Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə24/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   20   21   22   23   24   25   26   27   ...   58

54 
 
baxımdan  bir  çağdan  digər  çağa  keçiĢ  kimi  anlamalıyıq.  Buradakı  çağ  təqvim 
anlamında deyil, düĢüncə anlamında anlaĢılmalıdır. ġübhəsiz ki, bunun təməlində 
indiki zamanda çağdaĢlaĢma eyləmləri (fəaliyyətləri) durmaqdadır. Ġndiki zamanda 
çağdaĢlaĢanı  sağlamaq  çoğunluğun  görəvi  deyildir,  yaradıcı  azğınlığın  görəvidir. 
Bugünkü  milli  hərəkatda  əksik  olan  budur,  yəni  çağdaĢlaĢanı  sağlayan  yaradıcı 
azınlıq  əksikliyi  var.  Tarixin  də  yaradıcısı  və  yön  vericisi  bu  yaradıcı  azınlıqdır.  
BaĢqa dillərdə oxunsa da, öz dilində ciddi yapıtlar (əsərlər) yaradıb və bu vəsilə ilə 
milli ideyanı kitablaĢdırmaq ehtiyacı mövcuddur. Bu surəci mədəni inqilab olaraq 
tanımlayırıq.  
Bu  doğrultuda  Ģübhəsiz  ki,  bəzi  çalıĢmalar  gözə  çarpmaqdadır.  Ancaq  bu 
çalıĢmaların çoxu metodik və ya siyasidir. Fəlsəfi çalıĢmalara rast gəlmirik.  Oysa 
fəlsəfi  etkinliklər  dəyərlər  və  politik  etkinliklər  metodlar  üzərində  dururlar. 
Dəyərlər qalarğı və metodlar dəyiĢkəndir. Və ya metodlar daha tez və dəyərlər isə 
uzun zamanda transformasiyaya uğrarlar. 
Hər  kəs  bilir  ki,  biz  ulus  olaarq  islam  orta  çağında  yaĢayırıq.  Bu  günkü 
Ġranda  fərd  o  qədər  dəyərsizləĢdirilir,  kimliksizləĢdirilir  ki,  onun  özünə  etibarı, 
güvəni  və  öz  nəfsinə  inancı  qalmır.  Dehumanizə  edilən,  dövlətin  böyük  maddi 
imkanları  psixoloji  təbliğatı  vasitəsilə  heysiyyətsizləĢdirilən  insan  özünü  daima 
suçlu  aĢağılıq  kompleksi  içində  hiss  edər.  Dini  istibdad  bütün  dönəmlərdə  insanı 
dehumanizə edərək, onun Tanrı üçün yaĢadığı düĢüncəsini təlqin etmiĢdir. Belə bir 
toplumda və bireydə, əlbəttə ki, Ģəxsi hesiyyətin, milli kimliyin biçimlənməsi çətin 
iĢdir.  Bu  baxımdan  uzun  tarix  boyunca  kimliksiz  yaĢamağımızın  əsas 
səbəblərindən  biri  dini  istibdad  olmuĢdur.  Səlcuqlu,  Osmanlı,  Səfəvi 
dönəmlərindəki  dini  istibdad  milli  həyatımızı  dini  baxıĢlara  yem  etmiĢ,  türklüyü 
ərəb-fars kimlikləri yolunda qurbanlıq etmiĢdir. Belə bir toplum üzvləri, hətta bir-
birinə sayqılı davranmaqda çətinlik çəkirlər. Çünki kökü tarixin dərinliyinə uzanan 
milli  dayanıĢma  örnəyi  mövcud  olmamıĢdır,  dini  dayanıĢma  örnəyi  olmuĢdur. 
Çünki  davranıĢ  uzun  bir  təcrübənin  məhsuludur.  Bu  ortamda  modernitənin  bizim 
yardımımıza gəldiyini yazımın axıĢı içində anlatmağa çalıĢacağam. Yalnız belə bir 
vəziyyətdə  mühacirətin  ortaya  çıxıĢına  tanıq  oluruq.  Yəni  bu  istibdadın  əlindən 
qurtulmaq  üçün  mühacirət  etmək.  Gözümüzün  önündə  davam  edən  və  öz 
yaĢamımızda da tanıq olduğumuz üzrə mühacirət üç yöndə davam edir: 
1.  Beyinlərin  qaçıĢı.  Ölkəmizdə  öz  davranıĢları  və  bilgiləri  ilə  toplumu 
etkiləyə  biləcək  insanlara  elə  Ģərait  yaradırlar  ki,  ölkəni  tərk  etsin.  Bu  növ 
mühacirətlərin verimli olduğunun da bilincində olmalıyıq. Çünki dünyada bir çox 
devrimlərin  təməlini  mühacirlər  atmıĢlar.  Rusiyanın  aydınlanması  mühacirlər 
tərəfindən  gerçəkləĢmiĢdir.  Türkiyənin  aydınlanması  Osmanlı  zülmündən  və 
istibdadından  Batıya  qaçan  aydınlar  tərəfindən  gerçəkləĢmiĢdir.  Əlcəzair 


55 
 
inqilabının  düĢüncə  özəyini  yenə  də  mühacirlər  ĢəkilləndirmiĢdi.  Bu  örnəklərə 
tarixdə çox rastlanırıq.  
2. Ġkinci fərar növü toplumdan və toplumsal yaĢamdan qopub və içə dönük 
bir  həyata  qatılmaqdır.  Sufilik,  xanigahlara  sövq  edilmə,  xəyallara  sığınma  kimi 
həyat Ģəkli bunun açıq örnəyidir. 
3.  UyuĢdurucuya,  içkiyə  sığınma.  Bu  növ  fərar  Ģəklini  günümüzdə  Güney 
Azərbaycanda  görməkdəyik.  Hər  üçü  də  fars  millətçiliyi  mərkəzliyi  mərkəzli  Ģiə 
rejiminin ölkəmizdə uyğuladığı iqtisadi, siyasi və politikadan qaynaqlanmaqdadır. 
Bu vəsilə ilə fars Ģovinizmi bizim milli enerjimizi dejenerasiona uğratmaqdadır. Bu 
bağlamda Güney Azərbaycan milli məsələsini toplumsal bir hərəkat kimi ələ almaq 
ehtiyacı  ortaya  çıxır.  Toplumsal  hərəkatların  bəzi  özəllikləri  var.  Öncə  bunu 
bəlirtmək  gərəkir ki, toplumsal hərəkat iqtidarla  millət irtibatında ortaya çıxan bir 
fenomendir.  Biz  Ġran  miqyasında  bunu  çox  təcrübə  etmiĢik.  Daha  öncə  belə  bir 
görüĢ hakim idi ki, Güney Azərbaycanda Ġran miqyasında geniĢ çaplı və qapsayıcı 
hərəkatları  təĢkil  etmək  və  baĢa  çatdırmaqla  sosial  ədalət  ehtiyacını  bərtərəf  edə 
bilərik.  Ancaq  bütün  bunlardan  bir  nəticə  alınmadı  və  biz  həm  iqtisadi,  həm 
mədəni,  həm  də  siyasi  baxımdan  yoxsulluğa  uğradıldıq,  aldadıldıq.    Aldadıldıq, 
çünki toplumsal hərəkatların onurğasını oluĢduran milli məfkurədən məhrum idik. 
Bu  milli  məfkurəni  bizə  modernitə  və  qloballaĢma  ərməğan  etmiĢdir.  Biz  “sosial 
ədalət”  kimi  anlayıĢları  milli  zehnin  və  bilginin  iĢığında  aydınlığa 
qovuĢdurmamıĢdıq.  Elə  bir  aydınlanma  sürəcini  yeni  baĢlamıĢıq.  Toplumsal 
hərəkat  o  zaman  ortaya  çıxır  ki,  bir  təĢkilat  və  ya  seçkin  insanlar  toplumda  bəzi 
ünsürləri  reform  yolu  ilə  dəyiĢdirmək  və  ya  devrim  yolu  ilə  tamamilə  ortadan 
qaldırmaq  istəyirlər.  Bizim  ən  böyük  sorunumuz  tarix  boyu  bu  “bəzi  ünsürlər” 
olmuĢdur.  Biz  “nəyi  dəyiĢdirmək  və  nəyi  bütünü  ilə  ortadan  qaldırmaq  istəyirik” 
sualına  bu  günə  qədər  yanlıĢ  cavab  vermiĢik  və  bu  yanlıĢlıq  bizə  çox  baha  baĢa 
gəlmiĢdir. Milli kimliyimiz gözardı edilmiĢ və bir çox enerjili gənclərimiz bu yolda 
boĢuna  canlarını  fəda  etmiĢlər.  Fars  Ģovinizminin  isə  hakimiyyəti  bizim 
düĢüncəmizə,  duyğularımıza  və  coğrafiyamıza  davam  etmiĢdir.  Toplumsal 
hərəkatlar  bir  hədəf  doğrultusunda  baĢ  qaldıran  aksiondur.  Bu  aksion  istər  qalib 
olsun,  istər  məğlub  sosial  dəyərləri  və  qurumları  dərindən  etkilər.  Məsələn, 
M.Ə.Rəsulzadə  məğlub  edildi,  onun  siyasi  fəlsəfəsi  Azərbaycan  tarixinin  bağrına 
yazıldı.  Və  ya  Babək  qalasına  yürüĢ  əngəllənmiĢdir,  ancaq  eyni  gündə  millətin 
ağlında və duyğularında Babək qalasına yürüĢ ideyası yaĢayır. 
Bizim milli içərikli sosial hərəkatımız fars iqtidarının və bu min illik tarixin 
sorğulanması  ilə  eyni  zamanda  düĢüncə  həyatını  sürdürməkdədir.  Çünki  burada 
yalnız bir suçlu yoxdur, tək fars Ģovinizmi suçlu deyil. Bizi farslara təslim edən öz 
dəyərlərimiz  də  yarqılanmaqdadır.  Bizim  cəhalətimiz  üzərinə  inĢa  edilən  fars 
Ģovinizminin məĢrutiyyətini iki olqu sual altına aparmaqdadır: 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə