Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə34/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   30   31   32   33   34   35   36   37   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
133 
etdirmiş,  M.Ə.Sabirə  nəzirələr  yazmış,  sonrakı  illərdə  digər 
mətbuat orqanlarında dərc etdirdiyi şeirləri ilə istedadlı sənətkar 
kimi  tanınmışdır.  Müasir  dövrümüzdə  daha  geniş  şəkildə 
inkişaf  etdirilməyə  başlayan  meyxana  canrının  ən  yaxşı 
nümunələrini  yazmışdır.  Lakin  yaradıcılığında  müasir  dövrün 
qəzəl  ustadı  kimi  tanınmış,    qəzəlləri  kütləvi  tiraclarla  nəşr 
olunmuş, 
xanəndələrin 
dillər 
əzbəridir. 
Böyük 
Vətən 
müharibəsi  illərində  öz  odlu  şeirləri,  düşmənə  nifrət  ruhunda 
satirik 
şeirləri 
ilə 
xalqı 
mübarizəyə 
ruhlandırmışdır. 
«Meyxana», 1939, 1942, 1944, 1945, 1954, 1956, 1961, 1964-
cü  illərdə  nəşr  olunmuş  «Qəzəllər»  kitabları  məşhurdur. 
Sonralar  şairin  «Seçilmiş  əsərləri»  (2  cilddə,  1975;  1982)  nəşr 
olunmuşdur. 
Bu  dövr  sənətkarlarımızın  yaradıcılığında  insan  kimi 
təbiət  də  canlandırılırdı,  canlandırılmış  təbiət  hadisələrində 
fəlsəfi məna və çalarlar zəngin verilirdi. Yaranan lirik əsərlərdə 
«lirik romantik», «lirik emosional analitik, intellektual meyil və 
təmayülə,  üsluba,  ifadə,  yazı tərzinə»  meylin artdığını,  bir çox 
hallarda  «mürəkkəb  assosiativ,  ekspressiv-  romantik  təsvir  və 
boyalar»  olduğunu,  o  dövrün  lirikasının  real  mənzərəsini 
alimlər  araşdırır,  təhlil  və  tədqiqini  aparırlar.  Bu  cəhətdən 
Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Süleyman Rüstəm, 
Məmməd  Rahim,  Osman  Sarıvəlli,  Zeynal  Xəlil  kimi 
sənətkarlar  həyata,  insana,  təbiətə  aydın  baxışları  ilə,  obrazlı 
dili, lirik romantik üslubu ilə, ciddi fərdi şair xarakteri və insani 
keyfiyyətləri  ilə  seçilirdilər.  Bu  dövrdə  Zeynal  Xəlil 
(1914-1973)  ədəbi  prosesin  düzgün  istiqamətdə  inkişafına 
qoşulan,  zamanın  nəbzini  əsərlərində  tuta  bilən,  oxucunun 
məhəbbətini  yaratdığı  bədii  cəhətdən  mükəmməl  əsərləri  ilə 
qazanan  şairlərimizdən  idi.  On  dörd  poema,  bir  roman,  beş 
mənzum dram müəllifi olmaqla yanaşı, çoxlu sayda publisistik 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
134 
məqalələrin müəllifi idi. Bir tərcüməçi kimi də tanınmış Zeynal 
Xəlil  R.Antoqolski,  R.Həmzətov,  D.Quramişvili,  Q.Qulam  və 
b. xarici ölkə yazıçılarının əsərlərini dilimizə tərcümə etmişdir. 
Sülhsevər  lirikanın  ən  yaxşı  nümunələrini  yaradan  Zeynal 
Xəlilin  özünəməxsus  lirikası  vardır.  Tədqiqatçılar  onun 
yaradıcılığında «obyektlə subyekt arasında olan möhkəm əlaqə 
və  bağlılıq,  müqayisə  və  bənzətmələrin  çoxmənalılığı,  bir–
birini  tamamlamaq,  fikri,  mətləbi  təsdiq  etmək,  konkret  lövhə 
yaratmaq  xarakteri»ni  şairin  «bədii  kateqoriyalara  bələdçiliyi, 
sədaqəti  və  istifadə  məharəti  ilə»  bağlayırlar.  Eyni  zamanda 
tənqidçilər,  tədqiqatçılar  onun  vətənə,  torpağa,  əmək  və  yara-
dıcı  adamlara  məhəbbətini,  «müqəddəs  əxlaq  normaları,  da-
şınılan  adət  –ənənələri  qorumaq,  ulu  tarix,    doğma  ana  dilinə 
məhəbbət»nin  də  onun  müasirliyinin  əsasını  təşkil  etdiyini 
nəzərdən  qaçırmırlar.  «Dünya,  ey  gözəl  dünya»,  «Şair  olmaq 
istəyirəm», «Atılıb yol üstə qalan bir daşa», «Sən nə gözəlsən», 
«Külək  və  ağac»,  «Dəniz  kənarında»,  «Açıl,  çiçəklər  açıl», 
«Bulaq»,  «Mən» kimi  lirik əsərlərində, «Ulduzlar» romanında, 
«Dağlar  oğlu»  pyesində  və  digər  əsərlərində,  təbiətlə  insan 
arasındakı ülviyyəti yaşadır. 
Oricinal  yaradıcılıq  üslubu  ilə  seçilən,  ədəbiyyatımızın 
inkişafına öz gözəl töhfələrini verən sənətkarlarımızdan biri də 
Osman  Sarıvəllidir.  «Dəmir  sətirlərim»,  «Bənövşə»  ,  «Şairin 
hədiyyəsi»,  «Gətir,  oğlum,  gətir»,  «Gənclik  eşqi»  ,  «Şeirlər», 
«Bahar çiçəkləri», «Yeni dünyanın qapısı», «Seçilmiş əsərləri», 
«Balaca  dostlar»,  «Misirli  qardaşlar»,  «Seçilmiş  əsərləri»  (II 
cilddə  1958-62),  «İqlimdən  iqlimə»,  «Mən  sabaha  gedirəm», 
«Bizim  balalar,  bizim  nəvələr»  və  s.  kitabları  nəşr  olunmuş, 
əsərləri  rus  dilinə  tərcümə  olunmuşdur,  «fərdi  üsluba,  oricinal 
yaradıcılıq  yoluna»  malik  bir  şair kimi,  yüksək dəyərləndirilir: 
«təravət,  şuxluq,  nikbinlik,  obrazlılıq,  yüksək  şeiriyyətlə 


 
Sənət, sənətkar və zaman
 
 
 
135 
bərabər təbii gözəlliklərə vurğunluq, xalq poeziyasına yaxından 
bağlılıq, doğma paytaxtımız Bakı şəhərinə, kənd həyatına, onun 
qabaqcıl adamlarına, Vətənimizin böyük gələcəyinə dərin inam 
və sonsuz məhəbbət hissləri hakim»dir. 
Onun  müharibə  illərində  düşmənə  nifrət,  qəzəblə  dolu 
«Vətən  eşqinə»,  «Kişisən  dayan»,  «Vur,  başına  dönüm,  vur», 
«Qafqazdan Dona doğru» əsərləri, cənub mövzusunda («Arazın 
o  tayında»,  «Son  qar»,  «Təbriz  gözəli»,  «Dəvə  karvanı», 
«Panamalı  dilənçi»  və  s.),  beynəlxalq  mövzuda  («Burcua 
diplomatlarına»,  «Sadəcə  suallar»,  «Ana»  və  s.)  əsərləri, 
yaşadığı  dövrün  tələblərindən  doğan  ictimai–siyasi    lirikası 
(«Bayraqlar»,  «Qurultay  açılır»,  «Üç  saz»,  «Marslı  qardaşlar 
arasında»),  cəmiyyətdə  inkişafı,  yeniliyi  («Var  olsun  birləşən 
qələmlərimiz», 
«Mən 
sabaha 
gedirəm», 
«Yaşımız», 
«Yolumuz»,  «Minnətdaram»  və  s.),  doğma  Azərbaycanın 
bərəkətli, 
füsunkar 
gözəlliklərindən, 
zəhmətkeş, 
sadə, 
qonaqpərvər  adamlarından  bəhs  edən  əsərləri  dəyərlidir. 
Bunlarla  yanaşı  satirik  (Yazıq  şair»,  «Hələ  yol  gedir»,  «Sabiri 
andım»,  «Fərsiz  oğul»,  «Canavar»,  «Daş»,  «Görmək  və 
götürmək» və s.) əsərlərin müəllifidir. 
 Uşaqlar  üçün  yazdığı  («Bahar  nəğməsi»,  «Qaranquşlar 
gələndə», «Qara çuxa», «Çal papaq», «Quşların da dili var» və 
s.)  şeirlərində  «şair  balaca  oxucularla  onların  psixologiyasına, 
mənəvi  dünyalarına,  yaş  səviyyələrinə  uyğun  bir  dillə  danışır, 
təsvirlərində sadə, təbii, təsirli boyalar işlədir, son dərəcə əlvan, 
rəngarəng  bədii  ifadə  vasitələrinə  müraciət  edir,  misraların 
ahənginə,  ritmə,  axıcıllığa  xüsusi  fikir  verir.  Uşaqlarımızın 
həyat,  təbiət,  heyvanat  aləmi  haqqındakı  təsəvvürlərini 
genişləndirməyə,  onlarda  Vətən  məhəbbəti,  dostluq,  sədaqət, 
böyüklərə hörmət, insani həqiqət kimi nəcib əxlaqi keyfiyyətlər 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
136 
tərbiyə  etməyə  çalışır...».  Osman  Sarıvəlli    nəcib  insan, 
istedadlı sənətkar kimi ədəbiyyat tariximizə daxil olub. 
Məmməd  Rahim  coşqun  el  sənətkarıdır.  Ədəbiyyata 
gəldiyi  gündən  şeirin,  sənətin  vəzifəsini,  mahiyyətini  anlamış, 
xalq  üçün  yazıb-yaratmış,  yaradıcılığının  ilk  dövrlərində  yeni 
həyatını,  zəhmətkeş  xalqımızın  əməyini,  zəhmətini  tərənnüm 
etmiş,  xalqının  xoşbəxt,  azad  gələcəyini,  yaşayışını  vəsf  edən 
şeirlərini  yaratmışdır.  Səməd  Vurğun  yazır:  «Hələ  birinci  lirik 
şeirlərində  Məmməd  Rahim  göstərmişdir  ki,  onun  şeir 
ilhamının  mənbəyi  həyatdır.  Xalqımızın  həyatı,  Azərbaycan  
torpağının  gözəl  və  rəngarəng  təbiətidir,  şair  də    xalqımızın 
ruhu ilə nəfəs alıb yaşayır. Onun ən yaxşı arzusu və meyillərini 
ifadə  edir».  Dövrünün  Vurğun,  Rüstəm,  Rza,  Sarıvəlli  kimi 
böyük  sənətkarları  ilə  çiyin-çiyinə  çalışan  sənətkardır. 
«Arzular»  şeirlər  kitabı  1930-cu  ildə  çap  edilmişdir.  «İkinci 
kitab»,  «Partizanın  tüfəngi»,  «İldırımın  kitabı»,  «Nübar», 
«Arzu  qız»,  «Vətən  sevgisi»,  «Onu  Don  qucaqladı»,  «Ölməz 
qəhrəman»,  «Xəzər  sahilində»,  «Leninqrad  göylərində», 
«Abşeron  torpağında»,  «Məhəbbət  baharı»,  «Arzular  gül 
açanda»,  «Tonqal  başında»,  «Seçilmiş  əsərləri»  üç  cilddə, 
«Dayağım»  və s.  kimi otuzdan çox kitabın  müəllifidir. «Yeddi 
gözəl»  poemasını  farscadan,  Şota  Rustavelinin  «Pələng  dərisi 
geyinmiş  pəhləvan»  poemasının  birinci  hissəsini,  Y.M. 
Lermontovun  əsərlərini,  Puşkinin  «Ruslan  və  Lyudmila» 
əsərini, Aleksandr Blokun «On ikilər» əsərini və digər xalqların 
əsərlərini dilimizə tərcümə etmişdir.  
Onun  ictimai–siyasi  lirikasında  («Lenin  Bakıda»,  «Zəfər 
təranəsi»,  «Kür  salındı  kəməndə»,  «Partizanın  tüfəngi», 
«Görmüşəm»,  «Mən  sülhə  səs  verirəm»)  və  s.  əsərlərində  və-
təninin  müasir  həyatı,  onun  əmək  adamları,  keçmişlə  müasir 
həyatın  müqayisəli  təsviri,  beynəlxalq  mövzu  əsas  yer  tutur. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə