H akġMLƏRĠn d avraniġI ÜZRƏ b anqalor p rġNSĠPLƏRĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49468
1   ...   43   44   45   46   47   48   49   50   ...   60

Tətbiqi: 
6.1. Hakimin məhkəmə funksiyaları onun bütün digər fəaliyyət növlərindən üstündür. 
 
ġərh 
 
Hakimin baĢlıca vəzifəsi - məhkəməyə xidmətdir.  
195. Hakimin  baĢlıca vəzifəsi  əsas elementləri iĢlərə baxılması və həmin iĢlər üzrə qərarlar çıxarılması 
sayılan məhkəmə səlahiyyətlərinin lazımi qaydada icra edilməsindən ibarətdir ki, bu da qanunun təfsirini 
və  qanunla  nəzərdə  tutulan  normaların  tətbiqini  tələb  edir.  Əgər  hökumət  hakimə  onu  məhkəmədəki 
gündəlik iĢlərindən uzun müddətə ayıran hər hansı tapĢırıq verərsə, hakim bu tapĢırığı yerinə yetirməyə 
razılıq verməsinin məhkəmənin səmərəli fəaliyyətinə mənfi təsir göstərməyəcəyinə və digər hakimlərin iĢ 
yükünü həddindən  artıq  artırmayacağına  əmin  olmaq üçün məhkəmənin  sədri və məhkəmə tərkibi  üzrə 
digər həmkarları ilə məsləhətləĢmədən həmin tapĢırığı qəbul etməməlidir. Məhkəmədənkənar fəaliyyətlər 
hakimin öz vəzifələrinin icrası qabiliyyətini aĢağı salırsa, hakim həmin fəaliyyətlərə həddindən artıq vaxt 
ayırmaqdan  çəkinməlidir.  Bu  fəaliyyətlərə  görə  müvafiq  haqqın  verilməsi  onlara  həddindən  artıq  önəm 
verilməsi  ehtimalı  və  riskini  daha  da  artırır.  Belə  hallarda  kənar  müĢahidəçi  hakimin  əlavə  - 
məhkəmədənkənar  iĢləri  öz  rəsmi  gəlirinin  miqdarını  artırmaq  məqsədilə  qəbul  etdiyi  barədə  Ģübhələnə 
bilər.  Məhkəmə  sistemi  -  bazar  iqtisadiyyatının  əlavə  seqmenti  deyil,  cəmiyyətin  xidmətində  duran  bir 
institutdur.  
 
 


6.2.  Hakim  öz  peĢəkar  fəaliyyətini  təkcə  məhkəmə  araĢdırmasında  məhkəmə  və  xidməti 
vəzifələrinin  icra  olunması  və  qərarların  çıxarılmasını  deyil,  həm  də  hakim  vəzifəsinə  və  ya 
məhkəmənin  fəaliyyətinə  aid  olan  digər  məsələləri  əhatə  edən  məhkəmə  funksiyalarının 
yerinə yetirilməsinə həsr etməlidir. 
 
ġərh 
 
Məhkəmə idarəetməsində peĢəkar səriĢtə vacibdir. 
196.  Hər  bir  hakim  təkcə  iĢlərin  həll  olunması  ilə  deyil,  müəyyən  dərəcədə  onların  idarə  edilməsi  üzrə 
inzibatı  funksiyalarla  da  məĢğul  olmalıdır.  Hakim  öz  məhkəməsi  həddində  ədalət  mühakiməsinin 
səmərəli  həyata  keçirilməsinə  məsuldur.  Bura  iĢlərin  idarə  olunması  (o  cümlədən,  onların  operativ  həll 
edilməsi),  kargüzarlıq,  maliyyə  resurslarının  idarə  olunması,  həmçinin  məhkəmə  iĢçilərinə  nəzarət 
edilməsi  aiddir.  Hakim  iĢlərə  baxılmasında  və  onlara  dair  qərar  çıxarılmasında  lazımi  qədər  səy 
göstərməsə, bu, məhkəmədə iĢin səmərəliliyinin aĢağı düĢməsinə və öz növbəsində əlavə xərclərə gətirib 
çıxarır  və  ədalət  mühakiməsinin  həyata  keçirilməsinin  kəsərini  heçə  endirir.  Buna  görə  də,  hakim 
məhkəmə  idarəetməsi  sahəsində  peĢəkar  səriĢtəyə  malik  olmalı  və  məhkəmə  iĢçilərinin  inzibati 
funksiyalarının icrasına köməklik etməlidir.
72
 
 
Məhkəmə protokollarının itməsi 
197.  Hakim  məhkəmə  protokollarının  itməsi  və  ya  onların  verilməsindən  imtina  edilməsinin  qarĢısını 
almaq  üçün  bütün  ağlabatan  və  zəruri  tədbirləri  görməlidir.  Bu  cür  tədbirlərə  məhkəmə  protokollarının 
kompüterləĢdirilməsi  aid  ola  bilər.  Hakim,  həmçinin  məhkəmə  dosyesinin  itməsi  və  yoxa  çıxmasının 
araĢdırılması sistemini tətbiq etməlidir. Qanunsuz hərəkətin törədilməsinə Ģübhə olduğu təqdirdə, hakim 
müvafiq  məhkəmənin  ciddi  səhv  kimi  qiymətləndirilən  məhkəmə  dosyesinin  itməsi  faktının  müstəqil 
araĢdırmasının aparılmasını təmin etməlidir. Məhkəmə dosyesinin itməsi halında, hakim itmiĢ sənədlərin 
bərpası və gələcəkdə belə itmə hallarının qarĢısının alınmasına yönəlmiĢ  müfaviq prosedurun yaradılması 
üçün ağlabatan mümkün tədbirləri görməlidir. 
 
Qeyri-rəsmi ödəniĢlər 
198. Bir çox yurisdiksiyalarda məhkəmə iclas protokollarının təqdim edilməsi, məhkəməyə gəlmə barədə 
əmrin  dərc  olunması,  iĢlərin  arxivdən  çıxarılması,  məhkəmə  bildiriĢinin  cavabdehə  verilməsi,  Ģahid 
ifadələrinin  surətinin  çıxarılması,  zaminə  buraxma  zamanı  girov  alınması,  məhkəmə  qərarının 
təsdiqlənmiĢ  surətinin  hazırlanması,  məhkəmə  araĢdırmasının  tezləĢdirilməsi,  iĢlərin  təxirə  salınması, 
məhkəmə  iclaslarının  münasib  vaxta  təyin  olunması  və  itmiĢ  dosyelərin  axtarılmasına  görə  xüsusilə 
məhkəmə  iĢçilərinin  tələbi  ilə  alındığı    iddia  edilən  qeyri-rəsmi  ödəniĢlərlə  bağlı  məlumatları  nəzərə 
alaraq, hakim aĢağıdakı tədbirləri görməlidir: 
 (a) məhkəmə binasında və müvafiq aidiyyəti Ģəxslərin görə biləcəyi digər yerlərdə belə ödəniĢlərin 
yolverilməz  olması  və  bu  cür  hallara  yol  verən  Ģəxslər  barəsində  Ģikayətlərin  verilməsi  və 
baxılmasının məxfi prosedurunun mövcudluğu haqda elanların yerləĢdirilməsi; 
(b)  bu  cür  qeyri-rəsmi  ödəniĢlərin  qarĢısını  almaq  məqsədilə  müvafiq  təftiĢ  sistemləri  ilə  birlikdə 
məhkəmə nəzarətçilərinin və istifadəçi komitələrin təyin edilməsi
(c) məhkəmə protokollarının, o cümlədən məhkəmə iclasları cədvəllərinin kompüterləĢdirilməsi; 
(d)  iĢin  məhkəmədə  baxılmağa  hazırlanması  ilə  bağlı  hüquqi  tədbirlərin  həyata  keçirilməsi 
müddətlərinin müəyyən edilməsi; və 
(e)  məhkəmə  tərəfindən  vətəndaĢların  Ģikayətlərinə  operativ  və  səmərəli  reaksiya  göstərilməsinin 
təmin edilməsi. 
 
 
                                                 
72
 Bax: “Məhkəmə iĢçilərinin davranıĢ prinsipləri”, Hakimlərin vicdanlılığı və ələalınmazlığının möhkəmləndirilməsi məsələsi 
üzrə Hakimlər Qrupunun dördüncü müĢavirəsinin Hesabatı, 27-28 oktyabr 2005-ci il, Vyana Ģ., Avstriya, A Əlavəsi, 
www.unodc.org/pdf/corruption/publication_jig4.pdf 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə