Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə27/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   23   24   25   26   27   28   29   30   ...   58

60 
 
DaĢqalaq.  Bu  cəza  əsasən  qadınlara  verilir.  DaĢqalaq  cəzasına  məhkum 
edilən  qadın  geniĢ  bir  meydanda  belinə  qədər  yerə  basdırılır  və  ətrafa  toplaĢan 
məmurlar  tərəfindən  öncədən  gətirilmiĢ  daĢlarla  həmin  Ģəxs  ölənə  qədər  vurulur. 
Bu cəza çox zaman nigah olmadan cinsi əlaqəyə girən qadınlara verilir. 
ġallaqlama.  Molla  hakimiyyətində  Ģallaq  cəzası  ən  kütləvi  cəzalardan 
hesab  olunur.  ġallaq  cəzası  həm  həbsxana  daxilində,  həm  də  əhalinin  gözü 
qarĢısında  icra  olunur. ġallağa  məhkum edilən  Ģəxsin alt paltarından baĢqa  bütün 
geyimləri  çıxarılır,  üzü  üstə  uzadılır  və  təxminən  dörd  nəfər  bu  hökmü  icra  edir. 
Bir nəfər vurur, bir nəfər vurulan Ģallağı sayır və digər iki nəfər də Ģallaq vurulan 
Ģəxsi tutub saxlayır. ġallaq hökmü iki növ olur: yüngül və ağır zərbəli. ġallaqların 
sayı  ittihamın  yüngül  və  ağırlığından  asılı  olur:  ən  azı  40  zərbədən  360  zərbəyə 
qədər. Bu cəza üsulu əksər hallarda siyasi və ictimai ittihamlara Ģamil edilir. 
Bədən  əzalarının  kəsilməsi.  Bu  cəza  üsulu  adətən  oğurluq  edən  Ģəxsə 
tətbiq  olunur.  ĠĢgəncə  məhbusun  barmaq,  əl,  qol  və  ayaqlarının  iti  alətlə  (çox 
zaman balta ilə) kəsilməsi ilə həyata keçirilir. 
Yararlı  daxil  orqanların  çıxarılması.  Ölüm  cəzasına  məhkum  edilən 
Ģəxsin  sağlam  orqanlarının  bəziləri  edamdan  öncə,  bəziləri  isə  edamdan  sonra 
çıxarılır.  Bu  fakt  dəfələrlə  edam  olunan  Ģəxslərin  ailə  üzvləri  və  yaxınları 
tərəfindən təsdiq olunmuĢdur. Öna görə də indi edam olunan Ģəxslər əksər hallarda 
ailələrinə təhvil verilmədən dəfn edilir. 
Kisəyə  qoyularaq  hündür  binadan  atılmaqla  öldürmə.  Belə  dəhĢətli 
cəzalar Ġranda dəfələrlə icra olunmuĢdur. Bu cəza əsasən qadınlara Ģamil edilir. Bu 
cəzaya  məhkum  edilən  Ģəxs  hündür  binanın  üstünə  çıxarılaraq  orada  əl-ayağı 
bağlanmıĢ vəziyyətdə xüsusi torbaya qoyulur və  yerə atılır. Əksər hallarda həmin 
Ģəxslərin sağlam orqanları çıxarılır. 
KiĢilərin  xədim  edilməsi.  Bu  iĢgəncə  üsulu  siyasi  və  iradəcə  möhkəm 
insanların iĢgəncəsi zamanı baĢ verir. Həbsxana və təcridxanalarda hansısa ittihamı 
qəbul etməyən insanlara tətbiq olunur. Xədim olunma fiziki və ruhi iĢgəncələrdən 
hesab olunur. Çox hallarda xədim edilən Ģəxslər qanaxma nəticəsində ölür. Bu növ 
iĢgəncələr  Tehranın  Evin  həbsxanasında  209-cu  kamerada  dəfələrlə  məhbuslara 
qarĢı həyata keçirilmiĢdir. 
Qadınların  döĢlərinin,  cinsiyyət  üzvlərinin  kəsilməsi  və  yandırılması. 
Ġranın  həbsxanalarında  bu  iĢgəncə  üsulu  əsasən  hakimiyyət  əleyhinə  olan  siyasi 
fəallara  qarĢı  tətbiq  edilir.  Ġranın  daxilində  və  mühacirətdə  bu  növ  iĢgəncələrə 
məruz  qalan  insanlar  saysız-hesabsızdır.  Bu  cəza  və  iĢgəncələr  əksər  hallarda 
zorlama  və  Ģəxsiyyəti  alçaltma  ilə  müĢayiət  olunur.  Həbsxanada  zorlanan  və 
Ģəxsiyyəti təhqir olunan qadınların daha sonra döĢləri və cinsi orqanları kəsilir və 
yandırılır.  


61 
 
Bədənin  ütülənməsi.  Ġran  molla  hakimiyyətinin  təhlükəsizlik  orqanlarında 
həbsxana  və  gizli  təcridxanalarında  iĢgəncələrə  müqavimət  göstərən  siyasi 
məhbuslara  tətbiq  olunur.  Elektrik  ütüsü  vasitəsiylə  məhbusun  bel  və  ayaqlarının 
altını  yandırmaq  üçün  istifadə  edilir.  Bu  zaman  məhbusun  bel  və  ayaqları  xüsusi 
bir masaya bağlanır və qızdırılmıĢ ütü ilə onun bədəni yandırılır. 
Damğalama.  Qazda  qızdırılmıĢ  məftil  və  ya  dəmir  çubuqlarla  məhbusun 
bədəninin  müxtəlif  yerləri  damğalanaraq  yandırılır.  Yaxud  da  qızarmıĢ  alətlərlə 
məhbusun bədəninə yazılar və Ģüarlar yandırılaraq həkk olunur. Damğalama bəzən 
yanan siqaretlə də həyata keçirilir. 
Göz  çıxarma.  Bu  iĢgəncə  üsulu  adətən  kiĢilərin  hansısa  yüksək  rütbəli 
dövlət məmurunun arvadına  və  ya qızına  “baĢqa  niyyətlə” baxdığı üçün məhkum 
edilmiĢ  Ģəxslərə  tətbiq  olunur.  Belə  ki,  həmin  Ģəxsi  gizli  və  xüsusi  klinikalara 
aparıb xüsusi alətlərlə onun gözlərini çıxarırlar. 
DiĢlərin  sındırılması.  Belə  hallar  əksər  iĢgəncələrdə  öz  təsdiqini  tapır. 
Məhbusun diĢləri adi kəlbətinlə sındırılaraq çıxarılır. Çox zaman məhbus bir neçə 
nəfər tərəfindən döyülərək onun diĢləri, çənəsi sındırılır. 
Saçların  yolunması  və  yandırılması.  Bu  cəza  üsulu  əksər  hallarda  molla 
qanunlarına  tabe  olmayan  və  saçlarını  uzun  saxlayan  gənc  oğlan  və  qızlara  qarĢı 
həyata  keçirilir.  Belə  ki,  ictimai  asayiĢi  pozmaq  bəhanəsiylə  gənc  oğlan  və  qızlar 
küçələrdə  məmurlar  tərəfindən  həbs  edilərək  polis  və  təhlükəsizlik  orqanlarında 
onların Ģərəf və ləyaqətini təhqir etməklə  yanaĢı, saçlarını ya əllərilə  yolur, ya da 
küt bıçaq və qayçı ilə qırxır və ya yandırırlar. 
Qol,  qıç,  bel  və  boyun  sındırılması.  Bir  neçə  nəfər  həbsxana  və  ya 
təhlükəsizlik məmurunun məhbusu küt alətlərlə döyməsi nəticəsində həmin Ģəxsin 
qol, qıç, əl, ayaq, boyun və beli sındırılır. ĠĢgəncə zamanı əksər hallarda məhbusun 
beyni,  ciyəri,  böyrəyi  və  digər  daxili  orqanları  ağır  xəsarət  alaraq  onun  həlak 
olması ilə nəticələnir. 
Zorlama.  Bu  alçaldıcı  iĢgəncə  üsulu  Ġranın  bütün  həbsxana  və 
təcridxanalarında  qadın  və  ya  kiĢi  məhbuslara  qarĢı  istifadə  olunur.  Siyasi 
məhbusların  Ģəxsiyyətlərini  alçaltmaq  molla  hakimiyyətinin  baĢlıca  hədəflərindən 
hesab olunur.   Cinsi zorakılıq  əksər hallarda qadınlara Ģamil edilsə də, Ġran  molla 
hakimiyyəti  məhbus  kiĢilərə  qarĢı  da  bu  iĢgəncədən  istifadə  etməkdədir.  Zorlama 
əsasən  bir  neçə  məmur  və  həbsxana  məsulları  tərəfindən  həyata  keçirilir.  Edama 
məhkum  edilən  qadınlar  və  qızlar  əksər  hallarda  dəfələrlə  cinsi  zorakılığa  məruz 
qoyulur.  KiĢilərin  alçaldılması  üçün  də  bu  üsuldan  istifadə  edilir.  Məhbusu  təhqir 
etmək üçün isti dəmir, butulka və s. istifadə olunur. 
Dəmir seyfdə saxlama. Məhbusu bədən ölçüsündən xeyli kiçik dəmir və ya 
beton  seyflərdə  uzun  müddətli,  ac-susuz  saxlamaqla  müĢayiət  olunan  cəza 
üsuludur. Bu iĢgəcə üsulunda məhbus nə ayaq üstə dura, nə də otura bilir. Məhbus 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə