123
II FƏSİL. EFİR YAĞLI BİTKİLƏR
Efir
yağlı bitkilər o bitkilərdir ki, onların xüsusi hüceyrələrində
(efir yağı yollarında) və ya vəzifəli tükcüklərində ətirli (iyli) efir yağ-
ları vardır. Efir yağlarından 1000-dən artıq üzvi maddələr alınır. Bu
efir yağlarının tərkibi mürəkkəb üzvi birləşmələrdən
oksigen törəmə-
li terpenl
ərdən, spirtlərdən, aldehidlərdən və ketonlardan ibarətdir.
Efir yağları uçucu birləşmələrdir və praktiki olaraq
suda həll olmur-
lar.
Ətirli yağlar əmələ gətirmək qabiliyyəti çətirçiçəklilər (
Apiace-
ae), dalamazkimil
ər
(Lamiaceae), sədəfotukimilər (
Rutaceae) və b.
f
əsilələrə aid edilən 3000-dən artıq bitki növündə müşahidə edilir.
Amma onlardan 200 növ
ə yaxını sənaye əhəmiyyəti kəsb edir.
Efir yağlı bitkilərin çoxu (44%-ə qədəri) tropik və subtropik öl-
k
ələrdə bitir. Bunlara sitrusları, mixək ağacını, dəfnə ağacını, qəh-
v
əyi ağacı, zəncəfili və s. misal göstərmək olar. Bu
ölkələrdə bunla-
rın sənaye plantasiyaları mövcuddur. Orta qurşaqda isə mədəni halda
bec
ərilən və yabanı halda bitən ot tipli efir yağlı bitkilər – keşniş
(kinza), sürv
ə, reyhan, zirə, cirə, paçuli, şüyüd, bataqlıq zanbağı (air)
v
ə s. bu məqsədlə istifadə edilir. Ən yüksək keyfiyyətli efir yağları
z
əncəfilkimilər (
Zingiberaceae), sandalkimilər (
Santalaceae), dəfnə-
kimil
ər
(Lauraceae), gülçiçəklilər
(Rosaceae), ətirşahkimilər
(Gera-
niaceae), s
ədəfotukimilər (
Rutaceae) fəsiləsinə daxil olan bitkilərin
t
ərkibində olur.
Evkalipt, kamfora ağacı, nanə, cəfəri, kəklikotu, rozmarin, sə-
d
əfotu və s. kimi dərman bitkiləri də efir yağlı bitkilər qrupuna aid
edilir.
İstifadəsi. Efir yağlı bitkilər sənayenin ətriyyat, qida və s. sahə-
lərini və tibb sahəsinin xammalla təchiz edilməsi işində mühüm rol
oynayırlar. Efir yağlarının çox hissəsi ətriyyat və kosmetika sənaye-
sində (sabun, diş məcunu, ətir, odekalon və s.) istifadə edilir. Bəzi
efir yağları zərif üzvi sintez üçün xammal kimi, məsələn kamfora
üçün pinen alınmasında istifadə edilir.
Qida sənayesində efir yağları likör, qida cövhəri, tütün ətirləndi-
ri
cisi kimi və s. istifadə edilir. Keşniş və zirə toxumları dad keyfi-
124
yyətini yaxşılaşdırmaq üçün çörəyin tərkibinə və bəzi ərzaqlara qa-
tılır.
Efir yağları antiseptik və müalicəvi xüsusiyyətlərinə görə tibdə,
sa
nitar gigiyenada (kamfora ürək-dərmanı, anefol öskürək dərmanı,
mixək yağı diş dərmanı, evkalipt yağı mikrob parazit əleyhinə və
yarasağaldıcı vasitə kimi) istifadə olunur. Bəzi efir yağları dərman-
ların dadını yaxşılaşdırmaq üçün istifadə edilir.
Bəzi efir yağları baytarlıq təbabətində və kənd təsərrüfatı bitki-
lərinin xəstəlik və zərərvericiləri əleyhinə mübarizə vasitəsi kimi tət-
biq edilir.
Sellüloz, lak-boyaq, mis-
qızıl, gön-dəri və xəz sənayesində efir
yağları texniki məqsədlər üçün istifadə edilir. Terpentin yağı (iynə-
yar
paqlıların qatranından alınan yağ - skipidar) lak-boyaq,
evkalipt
yağı isə hava donanmasında reagent kimi istifadə edilir.
Bir çox efir yağları (keşniş, zirə və s.) sintetik üsulla yeni limon,
qızılgül, bənövşə ətri verən maddələrin hazırlanmasında istifadə
olun
maqla bərabər həm də qiymətli ixrac (eksport) məhsulları hesab
edilir.
Keşniş, cirə və zirə toxumları efir yağları çıxarıldıqdan sonra
qiy
mətli texniki yağ verirlər. Keşniş yağından zərif yun parçaların
alınmasında toxuculuq sənayesində istifadə olunan olein turşusu
alınır. Toxumlardan efir yağları və piyli yağlar alındıqdan sonra qa-
lan cecə (şrot) qiymətli yem vasitəsi kimi istifadə olunur.
Efir yağlı bitkilər ətriyyat sənayesində (gülçiçəklilər, jasmin, la-
van
da yağı) sabunbişirmədə, qənnadı sənayesində, əczaçılıqda, şirin
ətirli suların (likörlərin) hazırlanmasında yeyinti sənayesində (ətirli
ədvalar, aramatizatorlar) istifadə olunur.
Efir yağlı bitkilərin böyük əksəriyyətində efir yağları müəyyən
orqanda toplanır. Bir bitkidə efir yağı meyvə və toxumda (keşniş,
cir
ə), birində yarpaqda (ətirşah) və ya çiçəkdə (sürvə, qızılgül) bi-
rind
ə isə ancaq kökdə (vetiveriya) toplanır. Ən çox efir yağları çiçək-
l
ərdə və meyvələrdə, ən az isə yarpaq, gövdə və köklərdə toplanır.
Efir yağları quru maddələrin 20-25%-i həddində olur. Aşağıdakı
c
ədvəldə
(c
ədvəl 2)
efir yağlarının bitkiləriin hansı orqanlarında top-
lan
dığı göstərilmişdir.
125
C
ədvəl 2
Efir
yağlı bitkilər və efir yağlarının alındığı orqanlar
Bitkilərin adları
Efir yağı verən orqan
1
2
Hind zirəsi
Toxum
Bataqlıq zanbağı
Kök
Alpiniya (havlıcan)
Kök
Amiris
Qabıq
Portağal
Sedra (qurudulmuş qabıq)
Öküzgözü
Çiçək, kök
Reyhan
Yarpaq, gövdənin yuxarı çiçəkli
hissəsi
Balza
m ağacı (Tolu) (Peru
balzamı)
Ağacda donub qalmış balzam
yığılır.
Sabahgülü (məxmər gülü)
Çiçəkli bitki, bitkinin yerüstü
hissəsi
Benzoin
Qatran
Berqamot
Meyvə qabığı
Ağ tozağacı
Tumurcuq, yarpaq, budaq
Tünd qırmızı tozağacı
Qabıq
Solmaz çiçəyi və ya smin
Bitkinin çiçəkli başcığı
Tonka palması (ətirli dipteriks)
Paxla
Boldo (peumus)
Yarpaq
Borneol
Oduncaq
Boroniya
Çiçək
Buçu
Quru
yarpaq
Pişikotu (valerian)
Kök, kökümsov (yazda)
Vanil
Meyvə
Limonlu verbena (mina çiçəyi,
göyərçin otu, üçyarpaq aloziya)
Yerüstü hissə
Vetiver
Kök
Amerika dəfnəsi (bey)
Yarpaq
Jasmin iyli qardenya
Çiçək
Qvayak və ya Bakaut ağacı
Oduncaq
Qərənfil
Tumurcuq, yarpaq, çiçək, budaq