H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   29   30   31   32   33   34   35   36   ...   60

barədə təsəvvürü ilə necə uzlaĢmasındadır. Müvafiq olaraq, bu məsələnin qiymətləndirilməsi zamanı altı 
amili nəzərdən keçirmək təklif olunur: 
(a) hərəkət ictimai və ya Ģəxsi xarakter daĢıyırmı və qüvvədə olan qanuna ziddirmi; 
(b) bu davranıĢ Ģəxsi hüquq kimi hansı dərəcədə qorunur; 
(c)  hakim  öz  vəzifələrinin  icrası  zamanı  hansı  dərəcədə  diskresion  hüquq  və  ehtiyatlılıq  nümayiĢ 
etdirir; 
(d)  baxılan  hərəkət  və  ya  davranıĢ  aid olduğu  Ģəxslərə mühüm  zərər vurmuĢdurmu  və  baĢqalarına 
münasibətdə təhqiredici olmuĢdurmu; 
(e)  baxılan  hərəkət  və  ya  davranıĢ  cəmiyyətə  və  ya  onun  ayrı-ayrı  üzvlərinə  qarĢı  hansı  dərəcədə 
hörmət və ya hörmətsizlik nümayiĢ etdirir;    
(f)  baxılan  hərəkət  və  ya  davranıĢ    hansı  dərəcədə  qabaqcadan  hasil  olan  qənaət  münasibətinin, 
qabaqcadan formalaĢmıĢ yanlıĢ fikrin və ya lazım olmayan təsirin mövcudluğunu göstərir. 
Hesab edirlər ki, davranıĢın bu və  ya digər oxĢar amilləri nəzərə almaqla qiymətləndirilməsi cəmiyyətin 
gözləntiləri ilə hakimin hüquqları arasında tarazlığı müəyyən etməyə kömək edər.
66
 
 
Məhkəmə iclasında davranıĢ 
107. Konkret vəziyyətlərdə tətbiq edilən qaydalardan asılı olaraq, məhkəmə iclasında hakim adətən elan 
etdiyi  qərarın  hüquqi  əsaslandırılmasının  mahiyyətini  dəyiĢmir.  Digər  tərəfdən,  xətaların,  stilistik, 
qrammatik  və  sintaktik  səhvlərin  düzəldilməsi,  həmçinin  qərarın  əsaslandırıcı  hissəsinin  Ģifahi  elan 
olunması zamanı buraxılmıĢ sitatların daxil edilməsi yolverilən sayılır. Eynilə, protokollaĢdırılmıĢ mətndə 
hakimin  əslində  nə  dediyinin  düzgün  əks  etdirilmədiyi  hallar  istisna  olmaqla,  həmin  mətnə  hakim 
tərəfindən  bildirilmiĢ  andlı  iclasçıların  sözlərini  müĢayiət  edən  dəyiĢikliklər  daxil  edilə  bilməz.  Hakim 
icraatında onun çıxardığı hər hansı qərardan verilmiĢ apellyasiya Ģikayəti olan apellyasiya məhkəməsi və 
ya həmin məhkəmənin hakimi ilə Ģəxsi qaydada əlaqəyə girməməlidir. Hakim öz qohumunun məhkəmə 
kargüzarı  qismində  iĢə  qəbulunun  hüquqauyğunluğunu  qiymətləndirməli  və  onunla  qohumluq 
münasibətində olan Ģəxsin iĢə qəbuluna üstünlük verməmiĢdən öncə iĢə götürmənin lazımi prinsiplərinə 
riayət olunmasını təmin etməlidir. 
 
Qanuna Ģərtsiz və dəqiq riayət olunmalıdır. 
108. Qanunu pozmaqla hakim bu vəzifəyə hörməti sarsıda, öz hərəkəti ilə qanuna hörmətsizliyə yol verə 
və  cəmiyyətin  məhkəmə  orqanlarının  vicdanlılığı  və  ələalınmazlığına  inamını  zəiflədə  bilər.  Lakin  bu 
qaydanı da mütləq meyarlarla ifadə etmək mümkün deyil. Nasist Almaniyasında hakim irqi ayrı-seçkilik 
barədə  Nürnberq  qanununun  qüvvəsini  yüngülləĢdirməklə,  hakimlərin  davranıĢı  prinsipini  pozmaya 
bilərdi.  Eyni  Ģeyi  Cənubi  Afrikada  aparteid  dövründə  iĢləmiĢ  hakim  barədə  də  demək  olar.  Vəzifəsinin 
xarakterindən  asılı  olaraq,  hakim  bəzən  insan  hüquqlarının  təməl  prinsiplərinə  və  insan  ləyaqətinə  zidd 
hüquq normasının tətbiqini tələb edən vəziyyətdə ola bilər. Belə halda hakimin həmin qanunun tətbiqini 
tələb  edən  vəzifə  borcunu  nüfuzdan  salmamaq    üçün  istefaya  getməsi  mümkündür.  BaĢqalarına 
münasibətdə  əhəmiyyətsiz  xəta  kimi  qiymətləndirilə  bilən  hərəkət  hakimə  münasibətdə  geniĢ  rezonans 
doğura,  onun  etibarına  xələl  gətirə  və  cəmiyyəti  həmin  hakimin  və  bütövlükdə  məhkəmə  orqanlarının 
vicdanlılığından Ģübhələnməyə vadar edə bilər. 
 
 
                                                 
66
 Bax: Jeffrey M. Shaman, Steven Lubet and James J. Alfini,  Judicial Conduct and Ethics, 3
rd
 ed. (Charlottesville, Virginia, 
The Michie Company, 2000). 


3.2.  Hakimin  hərəkət  və  davranıĢ  forması  cəmiyyətin  məhkəmə  orqanlarının  vicdanlılığına  və 
ələalınmazlığına  inamını  saxlamalıdır.  Ədalət  mühakiməsini  sadəcə  həyata  keçirmək  kifayət 
deyil, bunu cəmiyyət üçün açıq etmək lazımdır.   
 
ġərh 
Hakimin Ģəxsi davranıĢı bütövlükdə məhkəmə sisteminə təsir edir. 
109.  Cəmiyyətin  məhkəmə  orqanlarına  inamının  əsasında  təkcə  hakimlərin  səriĢtəliliyi  və  çalıĢqanlığı 
deyil, həm də onların vicdanlılığı, ələalınmazlığı və mənəvi nüfuzu dayanır. Hakim yalnız “yaxĢı hakim” 
deyil, həm də  “yaxĢı insan” olmalıdır, baxmayaraq ki, sonuncu cəmiyyətin ayrı-ayrı dairələrində müxtəlif 
cür  Ģərh  edilə  bilər.  Cəmiyyətin  nöqteyi-nəzərincə  hakim  yalnız  demokratiyanın  və  hüququn  aliliyinin 
əsaslandığı ədalət və həqiqət ideallarına xidmət etməməli, həmçinin onları özündə təcəssüm etdirməlidir. 
Müvafiq  olaraq,  hakimin  Ģəxsi  keyfiyyətləri,  onun  davranıĢı  və  cəmiyyətin  gözündəki  hakim  obrazı 
bütövlükdə  məhkəmə  sisteminə  və  cəmiyyətin  məhkəmə  hakimiyyətinə  olan  inamına  təsir  göstərir. 
Cəmiyyət adi vətəndaĢlardan fərqli olaraq hakimə qarĢı daha çox yüksək tələblər irəli sürür; o, bütövlükdə 
cəmiyyətdə  mövcud  olandan  fərqli  olaraq    hakimdən  daha  yüksək  davranıĢ  standartları  gözləyir. 
Mahiyyət  etibarilə,  baĢqalarını  mühakimə  etməkdə  ifadə  olunan  məhkəmə  funksiyası  hakimin  üzərinə 
özünü elə aparmaq tələbini qoyur ki, baĢqaları tərəfindən hakimin roluna və hakim vəzifəsinə hər hansı 
aidiyyəti olan məsələlərlə bağlı edilən istənilən ağlabatan mühakiməni istisna etsin. 
 
Ədalət mühakiməsi cəmiyyət üçün açıq həyata keçirilməlidir. 
110. Hakimin  fəaliyyətinin  cəmiyyət  tərəfindən necə  qəbul  edilməsi  fəaliyyətin özündən az  əhəmiyyətli 
deyil; ona görə də, hakim hər cür Ģübhələrdən kənarda qalmalıdır. Hakim təkcə vicdanlı olmamalı, həm 
də  baĢqaları  tərəfindən  məhz  belə  qəbul  edilməlidir.  Hakimin  borcu  yalnız  ədalətli  və  obyektiv  qərar 
çıxarmaq  deyil,  o  həm  də  bu  qərarı  elə  çıxarmalıdır  ki,  özünün  vicdanlılığı  və  ələalınmazlığı  kimi 
çıxardığı qərarın da ədalətliliyinə və obyektivliyinə hər hansı Ģübhələri istisna etsin. Ona görə də, hakim 
təkcə  hüquqi  məsələlər  üzrə  yüksək  ixtisasa  malik  olmamalı,  həm  də  elə  hərəkət  etməli  və  özünü  elə 
aparmalıdır ki, tərəflər məhkəmə prosesində onun qərəzsizliyinə və obyektivliyinə əmin olsunlar.  
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə