288
məzhəb və din sahibi olan yəhudi və məsihilər belə kənarda
qalmayacaq! (Hamı Ġslam sayəsində yerləĢəcək və hər yerdə
Ġslamdan, tövhiddən və yeganə Allahın əzəmətindən danıĢılacaq.)”
1
Bəli, o gün bu ilahi vəd həyata keçəcəkdir.
Bu ayənin təfsirində imam Sadiqdən (ə) belə bir hədis nəql
olunmuĢdur: “Allaha and olsun! Bu ayənin mənası (sonuncu
mərhələsi) hələ gerçəkləşməmişdir və yalnız Qaimin zühuru zamanı
əks olacaqdır. Onun qiyamından sonra dünyanın heç bir
məntəqəsində Allaha qarşı küfr edən bir şəxs tapılmayacaq!”
2
Bunu da qeyd etməliyik ki,
رِّقَ ْلا ِي ِدًَ ٍَ ُيْلاِ ُوَلٌُ َر َلَ ْرَأ ُِذمَّلا ٌَُى
َوٌُكِزْ ُمْلا َهِزَك ٌَْلًَ ِورِّلُك ِي رِّ لا ََلَع ُهَزِيْ ُ ِل
(MüĢriklərin xoĢuna gəlməsə
də, bütün dinlərə qələbə çalmaq üçün Peyğəmbərini doğru yolla və
haqq dinlə göndərən Odur!) – ayəsi Qurani-kərimin üç surəsində –
“Tövbə” surəsinin 33-cü, “Fəth” surəsinin 28-ci, “Səff” surəsinin 9-
cu ayəsində gəlmiĢdir. Bunun üç dəfə təkrar olunması məsələnin
əhəmiyyətli olduğunu göstərir.
Əhli-sünnə mənbələrində Əbu Hüreyrədən nəql olunan bir
hədisdə belə deyilir: “Ayədəki “Li-yuzhirəhu ələd-dini kullih” –
cümləsində məqsəd Ġsa ibn Məryəmin (ə) gəliĢinə iĢarə olunur.”
(Bildiyimiz kimi, rəvayətlərə əsasən, həzrət Ġsa-Məsih (ə) imam
Mehdinin (ə) qiyamı zamanı yenidən gələcəkdir!)
3
***
Bu bəhsi də məĢhur təfsir alimi Qütadənin nəql etdiyi bir
hədislə sona yetiririk. O, bu ayənin təfsirində yazır: “Dünyada altı
cür pərəstiĢ edən var: müsəlmanlar, məsihilər, yəhudilər,
ulduzpərəstlər, məcuslar və müĢriklər. Bütün bunlar Ġslam dininə
qoĢulacaq!”
4
Məlum olduğu kimi, bu Ģərait, yalnız imam Mehdinin (ə)
inqilabı zamanı hasil olacaqdır. Bunu da deyək ki, yəhudi və məsihi
dinləri tamamilə aradan getməyəcək və burada məqsəd, Ġslam
dininin bütün dünyaya hakim olmasıdır.
***
1
“Əd-durrul-mənsur”, 3-cü cild, səh. 231.
2
“Nurus-səqəleyn”, 2-ci cild, səh. 212.
3
“Əd-durrul-mənsur”, 3-cü cild, səh. 231.
4
Yenə orada.
289
ĠMAM MEHDĠNĠN (Ə) ĠNTĠZARININ TƏSĠRLƏRĠ
Bəzi nadanlar elə güman edirlər ki, bu ayə və rəvayətlər imam
Mehdinin (ə) intizarı fikrini irəli sürməklə irtica və geriliyə,
insanların məsuliyyətdən boyun qaçırmasına və zülmə təslim
olmasına zəmin yaradır. Çünki bu rəvayətlərə görə, imam Mehdinin
(ə) qiyam və gəliĢindən öncə dünyada islah və əmin-amanlığa ümid
yoxdur. Hətta zühura zəmin yaradılması belə zülm və fitnə-fəsadın
yayılmasına kömək edir!
Bu söz qədimdən düĢmənlərin, imam Mehdinin (ə) qiyamını
inkar edənlərin sözü olmuĢ, hətta Ġbn Xəldun bu məsələyə iĢarə
etmiĢdir. Halbuki həqiqət tamamilə bunun əksidir. Böyük zühur
intizarını çəkməyin çoxlu müsbət təsirləri var. AĢağıda onlara qısa
Ģəkildə iĢarə edəcək və nadanların hökmlərinin düzgün olmadığı
anlaĢılacaq. Qurani-kərim ayələrinə, Ģiə və əhli-sünnənin məĢhur
kitablarında nəql olunan “mütəvatir” hədislərə əsaslanmaqla onların
yanlıĢ mövqe tutduqlarını göstərəcəyik.
***
ĠNTĠZARIN MAHĠYYƏTĠ VƏ ONUN MÜSBƏT
TƏSĠRLƏRĠ
Görəsən, imam Mehdinin (ə) zühuruna inamın (zülm və
haqsızlığın köklərini məhv edən cahanĢümul proqramları nəzərə
almaqla) nə kimi müsbət və tərbiyəvi təsirləri vardır? Görəsən, bu
inam insanı qafil, yaxud hər Ģeyə təslim olmağa vadar etmirmi?
Yoxsa bu əqidə müsbət mənada bir növ fərdi və ictimai qiyama
dəvət deyildirmi? Ġnsanı tərəqqiyə doğru aparmırmı? Ġnsanda
məsuliyyət hissi yaratmırmı? Bir sözlə, bu inam viranedicidir, yoxsa
islahedici və qurucu?
Bu sualları araĢdırmazdan öncə, bilməliyik ki, müsbət fikir və
ideyalar həmiĢə nadanların, yaxud mənafe güdənlərin əli ilə təhrifə
məruz qalır, əsl məqsəddən yayındırılır. Tarixdə belə nümunələr
həddən artıq çoxdur və “intizar” da təsirlərdən amanda qalmamıĢdır.
Belə məsələlərdə təhrif və xətadan uzaq olmaq üçün, necə deyərlər,
suyu bulağın gözündən götürmək lazımdır. Burada “intizar”ı düzgün
baĢa düĢmək üçün Ġslamın təməl prinsiplərinə müraciət etməli və
bunu rəvayətlərin dili ilə araĢdırmalıyıq.
290
AĢağıdakı rəvayətlər bu məsələyə aydınlıq gətirir:
1. Bir nəfər imam Sadiqdən (ə) soruĢdu: “Haqq hökumətin
intizarını çəkdiyi halda dünyadan gedən Ģəxs haqqında nəzəriniz
nədir?”
Ġmam buyurdu: “O, Qaimin xeyməsində (ordusunda) hazır olan
şəxs kimidir. (Həzrət bir az sükut etdikdən sonra buyurdu:) O, İslam
peyğəmbəri ilə birgə mübarizələrdə iştirak edən şəxs kimidir!”
1
(Buna bənzər rəvayətlər çoxdur.)
2. Bəzi rəvayətlərdə deyilir: “O, Allah yolunda qılınc çəkən
şəxs kimidir!”
3. “O, Peyğəmbərin hüzurunda qılıncla düşmən başına zərbə
endirən şəxs kimidir!”
4. “O, Qaimin bayrağı altında olan şəxs kimidir!”
5. “O, Peyğəmbərin hüzurunda cihad edən şəxs kimidir!”
6. “O, Peyğəmbərlə şəhid olan şəxs kimidir!” (Ġmam Mehdinin
(ə) zühurunun intizarı ilə əlaqədar bu təĢbeh və bənzətmələr
düĢmənlə mübarizəyə və cihada daha artıq Ģövq yaradır.)
7. Bir çox rəvayətlərdə isə belə bir hökumətin intizarını çəkmək
ən böyük və ən fəzilətli ibadət sayılmıĢdır.
Bunları biz həm Peyğəmbəri-əkrəmdən (s), həm də imam
Əlidən (ə) nəql olunan hədislərdə görə bilərik. Bir hədisdə
Peyğəmbəri-əkrəm (s) belə buyurmuĢdur:
ةُا يبّلْاِ اَ لْاِلاا ةًُاَٚلْاِـاَا
مًَّاَعاَٚمَّياَ الله آَ ِ طاَواَفلْاٌِا ةُهبظ زلْأِ ا ٝ زمَِّ
:
“Mənim ümmətimin ən fəzilətli əməli Allahın vəd etdiyi zühurun
intizarını çəkməkdir!”
2
O həzrət baĢqa bir hədisdə belə buyurmuĢdur:
طاَواَفلْاٌِا ةُهبظ زلْأِ ا حاَكبج عٌا ةًُاَٚلْاِـاَا
:
“Ən fəzilətli əməl zühur intizarı çəkməkdir!”
3
Buradakı “intizar” sözü istər ümumi, istərsə də xüsusi mənada
dünyanın böyük islahatçısının zühur intizarını bildirsə də, “intizar”ın
böyük əhəmiyyət daĢıdığını göstərir.
Bütün bunlar böyük bir cihadla yanaĢıdır. Bunu nəzərə aldıqda
yekun nəticə üçün zəmin yaranır.
1
“Məhasini-Bərqi”, “Biharul-ənvar” kitabından nəqlən, qədim çapla 13-cü
cild, səh. 136.
2
“Kafi”, “Biharul-ənvar” kitabından nəqlən, 13-cü cild, səh. 137.
3
Yenə orada, səh, 13-cü cild, səh. 136.
Dostları ilə paylaş: |