Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə94/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   90   91   92   93   94   95   96   97   ...   101

 
273 
doğru  atılan  ilk  addımlardır.  Onlar  “səqəleyn”  kimi  “mütəvatir” 
rəvayətlərdə  Qurani-kərimlə  yanaĢı  durur.  Həm  onlar,  həm  də 
Qurani-kərim  nicat  gəmisi  kimi  tanıtdırılır.  Bu  sülalə  qiyamət 
gününə qədər Ġslam ümməti arasında yaĢayacaqdır və müsəlmanların 
onlara  sığınmaları  labüddür.  Onlar  nicat  gəmisi,  parlaq  ulduz, 
hidayət çıraqları və fəzilət dəryasıdırlar. 
Bəli,  bizim  əqidəmizə  görə,  Qurani-kərimdə  Əhli-beytin  (ə) 
fəzilətlərinə  dair  bir  çox  iĢarələr  var  və  bu  nöqtələr,  Peyğəmbəri-
əkrəmin  (s)  buyuruqları  ilə  bütün  müsəlmanlara  elan  edilmiĢdir. 
Müsəlmanlar  da  Peyğəmbərə  (s)  itaət  etməli,  təəssübkeĢlikdən  əl 
çəkərək  nicat  yolunu  seçməli,  yəni  həzrətin  Əhli-beytinə  sarılıb, 
onların  hidayət  və  rəhbərliyi  ilə  son  məqsədə,  səadət  və  təkamülə 
çatmalıdırlar.  Bu  qədər  iĢarə  və  açıq-aĢkar  bəyanları,  mötəbər 
sənədləri  görməməzliyə  vuranlar,  yaxud  Quranı  öz  Ģəxsi  rəyi  ilə 
təfsir  edib  hər  tərəfə  yozanlar  qiyamət  günü  cavab  verə 
bilməyəcəklər! 
*** 
HƏDĠSLƏRDƏ ƏHLĠ-BEYT ĠMAMLARININ ADLARI 
Qeyd  etmək  lazımdır  ki,  əhli-sünnə  mənbələrində  qeyd  olunan 
bəzi rəvayətlərdə on iki imamın hamısının adı aĢağıdakı tərtiblə qeyd 
olunmuĢdur: 
Ġmam Əli ibn Əbi Talib, imam Həsən ibn Əli, imam Hüseyn ibn 
Əli,  imam  Əli  ibn  Hüseyn,  imam  Məhəmməd  ibn  Əli-Baqir,  imam 
Cəfər  ibn  Məhəmməd-Sadiq,  imam  Musa  ibn  Cəfər-Kazim,  imam 
Əli  ibn  Musər-Riza,  imam  Məhəmməd  ibn  Əli-Təqi,  imam  Əli  ibn 
Məhəmməd-Nəqi, imam Həsən ibn Əli-Əskəri və imam Məhəmməd 
ibn Həsən-Mehdi (əleyhimus-səlam)! 
Süleyman  ibn  Ġbrahim  Qunduzi  Hənəfi  “Yənabiul-məvəddət” 
kitabında iki hədis nəql etmiĢdir. Birinci hədis (“Fəraidus-səmteyn” 
kitabından)  Ġbn  Abbasdan  belə  nəql  edilir:  “Bir  nəfər  yəhudi, 
Peyğəmbəri-əkrəmin  (s)  hüzuruna  gəlib  Ġslam  və  onun  təlimləri 
haqqında  müxtəlif  suallar  soruĢdu.  O  cümlədən,  Həzrətin  vəsi  və 
xəlifələrindən soruĢduqda, Peyğəmbəri-əkrəm (s) birinci vəsisini Əli 
ibn Əbi Talibin, sonra Həsən və Hüseynin, sonra da doqquz imamın 
adlarını  bir-bir  çəkdi.  Yəhudi  iman  gətirib  dedi:  Mən  keçmiĢ 
peyğəmbərlərin  kitablarında,  o  cümlədən,  Musa  peyğəmbərin 


 
274 
kitabında  oxumuĢam  ki,  sonuncu  peyğəmbərin  ilk  caniĢini  onun 
kürəkəni,  ikinci  və  üçüncü  caniĢini  ilk  caniĢinin  övladları  və  bir-
birilə  qardaĢ,  qalan  doqquz  nəfəri  isə  üçüncü  caniĢinin  övladları 
olacaq.”
1
  
Ġkinci  hədis  isə  “Mənaqib”  kitabından  Cabir  ibn  Abdullah 
Ənsaridən nəql edilir. Orada da on iki imamın adı bir-bir qeyd edilir. 
Bu  hədis  də  yuxarıdakı  əhvalata  bənzəyir  və  uzun  olduğundan  onu 
qeyd etmirik.
2
  
Unutmamalıyıq  ki,  ötən  bəhslərdə  qısa  Ģəkildə  on  iki  imamın 
vücuduna  dəlil  olan  çoxlu  rəvayət  qeyd  etdik.  Əgər  yenidən  həmin 
bəhslərə müraciət etməklə həm Ģiə, həm də əhli-sünnənin məĢhur və 
mötəbər  rəvayətlərinə  diqqət  yetirsək,  görəcəyik  ki,  on  iki  imam, 
yaxud  on  iki  xəlifə  üçün  doğru  təfsir  yalnız  Ģiələr  tərəfindən  bəyan 
edilmiĢ,  digər  firqələr  üçün  isə  Peyğəmbərin  (s)  on  iki  xəlifəsi 
barəsindəki  buyuruqları  anlaĢılmaz  qalmıĢdır.  Ən  mötəbər  hədis 
mənbələrində  nəql  olunan  bu  rəvayətlərin  əksəriyyəti  səhih 
olduğundan  onları  inkar  etmək  qeyri-mümkündür.  Onların  doğru 
təfsiri yalnız imamiyyə Ģiələrinin əqidələri ilə uyğun gəlir. 
Ümid edirik ki, hər birimiz təəssübkeĢlikdən əl çəkərək imamət, 
vilayət  və  Peyğəmbərin  (s)  xilafəti  ilə  bağlı  ayə  və  rəvayətləri  bir 
daha  yenidən  araĢdırıb,  bütün  müsəlmanların  üzünə  yeni  bir  qapı 
açacağıq! 
 
 
 
 
 
 
 
 
 
                                                 
1
 “Yənabiul-məvəddət”, səh. 440, 86-cı bölüm. 
2
 Yenə orada, səh. 442, 86-cı bölüm. 


 
275 
 
YEDDĠNCĠ FƏSĠL 
PEYĞƏMBƏRĠN (S) SONUNCU XƏLĠFƏSĠ  ĠMAM 
MEHDĠ (Ə) 
Ġlk  növbədə  bildiririk  ki,  bəzi  xəbərsizlərin  təsəvvürünə  zidd 
olaraq, imam Mehdinin (ə) qiyamı və cahanĢümul hökumətinə inam 
yalnız  Əhli-beyt  məktəbinin  ardıcıllarına,  Ģiələrə  məxsus  deyil. 
Ġstisnasız  olaraq,  bütün  Ġslam  firqələrində  “axirəz-zaman”da 
Peyğəmbərin  (s)  sülaləsindən  Mehdi  adlı  bir  Ģəxsin  zühur  edib, 
dünyanı haqq-ədalətlə dolduracağı barədə təsəvvür var. Peyğəmbəri-
əkrəmin  (s)  bu  məsələ  ilə  bağlı  buyurduğu  rəvayətlər  onların 
kitablarında  nəql  edilmiĢ,  bu  haqda  Ģiə  və  sünni alimləri  tərəfindən 
kitablar  yazılmıĢdır.  Biz  kələcəkdə  yeri  gəldikcə,  onlardan  sitatlar 
gətirəcəyik. 
Bu  rəvayətlər  müəyyən  məzhəbə  xas  olmayıb,  bütün  Ġslam 
təhqiqatçıları  tərəfindən  qəbul  edilən  qəti  və  “mütəvatir” 
rəvayətlərdir.  Bu  təhqiqatçılardan  yalnız  Ġbn  Xəldun  və  Əhməd 
Əmin  Misri  kimi  bir  neçə  nəfər  onların  Ġslam  peyğəmbərindən  (s) 
nəql  olunmasına  Ģübhə  etmiĢlər.  Bizim  əqidəmizə  görə,  onların  da 
məqsədi bu rəvayətləri zəif qələmə verməkdir. Bəlkə də onları belə 
bir fikrə vadar edən imam Mehdinin (ə) qiyamı ilə əlaqədar bir sıra 
xariqül-adə  hadisələrin  baĢ  verməsidir  ki,  onları  qəbul  etmək  çətin 
gəlir. Halbuki “vəhhabi” kimi ən təəssübkeĢ firqə onu qəbul edir və 
bu  hədislərin  “mütəvatir”  olduğunu  təsdiqləyir.  Bu  müddəanın 
sübutu  neçə  il  bundan  öncə  vəhhabilərin  və  Səudiyyə  dövlətinin 
himayəsi  altında  fəaliyyət  göstərən  “Ümumdünya  Ġslam  əlaqələri 
təĢkilatı”  tərəfindən  imam  Mehdinin  (ə)  zühuru  ilə  bağlı  sorğunun 
cavabında  verilən  bəyanatdır.  Bu  sual  Keniyadan  Əbu  Məhəmməd 
adlı  bir  nəfər  tərəfindən  ünvanlanmıĢdı.  Cavab  olaraq  bu  bəyanat 
verilmiĢ və həmin təĢkilatın sədri Məhəmməd Saleh Qəzzazın imzası 
ilə də təsdiq edilmiĢdir. Bu bəyanatda deyilir: “Vəhhabi məzhəbinin 
təsisçisi  Ġbn  Teymiyyə  Mehdi  ilə  bağlı  hədisləri  qəbul  edir.”  Sonra 
bu  haqda  Hicazın  beĢ  məĢhur  alimi  tərəfindən  yazılan  bir  risalədən 
sitatlar gətirilir və həmin risalənin bir yerində belə yazılır: “Dünyaya 
fitnə-fəsad,  zülm  və  küfr  hakim  olduğu  bir  vaxtda,  Allah-taala 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə