Günah lüğət elmində


və zəkatdan yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə91/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   87   88   89   90   91   92   93   94   ...   101

 
264 
və zəkatdan yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala 
düĢəcəyi  bir  gündən  qorxarlar  ki,  Allah  onlara  yerinə  yetirdikləri 
əməllərin  ən  gözəl  mükafatını  versin,  onlara  olan  lütf  və 
mərhəmətini  artırsın.  Allah  istədiyi  Ģəxsə  saysız-hesabsız  ruzi 
verər!” 
Allah-taala bu surənin 35-ci ayəsində ilahi nuru çox dəqiq, incə 
və gözəl ifadələrlə Ģərh etdikdən sonra növbəti ayələrdə onun yerini 
və sahiblərini bəyan edərək buyurur: Bu nur aĢağıdakı xüsusiyyətlərə 
malik  olan  evlərdədir:  bu  evlər  Ģeytanların  əli  çatmayan  hündür 
divarlarla ucaldılmıĢdır; onu gecə-gündüz, sübh və axĢam Allahı yad 
edən  kəslər  qoruyub-saxlayırlar;  elə  kəslər  ki,  dünyanın  maddi 
ləzzətləri,  qızıl-gümüĢü  onları  Allah  zikrindən,  namazdan  və 
zəkatdan ayırmır; onlar qiyamət, hesab-kitab günündən qorxurlar və 
bu  qorxu  ümidlə  yanaĢıdır;  onlar  haqq  yolda  daim  çalıĢırlar  və 
Allah-taala belə insanlara saysız-hesabsız savab verər. 
Bu  cümlələrə  diqqət  yetirdikdə,  ilahi  evlərin  və  onların 
mühafizlərinin necə də əzəmətlə vəsf edildiyinin Ģahidi oluruq. Ġndi 
isə bu ayə ilə əlaqədar nəql olunan rəvayətlərə diqqət yetirək: 
Süyuti  “Əd-durrul-mənsur”  kitabında  Peyğəmbərin  (s)  iki 
səhabəsindən  –  Ənəs  ibn  Malik  və  Büreydədən  nəql  edir  ki, 
Peyğəmbər  (s)  bu  ayəni  tilavət  edərkən,  bir  nəfər  ayağa  qalxıb 
soruĢdu: “Ya Rəsuləllah! Bu ayədəki evlər kimlərindir? Peyğəmbər 
(s)  buyurdu:  “Peyğəmbərlərin  evləridir.”  Əbu  Bəkr  ayağa  qalxıb 
dedi:  Bu  evlər  məlum  oldu.  Bəs  Əli  və  Fatimənin  evi  necə? 
Peyğəmbər (ə) buyurdu: “Bəli, bu o evlərin ən üstünüdür!”
1
  
Bu  rəvayətin  oxĢarını  Hakim  Həskani  “ġəvahidut-tənzil” 
kitabında  Peyğəmbərin  (s)  baĢqa  səhabəsi  Əbu  Bərzədən  nəql 
etmiĢdir.  O  deyir:  “Bir  nəfər  Peyğəmbərdən  (s)  soruĢdu:  Ya 
Rəsuləllah! Əli və Fatimənin də evi o evlərdən sayılırmı? Peyğəmbər 
(s) buyurdu: “O, evlərin ən fəzilətlisidir!”
2
  
Hakim Həskani bu rəvayətdən sonra ötən rəvayəti də iki sənədlə 
Ənəs ibn Malik və Büreydədən nəql etmiĢdir.
3
  
Diqqəti  cəlb  edən  məsələ  budur  ki,  Əhli-beytin  (ə)  bütün 
fəzilətlərinə  müdaxilə  ilə  yanaĢan  “Ruhul-məani”nin  müəllifi  bura 
                                                 
1
 “Əd-durrul-mənsur”, 5-ci cild, səh. 50. 
2
 “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 410, hədis: 566. 
3
 Yenə orada, hədis: 567-568. 


 
265 
çatdıqda,  birinci  rəvayəti  Ənəs  ibn  Malik  və  Büreydədən  nəql  edib 
yazır:  “Əgər  bu  rəvayət  səhih  və  doğru  olsa,  ayənin  təfsirində  onu 
nəzərə  almamaq  insafsızlıqdır!”
1
   (BaĢqa  sözlə,  ayənin  ən  gözəl 
təfsiri  budur  ki,  vəsf  olunan  evlər  peyğəmbərlərin  evləridir  və 
onların ən fəzilətlisi Əli və Fatimənin evidir!) 
Əhli-sünnənin  digər  alimləri  də  bu  rəvayəti  nəql  etmiĢlər. 
ġübhəsiz,  bu  rəvayətlər  Əli  (ə),  Fatimə  (ə.s)  və  onların  övladları 
Həsən və Hüseynə (ə), eləcə də, imam Hüseynin (ə) nəslindən olan 
Fatimə  (ə.s)  övladlarına,  yəni  məsum  imamlara  da  Ģamil  olunur. 
Çünki  bütün  imamlar  həmin  sülaləyə  mənsubdur  və  onların 
davamçıları  sayılır.  Bəli,  onların  evi  peyğəmbərlərin  evləri  ilə 
bərabər,  hətta  daha  fəzilətli  olub,  həmiĢə  ilahi  nurla  iĢıqlanır  və 
Ģeytanların  əlindən  uzaqdır.  ġübhəsiz,  bu  evlərin  sakinləri  də 
insanların  ən  üstünü,  ən  fəzilətlisidir.  Onlar  fəzilətcə  ilahi 
peyğəmbərlərə  bərabərdirlər.  Bütün  bunlar  qeyd  etdiyimiz 
rəvayətlərdən  aydın  baĢa  düĢülürsə,  baĢqalarını  onlardan  üstün 
bilmək zülm və cəfa deyilmi?! 
*** 
3-“SĠRATĠ-MÜSTƏQĠM” (DOĞRU YOL) AYƏSĠ 
Gündəlik  namazlarda  oxuduğumuz  “Həmd”  surəsinin  6-cı 
ayəsində buyurulur: 
 اَُ١ م زلْاَِةٌُّا اَٛااَودٌِّٖا بأَ للْاِ٘ أ
 
“Ġlahi! Bizi doğru yola hidayət et!”
 
Elə bir yola ki, bizi Sənin razılığını qazananlara çatdırsın, qəzəb 
etdiyin  Ģəxslərin  və  azğınların  yolundan  ayırsın!  Ġlahi!  Bizi  bu  yola 
hidayət et, bu yolda sabitqədəm saxla. 
ġübhəsiz,  “sirati-müstəqim”  (doğru  yol)  geniĢ  məna  daĢıyır. 
Bəzi alimlər onu “Ġslam”, bəziləri “Quran”, bəziləri “Peyğəmbər (s) 
və  həqiqi  imamlar”,  bəziləri  “ilahi  ayin”,  bəziləri  də  “ilahi 
peyğəmbərlərin  qayda-qanunları”  kimi  təfsir  etmiĢlər.  Bunların  hər 
biri  həmin  geniĢ  məfhumda  özünə  yer  tapır.  Amma  müxtəlif 
sənədlərlə Peyğəmbəri-əkrəmdən (s) nəql olunan bir çox rəvayətlərə 
görə, burada doğru yolun ən bariz nümunəsinə toxunulmuĢ, Əli ibn 
Əbi  Talib  (ə),  yaxud  Məhəmməd  (s)  və  ali-Məhəmmədin  yolu 
                                                 
1
 “Ruhul-məani”, 18-ci cild, səh. 157, bəhs etdiyimiz ayənin təfsirində. 


 
266 
göstərilmiĢdir. Hakim Həskaninin “ġəvahidut-tənzil” kitabında Cabir 
ibn Abdullah Ənsaridən (o da Peyğəmbəri-əkrəmdən (s)) nəql etdiyi 
hədisdə buyurulur:
 
 لْاًِ علْاٌِا  ةُةاٛلْاِثاَا لْاُِةُ٘اَٚ  ٗ ملْاٍِاَف ٍٝاَ   الله ةُظاَغةُؽ ةُٗاَ بٕلْاِثاَااَٚ ةُٗاَزاَع لْاِٚاَىاَٚ ًبّ١ ٍاَ  اًَاَعاَع اَالله  مَّْ ا
  لْآِاَِ ،ٝ زمَِّةُا ٝ ـ  َ
 ءٍُ١ ماَزلْاَِةُِ ءٍٛاو ٕ ٌٝ ا اَٜ لةُ٘ لْاُِ ٙ ث ٜلاَزلْاِ٘ ا
 :
“Allah Əlini, onun zövcəsini (Fatimeyi-Zəhranı) və övladlarını 
məxluqlar  üzərində  ilahi  höccət  seçmişdir.  Onlar  mənim  ümmətim 
içərisində  elm  qapılarıdır.  Hər  kəs  onlar  vasitəsilə  hidayət  olunsa, 
doğru yolu tutar!”
1
  
BaĢqa bir hədisdə isə Ġbn Abbas Peyğəmbəri-əkrəmin (s) Əliyə 
(ə) belə buyurduğunu nəql edir:
 
 آَ١ ٕ ِمةُّلْاٌِا  ةُةٛةَُلْاِعاَ٠  اَذلْأِاَااَٚ ةُُ١ ماَزلْاَِةُّلْاٌِا ةُٛاو ٌٖا  اَذلْأِاَااَٚ ةُؼ ٙاٛلْاٌِا ةُك٠ ومَّلٌا  اَذلْأِاَا
 :!
“(Ya Əli!) Sən aydın və doğru yol, möminlərin rəhbərisən!”
2
  
Üçüncü  bir  hədisdə  Ġbn  Abbas  “Ġhdinəs-siratəl-mustəqim” 
(Ġlahi,  bizi  doğru  yola  hidayət  et)  –  ayəsinin  təfsirində  deyir:  “Ey 
Allahın  bəndələri!  Deyin  ki,  ilahi,  bizə  Peyğəmbər  və  onun  Əhli-
beytinin məhəbbətini nəsib et!”
3
  
Dördüncü  bir  hədis  Əbu  Büreydədən  nəql  olunur  və  o  deyir: 
“Doğru yoldan məqsəd Məhəmməd (s) və onun Əhli-beytidir!”
4
  
Bu  hədisi  Əllamə  Sələbi  (“Təfsir”də)
5
   və  ġeyx  Übeydullah 
Hənəfi (“Ərcəhül-mətalib”də) Əbu Hüreyrədən nəql etmiĢdir.
6
  
“ġəvahidut-tənzil”də qeyd olunan beĢinci hədis Əbdür-Rəhman 
ibn Zeyddən nəql olunur. Onun atası “Siratəl-ləzinə ənəmtə ələyhim” 
(Nemət verdiyin Ģəxslərin yoluna (hidayət et)) – ayəsinin təfsirində 
deyir:  “Onlar  (nemət  verilən  kəslər)  Peyğəmbər,  onunla  birgə  olan 
Əli ibn Əbi Talib və onun Ģiələridir!”
7
  
                                                 
1
 “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 58, hədis: 89. 
2
 Yenə orada, hədis: 88. 
3
 Yenə orada, səh. 87. 
4
 Yenə orada, hədis: 88. 
5
 “Təfsiri-Sələbi”, “Kifayətul-xisam” kitabından nəqlən, səh. 345. 
6
 “Ərcəhül-mətalib”, səh. 85, “Lahur” çapı. 
7
 “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 66, hədis: 105. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə