Getdi ixtiyarım, qaynam formulu bu mahnının mərasimi
mənbəyini qabardır...
6. Mətndə bədii təsvir və ifadə vasitələrinin sadə
semantikası da mahnının mərasimi mənşəyini üzə
çıxarır ( 28s.26)
7. Naxçıvan folkloruna aid «Qayna, samavarım, qayna»
xalq mahnısının melopoetik strukturunun təhlili
göstərdi ki, o, məzmun və formaca, eyni zamanda
semantik xüsusiyyətlərinə görə zəngin milli dəyərlərə
söykənir. Lirik mahnı janrına mənsub olan bu xalq
mahnısı sevgi motivi əsasmdadır.
Naxçıvanın folklor mühitinin xalq mahnı janrmda
müasir mahnı yaradıcılığı formasına xas, yəni nəqərat-
kuplet formasında olan mahnılara da rast gəlmək olur. Bu
janrın struktur forma quruluşu onun yaxın keçmişlə, yəni
XIX əsrin ikinci yarısı və sonu ilə bağlı olmasını təsdiq edir,
C.Cəlilovun toplamış olduğu «Oyanmır yatmış, oyanmır»
xalq mahnısının poetik-semantik strukturu lirik-məhəbbət
janrına məxsusdur. Mahnının mövzu arealı şikayət
xarakterlidir. Poetik təcəssümün əsas məzmunu nəqarətdə
fikirdə öz həllini tapmışdır. Bütün təlatümə, giley-
giizara baxmayaraq «Oyanmır yatmış, oyanmır, qəm günə
batmış oyanmır» fikri mahnının semantikasını təşkil edir.
Mahnının mətn strukturunda kupletlər aaa forması
əsasında yazılmışdır. Beş kupletli mahnıdan nümunə
olaraq bir bəndi göstəririk:
Baxçalar qara boyandı,
Tütünüm ərşə dayandı,
Hamı yatanlar oyandı,
Oyanmır yatmış, oyanmır,
Qəm günə batmış oyanmır. (10, s.298).
Xalq mahnısının mətninin belə strukturda olması
həmqafiyənin intonasiyasının lirik planda olmasını şərt
ləndirir. Nəqəratın sözləri isə öz intonasiyalarına görə
şikayət formasında, əfsusluqla deyilmiş fikri ifadə edir.
Təhlil etdiyimiz xalq mahnısının poetik-semantik strukturu
onun lirik-məhəbbət janrına məxsus olmasını bir daha
təsdiq edir.
Naxçıvanın lirik-məhəbbət xalq mahnı janrına məx
sus mahnılarından biri də «Qalanın dibində» xalq mah
nısıdır. Bu mahnı da, melopoetik strukturuna görə qədim
mahnılar silsiləsinə aiddir. Mahnının mətn strukturu aaabb
forması şəklində yazılmışdır. Mahnı kuplet və nəqarət
formasındadır. Mətnin ilk iki misrası, yəni aa formasında
yazılmış mətn onun kupletini, sonrakı üç abb misraları isə
nəqəratı göstərir. Mahnının mətn strukturu aşağıdakı
şəkildədir:
Qalanm dibində yıxıldım yatdım,
Aynalı tüfəngi doldurdum atdım.
Atlandım, atlıya yüyürdüm çatdım,
Atma qaş, çatma qaş, mən yaralıyam,
Avçıdan qurtulmuş dağ maralıyam. (10, s.87).
Mahnının melostrukturuna görə nəqarətin sözləri iki
dəfə təkrar olunur. Birinci halda birinci iki misra oxunur,
ikinci halda isə sonuncu iki misra ifa edilir. Bu qədim xalq
mahnısı təkcə Naxçıvanda deyil, qonşu ölkələrin mədə
niyyətində də geniş yayılmış xalq mahnılarmdandır. Bu
mahnının
sədalarını
İrandan,
Türkiyədən
ifaçıların
ifasından tez-tez eşitmək olar.
Naxçıvanın folklor mühitində elə mahnılar, folklor
nümunələri də vardır ki, onlar öz melosemantik, poetik
xüsusiyyətlərini bütün bölgələrdə olduğu kimi saxlamışdır.
Onların bəziləri hətta yaxın qonşu ölkələrin folklor mühi
tində də geniş yayılmışdır. Belə musiqi folkloru nümunəsi
kimi «Apardı sellər Saranı» xalq mahnısını göstərə bilərik.
Bu xalq mahnısı Naxçıvan bölgəsinə məxsus olsa da onun
yayılma və geniş inkişaf arealı göstərir ki, mahnının poetik-
semantik mahiyyəti Cənubi Azərbaycanın, İğdırm, Qarsın
əhalisi arasında da sevilir və özünü daha geniş formalarda,
janrlarda göstərir. Məsələn, cənubi Azərbaycan folkloru
örnəklərinə diqqət yetirsək bu havanın mətninin məzmunu
və mövcud rəvayət əsasında böyük bədii filmin ssenarisi
yazılmış və ekranlaşdırılmışdır. Maraqlısı da budur ki,
filmin əsas ana xəttini adını çəkdiyimiz xalq mahnısının
melopoetikası, onun məzmunu təşkil edir. Folklor dünya
mızdan qopub gələn bir xalq mahnısının geniş əhali kütləsi
arasında, onun sosial-mədəni həyatında bu qədər dərin iz
qoyması onu sübut edir ki, folklor örnəkləri xalqımızın
yaddaşında, təfəkküründə qorunaraq onun milli dəyər
lərini yeni, müasir mədəni institutların dili ilə bütün
ч
bəşəriyyətə çatdırılmasında bir meyardır. Bir xalq mah
nısının folklorlaşma prosesindən, süzgəcindən keçərək,
başqa bir janrın (kino) əsas mövzusuna çevrilməsi Naxçıvan
folklor dünyasının zənginliyindən danışır.
«Apardı sellər Saranı» xalq mahnısı folklor mühi
tində «Apardı sellər Saramı» və «Arpaçay gözəli» adları ilə
də tanmır. Cənubi Azərbaycan folklorunda bu xalq mahnısı
artıq rəvayətə çevrilmiş və mövzunun geniş əhatə olun
masında bədii personajların sayı artırılmışdır. Naxçıvan
folklor mühitində «Arpaçay gözəli» adı ilə «Naxçıvan
folkloru» kitabına rəvayət şəklində daxil olmuş bu havanın
məzmununda əsasən üç bədii obraz; on beş yaşlı Sara, onun
xalası oğlu Xançoban və cilovdar Mahmud iştirak edir.
Hadisələrin və rəvayətin bədii-dramaturji inkişafında üç
bədii obrazdan istifadə olunmuşdur (10, s.300).
Cənubi Azərbaycan folklorunda bu rəvayət öz
inkişafını geniş planda, bir növ dastan yaradıcılığına xas
formada tapmışdır. Onun kino ssenarisi şəklində verilmiş
bədii personajları, kütləvi xalq səhnələrində iştirak edən
obrazlar olduqca geniş şəkildədir. Filmdə gənc Saranın
anası, atası, onun xalası, xalası əri, onların oğlu Xançoban,
onun əhatəsində olan el-obanm gəncləri, qohum-əqraba,
həmçinin həmin ərazinin xanı, onun saray əyanları,
təlxəkləri və cilovdar Mahmud bədii obrazları vardır.
Ssenaridə cilovdar Mahmudun Saranı aldadıb qaçırmaq
istəyi xanm əmri ilə həyata keçirilmişdir. Xana ərə get
məmək üçün Sara özünü arpa çayına atır. Bu hadisə son
radan aşıqlarm rəva
3
^ət və dastan formasında qələmə alıb
Dostları ilə paylaş: |