2.5.2. eyni mübahisə predmetinə əvvəllər baxılması zamanı hakim vəkil qismində çıxıĢ etmiĢsə və ya
mühüm Ģahid qismində cəlb edilmiĢsə;
ġərh
Vəkil vəkillik kontorunun digər üzvlərinə görə məsuliyyət daĢımır.
94. Hakim əvvəllər fərdi vəkillik təcrübəsi ilə məĢğul olmuĢsa, azad peĢə sahibi - vəkillik kontorunda
iĢləyən vəkil kimi müstəqil statusu onu həmin kontorun digər üzvlərinin iĢi ilə bağlı istənilən
məsuliyyətdən və həmçinin, onların iĢləri haqqında ətaflı məlumata malik olmaq vəzifəsindən azad edir.
ĠĢləyən hüquqĢünaslar öz partnyorlarının peĢə hərəkətlərinə görə məsuliyyət daĢıyırlar.
95. Hər hansı hüquq firmasında və ya Ģirkətində iĢləyən vəkil və ya hüquq məsləhətçisi həmin firmanın
digər partnyorlarının peĢə hərəkətlərinə görə hüquqi məsuliyyət daĢıya bilərlər. Ona görə də, gələcək
partnyor kimi firmanın və ya Ģirkətin üzvü, hətta heç vaxt onların maraqlarını müdafiə etməli olmadıqda
və onların iĢləri barədə məlumatlandırılmadıqda belə, firmanın müĢtəriləri qarĢısında məsuliyyət daĢıya
bilər. Müvafiq olaraq, əvvəllər belə firmanın və ya Ģirkətin üzvü olmuĢ hakim bu vəzifəyə təyin
olunanadək özünün və ya keçmiĢ firmasının hər hansı qisimdə bilavasitə aidiyyəti olduğu istənilən iĢdə
hakim kimi iĢtirak etməməlidir.
Hökumət təĢkilatında və ya hüquq məsləhətxanasında iĢ
96. Hakimin əvvəllər hökumət təĢkilatında və ya hüquq məsləhətxanasında iĢləməsi faktından irəli gələn
qabaqcadan hasil olan qənaət münasibətinin mövcudluğunun qiymətləndirilməsi zamanı həmin təĢkilatda
və ya məsləhətxanada hüquqi təcrübənin xüsusiyyətlərini, həmçinin hakimin əvvəllər yerinə yetirdiyi
inzibati, məsləhət və ya nəzarət xarakterli funksiyaları nəzərə almaq zəruridir.
Hakim əvvəllər eyni mübahisə predmetinə baxılması zamanı mühüm Ģahid qismində cəlb
edilmiĢdir.
97. Belə qaydanın mövcudolma səbəbi ondadır ki, hakim özü tərəfindən verilmiĢ Ģahid ifadələrinə
münasibətdə sübutedici qərarlar çıxara bilməz və bu cür hallarla bağlı yarana bilən qeyri-münasib
vəziyyətə düĢməməlidir.
2.5.3. hakim və ya onun ailə üzvləri baxılan iĢin nəticəsində maraqlıdırsa.
ġərh
Hansı hallarda maddi maraq hakimə etiraz üçün əsas kimi çıxıĢ edir?
98. Bir qayda olaraq, hakim necə həll olunacağından asılı olaraq, hakimin (və ya onun ailə üzvünün)
maliyyə baxımından uda və ya uduzacağı ilə bağlı iĢə baxılmasında iĢtirakdan özü-özünə etiraz edir. Belə
vəziyyət o halda da mövcud ola bilər ki, hakim məhkəmə mübahisəsinin tərəflərindən biri olan Ģirkətdə
səhmlərin böyük əksəriyyətinə malik olur və baxılan iĢin nəticəsi hakimin maliyyə maraqlarına real təsir
edə, yaxud təsir edən kimi qəbul oluna bilər. Əgər iĢdə tərəf kimi açıq səhmdar cəmiyyəti iĢtirak edirsə və
hakim oradakı səhm paylarının ümumi miqdarının az hissəsinə malikdirsə, iĢə baxılmasında iĢtirak etmək
hüququndan məhrum edilmir, çünki iĢin nəticəsi, bir qayda olaraq, onun maliyyə maraqlarına təsir etmir.
Lakin əgər məhkəmə mübahisəsinin nəticəsindən Ģirkətin gələcəyi və sonrakı varlığı asılıdırsa, iĢ baĢqa
cür də ola bilər. Belə halda, konkret hallardan asılı olaraq, iĢin nəticəsinə hakimin maliyyə maraqlarına
real təsir edən kimi baxıla bilər.
“Maddi maraq” nəyə Ģamil olunmur?
99. “Maddi maraq” anlayıĢı hakimin, məsələn, qarĢılıqlı və ya ümumi investisiya fondundakı aktivlərinə
və ya paylarına; maliyyə təĢkilatları, qarĢılıqlı ssuda-əmanət assosiasiyaları və ya kredit ittifaqlarındakı
depozitlərinə; yaxud sahibi olduğu dövlət qiymətli kağızlarına Ģamil olunmur, bir Ģərtlə ki, məhkəmə
prosesi belə aktivlərin və ya payların dəyərinə əhəmiyyətli təsir göstərə bilməsin. Hakimin iĢə
baxılmasında iĢtirakına etiraz, həmçinin o halda tələb edilmir ki, hakim baxılan iĢdə tərəf kimi iĢtirak
edən bankın, sığorta Ģirkətinin, kredit kartları xidməti üzrə Ģirkətin və s. adi müĢtərisi sayılır, bir Ģərtlə ki,
həmin hakimin özünün cəlb olunduğu mübahisə və ya xüsusi tranzaksiya olmasın. Hakimin həyat yoldaĢı,
valideynləri və ya uĢaqlarının direktor, müĢavir, məsləhətçi və s. qisimdə iĢləyə bildikləri təhsil, xeyriyyə
və ya ictimai təĢkilatın qiymətli kağızların sahibi ola bilməsi faktı hakimin belə təĢkilatlara münasibətdə
maddi marağının olması anlamına gəlmir. Eynilə, maliyyə nəticələri əhəmiyyətli dərəcədə
proqnozlaĢdırılmayan və çox uzaq perspektivə aid olan iĢlərə münasibətdə maddi marağın müəyyən
edilməsi üçün istifadə olunan meyarın tətbiqi, bir qayda olaraq, hakimin kənarlaĢdırılmasına gətirib
çıxarmır. Bununla belə, bu cür hallarda hakim, əgər tərəfləri, açıq məhkəmə iclasında elan etdiyi
məlumatları onlarla təkcə tərəflərin vəkillərinin deyil, həm də özlərinin tanıĢ ola bilmələri üçün protokola
daxil etməklə, hər hansı belə hallar barədə məlumatlandırırsa, ağıllı və tədbirli hərəkət etmiĢ olur. Çox
vaxt nəinki hakimin peĢə həmkarları, qeyri-peĢəkarlar daha çox hər Ģeydən Ģübhələnən və heç kəsə etibar
etməyən olurlar.
Həmin iĢə baxılması üçün heç bir digər məhkəmə təyin edilə bilmədikdə və ya həllinin ləngidilməsi
ciddi məhkəmə səhvlərinə gətirib çıxara bilən iĢin təcili xarakterini nəzərə alaraq, hakim iĢə
baxılmasında iĢtirak etməkdən kənarlaĢdırıla bilməz.
ġərh
Zərurət nəzəriyyəsi
100. Fövqəladə hallar yuxarıda göstərilən prinsipdən kənara çıxmanı tələb edə bilər. Zərurət nəzəriyyəsi,
əks təqdirdə məhkəmə icraatında iĢtirakdan uzaqlaĢdırılan hakimə, bunun icra olunmaması ədalət
mühakiməsindən imtinaya gətirib çıxara bilən hallarda, iĢə baxmaq və həmin iĢ üzrə qərar çıxarmaq
imkanı verir. Belə zərurət, məhkəmə icraatında iĢtirakdan kənarlaĢdırılmamıĢ baĢqa hakim olmadıqda,
yaxud məhkəmə prosesinin təxirə salınması və ya qeyri-düzgün məhkəmə araĢdırması ciddi çətinliklərə
səbəb olarsa və ya həmin hakimin iĢtirakı olmadan iĢə baxılması və iĢ üzrə qərar çıxarılması qeyr-
mümkündürsə, yarana bilər.
64
Əlbəttə, bu cür zərurət nadir və xüsusi hallarda meydana çıxır. Lakin belə
vəziyyət bəzi hallarda hakimlərin məhdud sayına malik olan və üzərlərinə konstitusion hüquqların
müdafiəsi və baĢqa hakimlərlə əvəz edilə bilməyən apellyasiya icraatı üzrə mühüm funksiyalar həvalə
olunmuĢ son instansiya məhkəmələrində yarana bilər.
64
Bax: The Judges v Attorney-General of Saskatchewan, Privy Council on appeal from the Supreme Court of Canada, (1937)
53 TLR 464; Ebner v Official Trustee in Bankruptcy, High Court of Australia, [2001] 2 LRC 369; Panton v Minister of
Finance, Privy Council on appeal from the Court of Appeal of Jamaica, [2002] 5 LRC 132.
Dostları ilə paylaş: |