44
məqsədilə venadaxilinə damcı üsulu ilə 5 V oksitosin məhlulun 500 ml natrium
xloridin izotonik məhlulunda yeridilməsinə göstəriş vardır. Operativ doğuşlar
(mamalıq maşaları, vakuum-ekstraktor) yalnız mamalıq göstərişlərinə əsasən həyata
keçirilir: dölün bətndaxili hipoksiyası, doğuş sancılarının ikincili zəifləməsi və s.
Doğuşların sürətləndirilməsi məqsədilə epizio- və ya perineotomiya tövsiyə olunur.
Qanın ümumi müayinəsinin məlumatlarının qiymətləndirilməsi zamanı böyrək
xəstəlikləri üçün səciyyəvi olan hər hansı dəyişikliklər aşkar etmək mümkün
deyildir. Böyrəklər eritropoezdə iştirak etdiyi üçün böyrək xəstəlikləri anemiya ilə
müşayiət edilə bilər. Azotemiya zamanı (böyrəklərin hansı xəstəliyi tərəfindən onun
törədilməsinə baxmayaraq) pielonefrit və ya qlomerulonefritin kəskinləşməsi,
nefrotik sindrom zamanı bəzən kəskin nəzərə çarpan və anemiyaəleyhinə müalicəyə
çətin tabe olan hipoxrom anemiya inkişaf edə bilər. Yadda saxlamaq lazımdır ki,
fizioloji hamiləlik zamanı hidremiya sayəsində nisbi anemiya əmələ gəlir.
Hemoqlobinin miqdarı 110 q/l-ə qədər azalır. Ona görə də, eritrositlərin,
hemoqlobinin miqdarı və rəng göstəricisi azaldıqda hematokrit göstəricisini, daha
yaxşısı isə – dövr edən eritrositlərin həcmini təyin etmək lazımdır.
Onu da bilmək vacibdir ki, kəskin pielonefrit və böyrəklərdə gedən xronik
iltihabi prosesin kəskinləşməsi, böyrək çatışmazlığı zamanı leykositar formulun sola
doğru dəyişməsi ilə bərabər leykositoz müşahidə olunur. Bu hallarda da qanın
fizioloji dəyişikliklərinin patoloji hal kimi qiymətləndirməsi təhlükəsi yaranır.
Normal keçən hamiləlik bəzən leykemoid reaksiyası ilə müşayiət olunur. Leykositar
formulun sola doğru yerdəyişməsi promielositlərə çata bilər.
Qlomerulonefritdən əziyyət çəkən qadınlarda doğuşların aparılması zamanı
ağırlaşmaların inkişaf etməsi ehtimalını yadda saxlamaq lazımdır. Belə xəstələrdə
(xüsusilə preeklampsiya qoşulduqda) normal yerləşmiş ciftin vaxtındanəvvəl
ayrılması mümkündür. Belə hamilə qadınlar bütün doğuş aktı müddətində ciddi
müşahidə altında (uşaqlığın tonusu, dölün ürək döyüntüləri, uşaqlıq yolundan axan
ifrazatların xarakteri) saxlanmalıdır. Onlarda qanın laxtalanma sisteminin tədqiq
edilməsi məqsədəuyğundur.
Arterial təzyiqi yüksək olan xəstələrdə doğuşların aparılmasına dair verilmiş
45
rəyləri tərtib etdikdə hipotenziv vasitələri, o cümlədən doğuş vaxtı idarə olunan
hipotoniyanı nəzərdə tutmaq, həmçinin doğuşların tam ağrısızlışdırılmasını həyata
keçirmək lazımdır. Əgər böyrək xəstəlikləri arterial hipertoniyasız keçirsə, onda
qadın doğuşdan əvvəl və doğuş zamanı müalicəyə ehtiyac duymur, doğuşlar isə
konservativ şəkildə aparılır. Belə xəstənin doğuş fəaliyyətinin başlanmasına qədər
stasionara hospitalizasiya edilməsi lazım deyildir .
Rentgenradioloji müayinələr böyrəklərin xəstəliklərinin müasir dəyərli
diaqnostika və onların funksional vəziyyətinin qiymətləndirilməsi metodlarından biri
sayılır. Bəzən məhz onlar zədələnmə dərəcəsi və prosesin dinamikası haqqında daha
tam məlumatlar verir. Lakin bu müayinə metodlarının tətbiq edilməsi qadının
orqanizminə əlavə təsirin mümkün olması, ən əsası isə - dölə zərərli təsir göstərməsi
səbəbindən təhlükəlidir. Ona görə də, hamilə qadınların rentgenradioloji müayinəsi
çox nadir hallarda həyata keçirilir. Digər metodlar arasında radioizotop nefroqrafiya
daha az təhlükəlidir. Əcnəbi müəlliflərin tədqiqat işləri onu göstərir ki, bu metod
hamilə qadın və döl üçün təhlükəsizdir. Metod texniki cəhətdən mürəkkəb deyildir,
lakin onun istifadəsi xüsusi avadanlıq və şərait tələb edir. Hamiləlik zamanı sidik
yollarının rentgenoloji müayinəsi yalnız aparılıcaq əməliyyatdan bilavasitə əvvəl və
ya bədxassəli şiş ehtimalı olduqda yolveriləndir.
Mamalıq patologiyası və böyrək xəstəlikləri bir yerdə rast gəldikdə mamalıq
maşaları qoymaqla və ya abdominal Qeysəriyyə kəsiyi yolu ilə operativ doğuş
aparılması zərurəti yarana bilər.
Əgər qlomerulonefrit ağır keçirsə, doğuşların Qeysəriyyə kəsiyi əməliyyatı ilə
vaxtındanəvvəl aparılmasına göstəriş vardır. Göstəriş olduqda eyni vaxtda
sterilizasiya aparılır. Qeyd etmək lazımdır ki, pielonefritdən əziyyət çəkən qadınlarda
Qeysəriyyə kəsiyi yolu ilə həyata keçirilən doğuş hamilə qadının orqanizmində
iltihab ocağının olması üzündən əks-göstərişdir – o, əməliyyatdansonrakı dövrdə
kəskin ağırlaşmaların (peritonit, sepsis) inkişafının mənbəyi ola bilər. Ona görə də,
pielonefritlə xəstələrdə Qeysəriyyə kəsiyi yalnız mamalıq göstərişlərinə görə, əsasən
də ekstraperitoneal yolla aparılır .
46
Qeysəriyyə kəsiyi əməliyyatı keçirən və böyrəkləri xəstə olan zahı qadınlara
doğuşdansonrakı dövrdə antibakterial müalicənin təyin edilməsi vacibdir:
əzələdaxilinə ampisid 1,5 gündə 2 dəfə və yaxud digər qruplardan olan preparatlar
(kanefron 1 həb x 3 dəfə, 5-NOK 2 həb olmaqla gündə 4 dəfə 4-6 gün ərzində və ya
neviqramon 2 kapsuladan gündə 4 dəfə 4-6 gün ərzində) qəbul edilir.
Böyrəkləri xəstə olan zahı qadın haqqında doğum evinin həkimi qadın
məsləhətxanasına məlumat verməlidir. Qadın məsləhətxanasının terapevti qadını
dispanser qeydiyyatdan çıxardıqda bu haqda sahə terapevtinə və ya rayon
poliklinikasının uroloquna xəbər verir. Beləliklə, xəstə üzərində müşahidə aşağıdakı
ardıcıllıqla həyata keçirilir: rayon poliklinikası- qadın məsləhətxanası- doğum evi –
qadın məsləhətxanası- rayon poliklinikası .
Xəstələrin risk dərəcəsinə görə diferensiasiyası, ciddi müşahidə, hamiləliyin
düzgün aparılması, lazımi müalicənin təyin olunması xəstə qadınlara sağlam
uşaqları doğmağa və öz sağlamlıqlarını qoruyub saxlamağa imkan verir.
Böyrəklərin və sidik yollarının xəstəlikləri zamanı hamiləliyin saxlanması
məsələsi həll edildikdə əsas diqqəti anaya yönəltmək lazımdır. Bu zaman hamiləliyin
fizioloji gedişini təmin etmək və ananın sağlamlığını qoruyub saxlamaq (uşağını
tərbiyə etmək üçün) vacibdir. Belə söyləmək olar ki, müxtəlif uroloji xəstəlikləri olan
qadında, həmçinin yeganə böyrəyi olan qadında hamiləlik və doğuş prinsip etibarilə
mümkündür. Lakin bu məsələni böyrəklərin fəaliyyətini (onu hamilə qadınların
orqanizmi üçün müasir yüksəkhəssas və az zəhmət tələb edən, döl üçün təhlükəsiz
olan metodlarla təyin edilir) nəzərə alaraq konkret həll etmək lazımdır. Bu metodlar
uroloji xəstəlikləri planlaşdırılan hamiləlikdən əvvəl aşkar edir. Hamiləlik vaxtı
aparılan müayinələrin həcmi məhdudlaşır. Əsasən qanın və sidiyin biokimyəvi
müayinə metodlarından istifadə edilir. Göstəriş olduqda rentgenradioizotop
müayinələr həyata keçirilir ki, onlar hər böyrəyin funksiyasını daha dəqiq təyin edir.
Rentgen müayinə üsulları arasında əsasən sidik sisteminin geniş retgenoqrafiyası və
ekskretor uroqrafiyadan istifadə edilir .
Hamiləlik vaxtı uroqrammanın interpretasiyası çətinlik törətdiyi üçün daha
yaxşısı zonoqrafiyadan istifadə edilməsidir – bu, tomoqrafiyanın variantlarından biri
Dostları ilə paylaş: |