Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə88/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   84   85   86   87   88   89   90   91   ...   101

 
255 
 
ALTINCI FƏSĠL 
ON ĠKĠ ĠMAM 
ĠĢarə: 
ġiə  məzhəblilər  arasında  dörd  imamı  qəbul  edən  “zeydiyyə”, 
yeddi imamı qəbul edən “ismailiyyə” kimi firqələr olsa da Ģübhəsiz, 
ən  məĢhur  məzhəb  olaraq  dünya  müsəlmanlarının  mühüm  bir 
hissəsini  təĢkil  edən  “imamiyyə”  Ģiələridir.  Onlar  Ġraqda,  Ġranda, 
Azərbaycanda  və  Bəhreyndə  çoxluq,  bəzi  ölkələrdə  isə  cəmiyyətin 
bir  qismini  təĢkil  edirlər.  Ġmamiyyə  Ģiələrinin  on  minlərlə  tələbənin 
təhsil aldığı və Ġslam maarifini öyrəndiyi böyük elmi mərkəzləri var. 
ġiə  alimləri  tərəfindən  “Ġslam  əqidələri”,  “fiqh”,  “üsul”,  “təfsir”, 
“hədis”, “fəlsəfə”, “rical”, “dirayə” və “Ġslam tarixi” mövzusunda on 
minlərlə kitab yazılmıĢ və çap olunmuĢdur. Böyük və görkəmli alim 
ġeyx  Ağabozorg  Tehraninin  son  zamanlar  iyirmi  altı  cilddə  çap 
olunan “Əz-zəriətu ila təsanifiĢ-Ģiə” adlı kitabında Ģiə alimlərinin on 
mindən  artıq  əsəri  qısa  Ģərh  edilmiĢdir.  Məlum  olur  ki,  Ģiə  alimləri 
Ġslama və elmə nə qədər böyük xidmət göstərmiĢlər. 
YaxĢı olar ki, maraqlananlar dünyanın müxtəlif məntəqələrində 
yerləĢən Ģiə elmi mərkəzlərinə baĢ vurub, böyük alim və tələbələrlə 
yaxından tanıĢ olsunlar, onların əsərlərini araĢdırsınlar. 
Təəssüf  ki,  bir  çox  müsəlman  ölkələrində  informasiyaya  ciddi 
nəzarət  və  senzuralar  səbəb  olub  ki,  indiyə  qədər  əhli-sünnənin 
insaflı  təhqiqatçıları  Əhli-beyt  məktəbinin  ardıcılları,  alimləri  və 
onların  elmi  əsərləri  ilə  yaxından  tanıĢ  ola  bilməsinlər.  Halbuki 
bizim  kitabxanalarımızda  Ģiə  alimlərinin  əsərləri  ilə  yanaĢı  əhli-
sünnə  alimlərinin  də  kitabları  var.  Kitabxanalarda  bu  kitablar 
arasında  əsla  fərq  qoyulmur  və  kimsə  məzhəb  təhlükəsi  hiss  etmir. 
Əhli-sünnə qardaĢlarımızın kitabxanalarında isə Ģiələrin məĢhur elmi 
əsərləri  gözə  dəymir  ya  da  çətin  tapılır.  Arzumuz  budur  ki,  insaflı 
təhqiqatçılar bu nöqtəni nəzərə alıb imamiyyə Ģiələrini düĢmənlərin, 
yaxud  hakim  təbəqənin  təbliğat  vasitələri  ilə  yox,  obyektiv  Ģəkildə 
tanısınlar.  Bu  isə  heç  Ģübhəsiz,  Ġslam  aləmində  yeni  üfüqlər 
açılmasına, vəhdət yaranmasına zəmin olacaq. 


 
256 
Əsl  bəhsimizə  qayıdaraq  deyirik  ki,  Quran  ayələrində  imam 
Əlidən (ə) əlavə, Əhli-beyt imamlarına bir sıra iĢarələr mövcuddur. 
Bunları  təfsir  kitablarında  nəql  olunan  rəvayətlərdə  axtarmaq 
lazımdır. 
Biz isə həmin ayələrin bir neçəsinə iĢarə etməklə kifayətlənirik. 
Onların  bir  qismi  kitabın  əvvəlində  imam  Əlinin  (ə)  imamət  və 
vilayəti ilə əlaqədar bəhslərdə nəzərdən keçirildi. AĢağıdakı ayələrə 
nəzər salaq: 
1.  “Təthir”  ayəsi:  “Həqiqətən,  Allah  siz  Əhli-beytdən  hər  bir 
çirkinliyi  təmizləyib,  sizi  pak-pakizə  etmək  istəyir!”
1
   Bu  ayənin 
məzmununa,  eləcə  də,  məĢhur  Ġslam  mənbələrində  Peyğəmbəri-
əkrəmdən (s) nəql olunan rəvayətlərə əsasən, əhatəsi ümumi olan bu 
ayə imam Əli (ə) və digər məsum imamlara, xüsusilə imam Həsən və 
imam Hüseynə (ə) də aiddir. 
2.  “Qurba”  (məvəddət)  ayəsi:  “(Ya  Peyğəmbər!)  De:  “Sizdən 
(risalət  və  peyğəmbərliyim  müqabilində)  ən  yaxınlarıma  sevgidən 
baĢqa bir mükafat istəmirəm!”
2
 Bu ayədə də məsum imamlara qısa 
Ģəkildə  iĢarə  edilmiĢdir.  Səid  ibn  Cübeyr  və  Ġbn  Abbasın 
Peyğəmbəri-əkrəmdən  (s)  nəql  etdikləri  müxtəlif  rəvayətlərdə  açıq-
aydın göstərilir ki, ondakı “qurba” (ən yaxınlar) sözündə məqsəd Əli 
(ə),  Fatimə  (ə.s)  və  onların  övladlarıdır.  Bəzi  rəvayətlərdə  imam 
Həsən  və  imam  Hüseynin  (ə)  adları  da  çəkilmiĢdir.  Əlavə  məlumat 
üçün “ġəvahidut-tənzil” və s. kitablara müraciət edə bilərsiniz.
3
  
3.  “Ulil-əmr”  (əmr  sahibləri)  ayəsi:  “Allaha,  Peyğəmbərə  və 
özünüzdən  olan  əmr  sahiblərinə  itaət  edin!” 
4
 Bu  ayənin  də 
məfhumu  ümumidir  və  hər  bir  dövrdəki  əmr  sahibinə  aiddir.  Buna 
əsasən, hər əsrdə pak bir Ģəxsin hüzuru zəruridir. Bundan əlavə, əhli-
sünnənin  bir  çox  mənbələrində  nəql  olunan  məĢhur  rəvayətlərdə 
aydın Ģəkildə imam Həsən və imam Hüseynin (ə) adları çəkilmiĢdir. 
4.  “Sadiqin”  (sadiq  olanlar)  ayəsi:  “Sadiqlərlə  birgə  olun!”
5
  
Əvvəldə  Ģərh  etdiyimiz  kimi,  bu  ayənin  də  məfhumu  ümumidir  və 
                                                 
1
 “Əhzab” surəsi, ayə: 33. 
2
 “Şura” surəsi, ayə: 23. 
3
  “Şəvahidut-tənzil”də  bu  haqda  sənədləri  müxtəlif  olan  altı  hədis  nəql 
olunmuşdur, 2-ci cild, səh. 130-134.  
4
 “Nisa” surəsi, ayə: 59. 
5
 “Tövbə” surəsi, ayə: 119. 


 
257 
hər  əsrə  aiddir.  Çünki  hər  bir  dövrdə  sözü  və  əməli  doğru  olan 
məsum  bir  imamın  varlığı  zərurətdir  (qeyd-Ģərtsiz  və  mütləq 
tabeçilik yalnız məsum imamların haqqıdır). Bu ayənin Ģərhində nəql 
olunan  bir  sıra  rəvayətlərdə  “sadiqin”  sözü  Peyğəmbər  (s)  və  onun 
Əhli-beytinə (ə) aid edilmiĢdir.
1
  
Əvvəlki  bəhslərdə  bu  ayələr  və  onları  Ģərh  edən  rəvayətləri 
geniĢ  Ģəkildə  araĢdırdığımız  üçün  bir  daha  onları  təkrarlamır  və 
fəzilət  ayələrini  nəzərdən  keçiririk.  Yenə  də  təkidlə  deyirik  ki,  bu 
ayələr Əhli-beyt imamlarının vilayət və imamətini dolayısı ilə sübuta 
yeririr, onların yaĢadıqları dövrün ən üstün Ģəxsi olduğunu açıqlayır. 
Ötən ayələrdə hər dövrdə məsum imam və əmr sahibinin olmasının 
zəruriliyindən  söz  açdıq.  Bunu  əsaslandırmaq  üçün  bir  sıra  ayələri 
qeyd edirik: 
1-“SALAVAT” AYƏSĠ 
“Əhzab” surəsinin 56-cı ayəsində buyurulur: 
 ًُّإَ اٛةُٕاَِآ  آَ٠ نمٌَّا باَُّٙ٠اَأ باَ٠ دِّٟ جمٌَّٕا ٝاٍَاَ   اٍَُّْٛاَٖةُ٠ ةُٗاَزاَى   اَلااَِاَٚ اَ مَّالله  مَّْ إ
بًّ١ ٍلْاَِاَر اٛةُّدٍِّاٍَاَٚ  ٗلْاِ١اٍَاَ  اٚ
 
“Həqiqətən,  Allah  və  Onun  mələkləri  Peyğəmbərə  salavat 
göndərirlər. Ey möminlər! (Siz də) ona salavat və salam göndərin, 
onun əmrinə təslim olun!”
 
Bu  ayədə  Ġslam  peyğəmbərinin  (s)  məqamı  çox  yüksək  bəyan 
olunmuĢdur.  Çünki  həm  Allah,  həm  Onun  bütün  mələkləri 
Peyğəmbərə (s) salam və salvat göndərir. Həm də göstəriĢ verilir ki, 
bütün  möminlər  o  həzrətə  salam,  salavat  və  rəhmət  göndərsinlər. 
Bundan böyük məqam varmı?! 
Düzdür,  bu  ayədə  Peyğəmbərin  (s)  övladlarından  söz 
açılmamıĢdır.  Lakin  bir  çox  rəvayətlərə  görə,  səhabələr 
Peyğəmbərdən  (s)  “Sənə  necə  salam  və  salavat  göndərək”  –  deyə 
soruĢduqda, o həzrət “ali” (övladlar) sözünü də öz adının kənarında 
qeyd  etmiĢdir.  Demək,  Allahdan  o  həzrət  üçün  salam  və  salavat 
istənildikdə,  bu  onun  (s)  övladlarına  da  aid  olur.  Burada  Allah  və 
mələklərinin  həm  Peyğəmbər  (s),  həm  də  onun  övladlarına  salavat 
göndərməsi sadə məsələ deyil. Bu tapĢırıq onların Peyğəmbərdən (s) 
                                                 
1
 “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 262. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə