52894
Günay Məmmədova
NAXÇIVAN MUSİQİ
FOLKLORU
Bakı - 2012
Elmi redaktor:
Məhərrəm CƏFƏRLİ
filologiya elmləri dokrotu, professor
Rəyçi:
Rafiq İMRANI
sənətşünaslıq doktoru
G.Məmmədova. Naxçıvanın musiqi folkloru. Bakı:
2012, ADPU-nəşriyyatı. 235 səh.
Naxçıvan folklorunun ayrılmaz tərkib hissəsi olan musiqi
folkloru bölgənin mədəni həyatında özünəməxsus əhəmiyyət
daşıyır. Monoqrafiyada Naxçıvan musiqi folkloru həm folklor
şünaslıq, həm də musiqişünaslıq baxımından araşdırılır, mətnlə
musiqinin qarşılıqlı müqayisəsi əsasında melop o etik xüsusiyyətlər
ortaya çıxarılır.
© G. Məmmədova
19478164120012
© ---------------------------------
2012
1957(Ə)91381771
ON SOZ
Azərbaycanın Qərb bölgəsində yerləşən və mühüm
strateji əhəmiyyətə malik olan Naxçıvan tarixən elə bir
coğrafi məkanda yerləşmişdir ki, onun sərhəd olduğu
ölkələr Şərq tarixində özünün mədəni nailiyyətləri ilə
həmişə seçilmiş və bütün Şərq xalqlarının mədəni
inkişafına böyük təsir göstərmişdir. Bu mənada Naxçıvanın
forlkloru qonşu, əhalisi əksərən türklərdən ibarət ölkələrin
mədəni nailiyyətləri ilə ortaq cəhətlərə malik olmuşdur.
Naxçıvan folkloru sahəsində alimlərin apardığı saysız
tədqiqatlar da sübut edir ki, Naxçıvanla sərhəd olan
dövlətlərin folkloru ilə bölgənin folkloru arasında genetik-
əlaqələr mövcuddur. Naxçıvanın folklorunda özünə dərin
iz salmış lirik-məhəbbət və qəhrəmanlıq dastanlarında,
nağıllarda, mərasim və mövsüm ayinlərində qardaş türk
xalqlarının ənənələri ilə saysız miqdarda oxşar və ortaq
cəhətlər, xüsusiyyətlər vardır. Folklor örnəklərinin oxşar,
bir sıra hallarda isə eyni məzmun və mahiyyət daşıması
onların bir kökdən, bir ənənədən irəli gəldiyini göstərir.
Qərb bölgəsinin folklorunun, xüsusən məişət və mərasim
ayinlərində istifadə edilən ayrı-ayrı janrların dil, forma, ifa
üslubları onların musiqi ilə sıx bağlı olmasını üzə çıxarır.
Ona görə də Naxçıvanın, ümumiyyətlə götürüldükdə
Azərbaycanın Qərb bölgəsinin zəngin və rəngarəng ənənəvi
milli mədəniyyətinin araşdırılıb üzə çıxarılmasında musiqi
folklorunun öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.
Dövlətimiz müstəqillik əldə edəndən sonra folklorun
inkişaf və perspektivinin təmin olunmasında böyük işlər
görülüb və bu gün də görülməkdədir. Folklora, etnik
mədəniyyətin araşdırılıb üzə çıxarılmasına böyük əhəmiy
yət verən ümummilli lider Heydər Əliyevin iradəsi ilə 2003-
ci ildə AMEA tərkibində Folklor institutunun yaradılması,
«Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması
haqqında»
Azərbaycan
Respublikasının
Qanununda
dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının
2011-ci il 17 may tarixli 124-IVQD nömrəli Qanununun
tətbiqi və «Azərbaycan folkloru nümunələrinin hüquqi
qorunması haqqında» Azərbaycan Respublikası Qanu
nunun icrasının təmin edilməsi barədə» Azərbaycan Res
publikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19
nömrəli
Fərmanında
dəyişiklik
edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 iyun
2011-ci il tarixdə imzaladığı Fərman, 7 fevral 2009-cu ildə
Naxçıvan MR Ali -Məclisinin Sədri Vasif Talıbovun
«Naxçıvan Muxtar .Respublikasında Xalq yaradıcılığı
günlərinin keçirilməsi haqqında» sərəncamı göstərdi ki, bu
sahə daima diqqət mərkəzindədir.
Musiqi-.folklorunun. hər bir nümunəsi sosial hadis
olduğu üçün -bu nümunələrin melopoetik cernantikesuxi?.
etnik mədəniyyətin daşıyıcısı kimi əcdadlarımızın həyat
tərzinin, etnopsixoloji mühitinin, psixoloji durumunun, etik
və estetik dünyagörüşünün izlərini görmək olar. Məsələn:
Naxçıvanın zəngin musiqi folkloru nümunələri arasında
geniş yayılmış «yallılar»m və s. məişət nəğmələrinin
oxumaq və xoreoqrafik rəqs hərəkətləri ilə ifasmda birlik
rəmzini, qadm-kişi, ağsaqqal-gənc münasibətlərinin etik
i o
G
normalarını, milli ənənənin cizgilərini, izlərini görmək olar.
Buna görə də bölgənin folklorunun araşdırılmasında
musiqi folklorunun öyrənilməsi xüsusi əhəmiyyət kəsb
edir.
Müasir musiqişünaslıq elmində müxtəlif xalqların
məhz ənənəvi yolla yaşatdıqları mədəniyyətlərin tədqiqi
xüsusilə zəruri sayılır: «Ənənəvi mədəniyyət müasir həyat
tərzinin bir faktı və tarixi irsin bir hissəsi kimi, yəni
sinxronik və diaxronik aspektlərdə öyrənilməlidir» (127,
s.58).
Naxçıvan folklorunun ayrılmaz tərkib hissəsi olan
musiqi folklorunun öyrənilməsi də bu aspektdən xüsusi
əhəmiyyət daşıyır və öz aktuallığı ilə seçilir. Naxçıvanın
müasir həyatında canlı formada qorunub saxlanılmış və
tez-tez ifa edilən musiqi folkloru janrları, ənənəvi mədə
niyyətin tarixi izlərinin etik-estetik dəyərlərini, etnomədəni
nailiyyətlərinin janr rəngarəngliyini nümayiş etdirir. Bu
baxımdan musiqi folklorunun janr xüsusiyyətlərinin
araşdırılması və təhlil olunması ümumilikdə bölgənin
folklorunun spesifik cəhətlərinin, özünəməxsus regional
xüsusiyyətlərinin ortaya çıxarılmasını, eyni zamanda türk
xalqlarının ortaq mədəni nailiyyətlərinin forma, məzmun,
lad-intonasiya və melodik dil xüsusiyyətlərinin dəqiqləş-
dirilməsini təmin edəcək.
Naxçıvanın zəngin musiqi folkloru musiqişünaslar
və folklorşünas alimlər tərəfindən qismən öyrənilsə də onu
kifayət saymaq olmaz. Çünki zəngin folklor nümunələri
arasında, xüsusən də musiqi folklorunun çoxjanrlı nümu-
Dostları ilə paylaş: |