H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə37/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   33   34   35   36   37   38   39   40   ...   66

130 
 
Efir yağları, bitkilərdə xüsusi efir yerliklərində toplanır. Bu əla-
mətə  görə  onlar  xarici  (ekzogen)  -  (yarpağın  üzərində,  çiçəkdə  və 
bitkinin  başqa  orqanlarında  yerləşən  sadə  vəzifəli  tükcüklər  və  ya 
inkişaf etməmiş xırda yarpaqlarda) və daxili (endogen) - (yarpağın, 
çiçəyin,  meyvənin  və  kökün  daxili  hüceyrələrində)  olmaqla  2  yerə 
bölünür. 
Efir yağları  3 üsulla: su buxarı ilə distillə (ən geniş yayılmış üs-
ul)  etmək,  ekstraksiya  və  sıxma  yolu  ilə  çıxarılır.  Piyli  yağlar  eks-
trak
siya və sıxma yolu ilə çıxarıldıqdan sonra efir yağları çıxarılır. 
Tarixi.  Bu bitkil
əri XIX əsrdə, onlardan sənaye üsulu ilə ətirli 
birl
əşmələr, xüsusən də efir yağları əldə etdikdən sonra bu adla ad-
lan
dırmağa başlamışlar. Onlar çox qədimdən istifadə edilirdi.  
Kleopatra 
ətirli  otlardan  hazırlanmış  xüsusi  ətirlər (sürtgülər) 
q
əbul  etmişdir.  İbn  Sina  nanə  bitkisini ürək-damar xəstəlikləri ilə 
mübariz
ə vasitəsi kimi qiymətləndirmişdir.    
MDB  məkanında  30  növə  yaxın  efir  yağlı  bitkilər  yetişdirilir. 
Onların  əkin  sahəsi  200  min  hektardan  artıqdır.  Onlardan  tarla  bit-
kilərinə aid olanlara çətirçiçəklilər (Apiaceae) fəsiləsinə aid olan keş-
nişi, cirəni, zirəni, razyananı, ajqonu (Hind zirəsi), dodaqçiçəklilərə 
(Labiatae) 
aid  edilən  (dalamazkimilər  -  Lamiaceae)  acı  nanəni,  əsl 
lavan
danı, reyhanı (evqonallı reyhanı), sürvəni, ətirşahkimilər fəsilə-
sindən (Geraniaceae)  olan qırmızı ətirşah, gülçiçəklilər (Rosaceae) 
fəsiləsinə daxil olan efir yağlı qızılgül, qaymaqçiçəyikimilər (Ranun-
culaceae
fəsiləsindən qara çörəkotunu misal göstərmək olar. 
Aşağıdakı cədvəldə 
(cədvəl 3)
 
bitkilərin tərkibindəki piyli və efir 
yağlarının miqdarı göstərilmişdir. 
  2. 1. 
KEŞNİŞ 
 
  Xalq t
əsərrüfatı əhəmiyyəti və istifadəsi. Keşniş ətirli səbzə 
t
ərəvəz bitkilərindən biri olub, müxtəlif növ xörəklərdə ədvə, dad, 
ətir verici kimi işlədilir. Keşniş əsas efir yağlı bitki hesab edilir. O, 
efir yağlı bitkilərin əkin sahəsinin 80 % -ni təşkil etməklə, təbii efir 
yağlarının 60 - 80%-ni verir. Keşnişin meyvələrində 0,7 - 1,2 % efir 
ya
ğı vardır. Efir yağı almaq üçün təkcə Avropa (Rusiya, Voronej 
keşnişi) Qərbi Çin və Abxazya keşnişi istifadə olunur. Bunlardan ən 


131 
 
C
ədvəl  3
 
Bitkilərin tərkibindəki piyli və efir yağlarının miqdarı 
 
Bitkilərin 
adları 
Yağ əldə 
olunan 
orqan 
Efir  yağının  tərkibi 
Piyli 
yağın 
miqdarı,  
%-
lə 
Miqdarı, 
%-
lə 
Əsas tərkib hissəsi 
(komponenti) 


 


Keşniş 
Meyvəsi 
(toxumu) 
0,7-1,2 
Linalol spirti (60-
70%) deşil, aldehid, 
terpenlər 
17-24 
Cirə 
“---” 
2,5 - 4,0 
Anetol (80-90%) 
metilhavnikol, anis 
turşusu, terpenlər 
16-26 
Zirə 
“---” 
4,0 - 6,0 
Karvoi (50-
65%) α-
limonen (35%-
ə 
qədər) 
dihidrokarbon 
14-22 
Razyana 
“---” 
0,5 - 6,5 
Anetol (50-60%), 
metilhavikol, 
kamfen 
10,5-17 
Ajqon 
(Hind 
zirəsi) 
“---” 
2,0 -10,0 
Timol və karvakrol 
(35-67%) dipenten, 
α-pinen, α-terpinen 
15-30 
Acı nanə 
Quru yarpağı 
və bütün 
bitki 
1,0 -3,5 
Mentol (43,5-
64,7%) mentol efiri 
və valeryan turşusu 
(4-7%), L 
və α 
metanol (6-20%) 

Əsl  
lavanda 
Təzə çiçək 
qrupu 
0,7-1,6 
Linalilasetat (30-
56%), linalol (10-
20%), 
α-pinen bəzi 
üzvi turşular 



132 
 


 


Evqenollu 
reyhan 
Bitkinin 
yaşıl kütləsi 
(yarpağı və 
çiçək qrupu) 
0,3- 0,7 
Evqenol (62-80%), 
otsimen (10-16%), 
linalol (13%), l-
kadinen (10-12%) 

Sürvə 
Çiçək qrupu 
0,1- 0,3 
Linalilasetat (38-
73%), l-linalol (10-
15%), l 
və α tuyon 

Qırmızı 
ətirşah 
Yaşıl kütləsi 
(yarpaqları) 
0,1- 0,8 
Sitronelol (55%-
ə 
qədər), linalol (10-
12%), qraniol 14%-
ə qədər, mentol (3-
4%) 

Efiryağlı 
qızılgül 
Çiçəkləri 
0,07- 0,16 
Feniletil spirti (40-
50%) qeraniol (5%-
ə qədər), sitronelol 
(30-35%) evrenol 
(2-3%), 
stearoptenlər (5%-ə 
qədər) 

Qara 
çörəkotu 
(nigella) 
Meyvəsi 
(toxumu) 
0,5 -1,5 


 
yaxşısı Rusiya keşnişi hesab olunur. Keşniş meyvələrindən efir yağı-
nı su buxarı vasitəsilə alırlar. Bu yağ rəngsiz və bəzən sarımtıl rəngli 
maye  olub,  xoşagələn  ətirli  iyə  və  dada  malikdir.  Onun  tərkibində 
20-
dən artıq komponent vardır ki, bunlardan da ən əsasları linalool 
(60-80 %), heraniol (3-5 %), linalil asetat (5%-
ə qədər) və s. dir. Tər-
ki
bində 18-28 % piy şəkilli yağlardan sabunbişirmədə olein turşuları 
alınmasında  və  metallurgiyada  istifadə  edilir.  Keşnişin  tərkibində 
orta hesabla 67 mq  % С vitamini, 278 mq % A provitamini, toxum-
la
rında 16 %-ə qədər zülal maddəsi vardır 
(c
ədvəl 4).
 
Bundan başqa 
keşniş yağının tərkibində 5%-ə qədər geraniol spirti və 20 %-ə qədər 
terpen qruplu başqa ətirli maddələr də vardır.  


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə