Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə32/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   28   29   30   31   32   33   34   35   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
125 
Ümummilli  liderimiz,  ədəbiyyatımızın  mənəvi  dostu  Heydər 
Əliyev  yazır:  «Rəsul  Rza  yaradıcılığının  səciyyəvi  xüsusiyyəti 
ondan  ibarətdir  ki,  dünya  ədəbiyyatının,  inqilabi  rus 
poeziyasının  ən  yaxşı  nümunələrinin  təsiri  altında,  böyük 
Mayakovskinin  poetik  irsinin  səmərəli  təsiri  altında  o,  zəngin 
milli 
ədəbi 
əməllərdən 
istifadə 
edərək, 
Azərbaycan  
poeziyasında  bir  novator  kimi  çıxış  etmiş,  Azərbaycan  
poeziyasını yeni bədii ifadə vasitələri ilə, yeni şeir formaları ilə 
zənginləşdirmişdir». 
Rəsul  Rza  haqqında  dövlət  başçısı  da,  alim  də,  şair  də, 
bəstəkar  da,  rəssam  da  öz  duyğularını  bir  oxucu  kimi  bölüşür. 
Fikirlər,  sözlər,  düşüncələr  bir  nöqtəyə  cəmləşir.  Rəsul  Rza 
yaradıcılığının  milliliyi  və  bəşəriliyi  inkarolunmazdır.  Toğrul 
Nərimanbəyovun  bu  sözlərindəki  bir  həqiqəti  etiraf  etmək 
hamımızın mənəvi borcudur: «Rəsulu oxuyanda hiss edirəm ki, 
müasir  dünyamızı  düşündürən  problem  məsələlər  hər  dəqiqə 
onu narahat edir. Şairin duyğu və düşüncələri bəşəri çeşmədən 
qidalanır.  Lakin  bu  əlamət  Rəsulun  poeziyasındakı  xəlqiliyə, 
milliliyə  ziyan  gətirmir,  əksinə,  onu  yeni–yeni  keyfiyyətlərlə 
zənginləşdirir, inkişaf etdirir, tamamlayır. Rəsul haradan, nədən 
yazırsa yazsın ilk sətirlərini oxuyan kimi duyursan ki, o, Azəri 
şairidir. Bu torpağın oğludur, bu yerin havası ilə nəfəs almışdır. 
Öz  milli  zəmini  üzərində  yüksələn  sənətkar  üçün  bundan  da 
böyük  xoşbəxtlik  olarmı?  Gələcəkdə  onun  dərin  məzmunlu 
əsərlərinə  illüstrasiyalar  çəkiləcək  bir  rəssam  kimi  məni 
düşündürür». 
Rəsul Rza müharibə illərində qələmiylə yanaşı süngüsüy-
lə  də  döyüşə  girir.  1941-ci  ildə  Azərbaycan    dilində  qəzet 
çıxarmaq  üçün  Krıma  göndərilən  Rəsul  Rza  müharibənin 
dəhşətlərini  gözləri  ilə  görür.  «İntiqam,  intiqam»  (1943), 
«Vətən»  (1942),  «Qəzəb  və  məhəbbət»  (1943)  kitablarında 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
126 
qəzəbini, düşmənə nifrətini, düşməndən qisas almaq hissini ifa-
də  edən  əsərləri  toplanıb.  «Vəfa»,  «Sevgilim»,  «Bəxtiyar», 
«Azərbaycan  döyüşçülərinə» şeirlərində bu döyüş ruhu, qəzəb, 
nifrət «duyğusu», qələbəyə inam əsasdır. 
Rəsul  Rza  döyüşlərdə,  müharibədə  təkcə  bir  şair  kimi 
şeirləri ilə çıxış etmirdi. Azərbaycan  döyüşçülərinin qəhrəman-
lığını  qələmə  almırdı,  onların  igidliklə  faşizmə  qarşı  mü-
barizədə  hünər  və  cəsarətini  tərənnüm  etmirdi,  o  həm  də 
minlərlə stalinizm siyasətinin qurbanı olan müharibədə də guya 
«yetərincə 
döyüş 
komandirlərinin 
sözünü 
eşitməyən, 
intizamsız»  adlandırılan,  əslində  isə  bütün  varlığı  ilə  faşizmə 
qarşı  vuruşan  Azərbaycanlı  döyüşçülərin  qayğılarını,  problem-
lərini  dövlət  səviyyəsində  qaldıran  qorxmaz,  cəsarətli 
«döyüşçü» idi. «Vəfa» pyesində də, cəbhədən yazdığı şeirlərdə, 
oçerklərdə  də  məhz  azərbaycanlı  əsgərlərin,  zabitlərin,  ko-
mandirlərin,  pilotların,  sanitarların,  şəfqət  bacılarının  hünə-
rindən  ağız  dolusu  danışarkən,  ardıcıl  surətdə  yazarkən  R.Rza 
yalançı bir mifi-guya azərbaycanlıların vuruşmaq istəmədikləri, 
döyüşə 
bilmədikləri, 
rəşadətsizliyi, 
hətta 
fərariliyi, 
xəyanətkarlığı  haqqında  bəzi  sovet  dairələrinin  qəsdən, 
bilərəkdən  yazdığı  və  yaydığı  mifi  darmadağın  etmək  istə-
yirdi».  Onun  Krım  cəbhəsindən  qayıdan  kimi  Azərbaycan 
hökumətinin  başçısına  ünvanladığı  məktubu  cəsarətli  şairin 
vətəndaş səsi idi. 
«Bakı  danışır»,  «Vətən,  «Leninqrad»,  «Yurdumun  qəh-
rəmanı», «And», «İntiqam», «Pilot qardaş», «Sovet tankı», «Üç 
oğul»,  «Əsgər  anasının  sözləri»,  «Əsirin  dedikləri»,  «416», 
«Gəlsə  də,  gəlməsə  də»,  «Vətənə  hədiyyə»  kimi  əsərlərində 
müharibə, onun ağrısı, acısı,  faciəsi, «ciddi düşündürücü sosial 
siyasi situasiyalar» əks etdirilir. 


 
Sənət, sənətkar və zaman
 
 
 
127 
Müharibədən  sonra  da  yazdığı  bir  çox  əsərlərində  sülh, 
demokratiya  əsas  mövzusudur.  Dünyanın  bir  çox  yerlərində 
olan,  xalqların  milli  azadlıq  uğrunda  mübarizələrinə  biganə 
qalmayan, 
Afrika 
ölkələrinin 
qara 
dərili 
zəncilərinin 
müstəmləkə zəncirindən qurtulması üçün apardığı mübarizələri 
görən  narahat  qəlb  sahibi  bunları  şeirlərinin,  iri  həcmli 
poemalarının mövzusuna çevirir. Bu da şeirlərində, əsərlərində 
Rəsul  Rzanın  «insan  konsepsiyası»nın,  «əvəzsizliyi»nin  bir 
problem  kimi  qoyulması  haqqında  fikirlərin  doğruluğundan 
xəbər  verir.  «Ümid  yollarında»,  «Güllük»,  «Qara  dəniz 
sahilində»,  «Ömür  keçdi,  gün  keçdi»  kimi  əsərlərində  «bu 
problemin həlli» məsələləri əsasdır. 
Rəsul Rzanın poemaları yaradıcılığında mühüm yer tutur. 
«Almaniya», «Ana», «Lenin», «Qızılgül olmayaydı», «Füzuli», 
«Bir  gün  də  insan  ömrüdü»,  «Hilal»  kimi  poemaları  epik 
poeziyanın  gözəl  nümunələridir.  Bu  poemalar  ədəbi  tənqidin 
təhlilində  əsas  mövzulardır.  Bu  poemalardan  «Qızılgül 
olmayaydı» 
poeması 
repressiya 
qurbanı, 
Azərbaycan  
poeziyasının  qüdrətli  nümayəndəsi  Mikayıl  Müşfiqə  həsr 
olunub. 
Əsərin 
oricinal 
keyfiyyətləri, 
Rəsul 
Rza 
yaradıcılığındakı  özünəməxsusluq,  düşünmə,  düşündürmə 
bacarığı diqqəti cəlb edir. 
 «1418»,  «Bir  gün  də  insan  ömrüdür»  poemasında  şairin 
«oricinal,  maraqlı  priyomlar  vasitəsilə  həqiqi  insan,  əsl 
vətəndaş  obrazı  yaratmağa  müvəffəq  olduğu,  «1418»də  «fakt 
və  sənədlərdən»,  hadisə  və  epizodlardan  daha  çox  müharibə 
dövrünün özü,  psixologiyası,  hiss  və təfəkkürlərdə dərki»  şairi 
«maraqlandırdığı» tənqidçilərin fikirlərində əsasdır. 
Ümumiyyətlə,  Rəsul  Rzanın  «Pəncərəmə  düşən  işıq», 
«Duyğular,  düşüncələr»,  «Mənim  fikrimcə»,  «Vaxt  var  ikən», 
«Kövrək  budaq»,  «İşıqlar  üşüyəndə»,  «Calasan  günü  günə», 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
128 
«Hava  haqqında»,  «Seçilmiş  əsərləri»  4  cilddə,  «Güneylər, 
quzeylər»,  «Çöl  quşları»,  «Lirika»,  «Seçilmiş  əsərləri  (5 
cilddə),  «Mən  torpağam»  kimi  əlliyə  yaxın  kitablarında 
toplanan  əsərləri  haqqında  tənqidçilər  həqiqəti  deyir  ki: 
«R.Rzanın  çox  zəngin  poetik  yaradıcılığı  Azərbaycan 
poeziyasında  mühüm  bədii  hadisələrdən  biridir.  Ümumilikdə 
şairin yaradıcılığı Azərbaycan sovet dövrü poeziyasının keçdiyi 
inkişaf mərhələlərini, onun ümumi, spesifik cəhətlərini, uğur və 
nöqsanları  əks  etdirmək  baxımından  səciyyəvidir.  R.  Rza 
poeziyasına  novatorluq,  cəmiyyətin  sosial-mənəvi  yüksəlişi  ilə 
bağlı çevik şəkildə dəyişmə,  yenilik və təzəlik xasdır. Bu onun 
şeirlərinin  müasirliyini  şərtləndirən  əsas  cəhətlərdəndir.  Bu 
müasirlik bir çox komponentlərdən-mövzu və onun bədii həlli, 
ideya-siyasi  problematika,  lirik  qəhrəmanın  daxili  dünyası, 
forma, dil, üslub baxımından qabarıq şəkildə duyulur». 
Sərbəst  şeirin  müəyyən  nəzəri  problemlərinin  həlli  za-
manı  tənqidçilər,  ədəbiyyatşünaslar,  onun  yaradıcılığından 
material kimi gen–bol  istifadə edə  bilir.  O,  təkcə keçmiş SSRİ 
məkanında  deyil,  dünyada  tanınırdı.  Kanadalı  yazıçı,  ictimai 
xadim,  nəşriyyat  redaktoru  D.Karter  «Sovetskaya  literatura» 
curnalının redaksiyasına yazırdı: «Sizə Rəsul Rzanın üç şeirini 
göndərirəm. Nəşriyyatımız bunları təqribən bir il bundan əvvəl 
çap etmişdi. Bizə təəccüblü gəldi ki, həmin əsərləri ikinci dəfə, 
indi  isə  üçüncü  dəfə  nəşr  etməli  oluruq.  Ola  bilər  ki,  bu  sizi 
təəccübləndirməsin: ancaq Kanadada poeziyanı az oxuyurlar və 
şeiri çox nadir hallarda təkrar nəşr edirlər. Amma Rəsul Rzanın 
şeirləri  elə  yüksək  humanizmə  malikdir  ki,  Kanadada  və 
ABŞ-da  minlərlə  oxucu  onları  cəmi  bir  neçə  ay  ərzində  alıb 
oxudu». 
Şairlərimiz, ədiblərimiz ədəbiyyatın inkişafı naminə, dün-
ya  miqyasına  çıxa  biləcək  ədəbiyyatın  uğrunda  mübarizə 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə