Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə33/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   29   30   31   32   33   34   35   36   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
129 
aparırdılar.  Milli  ədəbiyyatımızın    yeniləşməsini,  oricinal 
keyfiyyətlərlə zənginləşməsini  vacib  bilən  bu şəxsiyyətlər  bir–
birini təkrar etməyən, yamsılamayan, bir –birinin yaradıcılığına 
kor-koranə  səcdə  etməyən  sənətkarlar  idi.  Səməd  Vurğun  və 
Rəsul  Rza  yaradıcılığındakı  novatorluq  sənətə  belə  əzəmət  və 
vüqarla yanaşmaqdan irəli gəlib. 
Əhməd  Cəmil  Azərbaycan    şeirinin  zənginləşməsində 
böyük  rol  oynayan  «zamanı  ilə,  həyatla  ayaqlaşa  bilən  şair, 
həqiqi  ilham  sahibi  olan  şair»  idi.  Əhməd  Cəmilin  ilk  kitabı 
«Yadigar»  1942-ci  ildə  müharibənin  odlu-alovlu  illərində 
çapdan çıxıb. İkinci Dünya müharibəsi illərində Şimali Qafqaz, 
Krım  cəbhə  qəzetləri  («Döyüş  zərbəsi»,  «Hücum»,  «Vətən 
uğrunda  irəli»  (1942-43)  redaksiyalarında  çalışmışdır.  Əhməd 
Cəmil  şeirinin  əsas  istiqamətini  siyasi  lirika  təşkil  edir.  O 
yazdığı əsərlərində günün siyasi məsələlərini, zamanın qabaqcıl 
ideyalarını  yaradıcılığında  əks  etdirirdi.  «Lenin»,  «Söz  verin 
yoldaşlar!»,  «Partizanın  qəbri»,  «Adlar»,  «Şahinlər»,  «Daş 
qəfəs»,  «1914»  kimi  ilk  şeirlərindən  Əhməd  Cəmilin 
yaradıcılığının bu istiqamətdə inkişafını görürük. Qələmə aldığı 
mövzularda  sənətkarlıq  –  lakonizm,  sadəlik,  fikri  aydın  ifadə, 
özü  də  sadə  ifadə  edə  bilmək  bacarığı  var.  Deyilmiş  fikirləri, 
təşbehləri    təkrardan  qaçmağa  çalışan,  oricinallığı  ilə  seçilən 
şeirlərində  həyata  yaxınlıq  güclüdür.  «Şairin  gözəl  sücetli 
şeirlər  yarada  bilməsi,  təsvirlərdə  realistik  detallara  geniş  yer 
verməsi,  dərin  psixoloci  vəziyyətləri  təbii,  aydın  göstərməsi, 
sadə dialoqlar  işlətməsi,  mövzunu konkret şəkildə,  uzunçuluğa 
yol  vermədən  canlandırması  onun  xalq  həyatına,  cəbhə 
həyatına  bir  sənətkar  kimi  müdaxiləsi  nəticəsində  meydana 
gəlmişdi» (Kamal Talıbzadə). 
«Can nənə,  bir nağıl de»,  «Laylay»,  «Nişan üzüyü» kimi 
şeirləri  insan  qəlbinə,  ruhuna  nüfuz  edir.  Yaratdığı  yeni 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
130 
məzmunlu,  xalq  ruhundan  süzülüb  gələn,  arzu,  dilək,  övladına 
səadət,  xoşbəxtlik,  sakit,  xoşbəxt  həyat  arzulayan  ana  lay-
lalarından  fərqli,  hər  misrasına,  «hər  sətrinə  dövrün,  zamanın 
möhürü vurulmuş» laylay idi: 
 
Gecə keçir... Göylər qara, ay para... 
Ahu olub qaçır yuxun dağlara. 
Ömrüm-günüm!... sənə laylay dedikcə, 
Ürəyimdə qövr eləyir min yara. 
   
Laylay gülüm, gözlərindən öpsün ay, 
Laylay quzum, laylay balam, a laylay! 
Atan sənin bir igiddir büsatlı, 
Çal papaqlı, boz şinelli, boz atlı. 
Düşmən üstə şığıyanda deyirsən, 
Qızıl quşdur, uçur şimşək qanadı! 
   
Laylay gülüm, gözlərindən öpsün ay, 
Laylay quzum, laylay balam, a laylay! 
  (Ə.Cəmilin «Can nənə,  
bir nağıl de» şeirindən) 
Bu  sətirlərdə  Nənə  və  Nəvə  dialoqunun  şirinliyi  könül 
oxşayır,  onların  söhbətində  dövrün,  zamanın  təsviri  ilə  yanaşı, 
milyonlarla  gözü  yolda  qalan  «ata,  bala,  oğul»  gözləyən 
insanların 
dərdi, 
həsrəti 
ifadə 
edilir. 
Tənqidçilərin, 
ədəbiyyatşünasların  diqqətindən  yayınmayan  bu  misralarda  nə 
yox  idi:  «Körpənin  yuxusuna,  görüş  lövhəsinin  təsvirinə  həsr 
olunmuş sətirlər o zaman cəbhəyə öz nümayəndəsini göndərmiş 
hər ailə üçün  nə qədər  şirin  idi!..  Şeir oxucuya    təsəlli  verirdi, 
onun  arzularına,  xəyalına  ümid  qatır,  başladığı  mübarizəsinə 
inam oyadırdı.  Özü də  müharibənin  lap odu-alovu  içində! Özü 
də nənə ilə nəvənin kiçik bir mükaliməsi ilə! Ancaq son dərəcə 


 
Sənət, sənətkar və zaman
 
 
 
131 
şirin, son dərəcə təbii, nəvənin yuxusu, söhbəti qədər arzulu bir 
mükaliməsi ilə!». 
 «Əsgər  qardaşıma»  (1942),  «Şaxta  baba»  (1943),  «Can 
nənə,  bir  nağıl  de»  (1943),  «Təməl  daşları»  (1951),  «Qələbə 
yolları»  (1954),  «Şeirlər»  (1957),  «Mənim  azad  torpağım» 
(1960),  «Bahar  şəfəqləri»  (1964),  «Seçilmiş  əsərləri»  (1967),  
«Seçilmiş  əsərləri»  (1975),  «Vaxtında  gəlmişik  bu  dünyaya 
biz» (1979), «Xoşbəxt uşaqlara» (1981), «Dünyanın gözəlliyi» 
(1983) kitablarında Əhməd Cəmilin lirikasında təbiət təsvirinin, 
peyzacın,  insan  düşüncələrinin,  həyəcanlarının,  hisslərinin 
dəqiq, təbii ifadə edildiyini, zəhmətə, sülhə, qardaşlığa çağırışı, 
xalqlar  dostluğu  ideyalarını,  vətənə,  xalqa  məhəbbəti,  cəsarətli 
mövzular seçmək bacarığını görürük.  
Ə.Cəmil  S.M.Mixalkovun,  M.Y.Lermontovun,  A.Tvar-
dovskinin,  S.M.Marşakın,  Y.V.Hötenin  əsərlərini  Azərbaycan  
dilinə  tərcümə  etmişdir.  Rus,  gürcü,  ukrayna,  özbək,  belarus, 
tacik  və s.  dillərdən etdiyi tərcümələr onun  yaxşı  tərcüməçi də 
olduğunu göstərir. 
Poeziyada–Azərbaycan    poeziyasında  müasirlik  əsas 
problem olaraq qalırdı. Şairlərimiz həyatda, dünyada baş verən 
prosesləri 
yaratdıqları 
əsərlərdə 
yüksək 
sənətkarlıqla 
yaradırdılar. Balaş Azəroğlunun «Elə oğul istəyir vətən», Rəsul 
Rzanın  «Zənci  balası Villi  haqqında ballada»,  Cabir Novruzun 
«Yox,  Hitler  ölməyib»,  Məmməd  Arazın  «Nobel  mükafatı», 
Xəlil  Rzanın  «Afrikanın  səsi»,  Tofiq  Bayramın  «Los–Ancelos 
matəmi»  və  s.  əsərlərində  dünyada  baş  verən  hadisələr, 
beynəlxalq  aləmdəki  ictimai–siyasi  ideologiyaların  gərginliyi, 
müstəqillik  uğrunda  hərəkatda  xalqların  humanizmə  qarşı 
arzularına qarşı çıxan imperialist qüvvələrinin vəhşi simaları öz  
canlı əksini tapırdı.  Xəlil Rzanın «Afrikanın səsi» şeiri Afrika 
xalqlarının  deyil,  bütövlükdə  insanın–doğulan,  doğulduğu 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
132 
dünyanın  gözəlliklərindən  kam  almaq  istəyən,  səadət  içində, 
sülh,  əmin–amanlıq,  xoşbəxtlik  axtaran,  humanist  ideyalarla 
köklənən  humanist  insanların  qəsbkar,  imperialist,  yırtıcı 
qüvvələrə qarşı sərt ittihamıdır: 
Azadlığı istəmirəm 
zərrə-zərrə, 
qram-qram 
Qolumdakı zəncirləri gərək 
qıram, 
qıram. 
Azadlığı istəmirəm 
bir həb kimi, 
dərman kimi. 
İstəyirəm səma kimi, 
Günəş kimi, 
Cahan kimi. 
Çəkil, 
Çəkil, ey qəsbkar! 
Mən bu əsrin gur səsiyəm: 
Gərək deyil sısqa bulaq, 
Mən ümmanlar təşnəsiyəm. 
Bu dövrdə şairlərin yaradıcılığında qoyulan həyat, dünya, 
kosmos  insan  kontekstində  çox  güclü  ifadəsini  tapırdı.  Müasir 
fəlsəfi düşüncələri özündə əks etdirən əsərlər yaranırdı. Səməd 
Vurğun, Rəsul Rza yaradıcılığında fəlsəfi estetik münasibətlər, 
sonrakı  dövrlərdə  Bəxtiyar  Vahabzadə,  Əli  Kərim  və 
başqalarının yaradıcılığında inkişaf etdirilmişdir. 
Əliağa  Vahid  klassik  sənətkarlarımızın,  xüsusilə  Füzuli 
ədəbi məktəbinin müasir dövrümüzdə  davamçısı kimi qiymət-
ləndirilir.  İlk  şeirlərini,  qəzəllərini,  meyxana  və  felyetonlarını 
«İqbal»,  «Bəsirət»,  «Tuti»,  «Məzəli»nin  səhifələrində  dərc 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə