41
5)
müalicəyə tabe olmayan simptomsuz bakteriuriya və ya leykosituriya.
Bütün halarda qadın hamiləliyin müddətindən asılı olmayaraq hospitalizasiya
edilir. Bəzən bunu bir neçə dəfə həyata keçirmək lazım gəlir. Hipertoniya ilə
müşayiət olunan böyrək xəstəliklərində qadınları mütləq doğuşdan 2-3 həftə əvvəl
stasionara yerləşdirirlər. Əgər böyrəklərin xəstəlikləri hipertoniya ilə müşayiət
olunmursa, doğuşdan əvvəl onların erkən hospitalizasiyasına ehtiyac yoxdur .
Hamiləliyin erkən vaxtlarında hospitalizasiya doğum evində deyil, terapevtik,
uroloji və ya nefroloji stasionarda aparılmalıdır, çünki bu klinikalarda müayinə
aparmaq üçün imkanlar daha genişdir. Bu müəssisələrdə hamiləliyin dayandırılması
və ya başa çatdırılması məsələsi mamaların fəal iştirakı ilə həll edilir. Optimal
variant - böyrəkləri xəstə olanlar üçün ixtisaslaşdırılmış doğum evləri və ya
çoxprofilli xəstəxanaların doğum evləri sayılır, çünki orada terapevtlərin, uroloqların,
nefroloqların, okulistlərin, nevropatoloqların konsultativ yardımı, həmçinin bioki-
myəvi, immunoloji və digər lazımi müayinələrin aparılması mümkündür .
Hamiləliyin ikinci üçaylığından xəstələr yalnız doğum evlərinə hospitalizasiya
edilir, belə ki, bu dövrdən etibarən onlar mamanın sistematik müşahidəsinə daha çox
ehtiyac duyulur. Onlara özbaşına düşüklər və ya vaxtındanəvvəl doğuşlar zamanı
yardım edilməsi lazım gəlir ki, o da doğum evi şəraitində həyata keçirilməlidir.
Qlomerulonefrit, pielonefrit (kəskinləşməyən), sidik daşı xəstəliyi, hidronefroz qeyd
edilən, yeganə böyrəyi olan xəstələri - hamilə qadınların patologiyası şöbəsinə,
kəskin pielonefriti olanlar isə - ikinci mamalıq şöbəsinə hospitalizasiya edilir.
Hamilə qadınların patologiyası şöbəsində yerləşdirilən və uroloji xəstəlikləri olan
qadınlar pielonefritin kəskinləşməsi aşkar edildikdə ikinci mamalıq şöbəsinə keçirilir.
İxtisaslaşdırılmış doğum evlərinin və ya böyrək patologiyası üzrə profilləşmiş
şöbələrin təşkil edilməsi məqsədəuyğundur. Belə şöbələrin ştatları (mamalar,
terapevtlər) dəyişdirilmir, lakin müəyyən nozoloji formalar aşkar edilən xəstələrin bir
yerdə «toplanması» həkimlərin təcrübə qazanmasına və peşəkarlıqlarının
artırılmasına şərait yaradır .
Ştatda olan mamalar və terapevtlərdən başqa, profil şöbələr üçün aşağıdakı
məsləhətçilərin olması da vacibdir: uroloq, okulist, bəzən- nefroloq.
42
Böyrəklərin vərəmi aşkar edilən qadınlar ftiziouroloqda qeydiyyata götürülür,
onlar vərəmli xəstələr üçün nəzərdə tutulan ixtisaslaşdırılmış doğum evlərinə
hospitalizasiya edilir. Xəstənin müayinəsi qəbul şöbəsində xəstəni bilavasitə
baxışdan keçirdikdən sonra sadə müayinələrdən başlanılır. Müayinənin ikinci
mərhələsində xəstəliyin diaqnostikasına və diferensiasiyasına imkan verən
metodlardan istifadə edilir. Müayinənin üçüncü mərhələsi - orqanizmin zədələnmiş
orqan və sistemlərinin funksional vəziyyətinin öyrənilməsidir .
Hamiləliyin davam etdirilməsi məsələsi stasionarda diaqnoz dəqiqləşdi-
rildikdən sonra qadın və döl üçün proqnozu əks etdirən risk dərəcəsinin əsasında həll
edilir. Hamiləliyin davam etdirilməsi və ya dayandırılması haqqında qərar, artıq
deyildiyi kimi, stasionardan verilən və qadın məsləhətxanasında həkimə təqdim
olunan çıxarışda göstərilir .
Böyrək xəstəlikləri ilə əlaqədar hamiləliyin dayandırılması zərurəti yarandıqda
birinci üçaylıqda döl yumurtası küret və ya vakuum-aspirator vasitəsilə (maksimal
ağrısızlaşdırma yolu ilə) kənar edilir, xüsusilə əgər xəstəlik hipertoniya ilə
ağırlaşarsa. İkinci üçaylıqda hamiləliyin dayandırılması mütləq 3 nəfərdən az
olmayan şəxslərdən təşkil edilmiş həkim komissiyasının aktı ilə sənədləşdirilir. Aktda
hamiləliyin dayandırılmasına olan göstərişlər dəqiq əsaslandırılmalıdır. Hamiləliyin
dayandırılması F
2a
prostaqlandinin (50 mq) və ya onun analoqlarının transabdominal
intraamnial yeridilməsi yolu ilə həyata keçirilməsi daha yaxşıdır. Əvvəlcə ciftin
lokalizasiyası ultrasəs müayinəsi vasitəsilə təyin edilir. Dərinin müvafiq
zərərsizləşdirilməsindən sonra qarın ön divarının 0,25%-li novokain məhlulu ilə yerli
anesteziyası aparılır. Onurğa beyninin punksiyası üçün işlədilən mandrenli uzun iynə
vasitəsilə qarın ön divarını və uşaqlığın ön divarını deşir, sonra mandren oradan
çıxardılır. İynədən dölyanı maye xaric olduqda sonuncu 20 ml miqdarda şprisə
yığılır (onun içərisində artıq 50 mq prostoqlandin vardır) və tədricən (4-5 dəqiqə
ərzində) qarışıq intraamnial yolla yeridilir. Proseduradan sonra əlavə reaksiyaların
inkişaf etməsi mümkündür: səpgi, ürəkbulanma, qusma. Xəstələr anamnezdə allergik
reaksiyaların olmasını göstərdikdə prostoqlandini yeritməzdən əvvəl istənilən
histaminəleyhinə preparatın (1 ml 1%-li dimedrol məhlulu, 1 ml 2%-li suprastin
43
məhlulu və ya 1 ml 2,5%-li pipolfen məhlulu) inyeksiyasının edilməsi məsləhət
görülür. Əgər prostoqlandin yoxdursa, 50%-li qlükoza məhlulu transabdominal
intraamnial yolla yeridilir, çünki böyrək xəstəlikləri zamanı xörək duzunun
hipertonik məhlulunun (20%-li) inyeksiyası məsləhət görülmür. Böyrək çatışmazlığı
və hipertoniya olmadıqda kəskin pielonefrit istisnalıq təşkil edir .
Qlükozanın hipertonik məhlulunun yeridilməsindən əvvəl dölyanı suları xaric
etmək lazımdır, bu zaman onların miqdarı hamiləliyin müddətindən asılıdır. Belə ki,
hamiləliyin 20-ci həftəsində dölyanı sular 150 ml, 21-24-cü həftədə - 200 ml, 25-26-
cı həftədə - 250 ml xaric edilir. Yeridilən qlükoza məhlulunun və ya xörək duzunun
miqdarı xaric edilən dölyanı suların miqdarından 30-50 ml az olmalıdır.
İkinci üçaylıqda hamiləliyin dayandırılması kiçik Qeysəriyyə kəsiyi əməliyyatı
vasitəsilə həyata keçirilir. Vaxtındanəvvəl doğuş aparılmasına ehtiyac yarandıqda
hamiləliyin üçüncü üçaylığında prostaqlondinlərlə induksiya olunur. Uşaqlıq
boynunun yetişkənlik dərəcəsi təyin edilir, sonra doğuşun oyandırılması venadaxili
damcı üsulu ilə 2,5 mq F
2a
prostaqlandin və 5 Vah oksitosin 500 ml natrium xloridin
izotonik məhlulunda yeridilir. Məhlulun əvvəldə yeridilməsi sürəti dəqiqədə 12
damcı, sonra isə dəqiqədə 20-24 damcı təşkil edir. Doğuşun oyandırılması həmçinin
vena daxilinə F
2a
prostaqlandinsiz 5 Vah oksitosin yeridilməsi ilə həyata keçirilir .
Hamiləliyin son həftələri doğuşdan əvvəl doğuş metodu və həm doğuşdan
əvvəl, həm də doğuş vaxtı aparılan terapevtik tədbirlərin xarakteri seçilir. Bir qayda
olaraq, böyrək xəstəlikləri olan qadınlar təbii doğuş yolları vasitəsilə doğa bilər.
Doğuş zamanı spazmolitik vasitələrin tətbiq edilməsi və maksimal ağrısızlaşdırma
tövsiyə olunur .
Böyrək
xəstəlikləri
olan
qadınlarda doğuşların aparlmasının bəzi
xüsusiyyətlərini qeyd etmək lazımdır. Pielonefritin müxtəlif formaları və sidik daşı
xəstəliyindən əziyyət çəkən qadınlarda bəzən doğuş zamanı yuxarı sidik-ifrazat
yollarından sidiyin axmasının kəskin pozulması müşahidə olunur. Bu, onların
okklüziyası və ya spazmı ilə şərtlənə bilər. Belə vəziyyətdə sidik axarlarının ikitərəfli
kateterizasiyasını təcili həyata keçirmək lazımdır. Bu zaman doğuşlar təbii doğuş
yollarından aparılır. Doğuşu sürətləndirmək üçün doğuş fəaliyyətinin stimulyasiyası
Dostları ilə paylaş: |