H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   42   43   44   45   46   47   48   49   ...   60

5.5. Hakim məhkəmə prosesində iĢtirak edən vəkillərdən məhkəmə araĢdırmasının predmeti üçün 
hüquqi  əhəmiyyət  kəsb  edən  və  qanuni  Ģəkildə  əsaslı  ola  bilən  hallar  istisna  olmaqla,  iĢə 
aidiyyəti olmayan əsaslara qərəzli və ya qabaqcadan formalaĢmıĢ  yanlıĢ fikirlərini sözlə və ya 
hərəkətlə nümayiĢ etdirməkdən çəkinmələrini tələb eməlidir. 
 
ġərh 
 
Hakim  vəkillərin  irqi,  cinsi  ayrı-seçkiliyə  əsaslanan  qabaqcadan  formalaĢmıĢ  yanlıĢ  fikirlərini  və 
digər nalayiq davranıĢ formalarını nümayiĢ etdirmələrinə imkan verməməlidir. 
191.  Hakim  vəkillərin  məhkəmədə  və  ya  hakimin  yanında  ifadə  olunan  irqi  xarakterli,  qadınlara  qarĢı 
qabaqcadan  formalaĢmıĢ  yanlıĢ  fikirləri  əks  etdirən  və  ya  təhqiramiz  və  digər  səbəblərdən  nalayiq 
xarakter  daĢıyan  və  iĢə  aidiyyəti  olmayan  Ģərhlərinə  qarĢı  müvafiq  Ģəkildə  reaksiya  göstərməlidir. 
Məntiqlə  bu  cür  Ģərhlərin  üstüörtülü  Ģəkildə  bəyənilməsi  kimi  baĢa  düĢülə  biləcək  sözlər,  jestlər  və  ya 
hərəkətsizlik də yolverilməzdir. Lakin bu o demək deyil ki, məhkəmə mübahisəsinin predmetini cinsi, irqi 
və  ya  digər  oxĢar  amillərə  görə  diskriminasiya  ilə  bağlı  məsələlər  təĢkil  edən  iĢə  məhkəmə  tərəfindən 
baxıldıqda,  hakim  vəkilin  çıxıĢını  və  ya  mümkün  Ģahid  ifadələrini  kəsməlidir.  Hakimin  borcu  tərəfləri 
qərəzsiz  Ģəkildə  dinləməkdir,  lakin  zərurət  olduqda  o,  məhkəmə  iclas  zalında  bərabərlik  Ģəraitini 
saxlamaq,  qayda-qanunu  və  müvafiq  etiketə  riayət  olunmasını  təmin  etmək  üçün  ciddi  və  qətiyyətli 
olmalıdır. “Lazımi qətiyyətin” nəyi ifadə etdiyi  konkret hallardan  asılıdır. Bəzi hallarda mədəni  Ģəkildə 
edilmiĢ  düzəliĢ  belə  kifayətdir.  Lakin  bilərəkdən  və  ya  xüsusilə  ağır  təhqiramiz  davranıĢ  daha  ciddi 
tədbirlərin görülməsini, məsələn, hakim tərəfindən konkret göstəriĢ verilməsi, Ģəxsi qaydada xəbərdarlıq 
edilməsi  və  ya  protokola  daxil  edilməklə  töhmət  verilməsini,  xəbərdarlığa  baxmayaraq  vəkil  özünü 
ləyaqətsiz  Ģəkildə  aparmağa  davam  etdikdə  isə,  onun  barəsində  məhkəməyə  hörmətsizlik  faktına  görə 
icraatın baĢlanılmasını tələb edir. 
 
 


6-cı göstərici 
S
ƏRĠġTƏLĠLĠK VƏ 
Ç
ALIġQANLIQ 
Prinsipi: 
SəriĢtəlilik və çalıĢqanlıq hakim tərəfindən öz vəzifələrinin icrasının zəruri Ģərtləri sayılır. 
 
ġərh 
 
SəriĢtəlilik 
192.  Hakim  tərəfindən  öz  vəzifələrinin  icrası  zamanı  səriĢtəlilik  hüquq  sahəsində  biliklərin,  müvafiq 
bacarıq,  diqqət  və  hazırlığın  olmasını  tələb  edir.  Hakimin  peĢəkar  səriĢtəsi  onun  tərəfindən  öz 
vəzifələrinin icrası zamanı açıq-aĢkar görünməlidir. Narkotiklərin və ya alkoqolun qəbulu, yaxud fiziki və 
ya  psixi  vəziyyətinə  təsir  edən  digər  səbəblər  nəticəsində  hakimin  orqanizmi  zəiflədikdə,  onun  iĢ 
qabiliyyəti və səriĢtəliliyi aĢağı düĢür. Bəzi hallarda səriĢtəsizlik yetərincə təcrübənin olmaması, hakimin 
Ģəxsiyyəti və ya temperamentinin xüsusiyyətləri ilə bağlı problemlər və ya hakim vəzifəsinə bu vəzifəyə 
açiq-aydın  uyğun  gəlməyən  və  xidməti  vəzifələrinin  icrası  zamanı  öz  yararsızlığını  nümayiĢ  etdirən 
Ģəxsin  təyin  edilməsi  ilə  bağlı  ola  bilər.  Bəzi  hallarda  isə  səriĢtəsizlik  hakimin  uğursuzluğa  düçar 
olmasının  və  ya  əmək  qabiliyyətsizliyinin  nəticəsi  ola  bilər  ki,  bu  zaman  həddindən  artıq  olmasına 
baxmayaraq,  yeganə  çıxıĢ  yolu  onun  öz  vəzifəsindən  konstitusiya  ilə  nəzərdə  tutulmuĢ  qaydada 
kənarlaĢdırılması sayılır.  
 
ÇalıĢqanlıq 
193.  Sübutların  qiymətləndirilməsində  sağlam  düĢüncəlilik  və  ağıllı  mühakimə  yürütmək  qabiliyyəti, 
qərarların  qəbulu  zamanı  qərəzsizlik  və  hərəkətlərində  operativlik  hakimin  çalıĢqanlığının  xarakterik 
xüsusiyyətləridir.  ÇalıĢqanlıq,  həmçinin  qanunun  tətbiqində  obyektivliyə  və  ədalətlilıyə  cəhd  etməni, 
habelə  məhkəmə  prosedurundan  lazım  olmayan  Ģəkildə  istifadə  edilməsinə  yol  verməməyi  də  nəzərdə 
tutur. Hakim vəzifələrinin icrası zamanı çalıĢqanlıq nümayiĢ etdirmək qabiliyyəti iĢ yükünün həcmindən, 
zəruri resursların olmasından (o cümlədən, köməkçi heyətin və texniki avadanlığın), araĢdırma, tərəflərin 
dəlillərinin  qiymətləndirilməsi,  qərarların  mətninin  tərtibi  üçün  kifayət  qədər  vaxtın  olmasından, 
həmçinin məhkəmə iclasında iĢə baxılması ilə yanaĢı digər hakimlik vəzifələrinin yerinə yetirilməsindən 
asılı ola bilər. 
 
Ġstirahət, dincəlmə və ailə həyatının əhəmiyyəti 
194. Hakimin öz ailəsi qarĢısındakı məsuliyyət yükünün əhəmiyyətini də baĢa düĢmək zəruridir. Hakim 
normal  fiziki  və  psixi  vəziyyətini  saxlamaq  üçün  kifayət  qədər  vaxta  və  həmçinin,  öz  funksiyalarının 
səmərəli  icrası  üçün  zəruri  olan  peĢəkar  bilik  və  bacarıqlarının  təkmilləĢdirilməsindən  ötrü  ağlabatan 
imkanlara malik olmalıdır.  Ġndiki dövrdə hakim vəzifələrinin icrasının necə stresli olduğu, ruhi və fiziki 
qüvvələrin böyük gərginliyini tələb etdiyi daha çox baĢa düĢülür. Zərurət olduqda, stres vəziyyətində olan 
hakim məsləhət almaq və müvafiq terapiya kursuna getmək imkanına malik olmalıdır. Əvvəllər hakimlər 
və  vəkillər  bu  məsələlərə  etinasızlıqla  yanaĢır  və  lazımi  əhəmiyyət  vermirdilər.  Lakin  son  dövrlərdə 
empirik araĢdırmalar və hakimlərin sinir sistemlərinin bəzi məlum pozulması halları bu məsələləri ümumi 
diqqət mərkəzinə gətirdi.
71
 
 
 
                                                 
71
 Bax: M.D. Kirby, “Judicial Stress: An Update”, (1997) 71 Australian Law Journal 774, at 791. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə