Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə31/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   27   28   29   30   31   32   33   34   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
121 
əsgərlərinin,  zəhmətkeşlərinin  vətəni  təhlükədən  qurtarmaq 
üçün apardığı mübarizə şairin yaradıcılığında mühüm yer tutur. 
Onun  əsərlərindəki  «filosof  xəyalı»,  alim  təmkini,  təfəkkür 
üstünlüyü,  həyatı,  hadisələri,  adamları  hər  tərəfli,  birinci 
növbədə 
məfkurəvi 
tərəfdən, 
yəni 
məna 
cəhətindən 
işaqlandırma»  qabiliyyəti,  təbiət  mövzusunun  onun  şeirlərində 
«başqa  bir  məzmun  və  keyfiyyət  kəsb  etməsi,  onun  «realizm 
işində  romantikasının  da  «yeni  keyfiyyət»  daşıması,  yaratdığı 
əsərlərdə  «həyata  arxalanıb  qanadlı  xəyala  meyil  etməsi» 
tənqidçilərin tədqiqatında araşdırılır, təhlilini tapır.  
 
Meyvəsiz ağacdır xəyalsız insan. 
Günəşsiz bir bahar saralıb solar. 
Xəyalsız gələcək qaranlıq olar 
-deyən  şairin  duyğularında  tənqidçilər  «bu  xəyalın  zəminsiz, 
bünövrəsiz»  olmadığını  söyləyir:  «S.Vurğunda  xəyal  ictimai 
hadisələrin  istiqamətverici  cəhətlərini  tapıb,  ilk  sıraya  çəkmək 
və  onları  yüksək  əməllər  baxımından  mənalandırmaq  şəklində 
verilir.  Adamların  şəxsi,  daxili aləmi  lirik üslubla veriləndə də 
Səməd  Vurğun  gələcəyi,  ideallarla  yaşamağı  və  fərəhlənməyi 
unutmur.  Bu  hal  şairə  imkan  verir  ki,  hadisələri  bəsitlikdən, 
məişətin  min  cür  xırdalığından  xilas  edib,  onları  tarixin  əsas 
inkişaf qanunları ilə işıqlandırsın».  
Onun  beynəlxalq  mövzuda,  müasir  dövrün  proseslərini 
özündə  əks  etdirən  «Zəncinin  arzuları»  poeması  «məzlum 
xalqların,  imperialist  qüvvələrin  pəncələri  altında  əzilməkdən 
təngə  gələn  xalqların,  xüsusilə  qara  dərili  xalqların  faşizmə, 
dünya imperializminə qarşı «quruluş mübarizəsini» təsvir edən 
sağlam  siyasi  istiqamətli  əsəridir  və  bu  mövzuda  şairin  silsilə 
şeirləri  («Mən  də  bir  əsgər  kimi»,  «Ölüm  kürsüsü»,  «Rot 
Front»,  «Yandırılan  kitablar»  və  s.)  vardır  və  burada  həm 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
122 
zəncinin  taleyi  göstərilir,  həm  də  imperializmin  yırtıcı,  qəddar 
siması ifşa edilir: «Zənci kimdir? O, Amerika imperialistlərinin 
zülmü  altında  yaşayan  və  əsrlər  boyu  istismar  məngənəsində 
sıxılan bir xalqın tipik nümayəndəsidir. İndi, bütün xalqların öz 
azadlıqları uğrunda  ayağa qalxdıqları bir zamanda, şübhəsiz ki, 
«iliyinə  bıçaq  dayanan»  qara  zənci  «ayaqdakı  tüfəng  kimi 
açılacaqdır»,  «qəfəsdəki  pələng  kimi  zəncirini  gəmirəcəkdir». 
Zənci  üzünü  tərəqqipərvər  bəşəriyyətə,  azad  xalqların 
nümayəndələrinə 
tutaraq 
dollar 
dünyasının 
zülm 
və 
işgəncələrindən acı-acı şikayətlənir: 
-Amerika, yeni dünya, Vətənimdir, dedim bayaq, 
Qızıl, gümüş mədənidir yarandığım qara torpaq. 
Fəqət, mənim bu torpaqda yaşamağa haqqım varmı? 
Vətənsiz də insan olan insan kimi yaşayarmı?» 
Səməd  Vurğun  gözəl  şair,  epik  əsərlər,  dram  əsərlər 
müəllifi, tərcüməçi, siyasi xadim olmaqla bərabər yüksək elmi–
nəzəri  məsələləri özündə ehtiva edən  fikirlər  müəllifidir.  Onun 
tribunalardan  müxtəlif  qurultaylarda  söylədiyi  məruzələrdə 
ədəbiyyatımızın  düzgün  fəaliyyəti,  sənət,  yaranan  əsərlər, 
poeziyanın  inkişaf  istiqamətləri  araşdırılır.  1954-cü  ildə  Sovet 
yazıçılarının  II  Ümumittifaq  qurultayındakı  məruzəsində  lirika 
haqqında söylədiyi fikirlər, xalq ədəbiyyatının toplanması, nəşri 
ilə  bağlı  dəyərli  fikirləri  var:  «Həyatımızın    çoxtərəfli  və 
rəngarəng  olması lirik formaların da rəngarəngliyi üçün imkan 
yaradır,  lirik  şairdən  surətlərin  müxtəlifliyini,  canlılığını  və 
boyaların  rəngarəng  bolluğunu  tələb  edir.  Lirika  zəmanəmizin 
ən  qabaqcıl    ideyalarını  təbliğ  edərək  vəhşi    eqoizm  əleyhinə 
insanı, 
onun 
iradəsini 
və 
şəxsiyyətini 
zəiflədən 
və 
pozğunlaşdıran 
bədiilik 
əleyhinə, 
insanı 
şikəst 
edən, 
fəaliyyətsizliyə  çəkən  hisslər  əleyhinə  mübarizə  aparır,  yeni 
insani hissləri təsdiq edir». 


 
Sənət, sənətkar və zaman
 
 
 
123 
Müasir  Azərbaycan  şeirinin,  müstəqil  poetik  istiqamətin 
formalaşmasında  ardıcıl,  sistemli  mübarizə  aparan  Rəsul 
Rzadır.  Yaradıcılığının  ilk  günlərindən  yaratdığı  əsərlərlə 
Azərbaycan poeziyasının zirvələrinə yüksələn Rəsul Rza böyük 
sənətkarlar  arasında  özünəməxsus  yer  tutmuşdur.  «Bu  yolda 
istər  sənətkarlıq  baxımından,  istərsə  də  obyektə  münasibətdə 
şairin  yaradıcılıq  tərəddüdləri  bəlkə  də  olmalıdır:  otuzuncu, 
qırxıncı, əllinci, altmışıncı illərin şairləri, mövzu müxtəlifliyinə 
baxmayaraq  bir–biri  ilə  səsləşir.  Onların  hamısında  Rəsul  Rza 
ruhu vardır» (Y.Seyidov). 
Rəsul  Rza  Azərbaycan    poeziyasında  sərbəst  vəznin 
möhtəşəm  abidəsini  qaldırıb.  Ondan  əvvəl  də  Azərbaycan  
ədəbiyyatında  sərbəst  şeir  nümunələri  olmuşdur.  Ancaq 
poeziyamızda sərbəst şeirə vətəndaşlıq hüququ qazandırıb, onu 
istiqamətləndirib,  başqa  vəznli  şeirlər  səviyyəsinə  qaldırıb: 
«Onun  sərbəst  şeirləri  formasına  eləcə  də  mövzusuna, 
məzmununa, həyat həqiqətinin ifadə tərzinə görə də heca vəznli 
şeirlərdən  fərqlənir.  Tənqidçilər,  dilçilər  onun  heca  vəznli 
şeirlərinin «əksəriyyətində xəfif bir romantika izləri görünürsə, 
sərbəst  şeirləri  realistliyi  ilə  səciyyələnir.  Birincilərdə  hiss, 
ikincilərdə  fikir  güclüdür»  -  deyirlər.  Məmməd  Arif  bu 
fikirlərində 
haqlıdır  ki, 
«fikir 
Rəsul 
Rza  şeirlərinin 
hərəkətverici qüvvəsini, onun mayasını təşkil edir». 
 Rəsul  Rza  heca  vəzninin  bütün  əsas  ölçülərində  şeirlər 
yazmışdır.  «Bunların  içində    «Beşik  nəğməsi»,  «Oğullar», 
«Pioner  qızım»–yeddilik,  «Dəniz»,  «Gözəl»,  «Bülbül»  -sək-
kizlik, «Bəxtiyar» - onluq, «Şam» -on üçlük, «İki lövhə», «Ba-
kı  danışır»,  «Firdovsiyə»  -on  dördlük,  «Yurdumuzun  qəhrə-
manları»,  «İntiqam»  -  on  beşlik,  «Lövhə»,  «Vətən»,  «Pilot 
qardaş» - on altılıqdır. Yeddi, səkkiz hecalı şeirləri kimi on beş, 
on  altı  hecalı  şeirləri  də  rəvan  oxunandır,  Rəsul  Rzanın  heca 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
124 
vəznində  yazdığı  şeirləri  də  onun  yaradıcılığında  əhəmiyyətli 
yer  tutur.  Doğrudur,  sərbəst  şeir  poeziyamızın  inkişafının 
müəyyən  mərhələsində  meydana  gəlib,  böyük  bir  inkişaf  yolu 
keçib, formaca fərqlənsə də, klassik poeziyamızla bağlıdır, heca 
vəznindən,  hətta  əruzdan  da  qidalanır.  Azərbaycan    sərbəst 
şeirini  bu  milli  zəmindən  ayırmamalıyıq.  Rəsul  Rza 
yaradıcılığında  sərbəst  şeir  daha  ciddi  inkişaf  etdirilib,  qol-
qanad  atıb,  onun  sayəsində  sərbəst  şeir  yaradıcıları,  özü  də  bu 
dəyərli  bədii  əsərlər  bu  formada  yaranıb,  oxucunu  öz  sehrində 
əritməyi bacarır. Bəzi şairlər bu şeir şəklindən sui-istifadə edib, 
qarışıqlıq  tənqidçilərin  etirazına  səbəb  olub.  Onlarda  sərbəst 
şeirlə  daxili  qafiyəli,  ritmli  nəsr  əsəri  olan  mənsur  şeir  bir-
birinə  qarışır,  nəsrlə  şeir  arasına  körpü  salınır,  bu  müxtəlif 
canrların  dilləri  eyniləşməyə  doğru  gedir.  Bu  isə  artıq  sərbəst 
şeir  problemlərinin  sərhəddini  aşıb  nəzm  və  nəsr  məsələsinin 
ümumi probleminə çevrilir və narahatlıq yaradır. Nəzərə almaq 
lazımdır  ki,  sərbəst  şeir  də  şeirdir,  nə  qədər  sərbəst  olsa  da, 
özünəməxsus  xüsusiyyətləri  nə qədər  çox olsa da,  yenə şeirdir 
və şeirin ümumi tələblərinə tabe olmalıdır (Y.Seyidov). 
 Rəsul  Rza  məhz  bu  vəznin  öyrədilməsi  yolunda  öz 
şeirləri  ilə  əsl  müəllim,  bir  məktəb  oldu.  Özündən  sonra  bu 
vəznin  mükəmməl  nümunələri  ilə  Fikrət  Qoca,  Fikrət  Sadıq, 
Əli  Kərim,  İsa  İsmayılzadə...  kimi  ədəbiyyat  aləmində  öz 
sözünü, imzasını qoymuş şairlər yetişdi. 
Rəsul  Rza  «Bir  gün»  şeiri  ilə  ədəbiyyata  gəlib.  Dövrün 
mətbu  orqanlarından  «Dan  ulduzu»,  «Yeni  fikir»,  «Şəfəq»in 
səhifələrində  dərc  olunan  «Oğul  qatili»,  «Dilarə»  hekayələri, 
şeirləri,  bir  sıra  məqalələri  onu  ədəbiyyat  aləmində  tanıdıb. 
Sənətiylə  xalqa,  millətə  xidmət  edən  şair  ilk  qələm 
təcrübələrindən son əsərinə qədər bir amala söykənmiş,  yazıb–
yaratmış,  novator  şair  kimi  yüksək  qiymətləndirilmişdir. 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə