H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə34/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   30   31   32   33   34   35   36   37   ...   66

115 
 
 
Şəkil 19. Yağçiçəyi. 
Рыжик посевной
 (Camelina sativa (L.) 
Crantz:  


116 
 
 
Şəkil 20. Perilla və ya  sudza -  Перила или судза 
(Perilla ocymoides L.)
 


117 
 
 
Şəkil 21. Lallemantiya - Лаллемантия:  1,2 – bitki inkişaf 
etmiş cücərti və çiçəkləmə fazasında; 3 – budağın  yarpaqvə 
çiçək qrupu ilə bir hissəsi; 4 – çiçəyi; 5 – yığılmış meyvə;     
6 – kiçik qoz (
fındıq). 
 


118 
 
 
 
Şəkil 22. Yağlı  lalə - Мак масличный  
(Papaver somniferum L.) 


119 
 
 
Şəkil 23. Yuxugətirən (yağlı)  lalə - Мак снотворный,
 
 
(Papaver somniferum L.) 
 


120 
 
 
Şəkil 24. Tunq - Тунг (Aleurites Forst.) 


121 
 
Aşağı keyfiyyətli tunq yağı plyonka, müşəmbə (linoleum), qaloş 
lakı hazırlanmasında istifadə olunur. Tunq yağı alınarkən çıxan tul-
lan
tıdan  gübrə  kimi  istifadə  edilir.  Bu  tullantının  tərkibində  7,6% 
azot,  25%  fosfor  olur.  Jmıxı  zəhərlidir.  Ondan  kazein  və  plastmas 
əldə edilir. Yandıqda da nazik his (qurum) əmələ gətirir ki, ondan da 
tuş  (mürəkkəb)  hazırlanır.  Oduncağı  yüngüldür,  suda deformasiya 
olunmur. Ondan mebel, musiqi alətləri və s. hazırlanır. 
Çində və Hind-Çin ölkələrində tunq yağı tibdə qusma və işlətmə 
dərmanı kimi istifadə edilir, irinli yaralara və yanıqlara çəkilən məl-
həmlərin (mazların) tərkibinə daxil edilir. 
Tunq me
yvələrinin tərkibində zəhərli maddə vardır. Bu maddə-
nin xüsusiy
yətləri bu günə qədər tam öyrənilməmişdir.  
Tunqla zəhərlənmə əlamətləri insanlarda qusma, mədədə kəskin 
ağrı, başgicəllənmə, nəbzin artması və s. şəklində təzahür edir. Tunq 
yağının  əsas  zəhərləyici  maddəsi  saponindir.  Saponin  insan  qanına 
keçdikdə qanın parçalanmasına (hemolizinə) səbəb olur. 
Yayılması. Tunq subtropik texniki bitki olub Çində və Yaponi-
yada 26 və 33
0
 
şimal enliliklərində yabanı halda yayılmışdır. Mədəni 
əkinləri ABŞ-da, Argentina və Paraqvayda mövcuddur. Tunq MDB 
ərazisində əsasən qərbi Gürcüstanın subtropik rayonlarında bitir. Az 
miqdarda  tunq  əkinlərinə  Azərbaycanın  subtropik  rayonlarında  və 
Krasnodar vilayətində də rast gəlinir. 
1986-
cı ildə dünyada 100 min tona yaxın tunq istehsal olunmuş-
dur  ki,  bunun  da  yarıdan  çoxunu  (60  min  tonunu)  Çin  istehsal 
etmişdir. 
Argentina və Paraqvay da əhəmiyyətli dərəcədə tunq becərirlər. 
İldə 12 min tona qədər yağ ixrac edirlər. Tunq az miqdarda (2 min 
ton)  Braziliya  və  keçmiş  SSRİ-də  (1  min ton) istehsal olunurdu. 
Mədəni  tunq  yabanı  formaların  əhilləşdirilməsi  nəticəsində  yaradıl-
mışdır. 
Botaniki  təsviri  və  bioloji  xüsusiyyətləri.  Tunq birevli, 
yarpağını tökən ağac bitkisidir. Hündürlüyü 8-10 m-ə çatır. Yanlara 
doğru geniş yayılmış (budaqlanmış) möhkəm kökləri, yoğun kövrək 
budaqları vardır. Yarpaqları növbəli düzülüşlü, uzun saplaqlı, tüksüz, 
3-
5  dilimlidir.  Çiçək  qrupu  sıxdır,  budaqların  nəhayətində  yerləşir. 


122 
 
Çiçəyi bircinslidir, ancaq ikicinsli də olur. Meyvəsi hamar, iri, endos-
permi 
yağlıdır 
(r
əngli  şəkil  24).
 
Meyvə  verməsi  əkildikdən  3-4 il 
sonra başlayır və 30-35 ilə qədər davam edir.  
Tunq musson iqlimi rayonlarda yazda və yayda bol yağış yağan 
yerlərdə  müvəffəqiyyətlə  becərilir.  Qışda  temperaturun  -9-15 
0
C-
yədək enməsinə dözür. 
To
xumla, kök və gövdə çilikləri ilə çoxaldılır. Gövdə çilikləri ilə 
çoxaltmada boy maddələri tətbiq edilir. Əsas çoxaltma üsulu toxumla 
çoxaltmadır.  Vegetativ  çoxaltma  anaclıq  plantasiyaların  salınması 
vaxtı həyata keçirilir ki, bu zaman nəsildə qiymətli təsərrüfat xüsu-
siy
yətlərinin qorunmasına nail olunur. Bir hektar plantasiya salmaq 
üçün hektara 100-
150 bitkidən 360-a qədər bitki əkilir. 
Sistematikası.  Tunq (Aleurites Forst.)  bitkisi  südləyənlər  (Eu-
phorbiaceae
) fəsiləsinə daxildir. Tunq cinsinin 5 növü vardır. Ən çox 
əhəmiyyət kəsb edəni Çin tunqu - А. fordii Hemsley, Yapon tunqu - 
A. cordata (Thunb.) R. Br., 
daha  çox  istilik  sevən  dağ  tunqu  -  A. 
montana (Lour.) Wils.
,  həmişəyaşıl,  çox  davamlı  bitki  olan  Moluk 
tunqu  -  A. moluccana (L.) Willd., üçtoxumlu  tunq  -  A. trisperma 
Blanco.- dur. 
Yapon tunqunun vətəni Yaponiyadır və burada o geniş 
becərilir. Yağına görə üstün olan Çin tunqudur. Öz keyfiyyətinə görə 
bu yağ tədricən quruyur, qızdırıldıqda (isidildikdə) isə duru qalır. 
Dağ tunqu mənşəyinə görə Çinin cənub-şərqi əyalətlərində əmə-
lə gəlmişdir. Yağ çıxımı 57-58% olmaqla, yüksək keyfiyyətlidir. 
Moluk tunqu yabanı halda Malayziya floristik vilayətində bitir. 
Tropik rayonlarda becərilir. 
Üçtoxumlu tunq yabanı halda Filippin və Moluk adalarında bitir. 
Orad
a və həmçinin də Yamayka və Puerto-Riko adalarında becərilir. 
Keçmiş SSRİ-nin subtropik ərazilərində Çin tunqu noyabrın əv-
vəlindən dekabrın ortalarına qədər, Yapon tunqu isə sentyabrın orta-
larından,  oktyabrın  ortalarına  qədər  yetişib  tökülür.  Məhsul  yığımı 
meyvələr  yetişdikcə  aparılır.  Meyvələr  qurudulur,  toxumları  çıxar-
dılır.  Zavodda  toxumların  qabığı  çıxarılır,  ətli  hissəsi  əzilir  və  yağı 
çıxardılır.  
 
 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə