H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə40/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   36   37   38   39   40   41   42   43   ...   66

139 
 
kibind
ə 4-6% efir yağı vardır. Ona görə də razyana efir yağı almaq 
üçün d
ə becərilir.  Efir yağının ən qiymətli tərkib hissəsi anetol adla-
nan 
ətirli maddədir. Efir yağı və onun tərkibində olan anetol yeyinti, 
ətriyyat-kosmetika və əczaçılıq sənayesində işlədilir. Dərman məqsə-
dil
ə meyvələrindən istifadə olunur. Meyvəsini sentyabr ayında yeti-
şənə az qalmış toplayıb açıq havada bir müddət qurudur, xüsusi ma-
şında  başqa  qarışıqlardan  təmizləyib  ayırır,  aptek  anbarına  təhvil 
verirl
ər. Meyvəsinin tərkibində efir yağından başqa 16-18% piyli yağ 
v
ə 27 % zülal maddəsi vardır. 
 Razyana meyv
əsindən elmi təbabətdə  soyuqdəymədən  baş  ve-
r
ən xəstəliklərdə, xüsusən tənəffüs  yollarının iltihabında  yumşaldıcı 
v
ə bəlğəmgətirici öskürək dərmanı kimi, eləcə də mədə-bağırsaq xəs-
t
əliyində  həzm  prosesini  yaxşılaşdıran  və  köpmənin  qarşısını  alan 
vasit
ə kimi geniş istifadə olunur. Razyana meyvəsi dəmləmə və bişir-
m
ə şəklində öd kisəsinin iltihabında və böyrək xəstəliklərində də qə-
bul edilir.  
Xalq t
əbabətində  razyanadan çay kimi dəmləyib  uşaqlarda  tez-
tez baş verən mədə ağrılarında, spazmı aradan qaldıran və köpmənin 
qarşısını alan dərman kimi istifadə edilir. Bu məqsədlə razyana mey-
v
əsini qurudulumuş nanə yarpağı ilə bərabər hissədə qarışdırıb dəm-
l
əmək çox yaxşı nəticə verir. 
 
Tarixi, yayılması və məhsuldarlığı. Razyana  yabanı halda ən 
çox  Aralıq  dənizi sahilində  yayılmışdır.  Razyananın  vətəni qərbi 
Asiya,  Şimali  Afrika  və  cənubi Avropa hesab edilir. Rusiyada onu 
XX 
əsrin 30 illərindən becərməyə başlamışlar. Azərbaycanda da bu 
bitkiy
ə yabanı halda  çox rast gəlmək olur. Ukraynada, Krasnodarda, 
Voronejd
ə  və  Şimali  Qafqazda  razyana  geniş  miqyasda  becərilir. 
Hazırda razyana Krasnodar diyarında və Çernovski vilayətində 1000 
hektar sah
ədə becərilir. Hektardan toxum məhsuldarlığı 0,5-0,7 ton-
dur. 
Botaniki t
əsviri və bioloji xüsusiyyətləri. Adi razyana (Foeni-
culum vulqare Mill.) k
ərəvizkimilər (Apiaceae) fəsiləsinə daxil olan 
birillik, iki illik v
ə çoxillik ot tipli bitkidir. Çoxillik forması becərilir. 
Bu formanın kökü ətli mil köküdür. Gövdəsi dairəvi, zəif qabırğalı, 
içi boş, güclü budaqlanan 1,5-2 m hündürlükdədir. Yarpaqları növ-


140 
 
b
əli düzülüşlü, iri, qınlı, çılpaq, çoxlu lələklərə bölünmüş, sapşəkilli 
hiss
ələrdən ibarətdir. Gövdəsinin aşağı hissəsindəki yarpaqları iri və 
uzun saplaqlı, yuxarı hissəsindəkilər isə saplaqsızdır 
(r
əngli şəkil 26).
  
Qiym
ətli olduğu üçün ikillik bitki kimi becərilir. 
Çiç
ək qrupu mürəkkəb çətiridir. Xırda, sarı rəngli çiçəkləri göv-
d
əsinin təpəsində çətir formasında yerləşir. Ləçəkləri və erkəkciyi 4 
ədəddir.  Dişiciyi  qabırğalıdır.  İki  yuvalı,  aşağı  yumurtalığı  vardır. 
Meyv
əsi  uzunsov  silindir  formalı,  iki  toxumludur. 14 mm-ə  qədər 
uzunluqda olur. Yetişmə zamanı toxumlar tökülür. 
Razyana istilik-sev
ən bitkidir. Onun toxumları 6-8 
0
C-d
ə cücər-
m
əyə başlayır. Toxumların cücərməsi üçün optimal temperatur 20 
0

- dir. C
ənub və qərb rayonlarında qışı yaxşı keçirir. Vegetasiya müd-
d
ətində temperatur cəmi 2500 
0
C-d
ən artıq olmalıdır. Çiçəkləmə və 
yetişmə dövründə istiliyə xüsusilə tələbkarlıq göstərir.  
Razyana işıq və nəmlik sevən bitkidir. Kölgəli və tutqun havada 
vegetasiya müdd
əti, xüsusən də  çiçəkləməsi və  toxumun  yetişməsi 
l
əngiyir. Torpağın nəmliyinə ən çox tələbat toxumun cücərməsi döv-
ründ
ə  və  gövdələnmənin  əvvəlindən tam çiçəkləməyə  qədər olan 
dövrd
ə göstərir. Çiçəkləmə zamanı quraqlıq arzu olunmayandır. 
Razyana üçün 
əlverişli  torpaqlar  yaxşı  becərilmiş  münbit qara 
torpaqlar, su il
ə gətirilmiş, yuyulmuş torpaqlar hesab edilir. Ağır  gil-
li, sulu v
ə bataqlaşmış torpaqlar razyana üçün yararsızdır. 
Razyananın seleksiya sortu yoxdur. Səpinlərdə Çernovski sortu-
nun  populyasiyasından istifadə edilir. 
Bec
ərilmə texnologiyası və yığım. Növbəli əkində yeri. Razya-
na  üçün  yaxşı  sələf  payızlıqlar,  tərəvəz bitkiləri, kartof və  birillik 
otlar hesab olunur. 
Gübr
ələnmə  və  torpağın  becərilməsi.  Razyana  bitkisi  altına 
ancaq mineral gübr
ələrin verilməsi məsləhət  görülür.  Əsas gübrə 
kimi 40-50 kq fosfor v
ə kalium gübrələri verilir. Azot gübrəsi (N
40-
50
) is
ə  yazda  kultivasiya  altına  verilir.  Torpağın  becərilməsi erkən 
yaz
lıq bitkilərdə olduğu kimi aparılır. 
Səpin. Razyananı yazda yazlıq buğda səpilən vaxt səpirlər. 45-
60 sm c
ərgəarası saxlamaqla gencərgəli üsulla səpirlər. Toxumun sə-
pin norması 8-10 kq/ha, səpin dərinliyi isə 3-4 sm - dir. 


141 
 
Səpinə  qulluq  işləri  səpinə  qədər  və  səpindən  sonra  malalama 
apa
rmaqdan, cərgəarası becərmədən və lazım gəldikdə alaqların əllə 
vurulmas
ından ibarətdir. İkinci yarpaq əmələ gələn dövrdə cərgələrin 
eninə  olmaqla  buketləmə  aparılır.  Buketləmə  30x20  sm  sxemi  ilə 
apa
rılır. 
Sortları.  Razyananın  respublikamızda  yerli  yabanı  formaların-
dan Ağcabədi, Kürdəmir, Göyçay adlı sortları seçilib alınmış, о cüm-
lədən Ağcabədi sortu rayonlaşdırılmışdır. 
Ağcabədi  sortu.  Rozeti 6-10  ədəd  yarpaqdan  ibarət  olub,  yığ-
cam
dır. Diametri 32-36 sm, hündürlüyü 30-70 sm-dir. Ən iri yarpaq 
ayasının uzunluğu 16-20 sm, eni 18-20 sm, forması ürəkvaridir. Rən-
gi tünd yaşıl, mum təbəqəsi ortadır, gövdəsi 176-218 sm hündürlük-
də, çal-yaşıl rənglidir. Çiçək qrupu konusvari - kasavari, diametri 10-
18 sm, şüaların sayı 6-22-dir. Orta yetişəndir. Birinci il cücərmədən 
30-
54 gün sonra, ömrünün sonrakı illəri 15-30 gündən sonra istifadə-
yə yararlı olur. Ümumi əmtəə məhsuldarlığı 51,6 - 67,0 t/ha - dır.  İlk 
yığımda 13,8 -19,6 t/ha məhsul verir. Tərkibində 12-13% quru mad-
də, 1,3 -2,0 % şəkərlər, 0,8 -1,2 % efir yağları, 86-93 mq % C vita-
mini, 4-
6 mq% A provitamini vardır. 
Yığım.  Razyana  meyvələri  eyni  vaxtda  yetişmir.  Ona  görə  də 
onu hissə-hissə yığırlar. Mərkəzi çətirin birinci sırasındakı toxumlar 
mumyetişmə fazasında olduqda bitkilər JBA - 4,9 markalı biçən apa-
rat
la kəsilib yığılır. Bu zaman meyvələr sarı-qonur rəng almış olurlar. 
Kəsilmiş bitkilər dən yığan kombaynla yığılaraq döyülür.  Lakin bu 
kom
baynların döyən aparatlarını elə nizamlamaq lazımdır ki, baraba-
nın  fırlanma  dövrəsi    dəqiqədə  700-ə  qədər  enmiş  olsun.  Döyülmə 
azalsın.  Toxumlar  isə  dərhal  təmizlənir,  lazım  gələrsə  qurudulub 
nəmliyi 13 %-ə salınır.   
2. 3.  
C İ R Ə 
 
Xalq  təsərrüfat  əhəmiyyəti.  Cirə  tərkibində  2,5  -  4,0 % efir 
yağı və 16-22 % piyli yağ olan toxumlarına görə becərilir. Bu yağın 
80 %-
ni onun ən qiymətli tərkib hissəsi olan anetol təşkil edir. Cirə 
yağı və onun komponentləri ətriyyat, qida və əczaçılıq sənayesində, 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə