4
5.2. Dürasiya qəpi .................................................................... 237
5.3. Portfel üzrə dürasiya ......................................................... 240
5.4. Faiz dərəcəsinin qabarıqlıq ölçüsü ................................... 241
5.5. Dayanıqlılıq (immunization) ............................................ 243
5.6. Faiz dərəcəsi və gəlir əyrisinin zaman strukturu .............. 245
Cavablar: ..................................................................................... 250
I HİSSƏ ................................................................................... 250
II HİSSƏ .................................................................................. 254
Ə L A V Ə L Ə R ........................................................................ 259
Əlavə 1 ..................................................................................... 259
Əlavə 2 ..................................................................................... 260
Əlavə 3 ..................................................................................... 261
Əlavə 4 – Maliyyə kalkulyatoru .............................................. 262
Əlavə 5 – Kitabda istifadə olunan bəzi beynəlxalq terminlər .. 279
İstifadə olunan ədəbiyyat ............................................................. 285
5
Ön söz
Aktuari ehtimal metodları tətbiq edərək statistik məlumatların
təhlili,
maliyyə
proqnozlarının
verilməsi,
risklərin
qiymətləndirilməsi, sığorta və təkrarsığorta tariflərinin hesablanması,
sığorta ehtiyatlarının, maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin,
habelə investisiya risklərinin qiymətləndirilməsi məsələləri ilə məşğul
olan mütəxəssisdir. İnkişaf etmiş maliyyə bazarlarında aktuarilər ən
əhəmiyyətli funksiyalara malik və ən yüksək qiymətləndirilən
ekspertlərdən hesab olunan mütəxəssisdir. Aktuarilər həmçinin
biznes, maliyyə və sosial sahədə mürəkkəb problemlərin həlləri,
analizi və toplanması üçün riyazi metodlardan istifadə etməklə fərdi
və kooperativ riskləri qiymətləndirir, əsaslanmış sığorta və pensiya
sxemlərini maliyyə cəhətdən inkişaf etdirir. Aktuari riyaziyyat,
iqtisadi, maliyyə, ehtimal, statistik və biznes biliklərindən müəyyən
hadisələrin risklərinin proqnozlaşdırılması və risklərin qiymətini
minimallaşdıran polislərin formalaşdırılması üçün istifadə edir. Bu
səbəbdən aktuari sığorta və təkrarsığorta sahələri üçün zəruridir.
Aktuari ölüm, xəstəlik, qəza, əlillik və ya əmlak itkisi kimi hadisələrin
baş verməsi ehtimalını və mümkün dəyərini qiymətləndirmək üçün
statistik informasiya toplayır və təhlil edir. Aktuari, həmçinin tələb
olunan pensiya gəlirləri ilə pensiya ödənişlərinin səviyyəsini və
investisiya gəlirlərini maksimallaşdırmaq üçün ehtiyatların
investisiya yolları kimi məsələləri öyrənir. Aktuarilər öz biliklər
toplusundan istifadə etməklə sığorta polislərinin, pensiya planlarının
və başqa maliyyə strategiyalarının dizayn və qiymət məsələlərinə bu
planların etibarlı maliyyəyə əsaslanması məqsədilə kömək edir.
Aktuari sığorta tariflərini və sığorta ehtiyatlarını hesablayır, ölüm və
başqa ehtimallara əsaslanan modellər qurur.
Müasir anlamda «aktuari» ixtisasının mənbəyi ilk həyat
sığortası təşkilatında elmi cəhətdən əsaslandırılmış sığorta haqlarının
hesablanması tələbinin yaranması ilə əlaqədardır. İlk aktuar firması
6
1762-ci ildə Böyük Britaniyada yaradılıb. Sonrakı illərdə bazarın
tələbləri belə firmaların sayının sürətlə artmasına səbəb olub. Bu
proses aktuari ixtisaslı təşkilatın yaradılması zərurətinin başa
düşülməsi ilə nəticələndi. Beləliklə, Londonda aktuarilər institutu
(1848) və Edinburqda aktuarilər fakültəsi (1856) yarandı.
Müxtəlif reytinq təşkilatları tərəfindən ən çox illik qazancı
olan 10 peşədən biri kimi qiymətləndirilən aktuari peşəsinin inkişafı
Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Bu səbəblə son illər
respublikamızda da bu fəaliyyət növü inkişaf etməyə başlayıb. Belə
ki, 2008-ci ildə ilk dəfə Maliyyə Nazirliyinin dəstəyi ilə keçirilən çox
mərhələli ”Aktuari hesablamaları” kurslarından sonra bu fəaliyyət
növünün inkişafı geniş vüsət almış, Kursları qismən və ya tam şəkildə
bitirib sertifikat alan məzunların hər biri sığorta şirkətlərinə, Dövlət
Sosial Müdafiə Fonduna, Maliyyə Nazirliyinə və başqa müxtəlif
maliyyə təsisatlarına cəlb edilərək həmin təşkilatların aparıcı
mütəxəssislərinə çevriliblər. Respublikamızda - xüsusən sığorta
bazarında və pensiya fondunda hələ də aktuarilərə böyük ehtiyac
duyulmaqdadır.
Aktuari sahəsinin Azərbaycanda yeni olması və Azərbaycan
dilində dərs vəsaitinin olmaması bu kitabı hazırlamaq zəruriyyəti
yaratmışdır.
Kitab aktuarilər üçün Azərbaycanda və dünyada təşkil edilən
kvalifikasiya imtahanlarına və universitetlərdə aktuari ixtisası üzrə
tədris proqramına əsasən hazırlanmışdır.
Kitabda aktuari olmaq istəyənlər üçün baza biliklər verilməklə
100-dən artıq tətbiqi məsələ həll edilmiş, 200-dən artıq məsələlər
tapşırıq olaraq verilmişdir. Kitab 2 hissədən ibarət olmaqla ehtimal
nəzəriyyəsi, riyazi statistika (tətbiqi məsələlərlə) və maliyyə
riyaziyyatını əhatə edir. Həmçinin kitabın əlavə hissəsində
aktuarilərin hazırlıq və iş prosesində istifadə etdikləri maliyyə
kalkulyatorunun istifadə qaydaları da tətbiq misallarla verilmişdir.
Dostları ilə paylaş: |