2.5. Əgər iĢ üzrə obyektiv qərarın çıxarılması onun üçün mümkün görünmürsə və ya kənar
müĢahidəçidə hakimin qərəzsizliyinə Ģübhələr yarana bilərsə, hakim özü-özünə etiraz
etməlidir.
ġərh
Kənar müĢahidəçi
77. “Banqalor prinsipləri”nin layihəsində söhbət hakimin məsələni qərəzsiz həll etməyə qabil olmadığını
“hesab edə bilən” “ağıllı, sağlam düĢüncəli və məlumatlı Ģəxs”dən gedirdi. “Banqalor prinsipləri”ndə əks
olunan ifadə forması - “kənar müĢahidəçidə Ģübhələr yarana bildikdə” - 2002-ci ilin noyabrında Haaqada
təĢkil olunan iclasda “kənar müĢahidəçi” dedikdə “sağlam düĢüncəli və məlumatlı müĢahidəçinin” baĢa
düĢülməsini nəzərə almaqla razılaĢdırılmıĢdır.
“Heç kəs öz Ģəxsi iĢi üzrə hakim ola bilməz”.
78. Heç kəsin öz Ģəxsi iĢi üzrə hakim ola bilməməsi təməl prinsiplərdəndir. Bu prinsip məhkəmələrin
təfsirində iki oxĢar, lakin eyni olmayan Ģərhi nəzərdə tutur. Birincisi, o, sözün hərfi mənasında təfsir
oluna bilər: əgər hakim məhkəmə iĢində tərəfdirsə və ya onun nəticəsində iqtisadi marağı varsa, onda öz
Ģəxsi iĢində həqiqətən hakim rolunda çıxıĢ etmiĢ olur. Bu, hakimin özü-özünə etirazı üçün kifayət edən
əsas hesab olunur. Ġkincisi, bu prinsip hakim iĢdə tərəf sayılmadığı və onun nəticəsində iqtisadi marağının
olmadığı halda, özünü onun qərəzsizliyinə Ģübhə doğuran Ģəkildə apardıqda (məsələn, iĢ üzrə tərəflərdən
hər hansı biri ilə dostluq etməsi) da tətbiq edilir. Belə vəziyyət heç kəsin öz Ģəxsi iĢi üzrə hakim ola
bilməməsi prinsipinin tətbiqinə nümunə sayılmır, çünki hakimin real və ya görünən qərəzliliyi, bir qayda
olaraq,
onun özü deyil, baĢqa Ģəxs üçün faydanı əks etdirir.
57
Tərəflərin razılığa gəlməsi mühüm əhəmiyyət kəsb etmir.
79. Əgər hətta tərəflər özü-özünə etiraz etməli olduğunu hesab edən hakimin məhkəmə prosesində
iĢtirakına razılıqlarını ifadə edirlərsə, bu, hakimin iĢə baxılmasında sonrakı iĢtirakına haqq qazandırmır.
Çünki cəmiyyət maraqlıdır ki, ədalət mühakiməsinin həyata keçirilməsinin qərəzsizliyinə hər hansı
Ģübhələr olmasın. Bununla belə, əksər ölkələrdə məhkəmə prosesinin tərəfləri qərəzsizliklə bağlı
tələblərindən rəsmi imtina etmək hüququna malikdirlər. Belə imtina kifayət qədər əsaslandırıldıqda,
tərəflərin hakimə etiraz üçün əsas ola bilən halların mövcudluğu ilə bağlı etirazını aradan qaldırır.
Hakimin faktları tam açıqlamaq vəzifəsi
80. Hakim iki halda faktları protokola daxil etməklə elan edir və tam açıqlayır və tərəflərə öz
mülahizələrini təqdim etmək xahiĢi ilə müraciət edir. Birincisi, əgər hakim özü-özünə etiraz üçün sübut
olunan əsasların mövcud olduğunu ehtimal edirsə, lakin buna tam əmin deyildirsə. Ġkincisi, əgər iĢə
məhkəmədə baxılanadək və ya məhkəmə araĢdırmasının gediĢində gözlənilmədən hər hansı mübahisəli
məsələ ortaya çıxarsa. Tərəflərə öz mülahizələrini təqdim etmək xahiĢi ilə müraciət edərkən, hakim bu
müraciətin tərəflərdən və ya onların müdafiəçilərindən özü-özünə etiraza razılıq almaq üçün deyil, özü-
özünə etiraz üçün sübut olunan əsasların mövcud olması, həmçinin bu halda həmin hakimin məhkəmə
araĢdırmasında iĢtirakı doktrinasının tətbiq oluna bilməsi məsələsinin həllində ona kömək etmələri
məqsədilə edildiyini vurğulamalıdır. Hakimin Ģübhələri real əsasa malik olduqda, bu məsələ, bir qayda
olaraq, hakimə etirazın lehinə həll olunur.
Qabaqcadan hasil olan qənaətin mövcudluğuna dair əsaslandırılmıĢ ehtimal
57
R v. Bow Street Stipendiary Magistrate, Ex parte Augusto Pinochet Ugarte (No.2), House of Lords, United Kingdom, [1999] 1 LRC 1.