Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə99/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   93   94   95   96   97   98   99   100   101

 
288 
məzhəb  və  din  sahibi  olan  yəhudi  və  məsihilər  belə  kənarda 
qalmayacaq!  (Hamı  Ġslam  sayəsində  yerləĢəcək  və  hər  yerdə 
Ġslamdan, tövhiddən və yeganə Allahın əzəmətindən danıĢılacaq.)”
1
 
Bəli, o gün bu ilahi vəd həyata keçəcəkdir. 
Bu  ayənin  təfsirində  imam  Sadiqdən  (ə)  belə  bir  hədis  nəql 
olunmuĢdur:  “Allaha  and  olsun!  Bu  ayənin  mənası  (sonuncu 
mərhələsi)  hələ  gerçəkləşməmişdir  və  yalnız  Qaimin  zühuru  zamanı 
əks  olacaqdır.  Onun  qiyamından  sonra  dünyanın  heç  bir 
məntəqəsində Allaha qarşı küfr edən bir şəxs tapılmayacaq!”
2
  
Bunu da qeyd etməliyik ki, 
 رِّقَ ْلا ِي ِدًَ ٍَ ُيْلاِ  ُوَلٌُ َر َلَ ْرَأ ُِذمَّلا ٌَُى
 َوٌُكِزْ ُمْلا َهِزَك ٌَْلًَ ِورِّلُك ِي رِّ لا ََلَع ُهَزِيْ ُ ِل
  (MüĢriklərin  xoĢuna  gəlməsə 
də, bütün dinlərə qələbə çalmaq üçün Peyğəmbərini doğru yolla və 
haqq dinlə göndərən Odur!) – ayəsi Qurani-kərimin üç surəsində – 
“Tövbə” surəsinin 33-cü, “Fəth” surəsinin 28-ci, “Səff” surəsinin 9-
cu  ayəsində  gəlmiĢdir.  Bunun  üç  dəfə  təkrar  olunması  məsələnin 
əhəmiyyətli olduğunu göstərir. 
Əhli-sünnə  mənbələrində  Əbu  Hüreyrədən  nəql  olunan  bir 
hədisdə  belə  deyilir:  “Ayədəki  “Li-yuzhirəhu  ələd-dini  kullih”  – 
cümləsində  məqsəd  Ġsa  ibn  Məryəmin  (ə)  gəliĢinə  iĢarə  olunur.” 
(Bildiyimiz  kimi,  rəvayətlərə  əsasən,  həzrət  Ġsa-Məsih  (ə)  imam 
Mehdinin (ə) qiyamı zamanı yenidən gələcəkdir!)
3
  
*** 
Bu  bəhsi  də  məĢhur  təfsir  alimi  Qütadənin  nəql  etdiyi  bir 
hədislə  sona  yetiririk.  O,  bu  ayənin  təfsirində  yazır:  “Dünyada  altı 
cür  pərəstiĢ  edən  var:  müsəlmanlar,  məsihilər,  yəhudilər, 
ulduzpərəstlər,  məcuslar  və  müĢriklər.  Bütün  bunlar  Ġslam  dininə 
qoĢulacaq!”
4
  
Məlum  olduğu  kimi,  bu  Ģərait,  yalnız  imam  Mehdinin  (ə) 
inqilabı zamanı hasil olacaqdır. Bunu da deyək ki, yəhudi və məsihi 
dinləri  tamamilə  aradan  getməyəcək  və  burada  məqsəd,  Ġslam 
dininin bütün dünyaya hakim olmasıdır. 
*** 
                                                 
1
 “Əd-durrul-mənsur”, 3-cü cild, səh. 231. 
2
 “Nurus-səqəleyn”, 2-ci cild, səh. 212. 
3
 “Əd-durrul-mənsur”, 3-cü cild, səh. 231. 
4
 Yenə orada. 


 
289 
ĠMAM MEHDĠNĠN (Ə) ĠNTĠZARININ TƏSĠRLƏRĠ 
Bəzi nadanlar elə güman edirlər ki, bu ayə və rəvayətlər imam 
Mehdinin  (ə)  intizarı  fikrini  irəli  sürməklə  irtica  və  geriliyə, 
insanların  məsuliyyətdən  boyun  qaçırmasına  və  zülmə  təslim 
olmasına zəmin yaradır. Çünki bu rəvayətlərə görə, imam Mehdinin 
(ə) qiyam və gəliĢindən öncə dünyada islah və əmin-amanlığa ümid 
yoxdur.  Hətta  zühura  zəmin  yaradılması  belə  zülm  və  fitnə-fəsadın 
yayılmasına kömək edir! 
Bu  söz  qədimdən  düĢmənlərin,  imam  Mehdinin  (ə)  qiyamını 
inkar  edənlərin  sözü  olmuĢ,  hətta  Ġbn  Xəldun  bu  məsələyə  iĢarə 
etmiĢdir.  Halbuki  həqiqət  tamamilə  bunun  əksidir.  Böyük  zühur 
intizarını  çəkməyin  çoxlu  müsbət  təsirləri  var.  AĢağıda  onlara  qısa 
Ģəkildə  iĢarə  edəcək  və  nadanların  hökmlərinin  düzgün  olmadığı 
anlaĢılacaq.  Qurani-kərim  ayələrinə,  Ģiə  və  əhli-sünnənin  məĢhur 
kitablarında nəql olunan “mütəvatir” hədislərə əsaslanmaqla onların 
yanlıĢ mövqe tutduqlarını göstərəcəyik. 
*** 
ĠNTĠZARIN MAHĠYYƏTĠ VƏ ONUN MÜSBƏT 
TƏSĠRLƏRĠ 
Görəsən,  imam  Mehdinin  (ə)  zühuruna  inamın  (zülm  və 
haqsızlığın  köklərini  məhv  edən  cahanĢümul  proqramları  nəzərə 
almaqla)  nə  kimi  müsbət  və  tərbiyəvi  təsirləri  vardır?  Görəsən,  bu 
inam  insanı  qafil,  yaxud  hər  Ģeyə  təslim  olmağa  vadar  etmirmi? 
Yoxsa  bu  əqidə  müsbət  mənada  bir  növ  fərdi  və  ictimai  qiyama 
dəvət  deyildirmi?  Ġnsanı  tərəqqiyə  doğru  aparmırmı?  Ġnsanda 
məsuliyyət hissi yaratmırmı? Bir sözlə, bu inam viranedicidir, yoxsa 
islahedici və qurucu? 
Bu  sualları  araĢdırmazdan  öncə,  bilməliyik  ki,  müsbət  fikir  və 
ideyalar  həmiĢə  nadanların,  yaxud  mənafe  güdənlərin  əli  ilə  təhrifə 
məruz  qalır,  əsl  məqsəddən  yayındırılır.  Tarixdə  belə  nümunələr 
həddən artıq çoxdur və “intizar” da təsirlərdən amanda qalmamıĢdır. 
Belə məsələlərdə təhrif və xətadan uzaq olmaq üçün, necə deyərlər, 
suyu bulağın gözündən götürmək lazımdır. Burada “intizar”ı düzgün 
baĢa  düĢmək  üçün  Ġslamın  təməl  prinsiplərinə  müraciət  etməli  və 
bunu rəvayətlərin dili ilə araĢdırmalıyıq. 


 
290 
AĢağıdakı rəvayətlər bu məsələyə aydınlıq gətirir: 
1.  Bir  nəfər  imam  Sadiqdən  (ə)  soruĢdu:  “Haqq  hökumətin 
intizarını  çəkdiyi  halda  dünyadan  gedən  Ģəxs  haqqında  nəzəriniz 
nədir?” 
Ġmam buyurdu: “O, Qaimin xeyməsində (ordusunda) hazır olan 
şəxs kimidir. (Həzrət bir az sükut etdikdən sonra buyurdu:) O, İslam 
peyğəmbəri  ilə  birgə  mübarizələrdə  iştirak  edən  şəxs  kimidir!”
1
  
(Buna bənzər rəvayətlər çoxdur.) 
2.  Bəzi  rəvayətlərdə  deyilir:  “O,  Allah  yolunda  qılınc  çəkən 
şəxs kimidir!” 
3.  “O,  Peyğəmbərin  hüzurunda  qılıncla  düşmən  başına  zərbə 
endirən şəxs kimidir!” 
4. “O, Qaimin bayrağı altında olan şəxs kimidir!” 
5. “O, Peyğəmbərin hüzurunda cihad edən şəxs kimidir!” 
6. “O, Peyğəmbərlə şəhid olan şəxs kimidir!” (Ġmam Mehdinin 
(ə)  zühurunun  intizarı  ilə  əlaqədar  bu  təĢbeh  və  bənzətmələr 
düĢmənlə mübarizəyə və cihada daha artıq Ģövq yaradır.) 
7. Bir çox rəvayətlərdə isə belə bir hökumətin intizarını çəkmək 
ən böyük və ən fəzilətli ibadət sayılmıĢdır. 
Bunları  biz  həm  Peyğəmbəri-əkrəmdən  (s),  həm  də  imam 
Əlidən  (ə)  nəql  olunan  hədislərdə  görə  bilərik.  Bir  hədisdə 
Peyğəmbəri-əkrəm (s) belə buyurmuĢdur:
 
 ةُا  يبّلْاِ اَ لْاِلاا ةًُاَٚلْاِـاَا
 مًَّاَعاَٚمَّياَ   الله  آَ ِ  طاَواَفلْاٌِا ةُهبظ زلْأِ ا ٝ زمَِّ
 :
“Mənim ümmətimin ən fəzilətli əməli Allahın vəd etdiyi zühurun 
intizarını çəkməkdir!”
2
  
O həzrət baĢqa bir hədisdə belə buyurmuĢdur:
 
  طاَواَفلْاٌِا ةُهبظ زلْأِ ا  حاَكبج عٌا ةًُاَٚلْاِـاَا
 :
“Ən fəzilətli əməl zühur intizarı çəkməkdir!”
3
  
Buradakı “intizar” sözü istər ümumi, istərsə də xüsusi  mənada 
dünyanın böyük islahatçısının zühur intizarını bildirsə də, “intizar”ın 
böyük əhəmiyyət daĢıdığını göstərir. 
Bütün bunlar böyük bir  cihadla  yanaĢıdır. Bunu nəzərə aldıqda 
yekun nəticə üçün zəmin yaranır. 
                                                 
1
  “Məhasini-Bərqi”,  “Biharul-ənvar”  kitabından  nəqlən,  qədim  çapla  13-cü 
cild, səh. 136. 
2
 “Kafi”, “Biharul-ənvar” kitabından nəqlən, 13-cü cild, səh. 137. 
3
 Yenə orada, səh, 13-cü cild, səh. 136. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə