H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   22   23   24   25   26   27   28   29   ...   60

2.2.  Hakimin  məhkəmə  iclasının  gediĢində  və  məhkəmədən  kənarda  davranıĢı  onun  və  məhkəmə 
orqanlarının  obyektivliyinə  cəmiyyətin,  hüquq  peĢəsi  nümayəndələrinin  və  məhkəmə  prosesi 
tərəflərinin inamının saxlanmasına və artırılmasına kömək etməlidir. 
 
ġərh 
 
Hakim tarazlığı saxlamalıdır. 
61.  Hakim  məhkəmə  icraatı  normalarının  hər  hansı  pozuntusu  hallarına  yol  vermədən  məhkəmə 
prosesinin  lazımınca  və  səmərəli  aparılmasını  təmin  etməyə  borcludur.  Bu  məqsədə  nail  olmaq  üçün 
hakimə müəyyən ciddilik və möhkəm iradə lazımdır. Hakim zəruri tarazlığı saxlamalıdır, çünki o, prosesi 
səmərəli  aparmalı  və  bu  zaman  kənar  müĢahidəçinin  nəzərində  qərəzsizliyin  olmaması  təsəvvürünü 
yaratmamalıdır.  Hakim  tərəfindən  öz  məhkəmə  funksiyalarının  icrası  zamanı  sağlam  düĢüncəli 
müĢahidəçinin nəzərində onun qərəzsiz olmamasına dair Ģübhələr yaradan (və ya yarada bilən) istənilən 
hərəkətlərdən  çəkinmək  zəruridir.  Əgər  bu  cür  Ģübhələr  yaranırsa,  onlar  təkcə  çəkiĢən  tərəflərin  deyil, 
həm də cəmiyyətin bütövlükdə məhkəmə hakimiyyətinə olan inamını sarsıdır.   
 
Məhkəmə araĢdırması zamanı çəkinilməli olan davranıĢ 
62.  Tərəflər  məhkəmə  prosesinə  böyük  ümidlər  bağlayırlar.  Təbii  ki  xeyrinə  qərar  çıxarılmamıĢ  tərəflər 
bəzən  məhkəməni  əsassız  olaraq  qərəzlilikdə  günahlandırmağa  çalıĢırlar.  Ona  görə  də,  belə  rəyin 
yaranmasına əsas ola biləcək halları aradan qaldırmaq və ya minimuma endirmək üçün mümkün olan hər 
Ģeyi  etmək  zəruridir.  Hakim  qabaqcadan  hasil  olan  qənaət  və  ya  qabaqcadan  formalaĢmıĢ  yanlıĢ  fikir 
münasibətini  ifadə  edən  kimi  qəbul  oluna  bilən  davranıĢa  yol  verməməyə  çalıĢmalıdır.  Məhkəmənin 
qərəzsizliyinə  olan inamı sarsıda bildiyi  üçün vəkillərin ünvanına  əsassız iradlardan, iĢ  üzrə  tərəflərə  və 
ya  Ģahidlərə  münasibətdə  təhqiramiz  və  yersiz  ifadələrdən,  əvvəlcədən  tərtib  olunmuĢ  rəyin  olmasına, 
həmçinin səbrsiz davranıĢa dəlalət edən bəyanatlardan çəkinmək lazımdır. 
 
Məhkəmə araĢdırmasının aparılması gediĢinə mütəmadi müdaxilədən çəkinmək lazımdır.  
63.  Hakim  iĢin  hallarının  dəqiqləĢdirilməsi  üçün  suallar  verə  bilər,  lakin  əgər  o,  məhkəmə  iclasının 
gediĢinə mütəmadi müdaxilə edirsə və mülki iĢ üzrə icraatı praktiki olaraq öz nəzarətinə götürürsə və ya 
cinayət  iĢi üzrə  icraatda  prokurorun  rolunu  yerinə  yetirirsə  və baxılan iĢ  üzrə  çıxarılan qərarda müvafiq 
nəticələrə gəlmək üçün onun apardığı dindirmənin nəticələrindən istifadə edirsə, bu halda hakim həm də 
vəkil  və  Ģahidə  çevrilir  ki,  bunun  nəticəsində  tərəflərin  ədalətli  məhkəmə  araĢdırması  hüququ 
reallaĢdırılmamıĢ qalır.  
 
Xəbərdarlıq  edilmədən  və  ya  digər  tərəfin  iĢtirakı  olmadan  (ex  parte)  yaradılan  əlaqələrdən 
çəkinmək lazımdır. 
64.  Obyektivlik  və  qərəzsizlik  prinsipi,  bir  qayda  olaraq,  hakimlə  və  tərəflərdən  hər  hansı  biri  və  ya 
onların qanuni nümayəndələri, Ģahidlər və ya andlı iclasçılar tərkibinin üzvləri ilə Ģəxsi əlaqələri qadağan 
edir. Hakim tərəfindən Ģəxsi xarakterli belə məktub, məlumat və  ya ismarıc alındıqda, digər tərəfləri bu 
barədə  dolğun  və  təxirəsalınmadan  məlumatlandırmaq  və  məhkəmə  iclas  protokolunda  müvafiq  qeyd 
aparmaq vacibdir. 
 
Məhkəmədən kənarda çəkinilməli olan davranıĢ 
65. Hətta məhkəmə binasından kənarda belə, qərəzsizliyin olmaması kimi Ģərh edilə biləcək ifadələrdən 
və  davranıĢdan  çəkinilməlidir.  Praktiki  olaraq  hər  Ģey  -  hakimin  əlaqə  dairəsindən  və  ya  iĢgüzar 
maraqlarından tutmuĢ yalnız xəfif zarafat kimi hesab etdiyi iradlaradək - onların qərəzsizliyini cəmiyyətin 
nəzərində  Ģübhə  altına  qoya  bilər.  Üzərinə  hakim  vəzifəsini  qəbul  etdikdən  sonra  bu  və  ya  digər 


partiyanın  dəstəklənməsinə  yönələn  istənilən  siyasi  fəaliyyətə  və  ya  siyasi  xarakterli  istənilən  əlaqələrə 
xitam  verilməlidir.  Hakimin  siyasi  fəaliyyəti,  cəmiyyətdə  fikir  ayrılığı  və  ziddiyyətlər  yaradan  siyasi 
məsələlərlə  bağlı  məhkəmədən  kənarda  verdiyi  bəyanatlar  qədər,  onun  qərəzsizliyini  Ģübhə  altına  sala; 
bundan baĢqa, bir tərəfdən, məhkəmə hakimiyyəti, digər tərəfdən isə, hakimiyyətin icra və qanunverici 
qolları arasında olan qarĢılıqlı münasibətlərin xarakteri ilə əlaqədar  cəmiyyətin yanılmasına gətirib çıxara 
bilər.  Bu  və  ya  digər  siyasi  partiyanı  dəstəkləməyə  yönələn  hərəkətlər  və  bəyanatlar  mahiyyətcə  onu 
bildirir  ki,  hakim  açıq  Ģəkildə  tərəflərdən  hər  hansı  birinin  tərəfində  olur.  Qərəzlilik  görüntüsü  o  halda 
daha da artır ki, hakimin hərəkətləri qaçılmaz olaraq tənqid və ya təkzib obyektinə çevrilmiĢ olsun. BaĢqa 
sözlə, özünün imtiyazlı vəzifə mövqeyindən siyasi sahədə çıxıĢ etmək üçün istifadə edən hakim bununla 
cəmiyyətin  məhkəmə  hakimiyyəti  sisteminin  qərəzsizliyinə  olan  inamını  da  zərbə  altına  qoymuĢ  olur. 
Lakin bu qaydadan istisnalar da vardır. Buraya, xüsusən, hakimin müvafiq halda məhkəmə hakimiyyəti 
institutunun  müdafiəsi  ilə  bağlı  verdiyi  Ģərhlər  və  ya  cəmiyyətə,  yaxud  xüsusi  auditoriyaya  konkret 
hüquqi məsələlərin və ya konkret qərarların izah edilməsi, həmçinin əsas insan hüquqlarının müdafiəsi və 
hüququn  aliliyinin  dəstəklənməsi  ilə  əlaqədar  fəaliyyət  daxildir.  Lakin  hətta  bu  hallarda  belə,  hakim 
imkan  daxilində  siyasi  baxımdan  qərəzli  kimi  görünə  bilən  mübahisə  və  ya  müzakirələrə  cəlb 
olunmaqdan  qaçmalıdır.  Hakim  insanlara  hansı  siyasi  və  ya  sosial  baxıĢları  dəstəkləmələrindən  asılı 
olmayaraq  xidmət  etməlidir.  Məhz  buna  görə  də,  hakim  öz  imkanları  daxilində  cəmiyyətin  inamını 
saxlamağa çalıĢmalıdır. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə