Sənət, sənətkar və zaman
89
Bu aşkarlıq da bir yandan gəldi,
Bu Mədət üçün dövr deyil,
Şərəfsiz bir əcəldi, gəldi.
AYB-nin üzvləri repressiya dövründə ədəbiyyatımızın
başına gətirilən müsibətlərin, faciələrin, yaşanan həyəcanların,
qorxu və iztirabların acısını dadmışlar, qəlbi, ruhu yazmaq,
yaratmaq eşqi ilə çırpınan qəlblərin ölümdən də dəhşətli «xalq
düşməni», «vətən xaini» kimi damğadan qorxması təbii idi,
vətəndaş
sənətkarların,
vətənpərvər
şairlərin,
alimlərin,
yazıçıların ağır, qorxunc yaşantılarıdır bu adlar... Bir çox
istedadlı sənətkarlarımızın damğalandığı damğa ilə çox
sənətkarlarımız qarşılaşa bilərdi. Bu böyük dəhşətləri yaşayan
S.Vurğun, C. Cabbarlı.... daha kimlər, kimlər yaradıcılığının
çiçəkləndiyi bir vaxtda dünyasını dəyişdilər. Ölüm qorxulu
deyildi yazıçı üçün, ləyaqət, ad, vətəndaşlıq hissi, xalqa, vətənə
sədaqət hissi, əqidə, amal, məslək saflığının məsuliyyəti idi
onları qorxudan. «Vətən xaini», «xalq düşməni» damğasıyla
damğalanan neçə-neçə insanlarımızın öz övladlarının gözlərinə
dik baxmaq, saflığını sübut etmək üçün nə qədər zamana
ehtiyacları olub. Nə qədər zaman keçəndən sonra oğul, uşaq,
qohum-əqrəba günahsız qurbanların yaşadığı mənəvi dəhşətləri
anlayıb, əzab çəkib, əzabından stalinizmin faşist qəddarlığına
nifrətini silib ata bilməyib. Bu gün də o nifrət qəlbimizdədir.
Gözümüz önünə yüzlərlə Müşfiqlər, Əhməd Cavadlar, Almas
İldırımlar gəlir. 75 illik bir yubiley ərəfəsində olan Azərbaycan
Yazıçılar İttifaqı nə qədər qüdrətli qələm sahiblərinin, şair və
ədiblərinin günahsız yerə təqibini, təhdidini, faciəsini görüb,
içində bişib, yanıb, köşələnib... Bu gün də Sovet maşınının po-
lad təkərləri altında əzilənlərini, sərt, amansız, qəddar ideolo-
giyasının qurbanı olanlarını unutmur. Onların Yazıçılar
Birliyinin binasından asılan xatirə lövhələrinə baxanda insanın
Gülxani Pənah, Salatın Əhmədli
90
damarlarında qanı donur. «Göz qəlbin güzgüsüdür»,- deyiblər.
Hər üzdə, gözdə bir həyat eşqi, sevgi, səmimilik, həzinlik, eyni
zamanda mübarizlik var... Belə göz sahiblərinin bəlkə də elə o
humanist baxışlarından qorxub, haçansa qurduğu taxtı başına
çevirəcəyindən hürküb millətin düşünən beyinlərini, vuran
ürəklərini susdurublar. Bir dəfə müstəqillik, azadlıq şərbətini
içmiş xalqın gec-tez «Bir kərə yüksələn bayraq bir daha
enməz»-şüarındakı həqiqətin qorxusundan kürklərinə birə
düşüb, onları qara basıb, gözlərinə hər düşünən insan sabah
qılıncını qaldırıb haqqını, azadlığını, müstəqilliyini geri
qaytarmaq istəyən azadlıq aşiqi kimi görünüb, özü də inanıb,
inanıb ki, zor üstündə qurduğu hakimiyyəti çox davam gətirə
bilməz. Allah istedad, ilham verən insanın duyğu və
düşüncələrini zorla bir ideologiyaya tabe etdirmək olmaz.
Həllac Mənsurlar, Nəimilər, Nəsimilər yetişdirən bir dünyada
onların da zamanı gələcək, qanla qurduqları taxtı-taracı
dağılacaq. Sadəcə olaraq bu vaxtı uzatmaq, bir az vaxt
qazanmaq, xalqın içinə vahimə salmaqla öz hökmranlığını bir
az da olsa qorumaq istəyi içində çırpınanların törətdiyi
faciələrdə əli qanlı bir ovuc hakimiyyət ehtirası ilə yananlar
daha böyük günah sahibi idi, heç bir səhvini qəbul etməyən
şəxsiyyətə pərəstiş ideyaları ilə hakimiyyətini quran, bir ovuc
qaniçən millətimizin, keçmiş Sovetlər birliyinin ən istedadlı
oğul və qızlarını öz eqoist ideologiyalarının qurbanları etdilər.
Bu dəhşətləri yaşayan, hər an qələm dostlarının oxşar
talelərini yaşamalı olacaqlarından qorxan, «xalq düşməni»
damğası alacağından ehtiyatlanan, bununla belə mübarizə
meydanından çəkinməyən əqidə, məslək sahibləri sənətkarla-
rımız Azərbaycan ədəbiyyatının inkişafı naminə ömrünü şam
eləmişdi... belə sənətkarlardan biri də C. Cabbarlı idi.... C.
Cabbarlı Azərbaycan ədəbiyyatı və teatrının inkişafında
Sənət, sənətkar və zaman
91
mühüm xidmətləri olan sənətkardır. Ədəbi-bədii yardıcılığı ilə
yanaşı ədəbi-tənqidi məqalələri ilə ədəbiyyatımızın elmi-nəzəri,
həm də praktik cəhətdən formalaşmasına, möhkəmlənməsinə
çalışmışdır: «Ədəbiyyata şair, nasir, felyetonçu-curnalist kimi
gələn Cabbarlı dramaturq kimi şöhrət tapmış, Azərbaycan
dramaturgiyasının banilərindən biri mövqeyinə yüksəlmişdir.
Cabbarlı ən çox dramaturgiya və teatrımıza yeni həyatın
mühüm problemlərini, onun real, həyəcanlandırıcı lövhələrini
gətirməklə özündən sonrakı yazıçılara örnək olmuş, xüsusi
ədəbi məktəb yaratmışdı. Cabbarlı məktəbi, Cabbarlı irsi,
Cabbarlı ənənələri indi də yaşayır. Böyük sənətkar digər
xalqların teatr və dramaturgiyasının inkişafına da müəyyən təsir
göstərmişdir».
Bədii yaradıcılığa 1915-ci ildə yazdığı «Bahar» şeiri ilə
gəlib. «1905-ci ildə», «Qız qalası», «Almas», «Firuzə», «Əsər-
ləri» (3 cilddə), «İlk dram əsərləri», «Seçilmiş əsərləri», «Aslan
və Fərhad», «Dilarə», «Od gəlini», «Əsərləri» (4 cilddə), «Ey
dan ulduzu», «Ədirnə fəthi» və s. kitabları nəşr olunub.
Əsərlərinə olan tələbat seçilmiş əsərlərinin dönə-dönə nəşrinə
imkan yaradıb. «Solğun çiçəklər», «Ədirnə fəthi». «Trablis
müharibəsi» və ya «Ulduz», «Nəsrəddin şah». «Aydın»,
«Oqtay Eloğlu», «Od gəlini», «Sevil», «Yaşar», «Dönüş» kimi
dram əsərləri onu sovet dramaturgiyasının banisi kimi
tanıtmışdır. O yorulmadan ədəbi fəaliyyətini davam etdirmiş,
gənc
yaşlarından
kamil
bir
sənətkar
kimi
yetişmiş,
«yaradıcılığının demokratik istiqaməti ilə seçilən böyük söz
sərrafına çevrilmişdir». Zamanın bədii nəbzini tutmağı bacaran
sənətkar bir-birindən dəyərli əsərləri ilə şöhrət qazanmışdır,
«gənc yazıçı əvvəlkinə nisbətən böhranlı düşüncələrdən,
dolaşıq fikirlərdən uzaqlaşmaq üçün yeni həyatın qaynar
nəfəsini duymağa, onu öyrənib əks etdirməyə səylə çalışırdı».
Gülxani Pənah, Salatın Əhmədli
92
C. Cabbarlı həm də tərcüməçi kimi tanınmış, rus və dün-
ya ədəbiyyatı klassiklərinin bir çox qiymətli əsərlərini-
Şekspirin «Hamlet», «Otello», Şillerin «Qaçaqlar», L.N.
Tolstoyun «Uşaqlıq», Bomarşenin «Fiqaronun toyu», Afino-
genovun «Qorxu», Slavinin «Müdaxilə» və s. əsərlərini
Azərbaycan dilinə tərcümə etmişdir. Onun poeziyası, nəsri,
dramaturgiyası, ədəbi-tənqidi görüşləri C.Cabbarlı irsinin
zənginliyindən xəbər verir. Təbiət təsviri verilmiş «Bahar»
şeirindən sonrakı şeirlərində gənc şair qəlbinin narahatlıqları,
cəmiyyət, onun ehtirasları, nöqsanları, ictimai mövzular
yaradıcılığında əsasdır. Lirik və satirik şeirləri ilə yanaşı, qadın
hüquqsuzluğu, Azərbaycan qadınının savadsızlığının ağır
nəticələri, nadanlığın törətdiyi faciələr, azadlıq, savadlanmaq
uğrunda mübarizə əsas qayəsini təşkil edən «Gülzar», «Dilbər»,
«Dilarə», «Aslan və Fərhad». «Firuzə» və s. adda onlarla
hekayələrini yazmışdır.
Yaradıcılığının böyük bir sahəsini dramaturgiya təşkil
edən C.Cabbarlı bir məktəb idi. M. Qorki onun vaxtsız
ölümündən doğan kədəri Yazıçılar İttifaqının plenumunda belə
ifadə etmişdir: «Yazıçı və şair 30-35 yaşlarında yazmağa
başlayırsa,
Cəfər
Cabbarlı
35
yaşında
tamamlanmış,
püxtələşmiş bir dramaturq idi. Gələr bir zaman, dünyanın bir
çox darülfünunlarında və tədqiqat ocaqlarında Cəfər Cab-
barlının yaradıcılığını təhlil edər; onun dramaturgiyasını sətir-
sətir öyrənərlər...».
Məmməd Səid Ordubadi sovet dövrü ədəbiyyatımızın ilk
klassiklərindən biri kimi ilk, dolğun və mənalı bir yaradıcılıq
yolu keçmiş, yaradıcılığa maarifçiliyin təbliği ilə başlasa da,
sonralar inqilabçı demokrat və nəhayət, böyük yazıçı
səviyyəsinə yüksəlmiş sənətkardır. «Analıq» (qadınlar həyatın-
dan şeirlər), «Leninə», «Şeirlər», «Kənd alverçisi», «Mollanın
Dostları ilə paylaş: |