payız 
düşüncələri»,  «Bir  ürəkdə  dörd  fəsil»,  Seçilmiş  əsərləri, 
«Səməd  Vurğun»,  «416»,  «Bir  baharın  qaranquşu»,  «Dan 
yeri»,  «Sənətkar  və  zaman»,  «Pyeslər»,  «Muğam»,  «Seçilmiş 
əsərləri iki cilddə, «Vətən ocağının istisi», «Dərin qatlara işıq» 
(məqalələr),  «Axı  dünya  fırlanır»,  «Gəlin  açıq  danışaq», 
«Ümidə heykəl qoyan», «Vətəndaş» və s. altmışa yaxın kitabın 
müəllifi  Bəxtiyar  Vahabzadə  yaradıcılığında  müasir  dövrün 
problemləri lirik-fəlsəfi planda,  əlvan boyalarla təsvir edilir. 
 Bəxtiyar  Vahabzadə  oricinallığı  ilə  seçilən  sənətkardır. 
Həyat  hadisələrinə  münasibətdə  bu  oricinallıq  özünü  göstərir. 
Bəxtiyar  konkret  həyati  varlığın  poetik  mənasını,  daxili  ma-
hiyyətini  açmağı,  varlıq  haqqında,  onun  zahiri  gözəlliklərinə 
dair  qanadlı  ibarələr,  hikmətli  aforizmlər  işlətməkdən  üstün 
tutur.  (C.Abdullayev). 
Həyatın 
poetik 
anlarını 
fəlsəfi 
ümumiləşdirmələr  yolu  ilə  vermək  bacarığı  onun  şeirlərində 
güclüdür.  Yaradıcılığındakı  «hisslə  düşüncə,  ağılla  duyğu, 
həssas  qəlblə,  fəlsəfi  idrakın  qırılmaz  bir  vəhdət  təşkil  etdiyi 
bildirilir  və  bu  xüsusiyyət  onun  bütün  yaradıcılığına  şamil 
edilir:  
Yarpağı tez solar tək ağacın da, 
Daldası yoxdursa necə solmasın? 
Meşələr sultanı, meşələr şahı, 
Aslanın özü də yalqız olmasın! 
Şeirlərində  ömrü  mənasız  keçirənlərə,  başqalarına  qay-
ğısı,  xeyirxahlığı  olmayanlara  nifrəti,  öz  səadətini,  xoş-
bəxtliyini  isə  başqasının  xoşbəxtliyində  görənlərə  məhəbbət 
var: 
«Bu dünya beş gündür» - deyib hər yerdə, 
Sağ ikən qəbirdə uzanan da var. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
184 
Öz alın təriylə bircə ömürdə, 
Yüz insan ömrünü qazanan da var. 
 
Tənqidçilər  onun  lirikasında  «bir  həzinlik,  laylay  kimi 
səslənən  füsunkarlıq,  yaxşı  mənada  sentimentallıq»  olduğunu 
bildirirlər.  Onun  lirikası  kimi  poemaları  da  mühüm  yer  tutur. 
1944-cü  ildə  «Dostluq»,  sonralar  «Aylı  gecələr»,  «Sadə 
adamlar»,  «Əbədi  heykəl»  ,  «İztirabın  sonu»,  «Etiraf»,  «Şəbi–
hicran»,  «Leninlə  söhbət»,  «Muğam,  «Atılmışlar»  və  s. 
poemaları,  Cənubi  Azərbaycan    mövzusu,  azadlıq  uğrunda 
mübarizəyə  qalxan  gəncliyin  döyüş  əzmi,  gələcəyə  inamı 
(«Aylı  gecələr»),  kitab  mədəniyyəti,  kitabxana  işçilərinin 
mənalı  əməyi  (belə  bir  mövzunu  qələmə  almaqla  ədəbiyyatda 
bu sahədə ilk və ciddi bir addım atmışdır»), əməyə sığınan, onu 
həyatının  mənası  bilənləri,  onunla ucalanları («Sadə adamlar») 
tərənnüm, 
müharibənin 
törətdiyi 
dəhşətlər 
nəticəsində 
rəssamlıq  sənətindən  ayrı  dümüş  Verterin  əzabları,  yaratmaq 
amalı  ilə  yaşayan  gəncin  müharibəyə,  onu  törədənlərə  nifrəti 
(«Əbədi heykəl») əks etdirilir. 
 «Ailə, məişət mövzusuna həsr olunan «İztirabın sonu» və 
digər  poemaları  içərisində  «Şəbi–hicran»  poeması,  «Muğam» 
poeması öz bədii dəyəri ilə yüksək qiymətləndirilir.  
«Muğam»  poeması  şairin  yaradıcılığında,  ümumiyyətlə 
60-70-ci    illərin  poeziyasında  «bir  ədəbi  hadisə  kimi» 
qiymətləndirilir,  burada  şairin  zəngin  ədəbi  təcrübələrindən  ən 
yaxşı,  ən  təsirli  komponentlərini  daha    da  dərinləşdirdiyi», 
«zahiri effekt doğuran hər  şeydən çəkinərək,  həqiqi sənət  yolu 
ilə»  getdiyi,  nəticədə  oxucunun  ağlına,  hissinə  təsir  edə  bilən 
«gözəl  bir  poema»  yaradıldığı  söylənir:  «Şairin  təsvir  və 
təqdimində  mahnı,  muğam,  söz  və  tar  havaları  insanın  daxili, 
məxfi  dünyasının  tərcümanıdır,  insanın  bütün  fəaliyyətinin 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə