59
edilən yeganə preparatdır, çünki sidikdə onun effektiv miqdarı 3 sutkaya qədər və
daha çox qalır.
Hamiləlik zamanı mütləq əksgöstərişləri olan antibakterial preparatlara
aşağıdakılar aiddir:
•
Ftorxinolonlar – onlar döldə artropatiyanın iknişafına səbəb ola bilər
(norfloksasin, siprofloksasin, ofloksasin);
•
Oksolin turşusu (qramurin) və pipemidin turşusu (pimidel, palin, uropimid) -
fetotoksik effektlərin yaranması riskini artırır;
•
Tetrasiklinlər - döldə skeletin və diş emalının formalaşması qüsurlarının
tezliyini artırır, 1 yaşa qədər uşaqlarda dişlərin sarı-qəhvəyi rəngə boyanmasına səbəb
olur;
•
Levomisetin - qaraciyərə toksik təsir riski, döldə leykopeniyanın inkişaf
etməsi, həmçinin yenidoğulmuşların ürək-damar çatışmazlığının yaranması üzündən
istifadəsi əksgöstərişdir.
Hamilə qadınlarda SİYİ-nin antimikrob müalicəsinin seçimi zamanı meydana
çıxan çətinlikləri, mikroorqanizmlərin rezistentliyinin, həmçinin əhalinin
allergizasiya səviyyəsinin yüksək olmasını nəzərə alaraq alteranativ müalicə
metodlarının tətbiq edilməsi məsələsi ortaya çıxır. Bəzi əlavə fiziki müalicə
metodlarının: infraqırmızı lazer şüalanmasının böyrəklərin nahiyəsinə təsiri, döş
zonasına qoymaqla çox yüksək tezlikli (ÇYT)-müalicə, helium-neon lazerin döş
qəfəsi limfa kollektoruna dəridən təsir göstərməsi (şüalanma zonasında dəri örtüyünə
heparin-timalin applikasiyası ilə birlikdə), hiperbarik oksigenləşmənin yaxşı
terapevtik effekt verməsinə dair müəyyən məlumatlar vardır.
Hestasiya prosesi zamanı simptomsuz bakteriuriyaya xüsusi diqqət yetirmək
lazımdır. Çoxsaylı klinik müşahidələr və laborator müayinələr belə söyləməyə əsas
verir ki, müasir dövrdə sidiyin təkrar müayinəsi zamanı bakteriuriyanın aşkar
edilməsi mütləq antibakterial müalicənin aparılmasını tələb edir. Belə yanaşma
hamilə və zahı qadınlarda böyrək çatışmazlığının yaranması və inkişaf etməsi
ehtimalını kəskin aşağı salır, həmçinin hamiləlik vaxtı preeklampsiyanın inkişaf
etməsinin qarşısını alır.
60
BAKI ŞƏHƏRINDƏ HAMILƏ QADINLARDA BÖYRƏK
PATOLOGIYASI ILƏ XƏSTƏLƏNMƏNIN STRUKTURU
Sidik- ifrazat sistemi orqanlarının patologiyası müasir dövrdə tibb elmi və
təcrübəsinin mühüm problemlərindən biri sayılır və hamilə qadınların xəstələn-
məsinin strukturunda aparıcı yerlərdən birini tutur. Böyrəklərin bir çox xəstəliklərinin
aqibəti - xronik böyrək çatışmazlığı ən təhlükəli patoloji vəziyyətlərdən hesab edilir.
Əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar böyük iqtisadi itkilər, xəstələrin
müalicəsinin və reabilitasiyasının çox baha olmasıda həmçinin sidik-ifrazat sistemi
orqanlarının və xüsusilə də böyrəklərin xronik xəstəliklərinin sosial əhəmiyyətini
müəyyən edir. Bununla əlaqədar olaraq böyrək patologiyası (BP) və onun
ağırlaşmaları ilə əlaqədar hamilə qadınların sağlamlığının itirilməsinin azaldılması
üzrə elmi cəhətdən əsaslandırılmış tədbirlər kompleksinin hazırlanması üçün
xəstəliyin epidemioloji aspektlərinin öyrənilməsi, hamilə qadınların erkən
diaqnostikasının və təqibi alqoritmini təkmilləşdirilməs lazımdır - bu, hazırkı
müayinələrin aktuallığını şərtləndirmişdir. Eyni zamanda böyrək patologiyası iltiha-
bi-infeksion xəstəlik olmaqla bərabər sosial-epidemioloji münasibətdə olduqca az
öyrənilmişdir ki, bu da onun profilaktikasının imkanlarını məhdudlaşdırır .
Müayinələrin hazırkı mərəhələsində işin məqsədi: hamilə qadınlarda bu
patologiyanın epidemioloji və klinik-laborator aspektlərinin öyrənilməsinin əsasında
BP-nin profilaktikasının kompleks sisteminin təkmilləşdirilməsi olmuşdur.
Təsadüfi deyildir ki, Bakı şəhərində hamilə qadınlar arasında böyrək
patologiyasının heç bir mükəmməl sistemi indiyə qədər hazırlanmamışdır, onsuz isə,
yəni təkcə müalicə tədbirləri ilə bu xəstəliklərin yayılmasını məhdudlaşdırmaq
mümkün deyildir. Bununla əlaqədar olaraq hamilə qadınlar arasında BP-nin
profilaktikasının epidemioloji baxımdan mühüm məsələlərinin öyrənilməsi bizim
əsas vəzifəmiz olmuşdur. Böyrək patologiyası xəstələnmənin hər yerdə və getdikcə
artması, əhalinin sağlamlığına onun çoxcəhətli, sistem təsiri çoxməqsədli profilaktik
kompaniyaların həyata keçirilməsinin vacibliyini aktuallaşdırır. Böyrək patologiyası
61
profilaktika tədbirlərinin effektivliyinin risk amillərinin dürüst qiymətləndirilməsin-
dən və onların aktivliyinin azaldılmasına dair yanaşmaların işlənib hazırlanmasından
birbaşa asılı olduğunu nəzərə alaraq son illər xəstələnmənin sosial-epidemioloji
aspektlərinin öyrənilməsinə böyük diqqət verilir .
Qarşıya qoyulan məsələləri həll etmək üçün Bakı şəhərində 2009-cu ildən 2011-ci
illər ərzində epidemioloji müayinələr aparılmışdır. Bu zaman Bakı şəhərində hamilə
qadınlar arasında BP-nin yayılması səviyyəsini öyrənmək üçün retrospektiv
epidemioloji təhlil metodundan istifadə edilmişdir. Hamilə qadınlarda BP-nin
yayılması tezliyi və xəstələnmə səviyyəsi nozoformadan asılı olaraq üçillik dövr
ərzində xəstəlik tarixlərinin təhlili əsasında öyrənilmişdir. Buraya 250 qadında
hamiləliyin, doğuşların, doğuşdan sonrakı dövrün klinik xarakteristikasının, gedişinin
xüsusiyyətlərinin, dölün və yenidoğulmuşun vəziyyətinin təhlili daxildir.
Xəstələrin hamısı aşağıdakı qruplara bölünmüşdür:
I qrupu BP olan 250 hamilə qadın; II qrupu 80 sağlam hamilə qadın təşkil
etmişdir.
I və II qrupda hamilə qadınların yaşı 17 yaşdan 39 yaş arasında dəyişmiş və orta
hesabla I qrupda 27,7±0,6 yaş, II qrupda isə – 24,5±0,7 yaş təşkil etmişdir.
Epidemioloji təhlilin əsasında müəyyən edilmişdirki, Bakı şəhərində 2009-cu
ildən 2011-ci müşahidə illəri ərzində hamilə qadınlarda BP-nin yayılmasıi ntensivliyi
11,0% təşkil etmişdir (şəkil 1). Əgər Bakı şəhərində 2009-cu ildə BP olan 337
(10,0%) hamilə qadın qeydə alınmışdırsa, onda 2010-cu ildə Bakı şəhərində BP olan
385 (12,0%) hamilə qadın qeydə alınmışdır. 2011-ci ildə BP olan hamilə qadınların
sayı 2009-cu illə müqayisədə artmış və 390 hadisə təşkil etmişdir (11,0%).
Dostları ilə paylaş: |