H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə30/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   26   27   28   29   30   31   32   33   ...   66

88 
 
Botaniki xüsusiyyətləri. Mədəni şəkildə yağçiçəyinin iki növü-
nə  rast  gəlinir:  1)  Yazlıq  yağçiçəyi  (Camelina sativa Crantz),  2) 
Payızlıq  yağçiçəyi  (Camelina silvestris Waller). Yazlıq  yağçiçəyi 
daha geniş yayılmışdır. Hündürlüyü 80 sm-ə qədər olan birillik bitki-
dir.  Gövdəsi  nazik,  budaqlanandır.  Yarpaqları  lansetşəkilli,  gödək 
saplaqlı  demək  olar  ki,  oturaq,  kənarları  zəif  dişlidir.  Çiçək  qrupu 
sal
xım, çiçəkləri xırda, sarımtıl rənglidir. Meyvəsi armudşəkilli, qınlı 
qutucuqdur. Yetişdikdə iki hissəyə ayrılır. Toxumları xırdadır. Uza-
dılmış ovalşəkilli, qəhvəyi-qırmızı rənglidir. 1000 toxumunun kütləsi 
1,0-1,5 qr-
dır 
(r
əngli şəkil 19).
 
Toxumunun tərkibində 26-46%-ə qə-
dər yağ olur.  
Yayılması. Yazlıq yağçiçəyi əsasən qərbi və şərqi Sibirdə, Bol-
qa
rıstanda,  Volqaboyunda  və  Qazaxıstanda  geniş  yayılmışdır.  Pa-
yızlıq  yağçiçəyi  də  Volqaboyunda  az  miqdarda  becərilir  ki,  onun 
məhsuldarlığı  yazlıq  yağçiçəyindən  yüksək  olur.  Yağçiçəyi  hektar-
dan 6-
8 sent, yüksək aqrotexniki şəraitdə isə 10-12 sent toxum məh-
sulu verir. 
Bioloji xüsusiyyətləri: İstiliyə tələbkar deyildir. Toxumları 1-2 
0
C-
də cücərir, cücərtiləri 10-12 
0
C şaxtaya dözürlər. Yağçiçəyi torpa-
ğa tələbkar deyildir. Yüngül qumluca və duzlu torpaqlarda becərilir. 
Torpaq  nəmliyindən  qənaətlə  istifadə  edir  və  quraqlığa  dözürlər. 
Uzun  gün  bitkisidir.  Yazlıq  yağçiçəyinin  vegetasiya  müddəti  60-90 
gün
dür. Şimal zonaya keçdikcə vegetasiya müddəti qısalır. Vegeta-
siya müddəti qısa olduğu üçün Şimalda, Cənubda və yüksək dağlıq 
zonada becərilə bilər. 
Sortları:  Yağçiçəyi  sortlarından  Ümumittifaq  Elmi  –  Tədqiqat 
Yağlı Bitkilər İnstitutunun (ÜETYBİ) Voronej təcrübə stansiyasında 
yarad
ılmış  Voronej-339, Voronej-349  və  Qırğızıstan  Elmi-Tədqiqat 
Kənd  Təsərrüfatı  İnstitutunda  yaradılmış  BHİİMK-17,  Qırğızskiy-1  
sort
larını və s. göstərmək olar. 
B
ecərilmə aqrotexnikası. Növbəli əkində yağçiçəyi payızlıq və 
cərgəarası becərilən bitkilərdən sonra əkilir. Azotlu və fosforlu güb-
rələrə yaxşı münasibət göstərir (hektara 30 kq N və 45 kq P
2
O
5
). 


89 
 
Xırda  toxumlu  bitki  olduğu  üçün  yağçiçəyi  səpiləcək  sahələr 
ilkin 
yazda  səpinqabağı  vərdənələnməli,  kultivasiya  edilməli  və  la-
zım gələrsə qaysaqlar dağıdılmalıdır. 
Yazlıq yağçiçəyi erkən yazda adi dənsəpən aqreqatlarla hektara 
8-
10  kq  hesabı  ilə  1-2  sm  dərinliyində  səpilməlidir.  Əkinə  qulluq 
işləri cücərtilər alındıqdan sonra vərdənələmə və təmizləmə işləri ilə 
başlayır.  Yağçiçəyi  tam  yetişmə  dövründə,  aşağı  qutucuqları 
qurumağa başladıqda və onların içindəki toxumlar bərkidikdə yığılır. 
Yağçiçəyi yaxşı təkmilləşdirilmiş kombaynlarla yığılmalıdır. 
 
  1. 14. 
PERİLLA (SUDZA) 
 
Xalq təsərrüfatı əhəmiyyəti: Perilla toxumlarında 40-54% tez-
quru
yan  (yod  ədədi  181-206)  texniki  yağ  və  28  %-ə  qədər  zülal 
vardır.  
Perilla yağının quruma qabiliyyəti kətan yağına nisbətən yüksək-
dir. Ona görə də boya və lakların hazırlanmasında istifadə edilir. Tət-
biq  olunduğu  sahədə  elastiklik  yaradır  və  çatlar  əmələ  gətirmir. 
Perilla 
yağı aviasiya, gəmiqayırma, avtomobil, elektrotexnika, poliq-
ra
fiya və b. sənaye sahələrində işlədilir. Perilla yağı çox yaxşı izolya-
siya  xüsusiyyətinə  malikdir.  Perilla  yağı  hopdurulmuş  parça  və 
kağızdan sukeçirməyən plaş və başqa şeylər hazırlanmasında istifadə 
edilir.  Perilla  yağı  əczaçılıqda  və  işıqlandırmada  lampa  yanacağı 
kimi (
his  vermədiyinə  görə)  istifadə  edilir.  Çində,  Yaponiyada  və 
Kore
ya  yarımadasında  perilla  yağı  təmizləndikdən  sonra  qida  kimi 
istifadə edilir. 
Perilla jmıxının tərkibində 37%-ə qədər zülal vardır. O heyvan-
dar
lıqda qiymətli konsentrat yem kimi istifadə edilir. Yarpaqlarından 
alınan  efir  yağlarından  qənnadı  sənayesində  (Yaponiyada)  istifadə 
edilir. Yarpaqları təzə halda salatlarda istifadə edilir. Yaxşı bal verən 
bitkidir.       
Tarixi,  becərilmə  rayonları  və  məhsuldarlığı.  Perilla    şərqi 
Asi
ya mənşəlidir. Onun  ən çox  yabanı  növləri  burada  yayılmışdır. 
Perilla  ən  çox  Yaponiyada,  Cində  və  Koreya  yarımadasında  yayıl-
mışdır.  Rusiyada  perilla  səpinləri  birinci  dəfə  uzaq  Şərqdə  aparıl-


90 
 
mışdır. 1926-ci ildən isə onu Ukrayna və şimali Qafqazda öyrənməyə 
başlamışlar. Perilla çoxda böyük olmayan sahələrdə Primorski diya-
rında da becərilir. Toxum məhsuldarlığı 0,8 - 1 ,5 ton /ha -dır. 
Botaniki təsviri və bioloji xüsusiyyətləri.  Perilla və ya  sudza 
(Perilla ocymoides L.) dalamaz
kimilər (Lamiaceae)  fəsiləsinə daxil 
olan birillik ot bitkisidir. Mil kök sisteminə malikdir. Kökü torpağın 
1,5 m dərinliyinə işləyərək 1,5 m -ə qədər radiusda yayılır. Gövdəsi 
dikdurandır.  1,0-1,5 m hündürlükdədir.  Əsasən  dördüzlü,  sıx  tüklü, 
budaqlanandır.  Gövdələri  qarşı-qarşıya  düzülmüşdür.  Yarpaqları, 
qar
şı-qarşıya  düzülüşlü,  enli  yumurtaşəkilli,  uzunsaplaqlı,  kənarları 
mişardişli,  qırışıq,  tüklü  yaşıl  və  ya  bənövşəyi  rənglidir.    Çiçəkləri 
xırda, ağ rəngli, fırça şəkilli çiçək qrupunda toplanmışdır. Çiçək sap-
lağı qısa olmaqla 4 şaquli  xətt üzrə yarpaq qoltuğunda yerləşmişlər. 
Kasacığı beş dişli, yumurtalığı dörd bölümlüdür. Perilla əsasən çar-
paz tozlanır. Meyvəsi üzəri torşəkilli, boz, sarı və ya qəhvəyi rəngli 
dairəvi formalı 4 qözcuğa bölünür. 1000 toxumun kütləsi 2,0-2,5 qr-
dər. Bitkinin kəskin aromatik iyi vardır. Bu iy onun tərkibindəki efir 
yağına məxsus olan iydir 
(r
əngli şəkil 20).
 
Perillanın vegetasiya müddəti 100-130 gündür. Cücərtilər toxum 
səpildikdən 8-10 gün sonra əmələ gəlir. Əvvəlcə bitki yavaş  böyü-
yür.  Budaqlanma  fazasında  cücərtilər  alındıqdan  30-35 gün sonra 
gövdənin böyüməsi sürətlənir. Cücərtilər alındıqdan  75-80 gün sonra 
çiçəklənmə başlayır. Çiçəklənmə aşağıdan yuxarıya doğru getməklə 
7-
9 gün davam edir. Çiçəkləmədən toxumların yetişməsinə qədər 25-
30 gün keçir. 
Perilla  istiliksevən  bitkidir.  Toxumlarının  cücərməsi  üçün 
minimum 6-8 
0
C istilik lazımdır. Cücərtiləri -2 
0
C - 
yə dək şaxtalara 
dözür. Yaşlı bitkilər -1, -2 
0
C - 
də məhv olurlar. Temperaturun 28 
0


dən yuxarı olması və quraqlıq toxum məhsuldarlığının azalmasına 
səbəb  olur.  Perilla  suya  ən  çox  tələbatı  çiçəkləmə  və  dən  (toxum) 
dolması dövründə göstərir. Qısa gün bitkisidir. Onun üçün strukturlu 
və  münbit  qara  torpaqlar  əlverişli  sayılır.  Duzlu,  qumsal  və  qumlu 
torpaqlar perillaya yararsız hesab edilir. 
Sortları.  Ən  geniş  yayılmış  sortları  Novinka  və  boz  təsərrüfat 
(серая хозяйственная) sortlarıdır. 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə