Gülxani pənah salatin əHMƏdli səNƏT, SƏNƏtkar



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə30/147
tarix01.07.2018
ölçüsü3,82 Mb.
#52706
1   ...   26   27   28   29   30   31   32   33   ...   147

 
Sənət, sənətkar və zaman
 
 
 
117 
M.  F.  Axundov,  N.  Nərimanov,  C.  Məmmədquluzadə, 
M.Ə.Sabir,  M.  Ə.  Rəsulzadə,  C.  Cabbarlı  tərəfindən  əsası  qo-
yulan 
«azərbaycançılıq 
məfkurəsi»ni 
inkişaf 
etdirən 
«Azərbaycan»  şeirini  yazdı  və  ömrünün  sonuna  qədər  Azər-
baycan epopeyası yaratdı, amma bitirmədi... 
 Şair  başa  düşürdü  ki,  ən  ali  vətənpərvərlik  hissi  doğma 
vətənin  varlığıyla,  onun  zəngin  mənəvi  sərvətləriylə  fəxr  etmə 
hissidir.  Onun  «Azərbaycan»  şeiri  ümumilikdə  «milli  qürur 
hisslərimizi tərənnüm edən epopeya» kimi dəyərləndirilir: 
El bilir ki, sən mənimsən. 
Yurdum, yuvam məskənimsən. 
Anam doğma vətənimsən, 
Ayrılarmı könül candan, 
Azərbaycan! Azərbaycan. 
 
Dağlarının başı qardır, 
Ağ örpəyi buludlardır. 
Böyük bir keçmişin vardır, 
Bilinməyir yaşın sənin, 
Nələr çəkmiş başın sənin! 
«Komsomol  poeması»  şairin  şəxsi  duyğuları,  özünün 
daxili  aləmi,  fərdi  həyat  müşahidələrinə  əsasən  yazılmış, 
şeiriyyət baxımından gözəl «şairin yaradıcılıq ruhunu ən parlaq 
əks edən bir abidə» kimi qiymətləndirilir.  
Faşistlərin  ölkəmizə  hücum  xəbərini  eşidən  kimi  yazdığı  
«Vətənin 
keşiyində»  şeirində 
faşizm  üzərində  qələbə 
çalacaqlarına inam dolu hisslərini ifadə etdi. 
Bu ellər gecəni qatıb gündüzə, 
Faşist ordusuyla gəlib üz-üzə. 
Dastanlar yazacaq öz hünəriylə, 
Ordular basacaq öz zəfəriylə. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
118 
Müharibənin  ilk  günlərində  əynində  hərbi  paltar,  bir 
əlində  qələm,  bir  əlində  silah  cəbhə  bölgələrində  olan,  döyüş-
çülərə  mənəvi  ruh  verən,  onlara  xalqımızın  azadlıq  uğrunda 
qazandığı  qələbələrdən  söz  açan,  əsgərlərin  sabaha  inamını 
artıran-sözüylə,  şeiri  ilə  bir  Ordunun  «işini  görən»  qələm 
dostları  ilə  birlikdə    oldu.  Tərənnüm  etdiyi  qəhrəmanların 
döyüş  şücaətləri  ilə  fəxr  edirdi,  azərbaycanlı  döyüşçülərin, 
təyyarəçi  igidlərin,  qəhrəmanlığı  dövlət  tərəfindən  yüksək 
qiymətləndirilən,  Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq  görülən 
həmvətənləri  qədər  vətənpərvər  şair  sevinirdi  və  bu  sevinc 
yazıb-yaratdığı  şeirlərin,  poemaların  mövzu  və  ideyasına 
çevrilirdi.  
Müharibədən sonra Vətəninə, onun daşlı-qumsallı, aranlı-
dağlı,  yaylı-yaylaqlı,  zümrüd  meşəli gözəlliklərinə,  heyran şair 
«Muğan»  poemasını  torpağının,  vətəninin  gözəlliklərinə, 
Muğan-Mil  düzündə  gedən  quruculuq  işlərinə,  yeni  salınan 
gözəl  şəhərlərə,  bu  şəhərlərin  tikintisində    xarüqələr  göstərən 
vətən  oğullarının  istedadına,  qabiliyyətinə,  əməksevərliyinə 
məftunluğunu  ifadə  edir.  Bolşeviklərin  zəhmətkeş  siniflərin 
ədəbiyyatı  kimi  dəyərləndirdiyi  xalq  ədəbiyyatına  S.Vurğun 
xəlqilik  ideyaları  baxımından  yanaşır.  Xalq  ədəbiyyatının 
toplanması, nəşri, bu mövzuda əsərlər yazılması onu sevindirir. 
«Bulaq  əfsanəsi»,  «Qız  qayası»,  «Aslan  qayası»,  «Ayın  
əfsanəsi»,  «Hörmüz  və  Əhrimən»  kimi  poemalarının  sücetini 
xalq  əfsanələrindən  götürməklə  folklorla  zəngin  gözəl  əsərlər 
yaradır.  Tarixi  mövzularda  qələmə  aldığı  əsərlərdə  müasirlik 
güclüdür.  Müraciət  etdiyi  mövzu  müasir  ideya  və  motivlərlə 
şərtləndirilirdi.  «Dar  ağacı»,  «26-lar»,  «Üsyan»,  «Zamanın 
bayraqdarı»,  «Macəra»  kimi  poemaları  buna  nümunədir. 
Həmişə  Azərbaycan  qadınlarının  ağır  taleyini  düşünən,  onlara 
poemalarında xüsusi  yer ayıran,  Azərbaycan qadının səadətini, 


 
Sənət, sənətkar və zaman
 
 
 
119 
xoşbəxtliyini  arzulayan  motivlər  onun  «Aygün»  mənzum 
romanında  daha  geniş  planda  öz  əksini  tapır.  Aygünün 
timsalında «azərbaycanlı qadın idealını ümumiləşdirmiş» şairin 
ailə-məhəbbət problemlərinə  həsr olunmuş  bu poeması  yüksək 
bədiiliyi ilə də diqqəti cəlb edir. Poemada qoyulan problemlər, 
sədaqətli,  ismətli  Azərbaycan  qadının  mükəmməl  obrazı  ədəbi 
tənqidin diqqətindən yayınmır. 
Səməd Vurğunun dramaturgiyası da onun  yaradıcılığında 
mühüm  yer  tutur.  Azərbaycan  ədəbiyyatında  adətən  mənzum 
dramlar 
əruz 
vəznində 
yazılırdı. 
Hüseyn 
Cavidin 
yaradıcılığında  bunu  görürük.  S.Vurğun  bu  sahədə  də  bir 
novator  şair  kimi  özünü  sübut  etdi.  Şeirmizin  ana  vəzni  olan 
heca  vəznində  «Vaqif»  (1937),  «Xanlar»  (1939),  «İnsan», 
«Fərhad  və  Şirin»  (1945)  mənzum  dramlarını  yazdı.  «İnsan» 
dramını  çıxmaq  şərtilə  yerdə  qalan  dramları  tarixi  mövzuda 
yazmış  S.Vurğun  bu  əsərlərdə  C.Cabbarlının  davamçısı  kimi 
çıxış  etdiyi  bildirilir.  Tarixi  mövzulardan  o  da  «xalqımızın 
qədimlərdən  gələn  taleyi  barədə  görüşlərini  ifadə  etmək  üçün 
istifadə edirdi». Bu dramlar içərisində «İnsan»da şair müharibə 
və  sülh  problemləri  ilə  bağlı  fəlsəfi  düşüncələrini  verir.  30 
milyondan çox  insanını itirmiş Sovet xalqının düçar olduğu bu 
müharibə  bəşəriyyət  tarixində  ən  böyük,  ən  dəhşətli  müharibə 
idi.  Şair  bu  pyesdə  müharibənin  səbəblərini  düşünür,  dünya 
müharibəsinin  bəşər  sivilizasiyası  üçün  nə  kimi  böyük  təhlükə 
olduğunu  anlayan  şair  bu  müharibələrə  son  qoyulmasını, 
bəşəriyyətin sabahı üçün narahatçılıqlarını ifadə edirdi. 
«Vaqif»  dramı  şairin  dramaturgiya  yaradıcılığının  «zir-
vəsi»  sayılır.  Əsas  mövzusu  Azərbaycan  xalqının  XVIII  əsrin 
sonunda  xarici  işğalçılara  qarşı  mübarizəsidir,  pyesdə  xəlqilik 
güclüdür.  Xarici  işğalçılara  qarşı  mübarizənin  önündə  xalqın 
özü  durduğunu  görürük.  Əsərin  sonunda  da  xalq  zəfəri  özü 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                                            
 
 
120 
qazanır. Bu zəfərlə bitən sonluq «əslində xalqın öz ixtiyarını öz 
əlinə alması, öz mənliyini təsdiqləməsi, müstəqil dövlət və güc 
kimi  birləşməsi»  demək  olduğunu  tənqidçilər  söyləyir.  Bu 
fikirlərin  əsərdə  aydın  səslənə  bilməməsinə  səbəb  isə 
kommunist  senzurası  idi.  Bu  poemada  qızğın  vətənpərvərlik 
ruhu, Səməd Vurğun poetikasının gözəlliyi əsasdır. Azərbaycan 
şeirinin,  dram  dilinin  nadir  incisi  kimi  dəyərləndirilən  əsərdə 
dramatik replikalar,  nəsrlə  yazılan dramatik replikalardan daha 
«yığcam»,  «yüksək  şeiriyyətə»  malik  olduğunu  tədqiqatçılar 
dönə-dönə qeyd etmişlər.  
Nizaminin «Leyli və Məcnun», Şota Rustavelinin «Pələng 
dərisi  geyinmiş  pəhləvan»,  A.  S.  Puşkinin  «Yevgeni  Onegin», 
Maksim  Qorkinin  «Qız  və  ölüm»  poemalarını,  İlya 
Çavçavadzenin  «Şair»,  «Vətən»,  C.Cambulun  «Ellər  baharı» 
şeirlərini  dilimizə  yüksək  sənətkarlıqla  tərcümə  etmişdir. 
Oricinal keyfiyyət baxımından da şairin tərcümələri seçilir. 
Səməd  Vurğunun  «Şairin  andı»  (1939),  «Fanar»  (1932), 
«Könül  dəftəri»  (1934),  «Şeirlər»  (1935),  «Azad  ilham» 
(1939),  «Səadət  uğrunda»  (1942),  «İstiqbal  təranəsi»  (1947), 
«Muğan» (1950), «Aygün» (1956), «Dağıstan» (1940), «Dram 
əsərləri»  (1950),  «Dünyanın  xəritəsi»  (1951)  kitabları  çap 
olunmuşdur.  Ölümündən  sonra  «Çiçək»  (1957),  «Lirika» 
(1957),  «Komsomol  poeması»  (1958),  «Seçilmiş  əsərləri    2 
cilddə  (1966),  «Azərbaycan»  (1970),  «Böyük  sənət  uğrunda» 
(1970),  «Əsərləri  5  cilddə  (1972)  və  s.  kitabları  nəşr  edilib. 
Əsərləri,  bir  sıra  kitabları  rus,  gürcü,  türkmən  və  b.  xalqların 
dilində  çap  edilib.  1954-55-ci  illərdə  3  cildliyi,  1960-1972  ci 
illərdə 6 cildliyi, 1985-ci ildə 7 cildliyi nəşr edilmişdir.  
1935-1945-ci  illər arasında şairin  yaradıcılığında  yeni  bir 
dövr  açılır.  Müasir  siyasi  hadisələr,  yeni  məfkurənin  ardıcıl 
təbliği,  müharibənin  odlu–alovlu  illəri,  arxa  cəbhə,  ön  cəbhə 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə