H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə35/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   31   32   33   34   35   36   37   38   ...   66

123 
 
 
II FƏSİL. EFİR YAĞLI  BİTKİLƏR 
 
Efir 
yağlı bitkilər o bitkilərdir ki, onların xüsusi hüceyrələrində 
(efir yağı yollarında) və ya vəzifəli tükcüklərində ətirli (iyli) efir yağ-
ları vardır. Efir yağlarından 1000-dən artıq üzvi maddələr alınır. Bu 
efir yağlarının tərkibi mürəkkəb üzvi birləşmələrdən oksigen törəmə-
li terpenl
ərdən, spirtlərdən, aldehidlərdən və  ketonlardan ibarətdir. 
Efir yağları uçucu birləşmələrdir və praktiki olaraq suda həll olmur-
lar. 
Ətirli  yağlar əmələ  gətirmək qabiliyyəti çətirçiçəklilər (Apiace-
ae), dalamazkimil
ər  (Lamiaceae), sədəfotukimilər  (Rutaceae)  və  b. 
f
əsilələrə  aid edilən 3000-dən  artıq  bitki  növündə  müşahidə  edilir. 
Amma onlardan 200 növ
ə yaxını sənaye əhəmiyyəti kəsb edir. 
Efir yağlı bitkilərin çoxu (44%-ə qədəri) tropik və subtropik öl-
k
ələrdə  bitir.  Bunlara  sitrusları,  mixək  ağacını,  dəfnə  ağacını,  qəh-
v
əyi ağacı, zəncəfili və s. misal göstərmək olar. Bu ölkələrdə bunla-
rın sənaye plantasiyaları mövcuddur. Orta qurşaqda isə mədəni halda 
bec
ərilən və  yabanı  halda  bitən ot tipli efir  yağlı  bitkilər  –  keşniş 
(kinza), sürv
ə, reyhan, zirə, cirə, paçuli, şüyüd, bataqlıq zanbağı (air) 
v
ə s. bu məqsədlə istifadə edilir. Ən yüksək keyfiyyətli efir  yağları 
z
əncəfilkimilər (Zingiberaceae), sandalkimilər (Santalaceae), dəfnə-
kimil
ər (Lauraceae), gülçiçəklilər (Rosaceae), ətirşahkimilər (Gera-
niaceae),  s
ədəfotukimilər  (Rutaceae) fəsiləsinə daxil olan bitkilərin 
t
ərkibində olur.  
Evkalipt,  kamfora  ağacı,  nanə, cəfəri, kəklikotu, rozmarin, sə-
d
əfotu və s. kimi dərman bitkiləri də efir yağlı bitkilər qrupuna aid 
edilir.  
İstifadəsi. Efir yağlı bitkilər sənayenin ətriyyat, qida və s. sahə-
lərini və tibb sahəsinin xammalla təchiz edilməsi işində mühüm rol 
oynayırlar. Efir yağlarının çox hissəsi ətriyyat və kosmetika sənaye-
sində  (sabun,  diş  məcunu,  ətir,  odekalon  və  s.)  istifadə  edilir.  Bəzi 
efir  yağları  zərif  üzvi  sintez  üçün  xammal  kimi,  məsələn  kamfora 
üçün pinen alınmasında istifadə edilir. 
Qida sənayesində efir yağları likör, qida cövhəri, tütün ətirləndi-
ri
cisi  kimi  və  s.  istifadə  edilir.  Keşniş  və  zirə  toxumları  dad  keyfi-


124 
 
yyətini  yaxşılaşdırmaq üçün çörəyin tərkibinə və bəzi ərzaqlara qa-
tılır.  
Efir yağları antiseptik və müalicəvi xüsusiyyətlərinə görə tibdə, 
sa
nitar  gigiyenada  (kamfora  ürək-dərmanı,  anefol  öskürək  dərmanı, 
mixək  yağı  diş  dərmanı,  evkalipt  yağı  mikrob  parazit  əleyhinə  və 
yarasağaldıcı vasitə kimi) istifadə olunur. Bəzi efir yağları dərman-
ların dadını yaxşılaşdırmaq üçün istifadə edilir. 
Bəzi efir yağları baytarlıq təbabətində və kənd təsərrüfatı bitki-
lərinin xəstəlik və zərərvericiləri əleyhinə mübarizə vasitəsi kimi tət-
biq edilir.   
Sellüloz, lak-boyaq, mis-
qızıl, gön-dəri və xəz sənayesində efir 
yağları texniki məqsədlər üçün istifadə edilir. Terpentin yağı  (iynə-
yar
paqlıların  qatranından  alınan  yağ  -  skipidar) lak-boyaq, evkalipt 
yağı isə hava donanmasında reagent kimi istifadə edilir. 
Bir çox efir yağları (keşniş, zirə və s.) sintetik üsulla yeni limon, 
qızılgül,  bənövşə  ətri  verən  maddələrin  hazırlanmasında  istifadə 
olun
maqla bərabər həm də qiymətli ixrac (eksport) məhsulları hesab 
edilir. 
Keşniş,  cirə  və  zirə  toxumları  efir  yağları  çıxarıldıqdan  sonra 
qiy
mətli texniki  yağ verirlər. Keşniş   yağından  zərif  yun parçaların 
alınmasında  toxuculuq  sənayesində  istifadə  olunan  olein  turşusu 
alınır. Toxumlardan efir yağları və piyli yağlar alındıqdan sonra qa-
lan cecə (şrot) qiymətli yem vasitəsi kimi istifadə olunur. 
Efir yağlı bitkilər ətriyyat sənayesində (gülçiçəklilər, jasmin, la-
van
da yağı) sabunbişirmədə, qənnadı sənayesində, əczaçılıqda, şirin 
ətirli  suların  (likörlərin)  hazırlanmasında  yeyinti  sənayesində  (ətirli 
ədvalar, aramatizatorlar) istifadə olunur. 
Efir  yağlı  bitkilərin böyük əksəriyyətində  efir  yağları  müəyyən 
orqanda  toplanır.  Bir  bitkidə  efir  yağı  meyvə  və  toxumda  (keşniş, 
cir
ə), birində  yarpaqda (ətirşah)  və  ya çiçəkdə  (sürvə,  qızılgül)  bi-
rind
ə isə ancaq kökdə (vetiveriya) toplanır. Ən çox efir yağları çiçək-
l
ərdə  və  meyvələrdə,  ən az isə  yarpaq, gövdə  və  köklərdə  toplanır. 
Efir  yağları  quru  maddələrin 20-25%-i həddində  olur.  Aşağıdakı 
c
ədvəldə 
(c
ədvəl 2)
 
efir yağlarının bitkiləriin hansı orqanlarında top-
lan
dığı göstərilmişdir. 


125 
 
C
ədvəl  2 
Efir 
yağlı bitkilər və efir yağlarının alındığı orqanlar 
 
Bitkilərin adları 
Efir yağı verən orqan 


Hind zirəsi 
Toxum 
Bataqlıq zanbağı 
Kök 
Alpiniya (havlıcan) 
Kök 
Amiris 
Qabıq 
Portağal 
Sedra (qurudulmuş qabıq) 
Öküzgözü 
Çiçək, kök 
Reyhan 
Yarpaq, gövdənin yuxarı çiçəkli 
hissəsi 
Balza
m ağacı (Tolu) (Peru 
balzamı) 
Ağacda donub qalmış balzam 
yığılır. 
Sabahgülü (məxmər gülü) 
Çiçəkli bitki, bitkinin yerüstü 
hissəsi 
Benzoin 
Qatran 
Berqamot 
Meyvə qabığı 
Ağ tozağacı 
Tumurcuq, yarpaq, budaq 
Tünd qırmızı tozağacı 
Qabıq 
Solmaz çiçəyi və ya smin 
Bitkinin çiçəkli başcığı 
Tonka palması (ətirli dipteriks) 
Paxla 
Boldo (peumus) 
Yarpaq 
Borneol 
Oduncaq 
Boroniya 
Çiçək 
Buçu 
Quru yarpaq 
Pişikotu (valerian) 
Kök, kökümsov (yazda) 
Vanil 
Meyvə 
Limonlu verbena (mina çiçəyi, 
göyərçin otu, üçyarpaq aloziya) 
Yerüstü hissə 
Vetiver 
Kök 
Amerika dəfnəsi (bey) 
Yarpaq 
Jasmin iyli qardenya 
Çiçək 
Qvayak və ya Bakaut ağacı 
Oduncaq 
Qərənfil 
Tumurcuq, yarpaq, çiçək, budaq 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə